513
də böyük kimi qəbul edilmək istəyirlər. Buradan isə onların öz
şəxsiyyətinin sürətli inkişafı tələbatları meydana gəlir ki, bu da
özünütərbiyənin bir vasitə kimi həyata keçirilməsinə gətirib
çıxarır. Yeniyetmə öz üzərində işləməklə, birinci növbədə, öz
şəxsi davranışındakı qüsurları aradan qaldırmağa, özündəki
zəif cəhətləri ləğv etməyə, ikincisi, özünü güclü, bacarıqlı və
müstəqil
aparmağa
imkan
verən
şəxsiyyətin
müsbət
keyfiyyətlərini
formalaşdırmağa
çalışır.
Aparılmış
tədqiqatlardan aydın olur ki, yeniyetmələr birinci növbədə
özlərində olan iradi nöqsanları aradan qaldırmağa və özlərində
möhkəm iradəli adam üçün xas olan cəsarət, mərdlik, dözüm-
lülük, təkidlilik kimi iradi keyfiyyətləri tərbiyə etməyə can
atırlar.
İlk gənclik dövründə özünütərbiyə fiziki və iradi özü-
nütəkmilləşdirmə ilə yanaşı, mənəvi özünütəkmilləşdirməyə də
xidmət edir. Özünütərbiyənin bu mərhələsində məktəblilər ən
çox özlərində düzlük,mehribanlıq, rəhmlilik, səxavətlilik, dos-
ta, yoldaşa qarşı sadiqlik, daima ona kömək etməyə hazır ol-
maq və s. kimi keyfiyyətləri tərbiyə etməyə can atırlar.
Şagirdlərin özünütərbiyəsinin təşkili. Özünütərbiyə o
qədər də asan proses deyildir. O, özünüidarənin yüksək forması
olduğuna görə şagirdlərin bu işi asanlıqla yerinə yetirəcəklərini
guman etmək olmaz. Ona görə də bu sahədə onlara kənardan,
tərbiyəçilər tərəfindən köməklik göstərilməsi, istiqamət
verilməsi zəruridir. Özünütərbiyənin, bununla da əlaqədar
ümumiyyətlə tərbiyənin səmərəliyi öz üzərində işləyən
şagirdlərlə həmin işin təşkili, onlara istiqamət verilməsi və
köməklik göstərilməsindən çox asılıdır.
Şagirdlərin özünütərbiyəsini təşkil edərkən, birinci
növbədə kollektiv qarşısında bu cür məqsədin qoyulmasından
başlamaq lazımdır. Sosial psixologiyadan aydındır ki,
insanların ümümi işdə təması və vəhdəti nə qədər güclü olarsa,
onların qarşılıqlı təsiri bir o qədər səmərəli xarakter daşıyar.
Buradan isə aydın olur ki, əgər kollektivdəki bir neçə adam,
514
xüsusilə kollektiv üzvlərinin hamısının hüsni rəğbətini qazanan
adamlar öz üzərlərində işləməyə, özünütərbiyə ilə məşğul
olmağa başlayarlarsa, bu hal kollektivin başqa üzvlərinə də
mütləq sirayət edəcəkdir.
Adətən, kollektiv vasitəsilə ayrı-ayrı şagirdlərin qarşısına
özünütərbiyə öhdəliyi qoyulması da bu işin səmərəli nəticə
verməsinə səbəb olur. Bu tədbir o zaman daha çox təsirli xa-
rakter daşıyır ki, yarış şərtlərinə daxil edilsin və bu işə sinfin
fəalları nəzarət etsinlər.
Sinif kollektivi ilə özünütərbiyə işini təşkil edərkən təkcə
onların
qarşısına
özünütərbiyə
məqsədi
qoymaqla
məhdudlaşmamalı, bu işin səmərəli yollarını tapmaqda da onla-
ra köməklik göstərməlidir. Birinci növbədə şagirdi uzun və ya
qısa müddət ərzində öz üzərində aparacağı işlə əlaqədar vəzifə-
ləri dəqiq müəyyənləşdirməyə, birinci növbədə özünü-
tərbiyənin həyata keçirəcəyi vəzifələri qeyd etməyə və həmin
işi dönmədən yerinə yetirməyi öyrətmək lazımdır. Əgər
şagirddə özününəzarət zəifdirsə, bu keyfiyyəti onda aşılamaq
zəruridir. Çünki o, özünənəzarət edə bilməzsə özünütərbiyə də
istənilən səviyyədə həyata keçə bilməz. Bu işə kollektivin
dostcasına nəzarəti də köməklik göstərməlidir.
Heç olmazsa kiçicik bir müvəffəqiyyətin əldə edilməsi
özünütərbiyəni
səmərələşdirmək
üçün
oluqca
böyük
əhəmiyyətə malikdir. Məhz ona görə də ilk dövrlər bu sahədə
kollektivə köməklik göstərmək olduqca vacibdir.
Kollektivdə özünütərbiyə məsələsi ilə əlaqədar müsbət
ictimai rəyin yaranması da bu işin müvəffəqiyyəti üçün
faydalıdır.
Nəhayət, şagirdlərin özünütərbiyəsinə istiqamət verən
müəllimin özünün bu sahədə nümunə göstərməsi, daim özünün
pedaqoji ustalığını və şəxsiyyətini təkmilləşdirməsi həmin işi
müvəffəqiyyətlə yerinə yetirməsinə təkan verir.
Bütün dediklərimizdən aydın olur ki, müəllim şagirdlərin
özünütərbiyəsinə ciddi rəhbərlik etməlidir. Bu zaman o dörd
515
vəzifənin həyata keçirilməsinə fikir verməlidir.
Birinci vəzifə, şagirdlərin özlərində şəxsiyyətin müsbət
keyfiyyətlərini inkişaf etdirmələri və öz davranışındakı bu və
ya digər nöqsanı aradan qaldırmalarına cəhd göstərməyi oyat-
maq (və ya dəyişmək). Əgər belə cəhd yoxdursa bunu misallar
əsasında şagirdə başa salmaq, onlarda inam yaratmaq zəruridir.
İkinci vəzifə, şagirdin öz şəxsiyyətinə tənqidi yanaş-
masına, öz davranışının xüsusiyyətlərini təhlil edə bilməsinə,
öz qüsurlarını göstərməsi və dərk etməsinə köməklik
göstərmək.
Üçüncü vəzifə, müəllim, tərbiyəçi şagirdin özünütərbiyə
proqramını tərtib etməsinə, hansı keyfiyyəti inkişaf etdirmək
lazım gəldiyini, hansıları isə aradan qaldırmağın zəruri
olduğunu müəyyənləşdirməsinə köməklik göstərməlidir.
Dördüncü vəzifə, müəllim, tərbiyəçi şagirdləri özünü-
tərbiyənin ən səmərəli, düşünülmüş yolları, priyomları ilə
silahlandırmalıdır.
VI.23.5.Şagirdlərin əxlaq tərbiyəsinin psixoloji
əsasları
Əxlaqi şüur və əxlaqi davranışın formalaşmasının
vəhdəti. Tərbiyə psixologiyasında diqqəti cəlb edən əsas
məsələlərdən biri şəxsiyyətin əxlaq tərbiyəsi, onda əxlaqi
sahənin formalaşmasıdır. Adətən, məktəblinin tərbiyəsindən
danışarkən
birinci
növbədə
onun
əxlaqi
cəhətdən
formalaşmasına nəzər yetirirlər. Buna görə də şəxsiyyətin
əxlaqi sahəsinin formalaşmasının psixoloji əsasları ilə tanış
olmaq tərbiyəçi üçün az əhəmiyyətə malik deyildir.
Hamıya məlumdur ki, uşağın düşdüyü yeni şəraitdə necə
davranmasi üçün onun istinad etməli olacağı geniş əxlaqi
təsəvvürləri, əxlaqi bilik ehtiyatı olmalıdır. Psixoloji tədqiqatlar
nəticəsində müəyyən edilmişdir ki, əxlaqi bilik və anlayışların
Dostları ilə paylaş: |