MƏNTƏQƏ SEÇKİ KOMİSSYASININ TƏRKİBİ VƏ İŞ
QAYDASI
63
49
Səsvermədən bir gün əvvəl (7 oktyabr) Məntəqə
seçki komissiyası sədrinin səlahiyyətləri
1. Səsvermə binasının təşkili ilə əlaqədar səlahiyyətlər:
Səsvermə binasının təşkili üçün məsuliyyət daşıyırsınız. Nəzərə alın
(Seçki məcəlləsi –
maddə 58.4):
Səsvermə binasında gizli səsvermə kabinələri quraşdırılmalıdır (hər 500 seçici üçün
ən azı bir kabinə nəzərdə tutulmalıdır). Hər kabinədə bir qələm olmalıdır;
Seçicilərin qeydə alınması üçün yer ayrılmalı və qeydiyyatçıların sayına müvafiq
olaraq masalar yerləşdirilməlidir;
Şəffaf seçki qutusu nəzərə çarpan yerdə qoyulmalıdır
Xüsusi zərflər üçün seçki qutusunun yaxınlığında masa yerləşdirilməlidir.
Səsvermə binasında nəzərə çarpan yerdə asılmalıdır (Seçki məcəlləsi – maddə 58.4.d; 58.5):
Seçicilərin vahid siyahısının ictimai informasiya üçün olan versiyası (divar siyahısı);
Seçicilərin xüsusi siyahısının ictimai informasiya üçün olan versiyası (divar
siyahısı);
Aparılası seçki qutusunun ictimai informasiya üçün olan versiya sı(divar siyahısı);
Namizədlərin siyahıları
Partiya siyahıları
Səsvermə təlimatı və MSK tərəfindən müəyyən olunmuş
seçki bülletenlərinin
doldurulması qaydası
Hansı bülletinin batil hesab olunması barədə qanundan çıxarış;
Səsvermə nəticələrinin nümayiş protokolları.
Əgər seçki bülletenində daxil olan hər hansı bir seçki subyekti seçkilərdə iştirak
etmirsə bu haqqda ərizə səsvermə binasında və gizli səsvermə kabinəsində.
2. Seçki sənədlərinin qəbulu ilə əlaqədar səlahiyyətlər:
Yadınızıda saxlayın: seçkilərin başlanmasına ən azı 12 saat qalmış Məntəqə seçki komissiyasından
seçki bülletenlərini və xüsusi zərfləri almalısınız. Təhvil alarkən
mütləq sayın və verilmiş seçki
bülletenlərinin və xüsusi zərflərin miqdarını qəbul-təhvil protokoluna daxil edilmiş göstəricilərlə
müqayisə edin (Seçki məcəlləsi – maddə 63.9-11). Yoxlayın ki, bülletendə sizin seçki məntəqəsinin və
seçki dairəsinin nömrəsi olsun.
64
50
Səsvermə günü (8 oktyabr) Məntəqə
seçki komissiyası sədrinin
səlahiyyətləri
saat 07:00-08:00
Saat 07:00 seçki məntəqəsini açın, telefonla Dairə Seçki Komissiyasına seçki məntəqəsinin
açılması və komissiya üzvlərinin kvorumu barədə (7 üzv) məlumat verin
(Seçki məcəlləsi –
maddə 61.1)
__________________________________________________________________________________
Səsvermə gününün Qeydlər kitabını, Qeydiyyat jurnalını, səsvermə nəticələrinin yekun
protokollarını və nümayiş protokollarını (nəzərə çarpan yerdən asılır) katibə təhvil
__________________________________________________________________________________
Səsvermə binasında olmaq səlahiyyətinə malik şəxslərin akreditasiya vərəqlərini yoxlayın
__________________________________________________________________________________
Hamının gözü qarşısında Məntəqə seçki komissiyasının möhürünün yerləşdiyi zərfin
bütövlüyünü yoxlayın və onu açın (möhürlərin nömrəsini Qeydlər kitabının 9-cu səhifəsində
əks olunmalıdır) (Seçki məcəlləsi – maddə 61.2.b).
__________________________________________________________________________________
Aparılası seçki qutusunu daşıyacaq 2 seçki komissiyası üzvünü müəyyənləşdirmək üçün
püşkatma keçirin, burada yalnız partiyalar tərəfindən təyin olunmuş komissiya üzvləri iştirak
edir (Seçki məcəlləsi –maddə 61.2.d)
__________________________________________________________________________________
Məntəqə seçki komissiyası üzvləri arasında qalan funksiyaların (seçicilər axınının
nizamlayıcısı, seçicilərin qeydiyyatını aparan, seçki qutusuna və zərflərə nəzarət komissiya
üzvləri) bölüşdürülməsi üçün püşkatma keçirin (Seçki məcəlləsi –maddə 61.2.e)
__________________________________________________________________________________
Şikayətlərin qeydə alınması prosesini müşahidə etmək məqsədilə seçki məntəqəsində olan
seşki subyektləri nümayəndələrindən ən azı iki nümayəndəni aşkar etmək üçün püşkatma
keçirin. Yadınızda saxlayın, püşkatma ilə seçilmiş nümayəndələr və komissiyanın katibi eyni
partiya tərəfindən təqdim edilmiş şəxs ola bilməz (Seçki məcəlləsi –maddə 61.5)
__________________________________________________________________________________
Seçicilərin vahid siyahısında, xüsusi siyahıda, eləcə də aparılası qutunun siyahısında
seçicilərin sayını elan edin
(Seçki məcəlləsi –maddə 61.6. a)
MƏNTƏQƏ SEÇKİ KOMİSSYASININ TƏRKİBİ VƏ İŞ
QAYDASI
65
51
__________________________________________________________________________________
Alınmış seçki bülletenlərinin və xüsusi zərflərin miqdarını elan edin (Seçki məcəlləsi –maddə
61.6.b)
__________________________________________________________________________________
Yoxlayın ki, seçki qutusu boşdur və əsas və aparılası seçki qutularını fərdi nömrəyə malik
möhürlə möhürləyin
(Seçki məcəlləsi –maddə61.6.q)
__________________________________________________________________________________
Hər bir qeydiyyatçıya verin: seçicilərin siyahısını (eləcə də xüsusi siyahını –
qeydiyyatçılardan birinə), bülletenlərin bir-bir bloknotonu, markirovka mayesi,
qeydiyyatçının möhürü (möhürün nömrəsini səsvermə günü qeydiyyat kitabının 9-cu
səhifəsində qeyd edin) (Seçki məcəlləsi –maddə 61.7)
__________________________________________________________________________________
Axının nizamlayıcısına markirovkanı yoxlayan ultrabənövşəyi fənər verin
__________________________________________________________________________________
Seçki qutusuna və zərflərə nəzarət edən komissiya üzvünə xüsusi zərflər və əsas seçki
qutusunu təhvil verin;
__________________________________________________________________________________
Komissiya üzvlərinə materialların verilməsindən dərhal sonra, səsvermə başlananadək
Məntəqə seçki komissiyası katibi ilə birlikdə (birinci seçicinin göstəricilərindən başqa)
yoxlama vərəqlərinin özünün surətini çıxaran formanı doldurun. Diqqət yetirin ki,
komissiyanın bütün üzvləri yoxlama vərəqinə imza atsınlar (Seçki məcəlləsi –maddə 61.10)
__________________________________________________________________________________
Saat 08:00-dan
Seçki məntəqəsinə birinci seçici gələn kimi qeydiyyatdan keçirin, bülleten götürün və bundan
sonra komissiya katibinə göstəriş verin ki, birinci seçicinin göstəricilərini yoxlama vərəqinə
daxil etsin. Yoxlama vərəqinin bir nüsxəsini əsas seçki qutusuna, ikinci nüsxəsini aparılası
seçki qutusuna (onun mövcudluğu təqdirdə) yerləşdirin, üçüncü yoxlama vərəqini isə
saxlayın (Seçki məcəlləsi – maddə 61.10 )
__________________________________________________________________________________
Birinci seçici qeydiyyatdan keçdikdən sonra Dairə Seçki Komissiyasına telefon vasitəsilə
qutunun möhürlənməsi, yoxlama vərəqənin qutuya atılması, komissiyanın xüsusi möhürünün
və qeydiyyat möhürlərinin birinci surətinin çıxarılması və surətin nümunəsinin səsvermə
gününün Qeydlər kitabında əks olunması barədə məlumat verin.
__________________________________________________________________________________