Dərslik Mirzəli Rasim Abdurazaqov Rövşən Əliyev



Yüklə 4,3 Kb.
Pdf görüntüsü
səhifə8/72
tarix30.12.2017
ölçüsü4,3 Kb.
#18856
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   72

 
 

17 
 
•   I  fəsil  •  
Müxtəlif mühitlərdə elektrik cərəyanı  

İngilis alimi Maykl Faradey elektroliz zamanı elektrodlar üzərində ayrılan mad-
dənin kütləsinin hansı fiziki kəmiyyətlərdən asılı olduğunu müəyyənləşdirir. Elekt-
roliz qanunu adlanan bu asılılıq belə ifadə olunur: 
 Elektroliz zamanı elektrodlar üzәrindә ayrılan maddәnin kütlәsi elektrolitdәn 
keçәn elektrik yükünün miqdarı ilә düz mütәnasibdir. 
·
 
və ya 
.
 
Burada 
m
 – elektrod üzərində ayrılan maddənin kütləsi, q – elektrolitdən keçən 
elektrik yükünün miqdarı, k – mütənasiblik əmsalı olub, maddənin elektrokimyəvi 
ekvivalentidir. Elektrokimyəvi ekvivalentin BS-də vahidi: 
1

Maddәnin elektrokimyәvi ekvivalenti әdәdi qiymәtcә elektrolitdәn 1Kl yük 
keçәrkәn elektrod üzәrindә ayrılan maddәnin kütlәsinә bәrabәrdir. Elektrokimyәvi 
ekvivalenti müxtәlif maddәlәr üçün müxtәlif qiymәtә malikdir (cәdvәl 1.1). 
 
Cәdvәl 1.1. Bəzi maddələrin elektrokimyəvi ekvivalenti 
Maddə 
Valentliyi 
Elektrokimyəvi ekvivalent  k
 
Civə 

2,0736 
Gümüş 

1,1179 
Qurğuşun 

1,0736 
Brom 

0,8282 
Qızıl 

0,6812 
Mis 

0,6588 
Mis 

0,3294 
Qalay 

0,6150 
Platinium 

0,5058 
Xlor 

0,3674 
Sink 

0,3388 
Nikel 

0,3041 
Nikel 

0,2027 
Natrium 

0,2383 
Dəmir 

0,1929 
OH qrupu 

0,1763 
Kükürd 

0,1661 
Alüminium 

0,0932  
Oksigen 

0,0829 
Hidrogen 

0,01045 
 
 
LAYİHƏ


 
 
18 
 
 
 
 
 
 
 
 
  
 
1. Elektrolitik dissosiasiyanın mexanizmi nədən ibarətdir? 
2. Elektrolit nədir və onun elektrik keçiriciliyi metalların elektrik keçiriciliyindən nə ilə fərqlənir? 
3. Elektroliz prosesini izah edin.  
4. Elektroliz qanunu necə ifadə olunur? 
 
 
 
 
 
Elektron  resurslarından  istifadə  edərək  “Elektrolizin  praktik  tətbiqləri”  adlı  elektron  
təqdimat hazırlayın. 
Elektron resurs nümunələri: 
1. infourok.ru/elektroliz_ucun_faradey_qanunlari- 
2. anl.az/el/p/pp_teeo.pdf 
3. www.muallim.edu.az/arxiv/2011/.../melumat.pd. 
4. library.atgti.az/categories/chemistry/Umumi_kimya.pdf 
 
 
 
 
 
 
Yaradıcı tәtbiqetmә 
 
 
Ayrılan xromun kütləsini təyin edin. 
Məsələ. 
Polad  lövhənin  səthinin  xrom  təbəqəsi  ilə  örtülmə  prosesi  (xromlama 
prosesi) elektroliz vannasında cərəyan şiddətinin I = 2A qiymətində həyata ke-
çirilmişdir. Polad lövhə üzərində t = 3 saat müddətində ayrılan xrom təbəqəsinin 
kütləsini təyin edin  (
18 · 10
). 
 
 
Araşdırma
2

 Cümlələri iş vərəqinə köçürün və onları tamamlayın.  
1. Elektrolit – ... 
2. Elektrolitik dissosiasiya –...  
3. Elektrolitdə elektrik cərəyanı – ...  
4. Elektroliz –... 
5. Elektroliz qanunu – ...  
Nә öyrәndiniz
Öyrәndiklәrinizi yoxlayın
 
 
 
Layihә
 
 
LAYİHƏ


 
 

19 
 
•   I  fəsil  •  
Müxtəlif mühitlərdə elektrik cərəyanı  

 
 
 
 
  
 
1. Gümüş-nitrat mәhlulunun elektrolizi zamanı 7,84 q gümüş ayrıldı. Mәhluldan keçәn 
elektrik yükünü tәyin edin (
ü üş
,
·
).  
2. Cәrәyan şiddәtinin 6A qiymәtindә 10 dәq müddәtindә elektrolitik vannada 1,224 q 
sink ayrıldı. Sinkin elektrokimyәvi ekvivalentini tәyin edin.  
3. Göydaş mәhlulunun elektrolizi zamanı 50 dәq müddәtindә katodda 1,98 q mis ayrıldı. 
Elektroliz hansı cәrәyan şiddәtindә baş vermişdir (
,
·
)?  
4. Şәkildә gümüş -nitrat mәhlulunun elektroliz sxemi tәsvir edilmişdir. Tәsvirdәki ve-
rilәnlәrә  әsasәn  katod  üzәrindә  2,52  q  gümüşün  hansı  müddәtә  ayrılmasını  tәyin 
edin. 
 
5. Gümüş nitrat mәhlulundan 1 Kl elektrik yükü keçdikdә katod üzәrindә 1,11 mq gü-
müş  ayrıldı.  Mәhluldan  1500  Kl  elektrik  yükü  keçdikdә  katod  üzәrindә  nә  qәdәr 
gümüş ayrılar?  
 
 
 
 
 
 
 
Çalışma
 
1.2
LAYİHƏ


 
 
20 
 
 
 
 
 
 
Elektroliz hadisəsinin araşdırılması.
 
Təchizat: sabit cərəyan mənbəyi, elek-
trolitik vanna, mis-sulfatın 
 suda 
məhlulu, elektrodlar, saniyəölçən, amper-
metr, reostat, açar, tərəzi, çəki daşları, 
kağız salfet, birləşdirici naqillər (
a
). 
 
İşin gedişi:  
1. Tərəzidə katodun 
kütləsini ölçün. 
2. Şəkildə təsvir edilən sxemi iş vərəqinə çə-
kin və bu sxemə əsasən elektrik dövrəsini 
yığın (
b
). 
 
 
3. Elektrodları məhlul olan vannaya daxil edin, 
açarı  qapayın  və  eyni  anda  saniyəölçəni 
işə salın. Dövrədə cərəyan şiddətini 2 A -
də saxlayın. 
4. 8 dəq sonra dövrəni açın, katodu salfet ilə 
qurulayın və onun tərəzi vasitəsilə  
 kütl-
əsini ölçün. 
5. Təcrübəni  daha  iki  dəfə təkrarlayın: hər  
dəq-dən bir kütləsini təyin etdiyiniz katodu 
dövrənin mənfi qütbünə birləşdirin. 
6. 8 dəq, 16 dəq və 24 dəq zaman fasilələrin-
də katodda ayrılan misin kütləsini  
  ifadəsinə  əsasən  hesabla-
yın.  
7. 
 düsturuna əsasən uyğun zaman fa-
silələrində  elektrolitdən  keçən  yükün  miq-
darını hesablayın. 
 
Cədvəl 1.2. 
Təc. 
sayı 
Katodun 
kütləsi 
Katod üzərində 
ayrılan misin kütləsi 
Zaman 
Cərəyan 
şiddəti 
Elektrik 
yükü 
,  
 

,
 
t , (dәq)
t , (san)
I , (A)
q, (Kl) 

 
 
 

 
 
 

 
 
16 
 
 

 
 
24 
 
 
 
Nəticəni müzakirə edin: 
 Elektrod üzərində ayrılan misin kütləsi elektrolitdən keçən yükün miqdarından necə asılıdır? 
Asılılığı qrafik təsvir edin. 
 
 
 
 
 
Praktik iş
 
1
 
(b)
Diqqət! 
a) unutmayın ki, kütləsini təyin etdiyiniz 
elektrod katoddur və o, cərəyan mən-
bəyinin mənfi qütbünə birləşdirilir;  
b) təcrübə zamanı dövrədəki cərəyan 
şiddəti reostat vasitəsilə sabit 
saxlanılır;  
c) cədvəl-1.2.-i iş vərəqinə köçürün və 
ölçmələrin nəticələrini orada qeyd edin. 
(a)
LAYİHƏ


Yüklə 4,3 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə