Ənvər M ete Həmidov, Zərnurə Həmidova
dövlətləri və ictimai təşkilatlar hələ də erməni terroru qarşısın
da «təmkin» göstərir. Bu terror növü planetimizin başqa regi
onlarında da törədilməkdədir.
Vaxtilə akadem ik M .C.Hüseynov (1913-1974) neft və
kimya stimulyatorlarm m yeni növlərini, o cümlədən «neft-
boy» maddəsini kəşf etmişdi. H əm in dövrdə kənd təsərrüfatın
da bu yeni m addədən geniş istifadə edilməyə başlanmışdı.
VaxtiləŞəkidə kənd-təsərrüfatı m əhsulları muzeyi fəaliyyət gö
stərirdi. H əm in muzeydə çəkisi 80-100 kq olan qarpız nümayiş
etdirilirdi. Bu məhsul inəklərə verilir, heyvan kökəlir və südü
dəfələrlə artırdı. Başqa məhsullar da o sıradan. Sonradan m ə
lum oldu ki, həm «neft-boy» maddəsi, həm də onunla becəri
lən məhsullar kanserogendir, insanlarda cürbəcür xəstəliklərin,
o cümlədən şişlərin əmələ gəlməsinə səbəb olur. Bəs müasir
dövrümüzdə vəziyyət necədir? Gəlin müxtəlif araşdırm alara
müraciət edək.
«Təbii bitkiləri transgen növlər əvəzləyir, qidalandığımız
ərzaq 7 nəslə ötürülür» məqaləsindən bəzi məqamları oxucula
rın nəzərinə çatdırırıq: «Son illər mərkəzi sinir sistemi xəstəlik
ləri, ürək çatışmazlığı və immun sisteminin zəifliyindən əziyyət
çəkənlərin sayının kəskin artması müxtəlif amillərlə izah edilir.
Səbəblər içərisində ekoloji və ya epidemioloji çirklənmədən da
ha çox qidanın keyfiyyəti məsələsi qabardılır. Alimlərin fik
rincə, xəstəliklərin artm asında genetikası modifikasiya olun
muş ərzaq məhsullarının xüsusi rolu var. D oğrudur, indiyədək
qeyri-ənənəvi ərzaq məhsullarının orqanizmə təsirilə bağh
mübahisəli fikirlər söylənilib. Lakin aparılan tədqiqatlar sübut
edir ki, belə m əhsullar hətta bir neçə nəsil sonra gendə dəyişik
lik edə bilər.
Qida m əhsullarının yararlılıq müddətini uzatm aq və dadını
artırm aq məqsədilə onların genetikasının dəyişdirilməsi təcrü
bəsi ilk dəfə 1984-cü ildə ABŞ-da həyata keçirilib. Genetikası
modifikasiya olunm uş (GM O) məhsullar iqtisadi cəhətdən sə
mərəli olduğundan tez bir zam anda dünyaya yayılıb. Araşdır
m alara görə, hazırda dünya əhalisinin 65%-i genetik dəyişikliyə
38
İntellektual ekologiya
məruz qalan məhsullarla qidalanır. Əsas məqam ondur ki, gen
dəyişiklikləri zamanı məhsullara xəstəliklər də ötürülə bilər.
Təmiz və eyni biçimli kartoflar heyvan geni köçürməklə becəri
lir. Məlumdur ki, K olorado böcəyi kartofun düşmənidir. Hey
van geni ilə birləşdirilmiş yeni k arto f növləri bu böcəyə qarşı
davamlıdır. H ətta böcək k a rto f növünün yarpaqları ilə qidala
nanda məhv olur. Geni dəyişdirilmiş inək çoxlu süd verir, do
nuzun əti piyindən çox olur, toyuqlardan yağ damır.
Son illər G M O ilə bağh 500-dən çox araşdırm a aparılıb.
Qəribədir ki, belə m əhsulların orqanizmə mənfi təsirilə bağh
rəy də ABŞ alimlərindən gəlib. O nlar Ümumdünya Səhiyyə
Təşkilatının vasitəsilə həyəcan təbilinin çalınmasına nail olmaq
istəyiblər. Transgen məhsullarla daim a qidalananlar piylən-
məyə məruz qalırlar. A raşdırm alara cəlb edilən qadınların
96%-də mədə-bağırsaq xəstəlikləri, həzm sisteminin pozulması
müşahidə edilib. M əlum olub ki, qadınlar «M cDonalds»da qi
dalanm ağı çox sevirlər. «M cDonalds»m menyusunun bəzəyi
olan ham burger, hot-doq və digər ət yeməklərində istifadə edi
lən qidalar transgen məhsullardır. Bundan başqa, restoranlar
da təklif edilən toyuqlar horm onla böyüdülür, bitki yağlan be
lə məhsullarla hazırlanır.
«Cipsi»lərin hazırlanm asında yalnız gen dəyişikliyinə mə
ruz qalmış kartof növündən istifadə edilir. Mütəxəssislər yeni
doğulanların 30%-nin genetik fəsadlara məruz qaldığını bildi
rirlər. A rtıq dünyanın əkin sahələrinin 30-50%-də transgen
məhsullar becərilir. K olbasa, şokolad, mayonez, bitki yağlan,
soya unu da transgen məhsullardan hazırlanır. Geni dəyişdiril
miş məhsulların istehsalı və istifadəsinə görə ABŞ liderlik edir.
Beynəlxalq Ərzaq A raşdırm aları İnstitutunun hesabatında
deyilir ki, son illər təbii məhsul əkini sahələrinin sayı 10 dəfə
lərlə azaldılıb. Yaxın illərdə təbii bitkilərin əkin sahəsi tam am i
lə məhv edilə bilər...» (Əntiqə, «Olaylar» qəzeti, 26 dekabr,
2007)
Biz bir də təkrar etmək məcburiyyətindəyik: Allah-Təala
öz bəndələrinə o qədər nemətlər əta etmişdir ki, onları saymaq
39
Әтәг M ete Həmidov, Zərnurə Həmidova
la qurtaran deyil. D ahi M övlana öz «Məsnəvi»sində deyir:
«Hər meyvənin toxum u öncə yerə girər, ondan sonra yerdən
göylərə doğru baş qaldırar və yüksələr... Bütün nemətlərin əsl
ləri göydən torpağa yağdı, torpağın altına girdi. O ndan sonra
tərtəmiz cana qida oldu.»
Allah-Təala buyurur ki, bütün bu nemətlər insan üçün ya
radılmışdır. Sadəcə olaraq, dünya nemətlərindən istifadədə
hədd gözləmək lazımdır. Qurani-K ərim in M aidə surəsinin 87,
88-ci ayələrində buyurulur: «...A llahın sizə halal buyurduğu
pak nemətləri (özünüzə) haram etməyin və həddi aşmayın.
D oğrudan da, Allah həddi aşanları sevməz. Allahın sizə ver
diyi ruzidən halal və təmiz olanını yeyin...» Lakin insan bu
nemətlərə laqeyd yanaşdı, qorum adı, h ətta onların məhv ol
masına səbəb oldu, daha doğrusu, ekoloji qaydalara riayət et
mədi.
Yer üzərində ləyaqət, mərhəmət, ədəb, rəhm, şəfqət, xeyir
xahlıq, mehribanlıq, iman, təvazökarlıq, əxlaq, sülhsevərlik və
ədalətin yox dərəcəsinə çatması, alimlərin təlim və təlimatının
öz yolunu azması, elmə qiymət verilməməsi, insanların bir-biri
nə həsədlə yanaşması, boş şeylərin, uydurm aların həqiqət
sayılması, qanun və qaydaların silinib getməsi, insanların iç
məli suya, təmiz qidaya, havaya və yararlı torpağa həsrət qal
ması, qlobal istiləşmə ilə əlaqədar daşqınların, sunamilərin ço
xalması, terrorizm və nasizmin, ekoloji terrorizmlə təbiəti
məhv etmək vəhşiliyinin baş alıb getməsi, bununla əlaqədar
xəstəliklərin epidemiya halını alması, ümumiyyətlə, mənfi in
tellektual ekoloji faktorların durm adan artması haqq olan qiy
amətin əsas əlamətləridir. Qurani-Kərim in əl-Haqqə surəsinin
15-ci ayəsində buyurulur: «Məhz o gün (vaqe olacağına heç bir
şübhə olmayan) qiyamət qopacaqdır!»
Beləliklə, ekoloji fəlakət Y er kürəsində yaşayanların hamı
sı üçün eyni dərəcədə qorxuludur. Elə buna görə də xırdalanıb
evlərə, ellərə, vilayətlərə, dövlətlərə ayrılmadan hamıhqla eko
loji saflıq uğ ran d a çarpışmalıyıq. Yoxsa gözəl dünyamız və bə
şəriyyət tamamilə məhv olar. A kadem ik N.N.Moiseyev planet
40
İntellektual ekologiya
miqyasında böhranın - «tarixin sonunun» yaxınlaşmasından
bəhs edərək yazır: «...fəlakət sürətlə yaxınlaşır, bəşəriyyətin
bundan sonra qarşısım alm aq imkanları, praktik olaraq,
tükənmişdir.»
M əşhur astrofizik Stiven X okinq son günlər baş verən
müxtəlif təbii fəlakətlərə işarə edərək dünyanın sonunun gəl
diyini bildirib: «Bu dünyadan qaçmasaq, axırımız yaxşı olmay
acaq. Sivilizasiya tarixinin ən təhlükəli dövrünə giririk. D ünya
dan yox olmağımız bir an a bağlıdır. Belə hadisələr gələcəkdə
daha tez-tez baş verəcək, çünki dünyamn bizə bəxş etdiyi təbii
sərvətləri sürətlə tükədirik. Genetik kodlarımız daha eqoist və
daha aqressiv olub. V ar olm aq üçün tək şansımız var. O da
kainata yayılmaq. Qeyd edək ki, alimlərin hesablamalarına gö
rə, sivilizasiya hazırda sahib olduğu texnika, raket və yanacaq-
la ən yaxın ulduza 50000 ilə ancaq gedə bilər. Bundan başqa
insanın belə bir səyahət üçün işıq sürətinə ehtiyacı var və səya
hət müddətində kosm ik radiasiyalardan qorunm aq üçün xüsu
si texnika əldə etməlidir.» («Olaylar» qəzeti, 11 avqust, 2010)
Biz, hər şeydən əvvəl, bir həqiqəti unutmamalıyıq ki, Yer
insan cəmiyyətinin üm um i evidir, onun alternativi yoxdur və
ola da bilməz. Əgər başqa planetdə yaşayış varsa da, biz ora
qonaq kimi gedə bilərik. Gəlin, doğma evimizi, gələcəyimizi
qoruyaq. Ekologiya qanunlarına hamımız vicdanla riayət
edək. Bəlkə 10, bəlkə 100 milyon illər bundan əvvəl Yer plane
tində indikindən də böyük inkişaf olub, bəlkə onda da insan
ekologiyaya məhəl qoym ayıb, hər şey dağıdılıb? Həyat bəlkə
yenidən əmələ gəlib? A ncaq insan, yenə də sabahını, xalqım,
millətini, bəşəriyyəti düşünməyən insan bu müqəddəs planeti
elə bir hala gətirə bilər ki, ondan dəfələrlə böyük olan ulduzlar
kimi sıxılmış bir qaz kütləsinə çevrilər. Bəlkə də, «Pioner- 10»
və «Pioner-11» A m erika kosm ik aparatlarının uçuş trayekto-
riyasım təsdiq edən reaktiv hərəkətlər laboratoriyasının əmək
daşı Con A ndersonun 10-cu planetin mövcudluğu haqdakı fər
ziyyəsi düzgündür? Ola bilsin ki, vaxtilə 10-cu planetlə Yer
arasında əlaqə olub, lakin ekoloji faciələr nəticəsində bu əlaqə
41
Dostları ilə paylaş: |