Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə118/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   114   115   116   117   118   119   120   121   ...   138

248 
 
1805-ci  ildə  Qarabağa  daxil  olan  rus  qoĢunları  Gorus  Ģəhərini  Rusiyanın 
hərbi  qərargahına  çevirmiĢdir.  1826-cı  ilin  iyul  ayında  Rusiya-Ġran  müharibəsi 
Zəngəzurda  Ģiddətlənir  və  Q.Nazimkanın  komandanlığı  altında  rus  ordusu  42-ci 
polkunun üç alayı (2 topu) Gorusda yerləĢdirilir (132). 
Köhnə Gorus qəsəbəsi 1868-ci ildən Yelizavetpol quberniyasının Zəngəzur 
qəzasının mərkəzi olmuĢdur. 
Lakin  qəsəbənin  yerləĢdiyi  dərənin  məhdud  sahəsi  onun  geniĢlənməsinə 
imkan  vermədiyinə  görə  Məlik  Hüseynin  məsləhəti  ilə  1870-ci  ildə  köhnə 
Gorusdan  bir  qədər  qərbdə,  kəndin  qarĢısındakı  düzənlikdə,  çayın  sağ  sahilində 
Gorus  Ģəhərinin  əsası  qoyulmuĢdur.  Bu  Ģəhər  1868-1918-ci  illərdə  Yelizavetpol 
quberniyası  Zəngəzur  qəzasının  mərkəzi,  1921-30-cu  illərdə  Ermənistan  SSR 
Zəngəzur qəzasının, daha sonra isə Gorus rayonunun mərkəzi olmuĢdur. 
Gorusda  1823-cü  ildə  119  ailə  (azərbaycanlı  və  erməni)  yaĢayırdı. 
Azərbaycan  Rusiyaya  birləĢdirildikdən  sonra  1829-31-ci  illərdə  Ġrandan  və 
Türkiyədən  xeyli  sayda  erməni  köçürülərək  Zəngəzura,  o  cümlədən,  Gorus 
rayonunun  ərazisində  yerləĢdirilmiĢ,  gəlmə  ermənilərin  hesabına  Ģəhərin  əhalisi 
artmıĢdır. 
Gorus Ģəhəri Zəngəzurun qəza mərkəzinə çevrildikdən sonra ardıcıl aparılan 
erməniləĢdirmə  siyasəti  nəticəsində  buradan  azərbaycanlılar  tədriclə  sıxıĢdırılıb 
çıxarılmıĢlar. 
S.  Zelinskinin  1886-ci  il  tədqiqatında  Gorus  Ģəhəri  erməni  yaĢayıĢ 
məntəqəsi  kimi  göstərilir.  Yalnız  burada  bir  neçə  azərbaycanlı  ailəsinin  yaĢadığı 
qeyd edilir. 
Gorus  erməniləri  istər  xarakterinə,  istərsə  də  ləhcələrinə  görə  Zəngəzurun 
digər ermənilərindən kəskin Ģəkildə fərqlənirdilər. Erməni dilçilik elmində "Gorus 
ləhcəsi"  deyilən  bir  sahənin  olması  da  təsadüfi  deyildir.  Müxtəlif  zamanlarda 
dünyanın  müxtəlif  ölkələrindən  indiki  Ermənistan  ərazisinə  köçürülən  ermənilər 
müxtəlif  ləhcələrlə  danıĢırlar.  Bu  yığma  xalqın  hər  rayonda,  hətta  ayrı-ayrı 
kəndlərdə  belə  özlərinə  məxsus ləhcələri  mövcuddur. Belə ki,  Zəngəzurun Meğri 
rayonundakı ermənilər bir ləhcə ilə danıĢdıqları halda, qonĢu Qafanda baĢqa ləhcə 
ilə  danıĢırlar.  Ġrəvan  ermənilərinin  öz  ləhcəsi,  Leninakanın  öz  ləhcəsi  vardır.  Bir 
sözlə,  Ermənistanda  40-a  qədər  ləhcə  vardır.  Ancaq  Gorus  ləhcəsi  bunların  heç 
birinə  bənzəmir. Bu ləhcə ilə Gorus rayonunda, Sisyanın və  Qafanın bəzi erməni 
kəndlərində  danıĢırlar.  Gorus  ləhcəsinin  Qarabağ  ləhcəsinə  yaxın  olması  faktı  da 
Zəngəzur və Arsağın qədim Albaniya dövlətinin qonĢu vilayətləri olmasını təsdiq 
edən dəlillərdən biri kimi əhəmiyyətlidir. 
Son  əsrdə  Gorus  erməniləri  öz  kobudluqları,  qəddarlıqları  və  azərbaycanlı 
əhaliyə  qarĢı daha  sərt  münasibətləri ilə seçilmiĢlər.  Fikrimizcə bu, həm Gorusda 
güclü dayaqlara malik olan "DaĢnaksütyun" partiyasının antitürk təbliğatı, həm də 
IX  əsrin  sonlarında  Zəngəzurda  Alban  xristianlarının  qriqorianlaĢdırılmasında 
xüsusi rol oynamıĢ Tatev kilsəsinin təsiri ilə əlaqədar idi. 


249 
 
Sonrakı  dövrdə  də  Gorus  rayonu  Zəngəzurun  erməni  daĢnak  mərkəzi  kimi 
tanınmıĢdır.  1905  və  1918-ci  il  Zəngəzurdakı  erməni-müsəlman  davaları  zamanı 
Gorus      erməniləri  xüsusilə  qəddarlıq  göstərmiĢlər.  1918-ci  ildə  Andronikin 
Zəngəzurdakı azərbaycanlı kəndlərini talan edərək Gorusa gəlməsi və Gorusda öz 
dövlətini elan etməsi,  Dro və  Nijdehin daĢnak dəstələrinin uzun  müddət  Gorusda 
və  Tatevdə  at oynatması,  Zəngəzurda  Sovet  hakimiyyəti qurulduqdan sonra  belə, 
iki ilə yaxın bir müddətdə Gorus ərazisində "Sünik respublikası" deyilən oyuncaq 
qurumun  qalması  Gorusda  separatçı  antitürk  daĢnak  ruhunun  yüksək  olduğunu 
sübut edən faktlardır. 
1918-ci  ilə  qədər  Gorus  rayonunda  45  azərbaycanlı  kəndi  olmuĢdur.  Sovet 
hakimiyyəti  illərində  Gorus  rayonundakı  8  azərbaycanlı  kəndinin  adı 
erməniləĢdirilmiĢ,  6  kənd  isə  ləğv  edilmiĢdir.  1988-ci  ildə  bu  rayonda  cəmisi  5 
azərbaycanlı  kəndi  qalmıĢdır  ki,  onların  da  əhalisi  ilin  sonunda  deportasiya 
edilmiĢdilər. 
 
Gorus rayonunda 1988-ci ilə qədər mövcud olmuĢ azərbaycanlı 
 
KƏNDLƏRĠ 
 
Ağbulaq kəndi 
 
Gorus  rayon  mərkəzindən  40  km  cənub-qərbdə,  Kəpəz  dağının  ətəyində, 
meĢə  içərisində  yerləĢir.  Kəndin  adı  Kəpəz  dağından  axan  Ağbulaq  adlı 
çeĢmədən  götürülmüĢdür.  1830-cu  ildən  sonra  salındığı  güman  edilir.  Rayonun 
ən abad kəndlərindən biri idi. 
1918-ci  ildə  Ağbulaq  camaatı  Andronikin  quldur  dəstəsinə  qarĢı  mərdliklə 
döyüĢmüĢ,  uzun  müddət  öz  kəndlərini  tərk  etməmiĢlər.  Lakin  kəndin 
müdafiəçilərinin  sursatı  qurtardıqdan  sonra  camaat  kənddən  çıxmağa  məcbur 
olmuĢ  və  Qubadlı,  Füzuli,  Ağdam  rayonlarında  məskunlaĢmıĢlar.  Sovet  hökuməti 
qurulduqdan  sonra  kənd  camaatının  bir  hissəsi  (40-a  yaxın  ev)  geri  qayıdaraq, 
Ağbulaq  kəndini  yenidən  bərpa  etmiĢlər.  Kənddə  1931-ci  ildə  məktəb  açılmıĢ, 
1935-ci  ildə  isə  kolxoz  qurulmuĢdur.  1941-45-ci  illərdə  Ağbulaq  kəndindən  35 
nəfər  müharibədə  iĢtirak  etmiĢ,  onlardan  14  nəfəri  həlak  olmuĢdur.  1948-52-ci 
illərdə Ağbulaq kəndindən 51 ev Azərbaycana (Yevlax və Bərdə rayonlarına) 
köçürülmüĢdür. 
1988-ci ildə Ağbulaq kəndində 70 ev, 240 nəfər əhali var idi. Kənddə klub, 
kitabxana,  məktəb,  kolxoz  idarəsinin  binası,  tibb  məntəqəsi,  mağaza  və  s.  sosial 
obyektlər var idi. 
1988-ci  ilin  noyabrında  Ağbulaq  kəndi  ermənilər  tərəfindən  zorla 
boĢaldılmıĢ,  həmin  hadisələr  zamanı  kənd  sakini  Əsgərov  Bərxudar  Əmrah  oğlu 
vəhĢicəsinə  qətlə  yetirilmiĢdir.  Ağbulaq  camaatı  hal-hazırda  Bakı,  Sumqayıt, 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə