106
və Madanı itaətdə saxlayanlar; Armeniyada son hökmdar 7 persdən biri
olan Qidarnanın soyundan Oront idi. Sonra romalılarla döyüĢən Böyük
Antioxun alaybaĢçıları Artaksi və Zariadri ölkəni iki hissəyə ayırdı. Çarın
təyinatı
ilə
onlar
ölkəni
idarə
etdilər.
Çar məğlubiyətə uğrayanda onlar
romalılar tərəfinə keçdilər və çar elan edilib müstəqil oldular. Artaksiyanın
xələfi Tiqran sözün əsl mənasında Armeniyaya hakim oldu»
(XI. 14. 15).
Strabon sonra Tiqranın müxtəlif ölkələrdən xeyli ərazilər zəbt etdi-
yini və Armeniya coğrafi adının geniĢləndiyini əks etdirən faktlar sadala-
yır. Artaksi soyundan olub, Parfiyada (Ərsaqların ölkəsində) girov və ya
əsir sifətilə saxlanan bu «erməni çarı» ərsaqların köməyi ilə Armeniyada
hökmdar olur və onların qüvvəsi ilə ölkənin sınırlarını geniĢləndirir, lakin
ərsaqlara dönük çıxdığı üçün doğu bölgələrdən qovulur. Daha sonra
«Lukul Tiqranı Suriya və Finikiyadan da qovdu»
(
XI. 14. 15
).
Onun xələfi
Artavasd da Parfiya ilə müharibədə romalılara xəyanət etdiyindən Antoni
onu öldürür. «Artavasddan sonra ölkə Sezar və romalıların hakimiyəti al-
tında bir neçə çar tərəfindən idarə olundu; və bu ölkənin həmin formada
idarə olunması
indi
də davam edir»
(
XI. 14. 15
).
Strabonun adını çəkdiyi
«Armeniyaya
hakim
olan»
Tiqran kimdir? Bu
suala Sovet tarixĢünaslığı
belə
Ģərh verir:
«Belə çarların gerçək hakimiyəti Parfiyadakı ümumi siyasi durum-
dan asılı
olurdu. Əsirlikdə
olan
erməni Ģahzadəsi Tiqran onu
Armeniya
taxtına
qaytaracağı təqdirdə Atropaten ərazisindən Parfiyaya «70 dərə»
verəcəyini vəd edərək II Mitridatı razı sala bildi, m.ö. 95-də II Böyük
Tiqran Armeniya çarı oldu».
102
Ərsaqları aldatdığı üçün güney bölgələrdən qovulan Tiqran yuxa-
rıda haqqında danıĢdığım Arme-Subar bölgəsində Tiqranakert Ģəhərini
saldı və bura hay-ermənilərin baĢkəndi oldu. Tiqranın müstəqilliyi cəmi
20 il çəkdi və m.ö.
66
-da romalılara tabe oldu. Onun oğlu II Artavazd da
(m.ö.
55-34
) Roma imperiyasının vassalı idi. Onun vərəsələrinin hakimi-
yəti haqqında isə Strabonun yuxarıdakı məlumatı aydın təsəvvür yaradır.
Strabondan bir əsr sonra yaĢamıĢ roma tarixçisi Korneli
Tasitin vaxtında
da həmin durum davam etmiĢdir. Bu barədə o yazır:
«Ermənilər həm də ikiüzlü və dəyiĢkəndirlər, (ölkələrinə) gah bu,
gah da baĢqa ordunu dəvət edirdilər; yaĢadığı yerlərə və oxĢar xasiyətlə-
rinə görə, nəhayət, çoxsaylı qarıĢıq evlənmə səbəbi ilə onlar parfiyalılara
102
ИДМ, II, 1983, 406-407.
107
yaxındır və azadlıq nemətini dadmadan onlara tabe olmağa meyl edirdi-
lər»
(
Annales,
XIII, 34).
Ġlk hay tarixçiləri yerli zəmində soykökü axtarıĢına çıxanda daha
çox Ərsaq sülaləsini gözaltı edir, hay tarixini Ərsaqların tarixi fonunda
verməyə
çalıĢırdılar.
Doğrudur,
Ərsaqlar
Azərbaycanda
olduğu
kimi
,
Ermən
ölkəsində də at oynadırdı, hətta burada ilk xristianlığı yayan Qriqor da
Türkmən elindən (Parfiyadan) gəlmiĢ Anak bəyin oğlu idi. Lakin ərsaqlar
saqa türkü, haylar isə elə hay idi. Baxmayaraq ki, M. Xorenatsi Bibli-
yadan oxuduqlarına hay ovqatı kökləyib, Adəmdən sonra 21-ci patriarx
kimi verdiyi Ġbrahim peyğəmbərin Ģəcərəsində ərsaqlardan dolayı haylara
yer verirdi.
103
Görünür, hay yazarların ovqatından xəbərdar olan Prokopi
560-da yazdığı «De Aedificiis» (Tikintilər haqqında) əsərində özəlliklə
vurğulayır: «Qoy heç
kim
düĢünməsin
ki,
Arsaklar
erməni
(hay)
soyludur»
(Prokopiy,
III.
1.
6).
Beləliklə, Dərbənddən Fəratın yuxarı axarına qədər gözdən keçir-
diyimiz Alban (Ağvan), Aran və Ermən xoronimlərinin türk etnonimləri
əsasında yarandığını gördük. Bunlardan ən mübahisəlisi Ermən idi ki, onu
da
Armi/Ermi,
Arman/Ermən
mərhələləri
və
türk ellərində yayılma dairəsi
üzrə izlədik. Hayların da Ermən (Armeniya) bölgəsinə gələndən sonra
«erməni» olduğunu gördük. Hayastan isə I-IV əsrlərdə Anadoluda,
V-XIX
əsrlərdə Qafqazda lokal bölgələrə yayılıb, bölük-bölük məskunlaĢan hay
kaloniyaları, xristian patriklərin «yurdu» anlamında iĢlənən qeyri-müəyyən
coğrafi termindir. 1920-ci ilə qədər bu «Hayastan» sözünü 1, 2, 3
və
hətta
99 kaloniyaya Ģamil etmək olar.
104
Həmin ilə qədər isə indiki Ermənistan
(Ġrəvan xanlığı) tarix boyu az, azər, ermən, saqa-qamər, oğuz və sair türk
boylarının doğma yurdu olmuĢ, Ġslamaqədər onlardan bir qismi xristian
dininə tapınmıĢ və bu izi yaĢadan çoxlu monastrlar (vənglər) qalmıĢdır.
Azərbaycan, Atropaten. Son iki minildə bu adların etimologiyası
haqqında ayrı-ayrı yazarlar müxtəlif yozumlar versə də, «akademik» tarix
uzmanları birinci adın ikincidən törəməsi fikrindən ikiəlli yapıĢmıĢlar. Bu
adlar arasında dolayı əlaqə olmasına baxmayaraq, onlar ayrı-ayrı mənĢəli
sözlərdir. Birinci ad etnotoponim kimi yaranmıĢ, ikincisi isə titul bildirən
103
Хоренаци, 136-137.
104
Əbül Fərəc yazır ki, Suriya və Arminya hakimi Vatab oğlu dövründə «1037-də oğuzlar
Arminyaya qarĢı hərəkət etdilər və
buradakı kürdləri və ərəbləri qılıncdan keçirdilər»
(Abu‟l Farac, 295). Bu necə Erməni ölkəsidir ki, buranın əhalisi hay (erməni) yox, kürd
və ərəblərdir? Deməli, haylar hələ XI əsrə qədər Ermən bölgəsində azlıqda idilər.
Dostları ilə paylaş: |