OZAN DÜNYASI № 3, 2010
27
Təkkə kökənli aşıq mühiti olduğu üçün təriqət məzmunu daşıyan poetik ör-
nəklər Təbriz-Qaradağ aşıqlarının repertuarında əsas qatlardan birini təşkil edir.
Quzey Azərbaycandakı aşıq mühitlərindən fərqli olaraq Təbriz-Qaradağ aşıqları
Nəsimi, Xətai, Füzuli, Nəbati və Seyid Nigarinin təriqət şeirlərini də ifa edirlər.
Azərbaycan aşıq sənətinin əsas "haqq aşıq"larını yetirmiş Təbriz-Qaradağ
mühiti təşəkküldən üzü bəri həm ifaçı, həm də yaradıcı mühit kimi fəaliyyət
göstərmişdir. Ötən çağlarda olduğu kimi iyirminci yüzillikdə də bu mühitdə
qüdrətli sənətkarlar ortaya çıxmışdır. Şəbüstərli aşıq Qəşəm, Aşıq Əli Təbrizli,
Əziz Şahnazi, Rəsul Qurbani, Mərəndli Tağı, Kərkərli Məhəmməd, Həsən
İsgəndərli, Qafar İbrahimi, Yədullah Şəkibi, İsmayıl Qəmbəri, Vəli Abdi, İman
Daniş, Yaqub Binisli, Aşıq Polad, Çingiz Mehdipur, Aşıq Fərhad təkcə mənsub
olduqları Təbriz-Qaradağda deyil, güney Azərbaycanın bütün mahallarında
sayılıb seçilmişdir. Sonralar Gəncəbasar aşıq mühitində (Goranboy) fəaliyyət
göstərsə də Aşıq Hüseyn Cavan da bu mühitin yetirməsi kimi şöhrətlənmişdir.
İyirminci yüzillikdə güneyin ən qüdrətli aşığı sayılan Aşıq Qəşəmin sənət
şəcərəsi Təbriz-Qaradağ aşıqlarının ana axarı kimi qəbul edilə bilər ki, bu da
həmin şəcərənin Tikmədaşlı Xəstə Qasıma bağlanması ilə əlaqədardır:
Aşıq Qəşəm Güneyli (XX yüzillik)
↑
Aşıq Nəcəf Binisli (XIX-XX yüzillik)
↑
Aşıq Məhəmməd (XIX yüzillik)
↑
Aşıq Cəfər (XIX yüzillik)
↑
Aşıq Nemət (XVIII-XIX yüzillik)
↑
(XVIII yüzillik) 299
↑
Xəstə Qasım (XVIII yüzillik)
↑
....................................................
1
Son zamanların təqribi bilgisinə görə Təbriz-Qaradağda çalıb-çağıran çağdaş
aşıqların sayı beş yüz əllidən yuxarıdır
2
.
Bu mühitə məxsus altmışa yaxın aşıq hazırda Tehranda və Kərəcdə sənət
fəaliyyətini davam etdirir. Onların mənsub olduqları ana mühitlə daimi əlaqələri
1
Bu bilgini Aşıq Qəşəmə şagirdlik eləmiş Aşıq Yaqub Binisli bizə verərkən sənət
şəcərəsinin Xəstə Qasımdan sonrakı nümayəndəsinin adını xatırlaya bilmədi (17 may
1995-ci il, Təbriz)
2
1995-ci ilin yazında Qaradağda elmi səfərdə olarkən mən özüm Şəbüstərin Binis,
Dizəcxəlil, Xamnə və Nəzərli kəndlərində otuzdan yuxarı çağdaş peşəkar aşığın yaşayıb
yaratdığını müəyyənləşdirdim.
OZAN DÜNYASI № 3, 2010
28
vardır. Toy-düyün aparmaq üçün tez-tez Təbriz və Qarabağa dəvət olunurlar.
Bu səbəbdən də hələlik Tehran və Kərəcin ayrıca aşıq mühiti sayılması doğru
deyildir.
Həm Tehranda, həm də Kərəcdə aşıqların toplaşdıqları çayçı-qəhvələr vardır.
Bu çayçı-qəhvələrdə say çoxluğunu Təbriz-Qaradağ aşıqları təşkil etsələr də
Urmiya, Zəncan aşıqları da müəyyən yer tuturlar. Tehran və Kərəcdən savayı
Urmiya, Zəncan aşıq mühitlərində fəaliyyət göstərən Təbriz-Qaradağ aşıqları da
orada mənsub olduqları mühitin ifaçılıq ənənəsini yaşadırlar.
URMĠYA AġIQ MÜHĠTĠ
Söz repertuarı Təbriz-Qarabağ mühitindən o qədər seçilməsə də ifaçılıq
prinsipləri, auditoriya-dinləyici çevrəsi ilə münasibətləri, fəaliyyət formaları və
musiqi yükü baxımından bir sıra qabarıq özəlliklərə malik olan Urmiya aşıq
mühiti güneyin əsas aşıq ocaqları sırasında yer alır. Xoy, Maku, Səlmas, Sulduz
və Urmiyanın özünü əhatə edən bu mühit Azərbaycan aşıq sənəti ilə Anadolu
aşıq sənəti arasında bir keçid - körpü rolu oynayır. Urmiya mühiti təkkə kökənli
aşıqlarla aşıqlaşmış ozanların qovuşuğa malik olduğu sənət çevrəsidir.
Mühitin çağdaş ifaçılıq biçimlərində qovuşuğun bu nisbəti orijinal mədəni-
tarixi keyfiyyət kimi aşkar şəkildə görünməkdədir. Belə ki, Urmiya aşıqlarının
hərəkətli-rəqsli ifaçılıqla yanaşı bardaş quraraq çalıb oxumaq vərdişinə sahib
olması sözü gedən qovuşuğun əyaniliyidir. Təksaz ifaçılığa əsaslanan bu
mühitin çalğı biçimi Anadolu aşıqlarının (xüsusən də Qars, Amasiya-Çıldar,
Sivas, Ərzurum və İqdır çevrəsinin) çalğı biçimiylə xeyli dərəcədə səsləşir.
Bununla belə, qeyd etmək lazımdır ki, Urmiya mühitinə məxsus saz havalarının
ahəngində Anadolu saz havalarına bənzər melodik axarın duyulması kənardan
gələn təsirdən daha çox, içəridə-mühit daxilində baş verən, yəni Urmiya
aşıqlığını meydana çıxaran iki axarın-təkkə kökənli aşıqlıqla aşıqlaşmış
ozanlığın qovuşmasıyla bağlı bir məsələdir.
Urmiya aşıqlarının səs tipində çağdaş türkmən baxşılarının oxu tərzinə -
boğaz qaynatmalarına yaxınlıq, daha dəqiq desək, oxşarlıq müşahidə edilir ki,
bu da mühitdə əski ifaçılığın - ozan ifaçılıq ənənəsinin xeyli dərəcədə qorunub
saxlanıldığını göstərir.
Urmiya aşıqları sazı bir ibadət vasitəsi olaraq da dəyərləndirməkdədirlər. Bu
cəhət həm də təkkə kökəninə-sufi-dərviş sisteminə digər mühitlərə nisbətən
daha mühafizəkarlıqla yanaşmağın əlamətidir. Yaxın zamanlara - XX yüzilliyin
ortalarına qədər Urmiya aşıqları toy-düyün məclislərindən əlavə saz götürüb
xanəgaha-təkkə ocağına gedər və orada ilahilər oxuyarmışlar
3
. Maraqlıdır ki,
indinin özündə də bir qisim ələvi-dərvişlər Urmiyada məclis quraraq tənbur
çalır, həzrət Əli şəninə mahnılar oxuyur və rəqs edirlər.
3
Bu bilgini Urmiya Universitetinin müəllimi Camal Ayrumlu bizə vermişdir.
Dostları ilə paylaş: |