barədə müqavilə bağlanmasına hazırlıq görülməsinə çağınrdı.
Odur ki, BMT-nin XX sessiyasında 18 dövlətdən ibarət komitəyə
həvalə
edilmişdir ki, nüvə silahının yayılmaması barədə məsələyə
baxılsın.
1960-cı illərin ikinci yansına bir çox dövlətlərdə, o
cümlədən ABŞ, İngiltərə və Fransada da nüvə silahının yayılması
barədə müəyyən rəsmi sənədlər hazırlanması qərarına gəlmişlər.
Müqaviləyə hazırlıq barədə danışıqlar əsasən SSRİ- nin xarici
işlər naziri A.A. Qromıko
və ABŞ-m dövlət katibi
D.
Pask arasında gedirdi. Beləliklə BMT Baş Məclisinin XXII
sessiyasında və növbəti sessiyalarda, 18-lər komitəsinin
iclaslarında
müqavilənin
şərtləri,
ayrı-ayrı
maddələri
hazırlanmışdı. SSRİ, ABŞ və İngiltərə müqavilənin layihəsini
XXII sessiyaya təqdim etmişlər. Baş Məclis layihəni 12 iyun
1968-ci ildə Moskva, Vaşinqton və Londonda imzalamışdı.
Müqavilə təsdiqləndikdən sonra 1970-ci il mart ayının 5-də
qüvvəyə minmişdir. Bu vaxtadək artıq 100 ölkə həmin müqaviləni
imzalamışdılar.
1960-1970-ci illərdə strateji silahlanma baxımından ABŞ
ilə SSRİ demək olar ki, bərabər səviyyədə idilər. Avropa ölkələri
ilə də vəziyyət tədricən yaxşılaşırdı. Fransa və AFR - Sovet İttifaqı
ilə münasibətləri normallaşdırmışdı. Qərb ölkələri ilə sosialist
inkişaf yolunda olan ölkələr arasında müqavilələr və müəyyən
razılaşmalar əldə (idilirdi. AFR ilə ADR arasında Sovet İttifaqının
xarici siyasəti fəallaşırdı. Mərkəzi Komitənin birinci katibi L.İ.
BrejnevAFR-də, A.N.Kosıgin Avstriyada olmuşlar. 1972-ci ilin
may ayında ABŞ-ın prezidenti R.Nikson Moskvaya gəlmişdir.
Bütün bu görüşlərdə bir çox vacib sənədlər imzalanmışdır.
Dəniz və okeanların dibinin mühafizəsi barədə müqavilə.
Bu məsələ BMT Baş Məclisinin XXV sessiyasında 1969-cu ilin
dekabrında müzakirə edilmişdir. Müqavilənin layihəsi 7 dekabr
1970-ci ildə razılaşdırılmış və 11 fevral 1971- ci ildə SSRİ, ABŞ
və İngiltərə tərəfindən imzalanmışdır. 1971-
334
barədə razılıq əldə edilmişdir. Bir sözlə Sovet rəhbərliyi bir çox
hallarda Qərb dünyasında sülhün, tərksilahın daha perspektivli
olması barədə inam yarada bilmişdir.
1980-ci Uhrdə Beynəlxalq münasibətlər və Sovet
ittifaqında yenidənqurma problemi. 1960-1970-ci illərdə bir çox
konkret müqavilələr, razılıqlar əldə edilmiş, Vyetnam
müharibəsinin dayandırılması barədə qərarlar qəbul edilmişdir.
Nüvə silahı dövlətləri arasında kifayət qədər razılığa gələ
bilmişlər. Silahların azaldılması sahəsində də nailiyyətlər,
razılıqlar olmuşdur. Bütün bunlara baxmayaraq 1988-ci illərdə
ABŞ-ın xarici siyasi xətti dəyişmişdi. Bu isə dünyada gərginliyi
artırırdı. 1979-cu ilin dekabr ayında Sovet İttifaqının Əfqanıstana
hərbi qoşun yeritməsi də bu gərginliyi artırmış və beynəlxalq
münasibətlərin inkişafına əks təsir göstərmişdir. Beləliklə SSRİ
ilə ABŞ arasında yaranan soyuqluq beynəlxalq münasibətlərin
ümumi vəziyyətinə də əks təsir etmişdi.
Həmin illərin beynəlxalq münasibətlərində də nüvə
silahlarının qadağan edilməsi əsas problem olaraq qalırdı. ABŞ
rəhbərliyi hər bir yolla SSRİ üzərində hərbi üstünlüyə nail olmağa
çaşlışırdı. Bu barədə ABŞ-m o vaxtkı prezidenti C. Karterin tələbi
açıq-aşkar bildirilirdi. 1980-ci illərdə beynəlxalq münasibətlərin
tarixində
«ulduz müharibəsi» proqramı da öz əksini tapmışdır.
1980-1985-ci illərdə ABŞ-m yeni prezidenti R.Reyqan
1983-cü ildə Kosmik məkanın hərbi məqsədlər üçün istifadə
edilməsi məqsədi ilə uzun müddətli proqramla çıxış edirdi. Bu da
hərbiləşmənin yeni bir xətti idi. ABŞ bu proqramın həyata
keçirilməsinə 50 mlrd dollar vəsait xərcləmişdi.
Bununla da onlar
istəyirdi ki, Sovet İttifaqı da bu sahəyə daha çox vəsait ayırsın. Bu
isə iqtisadiyyata zərər gətirirdi.
Kosmik fəzada hər hansı bir hərbi silah yerləşdiril-
məsinin qadağan edilməsi barədə 1981-ci ildə Sovet rəhbərliyi
BMT Baş məclisinin XXXVI sessiyasına təklif vermişdi. 1983-
336