197
Tsitseronun Terentsiyaya 82-ci ildə evlənməsi – bu qadın varlı olmaqla
yanaşı, yaxşı tərbiyə görmüşdü, – 79-cu ildə qızı Tulliyanın, 65-ci ildə isə oğlu
Markın dünyaya gəlmələri ilə nəticələndi. O, Terentsiyanı 46-cı ilin əvvəlində
boşadı və 15 yaşlı Publiya adlı qıza onun puluna görə evləndi. Çox sevdiyi qızı
Tulliya üç dəfə ərə getməklə, 45-ci ilin fevralında öldü. Bundan azacıq sonra
Tsitseron özünün ikinci arvadını da boşadı.
Onun qardaşı və cavan qohumu 45-ci ildə ikinci triumviratdan sonra
tərtib edilən proskriptsiya siyahısına (onu ilk dəfə diktator Sulla tətbiq etmişdi)
görə öldürüldülər. Onun o qədər sevmədiyi oğlu Mark qaçıb Filippidə vuruşdu.
Sonralar gənc Mark Oktavianla barışdı və 30-cu ildə konsula çevrildi.
Vəkillərə rəmzi haqdan artıq pul almaq qadağan olunduğu halda,
Tsitseronun pulu məhkəmələrdən, çox hallarda minnətdar müştərilərin irsindən
gəlirdi. Onun bədxərcliyi, xüsusən çox sayda villalara malik olması pula görə daim
davam edən çətinliklərinin yaranmasına səbəb olurdu.
Tsitseronun yaradıcılığında epistolyar janr da xüsusi yer tutur.
Tsitseronun b.e.ə. 67-ci ildən 43-cü ilə qədər olan məktublarından 900-ə qədəri
bizim dövrə gəlib çatmışdır. Onlardan 835-ni o, özü yazmışdır, 46-nı dostlarına,
maliyyə sahəsindəki məsləhətçilərinə və naşirlərinə, 419-u 94 sayda olan müxtəlif
dostlarına, tanışlarına və qohumlarına ünvanlanmışdı. Antik dövr üçün müasir
sayılan məktubların çoxu bizə gəlib çatmamışdır. Məktubların bir hissəsi
Tsitseronun ölümündən sonra siyasi səbəblərə görə məhv edilmişdi. Onun
Oktavianla məktublaşmasından da heç nə qalmamışdır. Onun daha ehtiyatsız olan
və özünün düşüncələrini açıb göstərən məktubları Attikə və Kvintə ünvanlanmışdı.
Bu məktublarda o, Attikə çox sayda yunan zərb-məsəllərini misal çəkir. 45-ci ildə
özünün bəzi məktublarını dərc etdirmək ideyası Tsitserona hakim kəsildi. Bu
məktublar dəqiq qaydada yazılmış, yaxşı dilə
malik olmaqla, heç şübhəsiz, nümunə
kimi seçilmişdi. Lakin bu məktublar Tsitseronun sağlığında nəşr olunmamışdı,
onlardan çoxu dostlarına kömək göstərməsi barədə əyalət qubernatorlarına olan
xahişlərdən ibarət idi.
Belə məktublar qədim dünyanın başqa heç bir yerində mövcud
olmadıqarından, əsas tarixi mənbələr hesab olunur. Onlar çox hallarda dəqiq
tarixləri göstərir, həm də Sezarın vətəndaş müharibəsi barədəki icmallarını gözdən
salmaq üçün istifadə edilə bilərdi. Həmin hadisələr barədə xəbər verəndə, o, təbii
ki, kifayət qədər obyektiv deyildir və özünə qarşı etibarı yüksəltmək üçün o,
keçmiş hadisələri düzgün yada salmamaqla yanaşı, onları həm də düzgün olmayan
qaydada təsvir etməyi də bacarmamış deyildi.
Tsitseron Latın poeziyasında bir şair kimi də tanınır, onun poeziyaya
töhfəsi nisbətən kiçik olsa da, bu sahənin özündə də heç də hesaba alınmayan bir
şəxsiyyət deyildi. Onlardan məlum olan ən yaxşı poemalar fraqmentlər şəklində
bizim dövrə gəlib çatsa da, «Onun konsulluğu haqqında» və «Onun həyatı və
zamanları haqqında» əsərləri özünü tərifləməyə həsr olunduğuna görə antik dövrdə
tənqidə məruz qalmışdı. O, şeirdə hekzametr üslubunu xeyli yaxşılaşdırmışdı,
sətrin sonunda iki və ya üç hecalı sözlərdən istifadə etməyə üstünlük verirdi. O,
şeirdə öz dövrünün müasir meyillərinə heç də rəğbət bəsləyən deyildi. Onun