“Dövlət qeydiyyatına alınmışdır” Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi



Yüklə 257,09 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix17.09.2018
ölçüsü257,09 Kb.
#68822
1   2   3   4   5   6   7

 

10 


göstərilən xidmətlərin müqabilində alınan malları və göstərilən xidmətləri 

göstərmək  olar.  Gəlir  öhdəliklərin  tənzimlənməsi  nəticəsində  də  yarana 

bilər.  

 

4.9.



 

      Xərclər 

4.9.1.


 

Xərc anlayışına itkilər və  bankın adi fəaliyyət prosesində yaranan xərclər 

daxildir. Bankın adi fəaliyyət prosesində yaranan xərclərinə əmək haqqı və 

amortizasiya kimi digər xərclər də daxildir.  

4.9.2.

 

İtkilərə,  xərc  anlayışına  uyğun  gələn  və  bankın  adi  fəaliyyət  prosesində 



yarana  bilən  və  gözlənilməyən  xərclər  aiddir.  İtkilər  iqtisadi  səmərələrin 

azalmasını əks etdirir və buna görə də öz xarakterinə görə digər xərclərdən 

fərqlənmir. 

4.9.3.


 

Mənfəət  və  zərər  haqqında  hesabatda  itkilər,  müvafiq  gəlirlər  çıxılmaqla 

ayrı-ayrılıqda  əks  etdirilir.  Çünki  onlar  haqqında  məlumatlar  iqtisadi 

qərarların qəbul olunması üçün faydalıdır.  

 

4.10.

 

      Kapitalın saxlanmasını təmin edən düzəlişlər  

4.10.1.


 

Aktivlər  və  öhdəliklərin  hesabatda  yenidən  qiymətləndirilməsi  və  təkrar 

olaraq  əks olunması  kapitalın  artmasına  və  ya  azalmasına  səbəb  olur.  Bu 

artma  və  azalmalar mənfəət  və  zərər haqqında  hesabata  daxil  edilmir.  Bu 

maddələr kapitala, kapitalın saxlanmasını təmin edən düzəlişlər kimi və ya 

yenidən qiymətləndirmənin ehtiyatları kimi daxil edilir.  

 

 

 



5. 

Maliyyə hesabatları elementlərinin tanınması

 

 

5.1.



 

Tanınma  –  hər  hansı  bir  elementin  tərifinə  uyğun  olan  və  5.2-ci  bənddə 

göstərilən  tanınma  şərtinə  cavab  verən  obyektin  mühasibat  balansına  və  ya 

mənfəət  və  zərər  haqqında  hesabata  daxil  edilməsi  prosesidir.  Tanınma 




 

11 


obyektin  şifahi  təsviri,  onun  pul  məbləği  şəklində  ifadə  olunması  və  bu 

məbləğin mühasibat balansına və ya mənfəət və zərər haqqında hesabata daxil 

edilməsindən  ibarətdir.  Tanınma  şərtinə  cavab  verən  obyektlər  mühasibat 

balansında  və  ya  mənfəət  və  zərər  haqqında  hesabatda  tanınmalıdır.  Belə 

obyektlərin tanınmaması, istifadə olunan uçot siyasəti,  qeydlər və ya izahedici 

materiallarla kompensasiya olunmur. 

5.2.

 

Element anlayışına uyğun gələn obyekt aşağıdakı hallarda tanınmalıdır:               



a)

 

obyektlə  əlaqələndirilən  istənilən  iqtisadi  səmərənin  bank  tərəfindən 



qazanılacağı və ya itiriləcəyi ehtimalı var;  

b)

 



obyekt etibarlı şəkildə ölçülə bilən dəyərə və ya qiymətə  malikdir.  

5.3.


 

Obyektin  yuxarıdakı  şərtlərə  uyğun  olduğu  və  onun  maliyyə  hesabatında 

tanınma  imkanları  qiymətləndirilərkən  əhəmiyyətlilik  prinsipi  nəzərə 

alınmalıdır.  Elementlər  arasında  qarşılıqlı  əlaqə  onu  göstərir  ki,  konkret 

element  (məsələn,  aktiv  üçün  onun  anlayışı  və  tanınma  şərtlərini  ödəyən 

obyekt  digər  elementin:  məsələn,  gəlir  və  öhdəliyin  tanınmasını  tələb  edir) 

digər elementin tanınmasını tələb edir.  

 

5.4.

 

 Gələcək iqtisadi səmərənin olması ehtimalı

 

5.4.1.


 

Ehtimal anlayışı, tanınma şərtində bankın həmin maddə ilə bağlı olan gələcək 

iqtisadi səmərənin qazanmasını və ya itirməsinin qeyri-müəyyənlik dərəcəsini 

əks  etdirmək  üçün  istifadə  olunur.  Bu  anlayış  bankın  fəaliyyət  göstərdiyi 

sosial-iqtisadi mühiti  xarakterizə edən  qeyri-müəyyənliyə  uyğundur.  Maliyyə 

hesabatları  hazırlanarkən  gələcək  iqtisadi  səmərəyə  tətbiq  olunan  qeyri-

müəyyənlik  dərəcəsinin  qiymətləndirilməsi  mövcud  olan  sübutlar  əsasında 

həyata  keçirilir.  Məsələn,  bankın  borcunun  ödənilməsi  ehtimalı  mövcud 



olduqda və bunun əksi sübut olunmadıqda,  belə borcun aktiv kimi tanınması 

özünü doğruldur.  

 

5.5.



 

Ölçünün etibarlılığı 

5.5.1.


 

Obyektin tanınmasının ikinci şərti onun etibarlı şəkildə ölçülə bilən dəyərinin 




 

12 


və  ya  qiymətinin  olmasıdır.  Dəyər  və  qiymət  əsaslı  şəkildə  hesablanmaqla 

təyin  olunur.  Əsaslı  hesablanmış  kəmiyyətlərdən  istifadə  olunması  maliyyə 

hesabatlarının  tərtib  olunmasının  vacib  hissəsidir  və  onun  etibarlılığına  xələl 

gətirmir.  Obyektin  qiymətini  müəyyənləşdirmək  mümkün  olmadıqda,  obyekt 

mühasibat  balansında  və  mənfəət  və  zərər  haqqında  hesabatda  tanınmır. 

Məsələn,  məhkəmə  iddiasından  gözlənilən  daxilolmalar  həm  aktiv,  həm  də 

gəlir  anlayışına  və  həmçinin  tanınma  məqsədləri  üçün  ehtimal  şərtlərinə 

uyğun gəlir, lakin əgər iddianın məbləği etibarlı şəkildə təyin oluna bilmirsə, 

belə  gözlənilən  daxidolmalar  aktiv  və  ya  gəlir  kimi  tanınmır.  Bu  zaman 

iddianın  mövcudluğu  qeydlərdə,  izahatlarda    və  ya  əlavə  cədvəllərdə 

açıqlanmalıdır

5.5.2.


 

Müəyyən bir vaxt anında tanınma şərtlərinə cavab verməyən obyekt, sonradan 

baş verən hadisələrin və ya yeni şərtlərin nəticəsində tanınma şərtlərinə cavab 

verdikdə, maliyyə hesabatlarında tanınmalıdır. 

5.5.3.

 

Element  anlayışına  uyğun  olan,  lakin  tanınma  şərtlərinə  uyğun  gəlməyən 



obyekt  haqqında  məlumatlar  qeydlərdə,  izahatlarda  və  ya  əlavə  cədvəllərdə 

açıqlanmalıdır.  

 

5.6.

 

Aktivlərin tanınması  

5.6.1.


 

Aktivlə bağlı gələcək iqtisadi səmərələrin banka daxil olması ehtimalı və onun 

dəyəri və  ya etibarlı şəkildə ölçülə bilən qiyməti mövcud olduqda, mühasibat 

balansında tanınır. 

 

 

 



 

5.7.

 

     Öhdəliklərin tanınması 

5.7.1.


 

Cari  öhdəliyin  ödənilməsi  nəticəsində  iqtisadi  səmərələri  təşkil  edən 

vəsaitlərin  axıb  getməsi  ehtimalı mövcud olduqda  və bu ödənişin qiyməti 

etibarlı  şəkildə  təyin  oluna  bildikdə,  öhdəlik  mühasibat  balansında 

tanınmalıdır.  



Yüklə 257,09 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə