129
Telman Orucov
Amerikanın xilaskar peyğəmbəri – Abraham Linkoln
Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti, ölkəsinin və xalqının
tarixində dərin və silinməz iz buraxan Abraham Linkoln Vətəndaş müharibəsi
ərzində (1861–1865-ci illər) Birliyi qoruyub saxlamış və ölkədəki qulları
bütünlüklə azadlığa çıxarmışdı. Amerikan qəhrəmanları arasında Linkoln öz
həmvətənlərinə və həmçinin digər ölkələrin xalqlarına ünvanladığı unikal bir
çağırışını indiyədək davam etdirir. Onun nöqteyi-nəzərinə görə, Birlik təkcə
özünün naminə deyil, həm də nəcib bir idealı təcəssüm etdirdiyinə görə xilas
edilməyə layiq idi. Bu, özünü idarəetmə idealı olan dövlət, bütün dünyanın xalqları
üçün xüsusi maraq kəsb edirdi. Müasir ABŞ xarici siyasətindən fərqli olaraq, o
vaxtkı dövlət başqa ölkələrin və xalqların işinə qarışmır, özünün taleyinə aid
məsələləri həll etməyə çalışırdı. Malik olduğu cazibə qüvvəsi də, Linkolnun
yaddan çıxmayan çağırışının universallığı da həmin vaxtdan mövcuddur.
Məgər bu müqayisəsi çətin tapılan ideyanın və fəaliyyətin vəhdəti onu
Bibliya qəhrəmanları sayılan peyğəmbərlərin – Moisey və ya adını daşıdığı
Abrahamın səviyyəsinə qaldırmırmı? Bibliyadakı Abraham əgər Allaha sədaqətinə
görə oğlu İsaakı qurban verməyə hazır idisə, ancaq Allahın mərhəməti hesabına bu
fədakarlıq da heç ona qismət olmamamışdı. Abraham Linkoln isə öz ölkəsi və
amerikan xalqının gələcəyi naminə ən ağır sınaqlardan keçdi və nəhayət, məqsədi
əsasən həyata keçdikdə
məhz bu yolda da həlak oldu, milli şəhidə çevrildi.
Moisey Allahın köməyi ilə öz xalqını – Misirdə əsarətdə olan yəhudiləri
köləlikdən azad edərək vətənlərinə – Xanaana çatdırmağa can atırdı. Abraham
Linkoln isə öz ölkəsində köləliyə bütünlüklə son qoyaraq, afroamerikalıları – qara
rəngli ölkə vətəndaşlarını azadlığa çıxardı və ABŞ-ı, bütün insanların azad
yaşayacağı bir məkana çevirməyə çalışdı.
Linkoln haqqında çox yazılmışdır, bu yazılanlar həqiqətdən nə qədər
uzaq olmasalar da, əslində bir əfsanə təsəvvürü yaradır. O, bu əfsanə çərçivəsinə də
öz amalı və əməli hesabına tam qaydada sığışırdı. Əfsanə şəklində təsvir olunanlar
kənara qoyulsa, real, həqiqi Linkoln daha çox bir müəmma idi və əsr yarımdan
sonra da məhz elə olaraq qalır. O, öz daxili hisslərini açan adam deyildi, həmin
hisslər onun obrazını əhatə edən əfsanə tərəfindən də həmçinin bir qədər
gizlədilmişdir.
Ancaq bir cəhət də nəzərə alınmalıdır ki, Linkoln əfsanəsi heç də
uydurma deyildir, lakin bu janra məxsus olan bir qayda üzrə onun həqiqi
xüsusiyyətlərinin və nailiyyətlərinin çox vaxt böyüdülməsidir. Əfsanə qəhrəman
imici yaradır, axı meşənin dərinliklərində yaşayan bir adam ətraf dünyadan virtual
çəpər vasitəsilə təcrid olunmuşdu. Özünü üzə çıxaran şəxs kimi rəsmi təhsildən
kənarda qalsa da, imkanına uyğun şəkildə tonqal işığında mütaliə ilə bilik
qazanmışdı. Siyasi həyata atıldıqdan sonra o, bir iri cüssəli adam olsa da, ancaq