118
sürürlər. Vasitəli diplomatiyanın, barışdırıcı dövlətlərin elçiləri
tərəflər arasında təkliflər və ideyalar, istəklər və onların
reallaşması uğrunda çalışırlıar. Çoxtərəfli görüşlər-həm
vasitəçilərin öz arasında, həm də vasitəçilərlə münaqişə trərəfləri
arasında-ayrılıqda və birlikdə-təşkil olunur. Burada əsas məqsəd
tərəfləri bir araya gətirmək və onlar arasında ikitərəfli və
çoxtərəfli iştirak əsasında razılığa gəlməni təmin etməkdən
ibarətdir.
Vasitəli diplomatiyanın daha bir növü beynəlxalq
təşkilatların
formatlı missiyasından ibarətdir. Burada
münaqişəli tərəfləri barışdırmaq, onlar arasında pozulmuş
əlaqələri bərpa etmək və sülhü təmin etmək məqsədilə,
münaqişəli dövlətlərin xahişləri, razılıqları, təşəbbüsləri ilə
universal və regional təşkilatlar sülhyaradıcı missiyaya
qoşulurlar. Burada da təşkilatların missiyalı elçiləri işə düşür.
Qruplar, təşəbbüslər yaranır. İşçi komissiyalar fəaliyyət göstərir.
Onların iş prinsipi yuxarıda sadalananların iş prinsipləri ilə
oxşarlıq
təşkil edir.
Dövlətlər səviyyəsində barışdırıcılıq missiyasının təmin
olunması üçün dövlətlər və hökumətlərarası komissiyalar
yaradılır, komitələr fəaliyyətə düşür, nümayəndələrdən ibarət
qruplar formalaşdırılır.
Qeyri –dövlət formatlı barışdırıcılıq missiyası. Münaqişəli
dövlətlərin ictimai birlikləri, təşkilatları arasında meydana gələn
fəaliyyət, koordinativ funksiya buna nümunə ola bilər.
Formatsız qeyri-dövlət barışdırıcılıq missiyası. “Dünya
ictimaiyyəti diplomatiyası”
Bunun iki tərəfi var: münaqişədə olan tərəflərin
vətəndaşları, ictimai birlikləri, qeyri-hökumət qurumları. Onlar
tərəfindən irəli sürülən fərdi təşəbbüslər: təkliflər, sülhə çağırış
bəyanatları, dinc dəstək yürüşləri, mitinqlər və digər yığıncaqlar
istifadə üsullarıdır. Tərəflərə fərdi və kollektiv imzalı
məktubların
yazılması,
ayrı-ayrı
şəxslərin
məqalələri,
119
müsahibələri və s. üsul olaraq həyata keçirilir. Bu metod fərdi və
kollektiv fəaliyyətdən ibarətdir.
Qeyri-münaqişəli
tərəflərin
vətəndaşlarının,
ictimai
qurumlarının fərdi və kollektiv təşəbbüsləri. Burada dünya
sülhündə iştirak amili önəmli rol oynayır. Yenə də vətəndaşların
fərdi və kollektiv fəaliyyəti, fərdi təşəbbüslər, məktublar,
qarşılıqlı yığıncaqların keçirilməsi əsas üsullardan hesab olunur.
Buna da “vasitəli dünya xalq diplomatiyası” adını vermək olar.
Beynəlmiləlçiliyin fəlsəfi əsasları
Biz insanlar həm öz xalqımızı təmsil edirik, həm də
ümumilikdə bəşəriyyəti. Bəşəri düşüncə daha zəngindir, çünki
bütün dünyanı əhatə edir. Millini də öz tərkibinə qatır.
Beynəlmiləl düşüncə insan xislətinin dahiliyidir. Dahilikdən də
bəşəri xeyirxahlıq doğur.
Beynəlmiləlçilik anlayışı (bütün xalqları qəbul etmək fikiri,
təfəkkürü, düşüncə tərzi, düşüncə əlaməti) fəlsəfi düşüncələrin,
milli və beynəlxalq səviyyədə bəşəri özünüdərkin obyektidir.
Anlayış fəlsəfidir, ona görə ki, həm genişdir, həm də dərindir,
faydalıdır. Bu baxımdan da dəyərlidir. Faydalıdır, o baxımdan
ki, bu konsepsiya adı altında insanların dəyər elementləri
genişlənir. İnsanlar düşüncələrində məkanı genişləndirirlər və
praktiki olaraq özlərini genişlənən məkanda görürlər. Eləcə də
bu anlayış altında resurslardan əhatəli şəkildə faydalanmanın
miqyasını böyüdürlər. Anlayış daha çox mahiyyət məzmun-
ludur. Həm şaxəlidir, həm də piramidal pikə, zirvəyə, uca
mərhələyə xasdır. Bu baxımdan da mürəkkəbdir, yəni tərkibi
zəngindir, sadə birləşmələr çoxdur və ümumiləşmiş sadədir.
Şərti yekun olaraq sadədir. Belə ki, insan özünü bu dünyanın adı
sakini hesab edir və geniş dünyada sərbəst, azad hiss edir. Bu
anlayış altında insan özünü daha geniş məzmunda dərk edir.
Özündə ali bəşəri məna axtarır. Anlayışı özünə yaxın buraxan,
özündə bu kimi fikirləri daşıyan şəxslər üçün bütün dünya, bütün
120
məkanlar doğma kimi hiss olunur. Bu kimi düşüncə daşıyıcıları
konseptual tərkib elementləri ruhən yaxşıca mənimsəyirlər.
İnsanın dünyəvi kimliyi, onun mənası məhz bu anlayış altında
daha da geniş şəkildə dərk olunur. Beynəlmiləlçilik (digər
xalqları, onların mədəniyyətini, o cümlədən davranışını, irsini
qəbul etmək, başqa xalqların ruhunu yaxın hesab etmək) milli
dəyərləri öz sərhədlərindən kənara doğru genişləndirən ali
mahiyyət
düşüncəsidir. Beynəlmiləlçilikdə onun tərkib
elementlərinə münasibətdə “özgəlik” kriteriyası tətbiq olunmur.
Yəni, doğmalığın əhatəsi böyükdür.
Anlayış daha çox ideal məzmunludur. Etik və estetik
ideyadır. İnsan əxlaqını və dünya gözəlliyini, bütün dünyanı
sevmək fəlsəfəsini özündə cəmləşdirir. İnsan xəyalən və praktiki
olaraq elementləri ali dəyər kimi qəbul etməyə çalışır və univer-
sal formal dəyər bütövü yaradır. Beynəlmiləlçilik həm də ona
görə ideal məzmuna çevrilir ki, çox zaman əlçatmaz olur. Yəni,
ziddiyyətlərin, milli maraqların mövcudluğundan bəşəri amal-
larda sarsıntılar, çatışmazlıqlar meydana gəlir.
Beynəlmiləlçilik düşüncəsi ümumi mənafeni əsas götürür və
fərdin maraqlarını onun daxilində axtarır. Bu düşüncə milli
eqoizmi rədd edir və insan varlığını mərkəzdə axtarır. İnsanın
bəşəri eqosunu daha da böyüdür. İnsanı düşüncələri ilə
şaxələndirir və ruhunu əhatələndirir. Düşüncələrini mərkəzdən
ətrafa doğru böyüdür, eləcə də ətrafdan mərkəzlərə doğru, yəni
fərdin özünə sarı gətirir. Buradan da fərd özünü həm öz
məkanında, həm də dünya vəhdətinin tərkibində görür. Bu ruhda
yaşayan insanlar özlərini milli vətəndaşlarla yanaşı, ümümdü-
nya sakinləri kimi hiss edirlər. Təbii ki, fiziki və maddi varlıq,
mövcud şərait və imkanların çatışmazlığı hər an beynəlmiləlçilik
fəlsəfi həyat tərzini yaşamağa imkan verə bilmir. Lakin ruh in-
sanlar üçün bu fəlsəfənin böyüməsini təmin edə bilir. Bu
baxımdan da qəbul etmək olar ki, beynəlmiləlçilik daha çox ide-
al baxışların tərkibi kimi qəbul olunur.
Dostları ilə paylaş: |