25
Məlumat verdikdən sonra dəyişdi ricinin
“Əsgər Quliyev, postdan addımla
– MARŞ” komandası ilə dəyişilmiş qarovul nəfəri növbənin arxasında dayanır.
Saatdar isə dəyişdiricidən göstəriş aldıqdan sonra postda vəzifəsini yerinə
yetirməyə başlayır. Bundan sonra dəyişdirici
“Növbə, ardımca addımla –
MARŞ” komandası verir və növbəni o biri posta aparır.
Sıra Nizamnaməsi
Komandirin düzülüşqabağı və sırada vəzifələri:
�
düzülüşün yerini, vaxtını, qaydasını, geyim formasını, silahın növünü
və s.;
�
sırada bölməsinin şəxsi heyətinin, onların silahlarının və s. mövcudlu
ğunu bilmək və yox lamaq;
�
hərbi geyim formasının səliqəli olmasını, saçın qısa və səliqəli qırxıl
masını yoxlamaq;
�
sırada nizamintizamın saxlanmasına nəzarət etmək və şəxsi heyətdən
sırada vəzifə borclarını dəqiq yerinə yetirmələrini tələb etmək;
�
komanda verərkən
“Farağat” vəziyyətini almaq;
�
hərəkət vaxtı təyin edilmiş məsafənin saxlanılmasına nəzarət etmək
və s.
1. Bölük növbətçisinin çavuşlardan və müstəsna hallarda daha hazır lıqlı
əsgərlərdən təyin olunmasının səbəbini izah edin.
2. Tabeliklərində olanların yanında komandirlərə intizam cəzası elan
edilməsi nəyə görə qadağandır?
3. Sizcə, sutkalıq naryadın tərkibinə daxil olan şəxslərə xidmət vaxtı
törətdikləri nalayiq hərəkətlərə görə intizam cəzaları naryad qurtarandan,
yaxud onlar dəyişdirildikdən sonra verilməsinin səbəbi nədir?
4. Manqa komandiri və taqım komandiri müavini rolunda tabeçilikdə
olanlara həvəsləndirmə və intizam cəzalarının elan edilməsini praktiki
yerinə yetirin.
5. Eyni nalayiq hərəkət etmiş iki hərbi qulluqçuya müxtəlif cəza verilə
bilərmi? Fikrinizi əsaslandırın.
6. Saatdarların dəyişilməsini praktiki olaraq yerinə yetirin.
Sual və tapşırıqlar
LAYİHƏ
26
4. AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNİN
DAXİLİ XİDMƏT NİZAMNAMƏSİ
“Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!”
Heydər Əliyev
Hərbi hissəyə yeni gələn əsgərin xidmətini necə təsəvvür edirsiniz?
Hərbi hissəyə yeni gələn şəxsi heyət 14 gün ərzində ayrıca binada yerləş
dirilir. Bu müddət ərzində tibbi müayinədən keçir, peyvənd edilir, onlara geyim,
ayaqqabı verilir və əyinlərinə uyğunlaşdırılır. Şəxsi heyətlə məşğələlər keçirilir.
Çağırışçıların şəxsi əşyaları, paltar və ayaqqabıları qablaşdırılır, hərbi
hissə tərəfindən onlar verdikləri ünvanlara poçtla pulsuz göndərilir.
Hərbi qulluqçuların yerləşdirilməsi
Müddətli xidmət hərbi qulluqçuları kazarmalarda yerləşdirilirlər. Hər bir bölü
yün yerləşdirilməsi üçün aşa ğıdakılar nəzərdə tutulur:
�
ictimaisiyasi və mədənimaarif işləri otağı;
�
şəxsi heyətin yataq otağı;
�
bölüyün dəftərxana otağı;
�
silah saxlama otağı;
�
silah təmizləmə otağı (yeri);
�
bölüyün əmlakını və hərbi qulluq çu ların şəxsi əşyalarını saxlama otağı;
�
yuyunma otağı;
�
papiros çəkmə və ayaqqabı təmiz ləmə otağı (yeri);
�
məişət xidməti otağı;
�
paltar və ayaqqabı qurutma otağı (yeri).
Şəxsi heyətin yataq otaqlarında yerləşdirilməsi üçün hər bir hərbi qulluq
çuya 2,5–4 m
2
hesabı ilə sahə ayrılır. Bununla bərabər, hər bir nəfərə düşən
havanın həcmi 9–12 m
3
dən az olmamalıdır.
Çarpayılar divardan 50 sm aralı, düz xətt boyunca yerləşdirilməlidir. Yataq
otaqlarında çarpayıların yerləşdirilməsi bir və ya iki yaruslu ola bilər.
Çarpayının yanındakı dolabçada tualet ləvazimatları, yaxalıqlar, cib dəs
mal ları, kitabdəftər və digər xırda şəxsi istifadə əşyaları saxlanılır.
Kazarmada yerləşdirilən hərbi qulluqçuların yatağı adyal, döşəkağı, balış
üzü, balış və döşəklərdən ibarət olmalıdır. Yataqlar eyni qaydada yığılmalıdır.
LAYİHƏ
27
Yuyunma otağı
İctimai-siyasi və mədəni-maarif işləri otağı
Şəxsi heyətin yataq otağı
Hərbi qulluqçu yatanda gündəlik
geyim və qayışını səliqə ilə büküb
kətil üstünə, ayaqqabısını isə çarpa
yının ayaq tərəfində yerə qoyur.
Bölmələrdə olan atıcı silah və döyüş sursatı pəncərələrinə dəmir barmaqlıq
vurulmuş ayrıca otaqda saxlanılır.
Əlüzyuyanlar hər beşyeddi nəfərə bir kran və hər bölüyə, ən azı, axar suyu
olan iki ayaq vannası hesabı ilə qoyulur.
Ge yimlər yalnız camaşırxa nada,
ya xud bu məqsədlə ayrılmış otaq
larda (yerlərdə) yuyulur.
Papiros çəkməyə xüsusi ayrılmış və hazırlanmış otaqlarda (yerlərdə) icazə
verilir.
Məişət xidməti otağı paltar ütüləmək üçün stollarla, güzgülərlə təchiz edilir.
Yatağa geyimli, ayaq qabılı otur maq
və uzan maq qadağandır!
Geyimləri kazarmada yumaq və onun
yaxınlığında qurutmaq qadağandır!
LAYİHƏ
28
Hərbi qulluqçuların sağlamlığının qorunması
Hər bir hərbi qulluqçu şəxsi və ictimai gigiyena qaydalarına ciddi riayət
etməli və öz orqanizmini gündəlik möhkəmləndirməlidir.
Şəxsi gigiyena qaydalarına aşağıdakılar daxildir:
�
səhərlər əlüzün yuyulması, dişlərin təmizlənməsi, bədənin qurşaqdan
yuxarı soyuq su ilə silinməsi;
�
hər qida qəbulundan qabaq əllərin yuyulması;
�
yatmazdan qabaq əlüzün, ayaqların yuyulması və dişlərin təmizlənməsi;
�
üzün və başın vaxtında qırxılması, dırnaqların tutulması;
�
hamamda müntəzəm çimmə, alt və yataq dəyişəyinin, corabların dəyi
şilməsi;
�
hərbi geyimin, ayaqqabının və yata ğın təmiz saxlanılması.
İctimai gigiyena qaydaları isə bunlardan ibarətdir:
�
yataq otaqlarında, tualetlərdə və
digər ümumi istifadə otaqlarında
təmizliyin saxlanılması;
�
otaqların havasının müntəzəm
surətdə dəyişdirilməsi;
�
ictimai yerlərdə, həmçinin hərbi hissənin yerləşdiyi ərazidə təmizliyin sax
lanılması.
Vaxtın bölüşdürülməsi və gündəlik nizam qaydaları
Hərbi hissələrdə günün nizam qaydaları müəyyən edilir.
Günün nizam qaydalarında səhər gimnastikası, səhər baxışı, 6 saatlıq təd
ris məşğələləri, qida qəbulu, silah lara, döyüş texnikasına qulluqetmə, müstəqil
hazırlıq, tərbiyə işi, hərbi qulluqçu ların şəxsi tələbatı, axşam gəzintisi və yox
lanışı, 8 saatlıq yuxu üçün vaxt nəzərdə tutulur.
Qida qəbuletmələri arasındakı vaxt 7 saatdan çox olmur. Qida qəbulun dan sonra
30 dəqiqə ərzində məşğələ və iş aparılmır.
Məşğələlərdən azad vaxtlarda və istirahət günlərində şəxsi heyətlə kütləvi
tədbirlər, mədənimaarif işləri, idman oyunları və yarışları keçirilir.
Yuxudandurma, səhər baxışı və axşam yoxlanışı
Səhər
“Qalx” siqnalına 10 dəqiqə qalmış bölük növbətçisi taqım komandiri
müavinlərini və bölüyün baş çavuşunu,
“Qalx” siqnalı ilə isə bütün bölüyü
yuxu dan qaldırır. Sonra səhər gimnastikası, otaqların və ərazinin təmizlənməsi,
yataqların yığılması, yuyunma və səhər baxışı keçirilir.
Hərbi qulluqçu öz xəstəliyini
gizlətməməlidir.
LAYİHƏ
Dostları ilə paylaş: |