böyük, güclü ozan indi bu kənddədir, sabah obiri obadadır; on il, iyirmi il gəzə-gəzə hər yeri
dastanlaĢdırır, səhnələĢdirir, nağıllar gətirir, söz gətirir, musiqi gətirir.
Bizim Azərbaycan ədəbiyyatının, musiqisinin həmin hissəsi yaxĢı öyrənilməyib. Sən özün yaxĢı
bilirsən: bir var yazılı ədəbiyyat, bir var Ģifahi ədəbiyyat, bir də var aĢıq-dastan ədəbiyyatı,
poeziyası - bu, baĢqa Ģeydir. Buna tamamilə baĢqa bir səpkidən yanaĢıb təhlil etmək
gərəkdir. Bu, xüsusi mədəniyyətdir və türk xalqlarına məxsusdur. Bütün dastanların hamısını
götür. Məsələn, son vaxtlar iki dənə balaca dastan tapmıĢdılar, deyirdilər ki, italyan
dastanlarıdır, sonradan sübut etdilər ki, türklərindir. «Ġqor polku dastanı» məsələsi də elə.
Dastan sxemi xalqa vəhdət üzərində qurulub. Onun bənzəri dünyada yoxdur. Onu ən çox elat
tayfaları yaradır.
ġer, rəqs, musiqi - hər üçü dastanda birləĢir…
Bəli. ġəhərdə oturaq əhali ayrı-ayrılıqda rəqsə də, musiqiyə də gedir, poeziyaya da qulaq asır;
dastan isə onları sintez edir. Dastan ehtiyacdan doğur - dörd zurnaçı, dörd qavalçalan
götürüb elatları gəzmək olmur axı; bir nəfər sənətkar lazımdır. Böyük ansamblla gedib 40
nəfərlik obada konsert vermək də adama gülməli gələr.
Ananızdan nə götürmüsnüz?
O, çoxlu nağıllar bilirdi.
Adı nə idi?
Mehrinisə. Nağıllardan baĢqa, həddən atrıq atalar sözü də bilirdi. Dağlarda bitən dərman
otlarının hamısının adını tanıyırdı və hamısının da hansı dərdə dərman olduğunu deyirdi.
Müalicə ilə də məĢğul olurdumu?
Bizdə, dediyim kimi, elat idi, maldar olublar. Çöldə-bacada kimin əli-ayağı yaralandı - filan
otdan qoysun, ilan çaldı - filan otdan. Hamısı türkəçarə idi. Özləri çox vaxt həkimə
inanmırdılar, deyirdilər ki, həkim lazım deyil, türkəçarə ilə əlac edin. Ayaq yaralanıb
simləyəndə qoyulan simotundan tutmuĢ baĢqalarınadək məni yığmağa o qədər göndərib ki,
indi mən də bu otların çoxunu tanıyıram. Hansı otun yarpağını əzib verməyi, hansının
kökünü, toxumunu verməyi bilən adamlardandı anam. Bir o idi, bir də Xanzeynəb xala
dediyimiz qadın (Allah rəhmət eləsin!); onlar bir-birinə çox yaxın adamlardı, ağbirçəklərdi.
Bacı kimi oturub söhbətləĢərdilər. Onlar çox dərman bilərdi. Güləbətin xala da vardı - üç
cümlədən bir atalar sözü, hikmətli söz deyərdi. Bu adam nə dedi - hər Ģeyi bir məsəllə
bağlayardı.
Yəni kəndin özünün hər Ģeyi, tarixi qoruyub saxlamaq ənənəsi var. Cangülümlərdən tutmuĢ
çox Ģeyi yaĢadardılar. Bayram günləri bizi yığardılar, cangülüm keçirərdilər (çərĢənbə
axĢamları, baĢqa günlər də eləcə).
Ümumiyyətlə, ananız taleyinizdə necə rol oynayıb?
Mənim taleyimdə iki varlıq həmiĢə ziddiyyət təĢkil edib: anam və xalq. Çox vaxt fikirləĢmiĢəm
ki, onlardan hansını hansına dəyiĢmək olar? Heç vaxt da bu suala cavab tapa bilməmiĢəm.
Elə vaxt olub ki, hirslənmiĢəm, demiĢəm ki, ana da, hamı da əqidəyə qurban getməlidir,
sonra fikirləĢmiĢəm ki, yox, ana məsələsi çox ağırdır; yəni uĢağı, ailəni, qardaĢı, hamını
qurban vermək olar (bəlkə baĢqası üçün uĢaq olmaz, qardaĢ olmaz), təkcə anadan savayı.
Ümumiyyətlə, heç elə vəziyyət yaranıbmı ki, anan desin: oğul, mənim xatirimə bu iĢə getmə?
Elə olub, ancaq mən onun sözünə baxmamıĢam. Məsələn, deyib ki, bu Ģeylərdən əl çək, səni
tutacaqlar; filan-filan Ģeyləri get de, qurtarsın-getsin. Mən tutulandan sonra gəlib Dövlət
Təhlükəsizliyi Komitəsinə, demiĢəm ki, görüĢ istəmirəm. Sonra eĢitmiĢəm ki, eĢikdə oturub
ağlayır. Daha doğrusu, ağlamağı yox, Təhlükəsizlik Komitəsi əməkdaĢlarının yanında
ağlamağı mənim üçün qəbuledilməz olub. Qəbul eləmiĢəm ki, qoy görüĢüm. Bir saat
görüĢmüĢük, demiĢəm ki, daha bir də buralara gəlib-eləmə. Bax, bu cür toqquĢan anlarımız
da olub.
Məhkəmədə gəlib oturub, xahiĢ etmiĢəm ki, o, burada oturmasın, onu məhkəmədən
çıxarıblar. Sonra məhkəməyə bir xahiĢnamə yazıb, mən isə demiĢəm ki, o qəbul olunmasın və
iĢimə tikilməsin; tikməyiblər. Aramızda belə ziddiyyətlər olub. Yəni o, bir ana kimi məni
istədiyi qədər danlaya da bilərdi, hər Ģey deyə bilərdi, ancaq axırda milli məsələdə o təslim
oldu. Dedi ki, sən xalqın adamısan, Allahın adamısan, səni tapĢırdım Allaha, indi özün
bilərsən, daha sənin iĢinə qətiyyən qarıĢmayacağam. Doğrudan da, qarıĢmadı.
Bu nədən irəli gəldi, Bəy, sevgisindənmi, sənə inamındanmı, yoxsa bir ana kimi öz
gücsüzlüyünü görüb məcburiyyətdənmi?
Vallah, bunu mən bilmirəm, amma bəzi Ģeyləri ona danıĢırdım, inanır, baĢa düĢürdü.
Deyirdim ki, bax, bu cəmiyyət belədir; sənin özün görürsən - yüzlərcə, minlərcə aclar var,
yalavaclar var, ayaqyalınlar var, bunlar niyə olmalıdır? Bunları kim edir? Deyirəm ki, buna
hökumətdir təqsirkar. Minlərcə adamın qanı töküldü, haqsız tutuldu, qırıldı, nə bilim
müharibələrdə məhv edildi, sürgünlərdə getdi, yetim qoyuldu, filankəsi, filankəsi, filankəsi
göndərdilər, Sibirdə öldürtdülər, bir tikə çörəyin üstündə yox etdilər, kolxozda iĢə çıxmadığına
görə həbs etdilər. Sən özün deyirsən ki, filan ruhanini, filan ağanı, filankəsləri məhv etdilər.
Bəs bunları eləyən kimdir axı? Bunu məgər bu quruluĢ eləməyib? QuruluĢ eləyib. Mən də ona
qarĢı mübarizə aparıram də. Anam deyirdi ki, bu, qorxulu quruluĢdur, məhv eləyər səni.
Əlbəttə ki, məni istədiyindən belə deyirdi.
Ananla bu mövzuda söhbətlər baĢlananda sənin təxminən neçə yaĢın olardı?
Bu söhbətlər tələbə vaxtından baĢlanmıĢdı.
Onda bəlkə elə tələbə mühitindən danıĢasan - Əbülfəz bəy bu mühitdə necə yetiĢdi?
«YetiĢdi» deyəndə, mən onu yetiĢmək saymıram; xırda Ģeydir.
Dostları ilə paylaş: |