255
XX əsrin əvvəllərində Meğri rayonunda 23 azərbaycanlı kəndi
olmuĢdur. 1918-20-ci illərdə daĢnak silahlı dəstələrinin hücumuna məruz qalmıĢ
azərbaycanlı kəndlərinin hamısı dağıdılmıĢ, kənd əhalisi qəddarlıqla qətlə
yetirilmiĢdir. Meğri azərbaycanlılarının bir çoxu Araz çayını keçərək cənubi
Azərbaycana qaçmıĢ, bir hissəsi isə Qarabağ və Cəbrayıl qəzalarına köçmüĢlər.
Sovet hakimiyyəti illərində Meğri rayonundakı azərbaycanlı kəndlərindən
doqquzu ləğv edilmiĢ, yaxud erməniləĢmiĢdir (Buğakar, Vahravar, DüzqıĢlaq,
Əmrəkar, Əynəzur, Mülk, Tağamir, Tey, Tuğut).
1918-ci ildə əhalinin 60%-ni azərbaycanlılar təĢkil etdiyi halda, 1988-ci ildə
Meğri rayonunda cəmisi 5 azərbaycanlı kəndi (Lök, Əldərə, Lehvaz, Maralzəmi,
Nüvədi) mövcud olmuĢdur. 1988-ci ildə bütün Qərbi Azərbaycan torpaqlarında
yaĢayan azərbaycanlılar kimi, Meğri rayonunun azərbaycanlı əhalisi də öz tarixi
yurdlarından vəhĢicəsinə qovulub çıxarılmıĢlar.
Yalnız Nüvədi kəndinin camaatı qəhrəmancasına mübarizə apararaq,
1991-ci ilin 8 avqustuna qədər öz kəndlərini qoruyub saxlaya bildilər.
Ermənistan SSR-də 1988-ci ilə qədər mövcud olan kəndlərin arasında Nüvədi
yeganə kənd idi ki, 3 ildən artıq bir müddətdə mühasirə Ģəraitində qalmasına
baxmayaraq, erməni-rus silahına qarĢı mərdliklə mübarizə aparmıĢdır.
Meğri rayonunun kəndləri haqqında məlumatlar Əhmədəli Əliyevin
"Azərbaycan dilinin Meğri Ģivələri" adlı kitabı və kitaba ön söz yazmıĢ Ģair
Hidayətin "Mığrı" məqaləsi əsasında hazırlanmıĢdır.
Həmin kitabda müəllif Meğri rayonunun ərazisindəki türk mənĢəli
toponimləri ətraflı Ģəkildə Ģərh edərək, tutarlı dəlillərlə göstərir ki, Meğri
ərazisindəki Araz çayı sahili boyunca 38 topomorfantın və Qafan-Meğri sərhəddi
boyunca yerləĢən 114 topomorfantın hamısı təmiz Azərbaycan türkcəsindədir:
Narlıq Ģamı, Pambıqlı, Cəhənnəm dərə, Ayı dərəsi, Qırax, Gəmi düzü, KəfĢən,
Gen dərə, Lələ daĢı, Aldərə çayı, Gəray suyu, Siçan piri, Pulovlu dağ,
Qırçıvan düzü, ġah Abbas karvansarası, ġükrətaz, Qanlı ağac, Dolu vuran,
DaĢ ağıl, Lalalı, Dərbənd, Xan kəndi, Qanvay təpəsi, Gülü novu, Yelli gədik,
Huralay, Kəlbəçay yurdu, Çiçək zəmi, Göl çeĢmə, Qandallı çeĢmə, Ataman,
Yarpaqlı düz, Əli qəbri, Mal gədiyi, Nazlı dərə, Saqqar su, Çiçək banu və s.
Meğri rayonunda 1988-ci ilə qədər mövcud olmuĢ azərbaycanlı
KƏNDLƏRĠ
Aldərə (Əldərə, Əli damı) kəndi
Rayon mərkəzindən 12 km cənub-Ģərqdə, Araz çayının sol sahilində, Ġrəvan
- Bakı dəmir yolunun sol tərəfində yerləĢmiĢ, üç tərəfdən hündür dağlarla əhatə
olunmuĢ, ətrafı baĢdan-baĢa bağlara bürünmüĢdür. Rayonun qədim kəndlərindən
256
biri olan Aldərədə 1831-ci ildə 131 nəfər, 1873-cü ildə 911 nəfər, 1886-cı ildə
1077 nəfər, 1897-ci ildə 1094 nəfər, 1914-cü ildə 1987 nəfər əhali yaĢamıĢdır.
Rayonun ən iri kəndlərindən biri olan bu kənd də cəllad Andronikin qəzəbinə düçar
oldu. Beləliklə, 2000 nəfərə yaxın əhalisi olan kənd dağıdılıb yandırıldı və
əhalisinin salamat qalan hissəsi müxtəlif qonĢu vilayətlərə, qəzalara qovuldu.
Bir neçə il kənd sahibsiz qalaraq, xarabalığa çevrildikdən sonra 1926-cı ildə
kəndin əhalisinin təqribən 15 %-i, yəni 414 nəfəri öz doğma kəndinə qayıtmıĢ,
1931-ci ildə isə kəndə qayıdanların sayı 490 nəfərə çatmıĢdır.
Aldərə kəndində 30-cu illərin əvvəllərində kolxoz təĢkil edilmiĢ, məktəb
açılmıĢdır. Sonralar bu məktəb orta məktəbə çevrilmiĢdir. Zəngəzurun digər
kəndləri kimi, Aldərə kəndi də ötən əsrin 70-80-ci illərində inkiĢaf etməyə
baĢlamıĢ, kənddə ikimərtəbəli, hər Ģəraiti olan evlər tikilmiĢ, klub, kitabxana, tibb
məntəqəsi, uĢaq bağçası və s. sosial obyektlər yaradılmıĢdır. 1988-ci il noyabrın
28-də Aldərə kəndinin camaatı bütün var-dövlətini qoyaraq, ermənilərin dövlət
səviyyəsində təĢkil edilmiĢ deportasiya siyasəti nəticəsində Azərbaycana pənah
gətirmiĢdir.
Lehvaz kəndi.
Meğri rayon mərkəzindən 6 km Ģimal-Ģərqdə Meğri çayının sol sahilində
yerləĢmiĢdir. Kənddə 1831-ci ildə 15 nəfər, 1873-cü ildə 172 nəfər, 1914-cü ildə
836 nəfər azərbaycanlı yaĢamıĢdır. 1918-ci ildə Zəngəzurun digər azərbaycanlı
kəndləri kimi, ermənilər Lehvaz kəndini də yandırmıĢ, dağıtmıĢ, kənddə 200-dən
artıq insanı qətlə yetirmiĢlər. Qalan insanlar isə öz yurd-yuvalarından didərgin
salınmıĢlar. 1922-ci ildən baĢlayaraq, kənd camaatı yavaĢ-yavaĢ Lehvaza qayıtmıĢ
və artıq kənddə məskunlaĢmıĢ ermənilərlə birgə yaĢamaq məcburiyyətində
qalmıĢlar. Lehvaz kəndində orta məktəb, mədəniyyət evi, klub, kitabxana, tibb
məntəqəsi var idi. 1988-ci ilin sonlarında Lehvaz kəndinin 1002 nəfər sakini
erməni millətçiləri tərəfindən silah gücünə öz doğma yurdlarından qovulmuĢlar.
Lök (Vartanizor) kəndi
Azərbaycanlı kəndi. Rayon mərkəzindən 9 km Ģimal-Ģərqdə, Mığrı çayının
orta axınının sol sahilində yerləĢmiĢdir. Erməni mənbələrində Lök kəndi iki
hissədən: birincisi Lök, yəni AĢağı Lök və Yuxarı Lökdən (buraya Vartanizor və
Seyidlər kəndləri daxil olmuĢdur) ibarət kənd kimi göstərilir. Dəniz səviyyəsindən
1814 metr yüksəklikdə yerləĢir. 1831-ci ildə kənddə 136 nəfər, 1873-cü ildə 316
nəfər, 1886-cı ildə 480 nəfər, 1897-ci ildə 506 nəfər, 1914-cü ildə 1053 nəfər
əhalisi olmuĢdur.
1918-ci ildə Andronikin dəstəsi Sisyan və Qafan rayonlarının azərbaycanlı
kəndlərini dağıdıb yandırdıqdan sonra Zəngəzurun digər rayonlarına, o cümlədən
Dostları ilə paylaş: |