250
1) təlim materiallarının təşkili (onların anlaşıqlılığı,
strukturu, daha parlaq misalların seçilməsi və s.);
2) dərs zamanı şagirdlərin fəaliyyətinin düzgün təşkili (
şagirdlərin fəal, müstəqil və yaradıcı fəaliyyətinə şərait
yaradılması, fəaliyyət növlərinin bir-birini əvəz etməsi və s.);
3) müəllimin
fəaliyyətinin
təşkili
(onun
nitqinin
xüsusiyyətləri, şərhin anlaşıqlı, obrazlı, məntiqi və emosional
olması və s.);
4) əyani və texniki vasitələrdən istifadə;
5) şagirdlərdə təlim vərdişlərinin yaranması;
6) şagirdlərdə təlim motivasiyasının, dərsə davamlı
marağın formalaşdırılması.
Özünü yoxlamaq üçün sual və tapşırıqlar
1) Bir psixi hadisə kimi diqqəti səciyyələndirin.
2) Diqqətin funksiyaları hansılardır? Onları səciyyə-
ləndirin.
3) Diqqətin insanın həyat və fəaliyyətində oynadığı rolu
şərh edin.
4) İ.P.Pavlovun diqqətin fiziolji mexanizimləri haqqında
təlimini şərh edin.
5) A.A.Uxtomskinin
dominantlıq
prinsipi
nədən
ibarətdir?
6) Diqqətin fizioloji mexanizimləri ilə bağlı müasir ney-
rofizioloji baxışlar nədən ibarətdir?
7) Qeyri- ixtiyari diqqəti səciyyələndirin.
8) İxtiyari və ixtiyaridən sonrakı diqqət haqqında nə bi-
lirsiniz?
9) Diqqətin xarakterik xüsusiyyətlərini şərh edin.
10) Diqqətin tərəddüdü, yayınması
və dalğınlığı
haqqında danışın.
11) Diqqətin inkişafı və dərsdə şagirdlərin diqqətini
251
səmərəli təşkili haqqında nə bilirsiniz?
252
Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular:
1) Diqqət və onun fizioloji mexanizmləri.
2) Diqqətin inkişaf mərhələləri.
3) Dərsdə şagirdlərin diqqətin səmərəli təşkili yolları.
4) Diqqətdə pozğunluqlar, onların aradan qaldırılması
yolları.
5) Diqqətin öyrənilməsi yolları.
Ədəbiyyat
Bayramov Ə.Ə., Əlizadə Ə.Ə. Psixologiya. 2-ci nəşri.-
Bakı, 2002.
Qədirov Ə.Ə. Yaş psixologiyası. – Bakı, 2003.
Həmzəyev M. Ə. Pedaqoji psixologiya.- Bakı, 1991,
səh.110-111; 113-117.
Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın
əsasları. – Bakı,2003.
Əlizadə Ə.Ə. Uşaqlarda diqqətin tərbiyə edilməsi.- Bakı,
1962
Luriə A.R. Vnimanie i pamətğ, – M, 1975, s.-4-41
Xrestomatiə po vnimaniö – M, 1976
Vıqotskiy L.S. Sobranie soçineniy t.3. 1983, s. 205-239
Qalğperin P.Ə., Kabılğniükaə S.L. Gksperimentalğnoe
formirovanie vnimanii. M-.1974.
8 - c i F Ə S İ L
DUYĞULAR
Q ı s a x ü l a s ə
253
Duyğular haqqında anlayış. Duyğular haqqında məlumat.
Duyğular hissi idrak prosesi kimi. Duyğuların insan həyatında rolu.
Duyğular və analizatorlar. Duyğular haqqında nəzəriyyələr.
Duyğuların təsnifatı. Duyğuların təsnifatı prinsipləri. Xarici
duyğular. Görmə, eşitmə, dadbilmə, iybilmə və dəri duyğuları xarici
duyğular kimi; kontakt və distant duyğular. Daxili duyğuların
növləri: üzvi duyğular, müvazinət duyğuları. Əzələ hərəkət
duyğuları. Duyğuların əvəz olunma imkanları.
Duyğuların ümumi qanunauyğunluqları. Duyğuların
ümumi cəhətləri. Həssaslıq və hədlər. Mütləq və fərqləndirmə
həssaslığı və hədlər. Adaptasiya. Duyğuların qarşılıqlı təsiri.
Sensibilizasiya və sinesteziya. Ardıcıl surətlər.
IV.8.1. Duyğular haqqında anlayış
Duyğu bir psixi proses olmaq etibarilə cisimlərin,
hadisələrin bilavasitə duyğu üzvlərimizə təsiri zamanı yaranır.
Duyğu üzvlərimizə təsir edən nə varsa bunların hamısı
qıcıqlandırıcı adlanır. Qıcıqlandırıcıların yaratdığı oyanma his-
si sinirlər vasitəsi ilə beynə nəql olunur və nəticədə biz
cisimlərin rəngini, dadını, ətrini, səsini, temperaturunu və s.
keyfiyyətini hiss edirik.
Beləliklə də duyğular obyektiv reallığın hissi inikası
olub, hal - hazırda hiss üzvlərimizə təsir edən cisim və
hadisələrin ayrı-ayrı xassələrinin, əlamətlərinin beynində
inikasından ibarət olan sadə psixi prosesə deyilir. Duyğuları
xarakterizə edən əsas cəhət onun predmet və hadisələrin ayrı-
ayrı əlamətlərinin inikasından ibarət olmasıdır.
Məsələn, bal arısı əlimizi sancır. Bu halda biz onun
uçuşu zamanı çıxardığı səsi, əlimizin ağrısını, arının rəngini
əks etdiririk. Duyğunun fizioloji əsasını, akademik İ.P.Pav-
lovun dediyi kimi, kompleks anatomik strukturdan ibarət olan
analizatorlar təşkil edir. Ona görə də İ.P.Pavlov analizatorları
254
duyğu almaq üçün lazım olan anatomik fizioloji cihaz
adlandırmışdır. Hər bir analizator üç hissədən ibarət olur: 1)
periferik şöbə. Bu hissə reseptor adlanır. Reseptorun funksiyası
xarici qıcığı qəbul etmək, xarici energiyanı sinir prosesinə
çevirməkdən ibarətdir; 2) ötürücü sinir lifləri. Bunlara afferent
(mərkəzəqaçan) və efferent (mərkəzdənqaçan) sinirlər daxil-
dir: 3) analizatorun beyin qabığı şöbəsi. Bunu analizatorun
mərkəzi şöbəsi, nüvəsi də adlandırırlar. Bu şöbənin funksiyası
perifernik şöbədən gələn impulsları təhlil etməkdən ibarətdir.
Hər bir analizatorun mərkəzi şöbəsinin özünə məxsus yeri var.
O beyin qabığında müxtəlif yerlərdə yerləşir. Məsələn görmə
duyğusunun analizatorlarının mərkəzi şöbəsi beyin qabığının
ənsə payında yerləşir. Eşitmə duyğusunun analizatorunun
mərkəzi şöbəsi beyin qabığının sağ və sol gicgah payındadır.
Duyğunun əmələ gəlməsi üçün analizatorun bütün hissələrinin
tamlığı, birlikdə fəaliyyət göstərməsi zəruridir. Həmin
hissələrdən biri sıradan çıxarsa duyğu alınmaz.
Analizatorlar fəal bir orqandır. O qıcıqlandırıcının təsiri
altında daima özünü yenidən qurur. Ona görə də demək
lazımdır ki, duyğu passiv proses deyil. O həmişə özündə
hərəkət komponentlərini də birləşdirir və reflektor xarakteri
daşıyır.
Duyğuların
insanın
həyatında
əhəmiyyəti
əvəzolunmazdır. Bunu başa düşmək üçün aşağıdakılara diqqət
yetirmək kifayətdir.
1. Hər şeydən əvvəl duyğular idrakın əsasını təşkil
edir. Gerçək aləm haqqında ilkin məlumatı duyğular vasitəsilə
əldə edirik. Duyğulardan kənarda heç bir idrak prosesi yoxdur.
2. Duyğular təkcə bizim biliklərimizin mənbəyi deyil,
həm də hiss və emosiyalarımızın da mənbəyidir.
Qızıl gülün ətri bizdə müsbət hiss və emosiya yaradırsa,
çürümüş ətin üfunətliliyi mənfi emosional halın yaranmasına
səbəb olur.
Duyğuların insanın həyatında rolunu göstərmək üçün bu
Dostları ilə paylaş: |