Ġdeya və layihə müəllifi


XX  əsrin  əvvəllərində  Meğri  rayonunda  23  azərbaycanlı  kəndi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə121/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   117   118   119   120   121   122   123   124   ...   138

255 
 
XX  əsrin  əvvəllərində  Meğri  rayonunda  23  azərbaycanlı  kəndi 
olmuĢdur.  1918-20-ci  illərdə  daĢnak  silahlı dəstələrinin hücumuna  məruz qalmıĢ 
azərbaycanlı  kəndlərinin  hamısı  dağıdılmıĢ,  kənd  əhalisi  qəddarlıqla  qətlə 
yetirilmiĢdir.  Meğri  azərbaycanlılarının  bir  çoxu  Araz  çayını  keçərək  cənubi 
Azərbaycana qaçmıĢ, bir hissəsi isə Qarabağ və Cəbrayıl qəzalarına köçmüĢlər. 
Sovet  hakimiyyəti  illərində  Meğri  rayonundakı  azərbaycanlı  kəndlərindən 
doqquzu  ləğv  edilmiĢ,  yaxud  erməniləĢmiĢdir  (Buğakar,  Vahravar,  DüzqıĢlaq, 
Əmrəkar, Əynəzur, Mülk, Tağamir, Tey, Tuğut). 
1918-ci ildə əhalinin 60%-ni azərbaycanlılar təĢkil etdiyi halda, 1988-ci ildə 
Meğri  rayonunda  cəmisi  5  azərbaycanlı  kəndi  (Lök,  Əldərə,  Lehvaz,  Maralzəmi, 
Nüvədi)  mövcud  olmuĢdur.  1988-ci  ildə  bütün  Qərbi  Azərbaycan  torpaqlarında 
yaĢayan  azərbaycanlılar  kimi,  Meğri  rayonunun  azərbaycanlı  əhalisi  də  öz  tarixi 
yurdlarından vəhĢicəsinə qovulub çıxarılmıĢlar. 
Yalnız  Nüvədi  kəndinin  camaatı  qəhrəmancasına  mübarizə  apararaq, 
1991-ci  ilin  8  avqustuna  qədər  öz  kəndlərini  qoruyub  saxlaya  bildilər. 
Ermənistan SSR-də 1988-ci ilə qədər mövcud olan kəndlərin arasında Nüvədi 
yeganə kənd idi ki, 3 ildən artıq bir müddətdə mühasirə Ģəraitində qalmasına 
baxmayaraq, erməni-rus silahına qarĢı mərdliklə mübarizə aparmıĢdır. 
Meğri  rayonunun  kəndləri  haqqında  məlumatlar  Əhmədəli  Əliyevin 
"Azərbaycan  dilinin  Meğri  Ģivələri"  adlı  kitabı  və  kitaba  ön  söz  yazmıĢ  Ģair 
Hidayətin "Mığrı" məqaləsi əsasında hazırlanmıĢdır. 
Həmin  kitabda  müəllif  Meğri  rayonunun  ərazisindəki  türk  mənĢəli 
toponimləri  ətraflı  Ģəkildə  Ģərh  edərək,  tutarlı  dəlillərlə  göstərir  ki,  Meğri 
ərazisindəki Araz çayı sahili boyunca  38 topomorfantın və Qafan-Meğri sərhəddi 
boyunca  yerləĢən  114  topomorfantın  hamısı  təmiz  Azərbaycan  türkcəsindədir: 
Narlıq Ģamı, Pambıqlı, Cəhənnəm dərə, Ayı dərəsi, Qırax, Gəmi düzü, KəfĢən, 
Gen  dərə,  Lələ  daĢı,  Aldərə  çayı,  Gəray  suyu,  Siçan  piri,  Pulovlu  dağ, 
Qırçıvan  düzü,  ġah  Abbas  karvansarası,  ġükrətaz,  Qanlı  ağac,  Dolu  vuran, 
DaĢ ağıl, Lalalı, Dərbənd, Xan kəndi, Qanvay təpəsi, Gülü novu, Yelli gədik, 
Huralay,  Kəlbəçay  yurdu,  Çiçək  zəmi,  Göl  çeĢmə,  Qandallı  çeĢmə,  Ataman, 
Yarpaqlı düz, Əli qəbri, Mal gədiyi, Nazlı dərə, Saqqar su, Çiçək banu və s. 
 
Meğri rayonunda 1988-ci ilə qədər mövcud olmuĢ azərbaycanlı 
 
KƏNDLƏRĠ 
 
Aldərə (Əldərə, Əli damı) kəndi 
 
Rayon mərkəzindən 12 km cənub-Ģərqdə, Araz çayının sol sahilində, Ġrəvan 
-  Bakı  dəmir  yolunun  sol  tərəfində  yerləĢmiĢ,  üç  tərəfdən  hündür  dağlarla  əhatə 
olunmuĢ,  ətrafı  baĢdan-baĢa  bağlara  bürünmüĢdür.  Rayonun  qədim  kəndlərindən 


256 
 
biri  olan  Aldərədə  1831-ci  ildə  131  nəfər,  1873-cü  ildə  911  nəfər,  1886-cı  ildə 
1077  nəfər,  1897-ci  ildə  1094  nəfər,  1914-cü  ildə  1987  nəfər  əhali  yaĢamıĢdır. 
Rayonun ən iri kəndlərindən biri olan bu kənd də cəllad Andronikin qəzəbinə düçar 
oldu.  Beləliklə,  2000  nəfərə  yaxın  əhalisi  olan  kənd  dağıdılıb  yandırıldı  və 
əhalisinin salamat qalan hissəsi müxtəlif qonĢu vilayətlərə, qəzalara qovuldu. 
Bir neçə il kənd sahibsiz qalaraq, xarabalığa çevrildikdən sonra 1926-cı ildə 
kəndin  əhalisinin  təqribən  15  %-i,  yəni  414  nəfəri  öz  doğma  kəndinə  qayıtmıĢ, 
1931-ci ildə isə kəndə qayıdanların sayı 490 nəfərə çatmıĢdır. 
Aldərə  kəndində  30-cu  illərin  əvvəllərində  kolxoz  təĢkil  edilmiĢ,  məktəb 
açılmıĢdır.  Sonralar  bu  məktəb  orta  məktəbə  çevrilmiĢdir.  Zəngəzurun  digər 
kəndləri  kimi,  Aldərə  kəndi  də  ötən  əsrin  70-80-ci  illərində  inkiĢaf  etməyə 
baĢlamıĢ, kənddə ikimərtəbəli, hər Ģəraiti olan evlər tikilmiĢ, klub, kitabxana, tibb 
məntəqəsi,  uĢaq  bağçası  və  s.  sosial  obyektlər  yaradılmıĢdır.  1988-ci  il  noyabrın 
28-də  Aldərə  kəndinin  camaatı  bütün  var-dövlətini  qoyaraq,  ermənilərin  dövlət 
səviyyəsində  təĢkil  edilmiĢ  deportasiya  siyasəti  nəticəsində  Azərbaycana  pənah 
gətirmiĢdir. 
 
Lehvaz kəndi. 
 
Meğri  rayon  mərkəzindən  6  km  Ģimal-Ģərqdə  Meğri  çayının  sol  sahilində 
yerləĢmiĢdir. Kənddə  1831-ci  ildə  15 nəfər, 1873-cü ildə  172 nəfər, 1914-cü ildə 
836  nəfər  azərbaycanlı  yaĢamıĢdır.  1918-ci  ildə  Zəngəzurun  digər  azərbaycanlı 
kəndləri  kimi,  ermənilər  Lehvaz  kəndini də  yandırmıĢ, dağıtmıĢ,  kənddə  200-dən 
artıq  insanı  qətlə  yetirmiĢlər.  Qalan  insanlar  isə  öz  yurd-yuvalarından  didərgin 
salınmıĢlar. 1922-ci ildən baĢlayaraq, kənd camaatı yavaĢ-yavaĢ Lehvaza qayıtmıĢ 
və  artıq  kənddə  məskunlaĢmıĢ  ermənilərlə  birgə  yaĢamaq  məcburiyyətində 
qalmıĢlar.  Lehvaz  kəndində  orta  məktəb,  mədəniyyət  evi,  klub,  kitabxana,  tibb 
məntəqəsi  var  idi.  1988-ci  ilin  sonlarında  Lehvaz  kəndinin  1002  nəfər  sakini 
erməni millətçiləri tərəfindən silah gücünə öz doğma yurdlarından qovulmuĢlar. 
 
Lök (Vartanizor) kəndi 
 
Azərbaycanlı kəndi. Rayon mərkəzindən 9 km Ģimal-Ģərqdə, Mığrı çayının 
orta  axınının  sol  sahilində  yerləĢmiĢdir.  Erməni  mənbələrində  Lök  kəndi  iki 
hissədən:  birincisi  Lök,  yəni  AĢağı  Lök  və  Yuxarı  Lökdən  (buraya  Vartanizor  və 
Seyidlər kəndləri daxil olmuĢdur) ibarət kənd kimi göstərilir. Dəniz səviyyəsindən 
1814 metr  yüksəklikdə  yerləĢir. 1831-ci  ildə  kənddə  136 nəfər, 1873-cü ildə 316 
nəfər,  1886-cı  ildə  480  nəfər,  1897-ci  ildə  506  nəfər,  1914-cü  ildə  1053  nəfər 
əhalisi olmuĢdur. 
1918-ci ildə  Andronikin dəstəsi Sisyan və Qafan rayonlarının azərbaycanlı 
kəndlərini  dağıdıb  yandırdıqdan  sonra  Zəngəzurun  digər  rayonlarına,  o  cümlədən 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə