Ġdeya və layihə müəllifi



Yüklə 4,78 Mb.
Pdf görüntüsü
səhifə117/138
tarix01.08.2018
ölçüsü4,78 Mb.
#60575
1   ...   113   114   115   116   117   118   119   120   ...   138

246 
 
Təbiəti 
 
Gorus  rayonu  kəskin  parçalanmıĢ  vulkanik  dağlar,  dağətəyi  düzənliklər, 
sıldırım  qayalar  və  dərin  dərələr  diyarıdır.  Rayonun  Ģimalında  bazalt  süxurlardan 
ibarət ĠĢıqlı dağ silsiləsi uzanır (3548 m). 
Üçtəpə  yaylası  (1500-2300  m)  Gorus  və  Sisyan  rayonlarının  hüdudlarında 
yerləĢən  gözəl  subalp  çəmənliyidir.  Üçtəpədən  baĢlayaraq  dağlar  tədricən  aĢağı 
meyillənir, Bazarçay dağ aĢırımına (600-800 m) keçərək, Bazarçay üzərindəki yerli 
camaat arasında "ġeytan körpüsü" deyilən təbii daĢ tuneli yaradır. 
Bu  rayonun  landĢaftının  özəlliklərindən  biri  də  "Gorus  piramidaları"dır. 
Bunlar Gorus Ģəhərinin Ģərq və cənub-qərbində qərar tutan, küləklərin təsiri altında 
torpağın  qum  qatının  aĢınması  nəticəsində  yaranmıĢ  konusvari  daĢ  sütunlardır. 
Vulkanik mənĢəli piramidaların hündürlüyü 10-20 m, bəzən daha çoxdur. Xinzirək 
və Xnazax, Bayandur çaylarının hövzələrində də belə piramidalara rast gəlinir. 
Gorus,  ZoraĢen,  Xnzoresk,  Ağsu,  Dığ,  Xoznavar,  Xnazax  çayları  Gorus 
rayonunun əsas su hövzələridir. 
Gorus  çayının  orta  axarı  boyunca  yerləĢən  seyrək  meĢəliklər  qaratikan, 
zoğal,  böyürtkən  kolları  və  cəviz  ağacları  ilə  örtülmüĢdür.  MeĢələrin  sıx  yerində 
vələs, palıd, ağcaqayın, cır gilas və s. ağaclar üstünlük təĢkil edir. 
Su axarları əsasən Bazar çayı hövzəsinə məxsus olan kiçik dağ çaylarından 
ibarətdir.  YetmiĢinci  illərdən  baĢlayaraq,  Bazar  çayın  üzərində  tikilmiĢ  SES-lər, 
suvarma sistemləri Gorusun iqtisadiyyatına böyük təsir göstərmiĢdir. 
Mineral sulardan "TurĢ su", (Tatev, KaraĢen, Gorus) daha məĢhur və qədim 
zamanlardan təbabətdə (türkəçarə) istifadə olunan ġeytan körpüsünün yaxınlığında 
yerləĢən mineral suların adını çəkmək olar. 
Zəngəzurun ən gözəl və ən böyük Su hövzəsi sayılan Qara gölün böyük bir 
hissəsi  Gorus  rayonunun  ərazisindədir.  Təəssüflə  qeyd  etmək  lazımdır  ki,  Qara 
gölün  Laçın  ərazisinə  düĢən  hissəsi  də  1968-ci  ildə  Azərbaycandan  alınaraq 
Ermənistan SSR-ə verilmiĢdir. 
Gorusda  qıĢ  Sisyan  və  Meğriyə  nisbətən  sərt  və  uzun  olur.  Havanın  orta 
temperaturu yanvar ayında -2°C (aĢağı zona) -10°C arasında (ĠĢıqlı dağ) olur. 
Ġyul  ayında  temperatur  müvafiq  surətdə  +22°C-dən  +10°C-dək  dəyiĢir. 
Yağıntının  illik  miqdarı  500-800  mm-ə  çatır.  May-iyun  aylarında  demək  olar  ki, 
günaĢırı yağıĢ yağır. 
Tarixi oçerk 
 
Gorus  Qafqazda  ən  qədim  yaĢayıĢ  məskənlərindən  biri  olmuĢdur.  Moisey 
Kalankatuklunun  "Alban  tarixi"  əsərində  (3-cü  kitab  16-cı  fəsil)  bu  yaĢayıĢ 
məntəqəsinin  adı  Qoroz  qalası  kimi  çəkilir.  Gorus  toponimi  Gürcüstanda 
Xorosdaq,  Qoroz-Xaraba,  Stavropol  vilayətində  Geros,  ġimali  Qafqazda  Qroznı 


247 
 
toponimləri  ilə  mənĢəcə  eyni  olub,  türk  mənĢəli  Qorus  tayfasının  adı  ilə  bağlıdır 
(46 213). 
Gorus  toponimini  tədqiq  edən  əslən  Gorusun  ġurnuxu  kəndindən  olan 
Əzəmət Rüstəmli Naxçıvandakı Xurs kəndinin, Qazax rayonundakı Xoros dağının, 
Qarabağdakı Kirs dağının, Türkiyədəki Qars Ģəhərinin adlarının Gorus toponimi ilə 
eyni mənĢəli olduğunu qeyd edir (53 səh 90). 
Gorus  toponimini  Qor  sözü  ilə  əlaqələndirən  fikir  də  maraqlıdır.  "Alban 
tarixi"  əsərində  göstərilir:  "Babiki  müĢaiyət  edən  Qor  və  Qazan  adlı  iki  doğma 
qardaĢ  öz  dinlərini  atıb  xaçpərəst  oldular.  Babik  püĢk  atdı  və  Qorun  bəxtinə  Hot 
kəndi, Qazanın bəxtinə isə ġalat kəndi çıxdı". 
Hot və ġalat kəndlərinin Sisyan və Gorus rayonlarının ərazisində olması bu 
gümanı daha da qüvvətləndirir. 
Gorus toponiminin Ġranın Həmədan Ģəhəri yaxınlığındakı Gorus mahalından 
olan  tayfaların  adı  ilə  bağlılığını  göstərən  Məhəmmədhəsən  Baharlı  bu  tayfanın, 
eləcə də Azərbaycanın Cavad, ġamaxı və Göyçay qəzalarında məskunlaĢdığını da 
qeyd  edir  (83,  54).  Lakin  Məhəmməd  Həsən  Baharlının  gorusluları  kürd  tayfaları 
kimi  göstərməsi  fikri  ilə  razılaĢmaq  mümkün  deyildir.  Bu  tayfa  türk  mənĢəli 
olmaqla,  XV-XVI  əsrlərdə  QızılbaĢların  tərkibində  Səfəvilərin  hakimiyyətə 
gəlməsində  mühüm  rol  oynamıĢ  və  çox  güman  ki,  XVI  əsrin  əvvəllərində  ġah 
Ġsmayıl  Xətainin  Zəngəzura  yürüĢü  zamanı  bu  ərazilərə  gələrək  yeni  yurdda 
məskunlaĢmıĢlar. 
Son  dövrlərdə  erməni  tədqiqatçıları  Gorus  (Qoris)  sözünü  rus  dilindəki 
"qora" - "dağ" sözü ilə əlaqələndirirlər ki, bu da etimoloji cəhətdən tam mənasız bir 
Ģeydir.  Ən  azı  ona  görə  ki,  ruslar  Zəngəzura  XIX  əsrdə  gəlmiĢlər,  Gorus  adı  isə 
bundan ən azı 400 il öncə mövcud olmuĢdur. 
Gorusun  bərəkətli  torpağı,  çay  boyu  vadiləri,  sıldırım  qayaları,  mağara  və 
kahaları  qədim  minilliklərdə  adamlar  üçün  sığınacaq  olmuĢdur.  Orta  əsrlərdə 
Qədim  Ġpək  yolunun  bir  hissəsi  sayılan,  Naxçıvandan  Xəzəryanı  Ģəhərlərə, 
Qarabağa və baĢqa yerlərə duz daĢıyan karvanların yolu Gorusdan keçib gedərmiĢ. 
Orta  əsr  Ģərq-müsəlman  memarlığının  ən  gözəl  nümunələrindən  biri  olan  Sınıq 
Karvansaranın da Gorus rayonu ərazisində olması deyilənlərə sübutdur. Qayaların 
qoynundakı  mağara  və  karvansaralar  son  illərə  qədər  qalmaqda  idi.  Bu  ekzotik 
evlər uzun illər Qarabağ xanlarının istirahət və əyləncə yeri olmuĢdur. 
Onu  da  qeyd  etmək  yerinə  düĢər  ki,  Qarabağ  xanları  Gorus  ermənilərinə 
qarĢı həmiĢə xoĢ münasibət bəsləmiĢlər. Pənahəli xan Qarabağ məliyi ġahnəzərin 
təqdimatı  ilə  Gorus  ermənisi  Ohana  məlik  rütbəsi  vermiĢ  və  bu  bölgənin 
idarəçiliyini ona tapĢırmıĢdır. 
Qarabağ xanının icazəsi və dəstəyi ilə 1765-ci ildə Gorus kilsəsi tikilmiĢdir. 
Gorus  bölgəsini  200  ilə  yaxın  bir  müddətdə  (XVII-XVIII  əsrlərdə)  Məlik 
Hüseynlilər  tayfası  idarə  etmiĢ  və  bu  nəslin  Qarabağ  xanlığı  ilə  yaxın  əlaqələri 
olmuĢdur. 


Yüklə 4,78 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə