10
göstərilən xidmətlərin müqabilində alınan malları və göstərilən xidmətləri
göstərmək olar. Gəlir öhdəliklərin tənzimlənməsi nəticəsində də yarana
bilər.
4.9.
Xərclər
4.9.1.
Xərc anlayışına itkilər və bankın adi fəaliyyət prosesində yaranan xərclər
daxildir. Bankın adi fəaliyyət prosesində yaranan xərclərinə əmək haqqı və
amortizasiya kimi digər xərclər də daxildir.
4.9.2.
İtkilərə, xərc anlayışına uyğun gələn və bankın adi fəaliyyət prosesində
yarana bilən və gözlənilməyən xərclər aiddir. İtkilər iqtisadi səmərələrin
azalmasını əks etdirir və buna görə də öz xarakterinə görə digər xərclərdən
fərqlənmir.
4.9.3.
Mənfəət və zərər haqqında hesabatda itkilər, müvafiq gəlirlər çıxılmaqla
ayrı-ayrılıqda əks etdirilir. Çünki onlar haqqında məlumatlar iqtisadi
qərarların qəbul olunması üçün faydalıdır.
4.10.
Kapitalın saxlanmasını təmin edən düzəlişlər
4.10.1.
Aktivlər və öhdəliklərin hesabatda yenidən qiymətləndirilməsi və təkrar
olaraq əks olunması kapitalın artmasına və ya azalmasına səbəb olur. Bu
artma və azalmalar mənfəət və zərər haqqında hesabata daxil edilmir. Bu
maddələr kapitala, kapitalın saxlanmasını təmin edən düzəlişlər kimi və ya
yenidən qiymətləndirmənin ehtiyatları kimi daxil edilir.
5.
Maliyyə hesabatları elementlərinin tanınması
5.1.
Tanınma – hər hansı bir elementin tərifinə uyğun olan və 5.2-ci bənddə
göstərilən tanınma şərtinə cavab verən obyektin mühasibat balansına və ya
mənfəət və zərər haqqında hesabata daxil edilməsi prosesidir. Tanınma
11
obyektin şifahi təsviri, onun pul məbləği şəklində ifadə olunması və bu
məbləğin mühasibat balansına və ya mənfəət və zərər haqqında hesabata daxil
edilməsindən ibarətdir. Tanınma şərtinə cavab verən obyektlər mühasibat
balansında və ya mənfəət və zərər haqqında hesabatda tanınmalıdır. Belə
obyektlərin tanınmaması, istifadə olunan uçot siyasəti, qeydlər və ya izahedici
materiallarla kompensasiya olunmur.
5.2.
Element anlayışına uyğun gələn obyekt aşağıdakı hallarda tanınmalıdır:
a)
obyektlə əlaqələndirilən istənilən iqtisadi səmərənin bank tərəfindən
qazanılacağı və ya itiriləcəyi ehtimalı var;
b)
obyekt etibarlı şəkildə ölçülə bilən dəyərə və ya qiymətə malikdir.
5.3.
Obyektin yuxarıdakı şərtlərə uyğun olduğu və onun maliyyə hesabatında
tanınma imkanları qiymətləndirilərkən əhəmiyyətlilik prinsipi nəzərə
alınmalıdır. Elementlər arasında qarşılıqlı əlaqə onu göstərir ki, konkret
element (məsələn, aktiv üçün onun anlayışı və tanınma şərtlərini ödəyən
obyekt digər elementin: məsələn, gəlir və öhdəliyin tanınmasını tələb edir)
digər elementin tanınmasını tələb edir.
5.4.
Gələcək iqtisadi səmərənin olması ehtimalı
5.4.1.
Ehtimal anlayışı, tanınma şərtində bankın həmin maddə ilə bağlı olan gələcək
iqtisadi səmərənin qazanmasını və ya itirməsinin qeyri-müəyyənlik dərəcəsini
əks etdirmək üçün istifadə olunur. Bu anlayış bankın fəaliyyət göstərdiyi
sosial-iqtisadi mühiti xarakterizə edən qeyri-müəyyənliyə uyğundur. Maliyyə
hesabatları hazırlanarkən gələcək iqtisadi səmərəyə tətbiq olunan qeyri-
müəyyənlik dərəcəsinin qiymətləndirilməsi mövcud olan sübutlar əsasında
həyata keçirilir. Məsələn, bankın borcunun ödənilməsi ehtimalı mövcud
olduqda və bunun əksi sübut olunmadıqda, belə borcun aktiv kimi tanınması
özünü doğruldur.
5.5.
Ölçünün etibarlılığı
5.5.1.
Obyektin tanınmasının ikinci şərti onun etibarlı şəkildə ölçülə bilən dəyərinin
12
və ya qiymətinin olmasıdır. Dəyər və qiymət əsaslı şəkildə hesablanmaqla
təyin olunur. Əsaslı hesablanmış kəmiyyətlərdən istifadə olunması maliyyə
hesabatlarının tərtib olunmasının vacib hissəsidir və onun etibarlılığına xələl
gətirmir. Obyektin qiymətini müəyyənləşdirmək mümkün olmadıqda, obyekt
mühasibat balansında və mənfəət və zərər haqqında hesabatda tanınmır.
Məsələn, məhkəmə iddiasından gözlənilən daxilolmalar həm aktiv, həm də
gəlir anlayışına və həmçinin tanınma məqsədləri üçün ehtimal şərtlərinə
uyğun gəlir, lakin əgər iddianın məbləği etibarlı şəkildə təyin oluna bilmirsə,
belə gözlənilən daxidolmalar aktiv və ya gəlir kimi tanınmır. Bu zaman
iddianın mövcudluğu qeydlərdə, izahatlarda və ya əlavə cədvəllərdə
açıqlanmalıdır.
5.5.2.
Müəyyən bir vaxt anında tanınma şərtlərinə cavab verməyən obyekt, sonradan
baş verən hadisələrin və ya yeni şərtlərin nəticəsində tanınma şərtlərinə cavab
verdikdə, maliyyə hesabatlarında tanınmalıdır.
5.5.3.
Element anlayışına uyğun olan, lakin tanınma şərtlərinə uyğun gəlməyən
obyekt haqqında məlumatlar qeydlərdə, izahatlarda və ya əlavə cədvəllərdə
açıqlanmalıdır.
5.6.
Aktivlərin tanınması
5.6.1.
Aktivlə bağlı gələcək iqtisadi səmərələrin banka daxil olması ehtimalı və onun
dəyəri və ya etibarlı şəkildə ölçülə bilən qiyməti mövcud olduqda, mühasibat
balansında tanınır.
5.7.
Öhdəliklərin tanınması
5.7.1.
Cari öhdəliyin ödənilməsi nəticəsində iqtisadi səmərələri təşkil edən
vəsaitlərin axıb getməsi ehtimalı mövcud olduqda və bu ödənişin qiyməti
etibarlı şəkildə təyin oluna bildikdə, öhdəlik mühasibat balansında
tanınmalıdır.