Ənvər Mete Həmidov, Zəmurə Həmidova
saxlamaqdadır. Professor Şinasi Gündüz: «Missionerlik fəa
liyyətinin hədəfi olan cəmiyyətlər, xüsusilə də müsəlman xalq
ları öz dini və milli şəxsiyyətləri, inancları və mədəni dəyərləri
ilə bir-birlərinə olan düşmən mövqeyi bir kənara qoyaraq, b u
gün yaşanan hadisələri keçmişdə qazanılan təcrübələr və dolğ
un məlumatlarla, gələcəyə planlaşdırılan düşüncələrlə zəngin
ləşdirsələr, təbii ki, missionerlik fəaliyyətlərinin məğlubiyyətə
düçar olacağı şübhəsizdir. Çünki missionerlik fəaliyyətləri də
daxil olmaqla, hər cür zərərli cərəyana qarşı ən mühüm m üda
fiə öz etiqad, mədəniyyət və dəyərlərinizə bağlı qalmaq, cə
miyyətdəki birlik və bərabərlik içində sosial, siyasi və iqtisadi
məsələlərin öhdəsindən gəlməyin yollarını axtarıb tapm aq və
cəmiyyətdəki sülhü birgə təmin etməkdir.»
Yaşadığımız tarixi dövrdə missioner fəaliyyətləri ilə əlaqə
d ar İslam - Xristian qarşıdurm asında hansı tərəfin qalib olm a
sını zaman göstərəcək.
Sufilik, sufizm (ərəbcə hərfi mənası - yun əbalı deməkdir)
- İslam dinində mistik cərəyan, təlim olub VIII əsrdə İraq və
Suriyada yaranmış, sonralar İran, Azərbaycan, O rta Asiya,
Hindistan və s. Şərq ölkələrinə yayılmışdır. Sufi və sufilik kəl
məsinin m eydana gəlməsi və onlara belə bir adın verilməsi h a
qda müxtəlif nəzəriyyələr irəli sürülmüşdür. Bəziləri deyirlər:
sufilik - suffə əhlinə mənsub olan addır və bu söz oradan m ey
dana gəlmişdir.
Bəziləri «sufi» kəlməsinin «səfa» sözündən götürüldüyünü,
digəriləri də onu olduqca mömin və zahidanə həyat tərzi keçi
rən ərəb qəbilələrindən olan Bəni-Sufəyə verilən ad hesab et
mişlər. Başqalarının fikrincə, «sufi» sözü ilk dəfə ömrünü Alla
ha xidmət üçün vəqf edən Ğövs ibn Mərrəyə verilən ləqəbdir.
Bu səbəbdən də Allaha qovuşm aq istəyən zahidlər ona oxşadı-
laraq belə adlandırılmışlar. Bəziləri isə «sufi»nin «sufanə» kəl
məsindən götürüldüyünü zənn etmişlər. Sufanə nazik və kiçik
bitki növüdür. Sufilər bitkilərdən hazırlanmış yeməklərlə kifay
ətləndikləri üçün onlara belə ad verilmişdir. Verilən təriflərdən
həqiqətə daha yaxın olanı «sufi» kəlməsinin yun mənasını d a
62
İntellektual ekologiya
şıyan «sovf» sözündən götürülməsidir. Sufi «yun paltar geyi-:
nən» mənasını verir. Çünki o zam anlar yun paltar ən ucuz və
ümumi kütlənin geydiyi libas olmuşdur. Ə bu Nəsr Sirac
özünün «Əl-ləm fit-təsəw uf» (sufi məsləkinin ən qədim kitabı
sayılır) adlı kitabında deyir: «Yun paltarlar geyindikləri üçün
onları sufi adlandırırıq.»
«Sufi» sözünün leksik mənası haqda aparılan araşdırma
lardan belə bir qənaətə gələ bilərik ki, bu söz m addi və dünyəvi
həyatı tərk edib mənəvi saflığa nail olmaq istəyən, bu yolla Al
laha yaxınlaşmaq üçün özünü müxtəlif çətinliklərə vadar edən
şəxslərə deyilir. O nlar olduqca az və -ucuz yemək və geyimlə ki
fayətlənər, dünyanın bütün maddi ləzzətlərinə göz yumardılar.
Sufilik ilk vaxtlarda olduqca sadə məna daşımışdır. Belə ki,
adətən, bir guşəyə çəkilib gününün əksər hissəsini Allaha iba
dət və Onu zikr etməklə keçirən şəxslərə deyilmişdir. Lakin
getdikcə daha da genişlənməyə və şaxələnməyə başlamış, özü
nəməxsus rəftar, davranış və ibadət mərhələlərindən ibarət ol
muşdur.
Cüneyd Bağdadi sufilik haqda belə deyir: «Sufilik heç bir
bağlılıq olmadan Allahla olm aq deməkdir». «Sufilik cəm hal
da edilən zikr, dinləmə ilə bağlı olan şüur və davam etdirilən iş
dən ibarətdir». «Sufi pak və napak olmayanların üzərində ad
dım atdıqları yerə bənzəyir, sufi hər şeyə kölgə salan bir bulud
dur, sufi hər şeyi sirab edən bir qətrədir». Süfyan Suri deyir:
«Sufi aram və rahatlıq, yoxsulluqda bəxşiş deməkdir».
Səbli devir: «Sufilik Allahla qəm-qüssəsiz ünsiyyət y arat
m aq deməkdir. Sufi isə m əxluqatdan (xarici aləmdən ayrılıb)
xaliqə (Allaha) birləşmiş bir şəxsdir».
Zunnun Misri devir: «Sufilər Allahı hər şeydən üstün tutan
kəslərdir. Allah da onları hər şeydən üstün tutmuşdur».
M əruf Kərxi devir: «Sufilik həqiqəti tapm aq və yaradıl-
mışların əlindən ümidsizliyi almaq deməkdir.» Ruvəvm İbni
Ə hm əd Baedadidən sufilik haqda soruşduqda deyərdi: «Alla
hın iradəsi ilə nəfsin öz istəklərindən ayrı düşməsinə deyilir».
I ləmçinin deyərdi: «Sufilik üç xislətdən ibarətdir: yoxsulluğa əl
63
Ənvər M ete Həmidov, Zərnurə Həmidova
atmaq, güzəşt və əliaçıqlığı büruzə vermək, riyakarlıqdan uzaq
olmaq.»
Sufiliyin səciyyəvi cəhətləri bunlardır: metafizikanın xüsusi
tərki-dünya praktikası ilə birləşdirilməsi, müridin mistik m ə
həbbət yolu ilə Allahı dərk etməyə və tədricən ona qovuşmağa
yaxınlaşması təlimi, müridi A llaha qovuşanadək mistik yol (tə
riqət) ilə aparan ustadın rolunun mühüm olması. Sufilər xüsusi
rəqslər və ya duaların sonsuz təkrarı ilə intuitiv idraka - «nur-
lanma»ya, ekstaza cəhd etmişlər. Cüneyd Bağdadinin y arat
dığı fəna (sufini fÖvqəlvarlığa aparan, onu Allaha qovuşduran)
təliminə görə əbədilik mütləqdə mövcuddur. Cüneydə görə su
finin sirli yolunda ilk pillə - şəriət, ikincisi təriqət, üçüncüsü hə
qiqətdir (həqiqəti A llahda tapmaq).
Həllac M ənsura görə sufinin ruhu Allah ilə real qovuşa bi
lər. O, «mənəm haqq!» deyə qışqırarmış. O na görə də o, 922-ci
ildə bidətçilikdə təqsirləndirilib edam edilmişdi
Oəzalinin islahatçılıq fəaliyyəti sayəsində sufiliyin təqibi
dayandırılmışdır.
Bir sıra İslam məzhəblərinə görə, hər yeniləşən əsrin əvvəl
lərində dinin təkmilləşməsi məqsədilə Allah-Təala tərəfindən
seçilmiş bir şəxs göndərilir. Elə məhz insanların bu inancından
faydalanan bəzi saxtakarlar müxtəlif dövrlərdə özlərini zam a
nın sahibi, elçi, peyğəmbər və s. adlandırıblar. Bu cür şəxslər
dən biri də XX əsrin əvvəllərində Türkiyədə özünü «Bədiüzza-
man» adlandıran Səid Kürdi (Nursi) olub.
Həyatım müstəqil kürd dövləti qurm ağa həsr edən Səid
Kürdi 1912-ci ildə yazdığı bir kitabında kürdləri nəzərdə tu ta
raq «Oyan, ey Səlahəddin Əyyubinin nəvələri - kürdlər!»
cümləsi ilə açıq-açığma öz düşmənçiliyini ifadə edib. Halbuki,
təkcə anası kürd olan sultan Səlahəddini kürdləşdirərək
kürdlərin «şanlı keçmişi»ni geri qaytarm ağa çalışmışdır.
«M əktubat» adlı risaləsində özünün türklərlə heç bir əlaqəsinin
olmadığım, Türkiyədə kürdlərin ayrı bir xalq olduğunu ifadə
edərək: «Müstəqil bir K ürdüstanın toxum unu cücərdirəm, onu
inkişaf etdirib böyüdün», - deyirdi. Dilqəm Əhmədin «Son
64
İntellektual ekologiya
ümid» elektron jurnalm dakı (www.sonumid.com) məlumatla
rından bəzi məqamları oxucuların nəzərinə çatdırm aq qərarına
gəldim.
Səid Kürdi (1876-1960) kürdçülüyə yönəlmiş siyasi fəa
liyyətləri uğursuz alındığından avam insanların dini inancla
rından istifadə etməklə tədricən öz ideyalarım həyata keçir
məyə başlayır. Oxumağı bacarm ayan və türkcə səlis danışa bil
məyən bu insan 1950-ci illərdən etibarən göydən ona vəhy
gəldiyini iddia edərək bir sıra əsərlər yazmağa başlayır. Savad
sız kütlələri öz ardınca çəkməyi bacaran N ursi özünü «Bədiü-
zzaman» («zamanın möcüzəsi») adlandırır və «Risaleyi-Nur»
adlanan Quran «təfsirləri» yazmağa başlayır. Quranın bəzi ay
ələrinin, xüsusilə N ur surəsinin məhz onun üçün endiyini bildi
rən bu «möcüzəli» şəxs, yeni cümhuriyyətə qarşı müharibə elan
edən Şeyx Səid adlı birini dəstəklədiyindən sürgünə göndərilir.
«Kamalçılar»m qatı düşməni olan Şeyx Səid vaxtilə «Bir türk
öldürmək, 70 kafiri öldürməkdən daha üstündür» - demişdir.
Sonralar bu şəxs edam olunmuşdur.
Şeyx Səidi özünə ustad seçən N ursi vaxtilə Osmanlı sultanı
II Əbdülhəmiddən K ürdüstan adlandırdığı ərazidə kürd gənc
lərinin təhsil alması üçün 3 mədrəsə açılmasını xahiş edir. Bu
istəyin altında nələrin yatdığım bilən Əbdülhəmid əvvəlcə onu
sürgünə göndərmək istəsə də, sonra ağlı başında olmadığını
düşünüb, dəlixanaya saldırır.
Nurçuların mütləq əməl etmələri və inanm aları vacib olan
vəzifələri bunlardır:
«Risaleyi-Nur»u oxumaq, oxumağı bilmirsə, mütləq dinlə
mək. Onların evlərində Q uran olmasa da, mütləq «Risalei-
N ur» olmalıdır.
Hansı şərtlər daxilində olursa-olsun, Səid Nursini müdafiə
etməli, onun məsumluğunu təsdiqləməli, başqalarım buna
inandırmalıdır.
İğtişaşlara qoşulmamaq, qadınlarla əlaqələri kəsərək, on
lara yaxın durmamaq.
Hər hansı bir nurçu getdiyi ərazilərdə «camaat»ına yeni bir
65
Dostları ilə paylaş: |