457
daha doğrusu nitqlə bağlı olaraq ixtiyari, vasitəli ali psixi funk-
siyalara çevrilməlidir. Buna uşağın həmin yaş dövründə
məktəbdə və ailədə məşğul olduğu əsas fəaliyyət növləri: təlim,
ünsiyyət, oyun və əmək fəaliyyətləri imkan yaradır.
Məktəbə təzə gələn uşaqlarda qavrayış hələ reproduktiv
xarakter
daşıyır. I-II
sinif
şagirdlərinin
qavrayışları
azfərqləndirici, səthi, nisbətən az məqsədəyönəlmiş olur. Bu
dövrdə uşaqların qavrayışı kəskin emosionallığı ilə fərqlənir. I
- II sinif şagirdləri cisim və hadisələrdə ən çox onlar üçün
əhəmiyyətli olan cəhətləri qavramağa meylli olurlar. Ona görə
də bu dövrdə uşaqların qavrayışı çox vaxt cisim və hadisələrin
yalnız müəyyən əlamət və keyfiyyətlərini əks etdirir. Bu zaman
xarici, bilavasitə nəzərə çarpan əlamətlərə görə qavramaya da-
ha çox üstünlük verilir. Cisimlərin mahiyyətinin dərindən
təhlili və dərk olunması uşaq üçün hələ çətindir. Ona görə də
kiçik məktəb yaşının əvvəllərində şagirdlərin qavrayış prosesi
qavranılan obyekti yalnız tanımaq və sonra onu adlandırmaqla
məhdudlaşır.
Bu dövrdə şagirdlərin qavrayışı üçün xarakterik
cəhətlərdən biri də oxşar obyektləri qavramalarındakı qeyri
dəqiqlikdir. Məhz fərqləndirmənin lazımi səviyyədə olmaması
şagirdlərin oxşar cisim və hadisələrə eyni əhəmiyyət
vermələrinə və onları eyni cür qavramalarına səbəb olur. Buna
görə də bu dövrdə müəllimin müvafiq iş aparmasına böyük eh-
tiyac hiss olunur.
III-IV siniflərdə qavrayış produktiv xarakter daşımaqla,
təlim fəaliyyətinin təsiri altında daha məqsədəyönəlmiş, ixtiya-
ri olmağa başlayır. İxtiyari qavrayış olan müşahidə inkişaf edir.
Müşahidənin təsiri altında qavrayış prosesi məqsədəmüvafiq,
planlı və adekvat xarakter daşımağa başlayır.
Təcrübə göstərir ki, kiçik yaşlı məktəblilərdə təlim və
tərbiyənin təsiri altında zaman və məkan qavrayışı inkişaf edir.
Lakin bu zaman qavrayışın həmin növlərinin inkişafı bir sıra
çətinliklərlə müşayət olunur. Kiçik məktəblilərin, xüsusilə I-II
458
sinif şagirdlərinin zaman haqqında təsəvvürləri olduqca konk-
ret xarakter daşıyır. Uşaqlar yalnız öz həyatlarında rast
gəldikləri zaman münasibətlərini bilirlər. Onlar yalnız saatın,
gündüzün, gecənin nə olduğunu bildikləri halda, sutkada neçə
saat olduğunu, ayda, ildə neçə gün olduğunu dəqiq bilmirlər.
Təlim və tərbiyənin təsiri altında və ümumi inkişaf
prosesində kiçik məktəblilərdə zaman və məkan qavrayışının
təkmilləşməsi baş verir.
Kiçik məktəb yaşı dövründə uşaqlarda diqqətin
inkişafında da özünəməxsus dəyişiklik baş verir. Psixoloji
tədqiqatlar göstərmişdir ki, kiçik məktəblilərin diqqəti ilk
gündən seçici xarakter daşımağa başlayır, daha doğrusu,
uşaqların diqqəti onlar üçün daha çox əhəmiyyətli olan cisim
və hadisələrə yönəlir. Bu baxımdan birinci-ikinci sinif
şagirdləri üçün müəllimin onların diqqətini yönəltdiyi sahə
əhəmiyyətlilik kəsb edir.
Məktəb təcrübəsi göstərir ki, yeknəsək xarakterli işin
yerinə yetirilməsi kiçik məktəblilərin yorğunluğuna, bu da öz
növbəsində diqqətin yayınmasına gətirib çıxarır. Birinci-ikinci
sinif şagirdlərinin diqqəti yüksək emosional təəssürata malik
olmaları ilə bağlı olur. Ona görə də bu yaşda uşaqların diqqəti
onlar üçün çox maraqsız, cansıxıcı görünən işlərdən asanlıqla
yayınır. Ona görə də bu dövrdə şagirdlərin diqqətini əsas detal-
lara nisbətən ikinci dərəcəli detallar daha çox cəlb edir.
Kiçik məktəb yaşı dövründə qeyri ixtiyari diqqət hələ
nisbətən üstünlük təşkil etsə də ixtiyari diqqət əsaslı şəkildə
inkişaf etməyə başlayır. Kiçik məktəb yaşının sonunda - IV
sinifdə diqqətin həcmi və davamlılığı, keçirilməsi və
mərkəzləşməsi demək olar ki, əsasən böyüklərdə olan
səviyyəyə çatır. Diqqətin keçirilməsi bu dövrdə hətta orta he-
sabla böyüklərin diqqətlərinin keçirilməsindən yüksək olur. Bu,
orqanizmin cavanlığından və uşağın mərkəzi sinir sistemində
proseslərin mütəhərrikliyindən asılıdır.
Kiçik məktəblilər heç bir xüsusi çətinlik olmadan bir
459
fəaliyyət növündən digərinə keçə bilirlər. Lakin burada hələ də
“uşaqlıq” əlamətləri qalır. Belə ki, uşaqların diqqətini ən çox
onlara bilavasitə təsir edən və onlar üçün maraqlı olan cisim və
hadisələr cəlb edir.
Kiçik məktəb yaşı dövründə hafizə də öz inkişafını da-
vam etdirir. Bu dövrdə mexaniki hafizə üstünlük təşkil edir. Bu
dövrdə uşaqlar hər cür materialı asanlıqla əzbər öyrənə bilirlər,
ona görə də əzbər öyrənməyə meylli olurlar. Bunun müəyyən
əhəmiyyəti olsa da uşaqları quru əzbərçiliyə alışdırmaq olmaz.
Şübhəsiz bəzi materialları, məsələn, vurma cədvəlini əzbərdən
bilmək yaxşıdır. Lakin təcrübəli müəllim vurma cədvəlini
əzbərdən öyrənməyi tapşırmazdan əvvəl cədvəlin strukturunu
ətraflı izah edir, onun hansı prinsip üzrə tərtib olunduğunu
uşaqlara başa salır. Öyrənmə bu şəkildə təşkil olunduqda əgər
şagird, məsələn, yeddi dəfə səkkiz neçə etdiyini yaddan
çıxarıbsa, özünü itirmir. O, yeddi dəfə yeddinin neçə etdiyini
yada salır və buna yeddi əlavə edir.
Çox vaxt birinci-ikinci sinif şagirdləri materialı hərfən
yadda saxlamağa çalışırlar. Bu, həmin yaşda şagirdlərin
oxuduqlarını və eşitdiklərini öz sözləri ilə ifadə edə
bilməmələri ilə izah oluna bilər. Burada nitqin lazımi
səviyyədə inkişaf etməməsi və müəllimin şagirddən öyrən-
diyini dəqiq və tam yada salmağı tələb etməsi də rol oynaya
bilər.
Təcrübə göstərir ki, kiçik məktəblilərdə, xüsusilə birin-
ci-ikinci sinif şagirdlərində birinci siqnal sistemi üstünlük
təşkil etdiyinə görə əyani materialları daha yaxşı yadda
saxlayırlar.
Kiçik məktəb yaşlı uşaqlarda məntiqi hafizə nisbətən
zəif inkişaf etmiş olur. Birinci-ikinci sinif şagirdlərindən fərqli
olaraq üçüncü-dördüncü sinif şagirdləri elə yadda saxlamağa
çalışırlar ki, sonradan onu öz sözləri ilə danışa bilsinlər.
Nəticədə onlarda müqayisə və ümumiləşdirməyə əsaslanan
məntiqi hafizə inkişaf edir. Birinci sinifdən başlayaraq
Dostları ilə paylaş: |