OZAN DÜNYASI № 2(5), 2011
37
ədəbiyyat üslubunda “bağrına basaraq” yox, Ģifahi dildə olduğu kimi
“bağrına basıb” deyirlər.
Həmin misranın Ģeirdə yer alması barədə aĢağıdakı fikirləri yürütmək
olar:
1.
QoĢmanı ilk dəfə eĢidən aĢıqlardan biri buradakı Ələsgərin
məhz aĢıq Ələsgər olduğunu güman etmiĢ (bayaq dediyimiz kimi
aĢıq aləmində Ələsgər adı ilk növbədə Dədə Ələsgəri yada salır),
nəticədə haqqında danıĢdığımız misra meydana gəlmiĢdir. Bu,
təbiidir. Çünki folklorda və aĢıq sənətində (hər iki halda həm söz,
həm də musiqi sahələrini nəzərdə tuturuq) variantlaĢma əvvəlcədən
proqramlaĢdırılmıĢ bir proses deyildir və onun gediĢi ifaçının
zövqündən, biliyindən, istedadından və həm də ifaçılıq situasiya-
sından asılıdır.
2.
Misra Ģeiri yazıya alan toplayıcı-tədqiqatçı tərəfindən mü-
əyyən məqsədlə əlavə edilə bilərdi (biz “edilmiĢdir” yox, “edilə
bilərdi” deyirik). Bu isə sözsüz ki, qeyri-təbiidir və folklorĢünaslıq
qanunlarına ziddir.
Bir qoĢmanın çap olunmuĢ iki variantı barəsindəki mülahizələrimiz
bundan ibarətdir.
ƏDƏBĠYYAT:
1.
Axundov S. AĢıq Bilal // AĢıq Bilal. Toplayanı və tərtib edəni S.Axundov.
Bakı- 1960. s. 3-5.
2.
AĢıq Bilal. Toplayanı və tərtib edəni Səttar Axundov. Azərbaycan SSR
Mədəniyyət Nazirliyi. Respublika xalq yaradıcılığı evi. BirləĢmiĢ nəĢriyyat. Bakı-
1960.
3.
AĢıq Bilal. Ġlk baharım, gəl görüm. ġeirlər. Toplayıb tərtib edəni Mürsəl
Mürsəlov. “Yazıçı” nəĢ., Bakı – 1982, 54 s.
4.
AĢıq Ələsgər. Tərtib edənləri Ə.Axundov, M.H.Təhmasib. Azərb. SSR EA
nəĢriyyatı. Bakı-1963, 485 s.
5.
AĢıq Ələsgər. Ġkinci kitab. Toplayanı Ġslam Ələsgərov. Tərtib edənləri
Ə.Axundov, M.H.Təhmasib. “Elm” nəĢr. Bakı – 1972, 327 s.
6.
AĢıq Ələsgər. Əsərləri, dastan-rəvayətlər, xatirələr. Topalayıb tərtib edəni, ön
sözün və qeydlərin müəllifi Ġslam Ələsgər. “ġərq-Qərb” nəĢr. Bakı – 1999, 578 s.
7.
Ələsgər Ġ. Ulu ustad // AĢıq Ələsgər. Əsərləri, dastan-rəvayətlər, xatirələr.
Toplayıb tərtib edəni, ön sözün və qeydlərin müəllifi Ġslam Ələsgər. Bakı – 1999, s.
21-38.
8.
Ələsgərov Ġ. Ustadın ömründən səhifələr // AĢıq Ələsgər. Tərtib edəni, ön
sözün və qeydlərin müəllifi Ġ.Ələsgərov. Bakı – 1988, s. 3-9.
9.
Mürsəlov M. Bu günlərin aĢiqi // “Ədəbiyyat və incəsənət”, 11 iyul 1970-ci il,
№ 28.
OZAN DÜNYASI № 2(5), 2011
38
ĠLLƏRĠN ĠZĠ VAR XATĠRƏLƏRDƏ
Ġsmayıl MƏMMƏDLĠ
filologiya elmləri doktoru,
professor
BĠR FOTOġƏKLĠN
TARĠXĠ HAQQINDA
Hər hansı bir görüĢdə, tədbirdə, səfərdə olarkən bəzən
Ģəkil çəkdirməyə o qədər də həvəs göstərmirik, yaxud çəkdir-
sək də həmin ərəfədə ona çox da əhəmiyyət vermirik. Amma
aradan illər keçib, həmin anlar Ģirin xatirəyə çevriləndə
məhz həmin Ģəkillər ən qiymətli sərvətimizə çevrilir. O Ģəkil-
lərə baxıb, Xalq Ģairi Zəlimxan Yaqub demiĢ, illərin izi qalan
xatirələrimizlə baĢ-baĢa qalırıq. Bəzən hətta elə fotoĢəkillərlə
rastlaĢırsan ki, təkcə bir ailə üçün yox, həm də geniĢ ictima-
iyyət, xüsusən də elm adamları üçün böyük əhəmiyyət da-
Ģıyır.
“Ozan dünyası” jurnalının baĢ redaktoru Musa Nəbioğlu ilə görüĢləri-
mizin birində ona XX əsr Azərbaycan aĢıq sənətinin görkəmli nümayən-
dəsi Dədə ġəmĢirin yarım əsr bundan əvvəl - 1959-cu ildə Azərbaycan
Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat və Dil Ġnstitutunun,
Ədəbiyyat Tarixi Muzeyinin əməkdaĢlarından bir qrupu ilə çəkdirdiyi fo-
toĢəkil haqqında danıĢdım. Musa müəllim həmin fotoĢəkli qısa Ģərhlə
jurnalın oxucularına təqdim etməyimi xahiĢ etdi.
Bu foto çəkilən illərdə - 50-ci illərdə artıq AĢıq ġəmĢir xalq Ģairi
Səməd Vurğunla (1955) Kəlbəcərdə “Ġstisu” yaylağında görüĢmüĢdü, on-
OZAN DÜNYASI № 2(5), 2011
39
ların tarixi deyiĢməsi olmuĢdu və bu qoĢmalar bütün aĢıqların dillərinin
əzbəri idi.
Həmin
zamanlar
Elmlər
Akademiyası
10-15 il idi ki, yaran-
mıĢdı. Ədəbiyyat Ġns-
titutunda Ģifahi xalq
ədəbiyyatı Ģöbəsi fə-
aliyyət göstərirdi. Bu-
rada professor Məm-
mədhüseyn Təhmasib,
Əhliman
Axundov,
Nurəddin
Seyidov,
Mirəli Seyidov, Həsən
Qasımov və baĢqa
görkəmli folklorĢünas
alimlər
çalıĢırdılar.
Onlar xalq ədəbiyyatını ekspedisiyalar yolu ilə topladıqları kimi, el aĢıq
və Ģairlərini də Akademiyaya dəvət edərək həmin iĢi görürdülər, görüĢlər
keçirirdilər, sorğular aparırdılar. Əlyazmalar toplanılırdı, xalq və aĢıq
dastanları yazıya alınırdı, xüsusən də Memarlıq və Ġncəsənət Ġnstitutunun
o zamankı direktoru akademik Mikayıl Useynov çox qiymətli iĢlər gö-
rürdü. O, el aĢıqlarını, sənət adamlarını, xalq müğənni və xanəndələrini
Ġnstituta dəvət edirdi və maraqlı görüĢlər, söhbətlər alınırdı, səsləri
yazılırdı. 50-ci illərdə indiki Nizami adına Ədəbiyyat Tarixi Muzeyinin 1
və 2-ci mərtəbələri eksponat otaqları idi, 3 və 4-cü mərtəbələrdə isə
Ədəbiyyat və Dil Ġnstitutu, kitabxana və humanitar təmayüllü baĢqa
qurumlar yerləĢirdi. 1961-ci il AĢıqlar qurultayı keçirilməzdən əvvəl hələ
50-ci illərdə ən tanınmıĢ yaradıcı və ifaçı aĢıqlar da Ģifahi ədəbiyyat
Ģöbəsinə dəvət olunurdular. Görkəmli alim Məmmədhüseyn Təhmasib
onlarla saatlarla, günlərlə görüĢür, el sənətkarlarını dinləyir və xalq in-
cilərini yazıya alır, həm də belə sənətkarları yaxından tanımaqla qurul-
taya hazırlayırdı. Məhz həmin illərdə Azərbaycanda məĢhurlaĢmıĢ AĢıq
ġəmĢir də dəfələrlə bu mötəbər Ģöbəyə gəlmiĢ və onun fitri istedadına, öz
orijinallığı ilə seçilən qoĢduğu aĢıq Ģeiri nümunələrinə bütün folklor-
Ģünaslar heyran olmuĢ, onları dəyərləndirmiĢlər.
Professor Afina xanımın dediklərindən: AĢıqların belə görüĢlərindən
birində bir nəfər aĢıq yarıciddi, yarızarafat dedi: “Bu oturanlar alimlərdir,
yazıb yaradırlar. Bəs biz kimik?” Bir baĢqası bu sualın müqabilində söy-
lədi: “Doğurdan, bəs biz kimik? - Hə. Biz də aĢıqların alimiyik.” Bu
Dostları ilə paylaş: |