Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                    № 3, 2010



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə10/42
tarix14.07.2018
ölçüsü1,51 Mb.
#55508
1   ...   6   7   8   9   10   11   12   13   ...   42

 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
27 
Təkkə  kökənli  aşıq  mühiti olduğu  üçün  təriqət  məzmunu  daşıyan  poetik  ör-
nəklər Təbriz-Qaradağ aşıqlarının repertuarında əsas qatlardan birini təşkil edir. 
Quzey Azərbaycandakı aşıq mühitlərindən fərqli olaraq Təbriz-Qaradağ aşıqları 
Nəsimi, Xətai, Füzuli, Nəbati və Seyid Nigarinin təriqət şeirlərini də ifa edirlər.  
Azərbaycan  aşıq  sənətinin  əsas  "haqq  aşıq"larını  yetirmiş  Təbriz-Qaradağ 
mühiti  təşəkküldən  üzü  bəri  həm  ifaçı,  həm  də  yaradıcı  mühit  kimi  fəaliyyət 
göstərmişdir.  Ötən  çağlarda  olduğu  kimi  iyirminci  yüzillikdə  də  bu  mühitdə 
qüdrətli sənətkarlar ortaya çıxmışdır. Şəbüstərli aşıq Qəşəm, Aşıq Əli Təbrizli, 
Əziz  Şahnazi,  Rəsul  Qurbani,  Mərəndli  Tağı,  Kərkərli  Məhəmməd,  Həsən 
İsgəndərli, Qafar İbrahimi, Yədullah Şəkibi, İsmayıl Qəmbəri, Vəli Abdi, İman 
Daniş, Yaqub Binisli, Aşıq Polad, Çingiz Mehdipur, Aşıq Fərhad təkcə mənsub 
olduqları  Təbriz-Qaradağda  deyil,  güney  Azərbaycanın  bütün  mahallarında 
sayılıb  seçilmişdir.  Sonralar  Gəncəbasar  aşıq  mühitində  (Goranboy)  fəaliyyət 
göstərsə də Aşıq Hüseyn Cavan da bu mühitin yetirməsi kimi şöhrətlənmişdir. 
İyirminci  yüzillikdə  güneyin  ən  qüdrətli  aşığı  sayılan  Aşıq  Qəşəmin  sənət 
şəcərəsi  Təbriz-Qaradağ  aşıqlarının  ana  axarı  kimi  qəbul  edilə  bilər  ki,  bu  da 
həmin şəcərənin Tikmədaşlı Xəstə Qasıma bağlanması ilə əlaqədardır:  
 
Aşıq Qəşəm Güneyli (XX yüzillik) 
                       ↑ 
Aşıq Nəcəf Binisli (XIX-XX yüzillik) 
                       ↑ 
Aşıq Məhəmməd (XIX yüzillik) 
                       ↑ 
Aşıq Cəfər (XIX yüzillik) 
                       ↑ 
Aşıq Nemət (XVIII-XIX yüzillik) 
                       ↑ 
(XVIII yüzillik) 299 
                      ↑ 
Xəstə Qasım (XVIII yüzillik) 
                     ↑ 
....................................................
1
 
 
Son zamanların təqribi bilgisinə görə Təbriz-Qaradağda çalıb-çağıran çağdaş 
aşıqların sayı beş yüz əllidən yuxarıdır
2
.  
Bu  mühitə  məxsus  altmışa  yaxın  aşıq  hazırda  Tehranda  və  Kərəcdə  sənət 
fəaliyyətini davam etdirir. Onların mənsub olduqları ana mühitlə daimi əlaqələri 
                                                 
1
 Bu  bilgini  Aşıq  Qəşəmə  şagirdlik  eləmiş  Aşıq  Yaqub  Binisli  bizə  verərkən  sənət 
şəcərəsinin  Xəstə  Qasımdan  sonrakı  nümayəndəsinin  adını  xatırlaya  bilmədi  (17  may 
1995-ci il, Təbriz) 
2
 1995-ci  ilin  yazında  Qaradağda  elmi  səfərdə  olarkən  mən  özüm  Şəbüstərin  Binis, 
Dizəcxəlil, Xamnə və Nəzərli kəndlərində otuzdan yuxarı çağdaş peşəkar aşığın yaşayıb 
yaratdığını müəyyənləşdirdim. 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
28 
vardır.  Toy-düyün  aparmaq  üçün  tez-tez  Təbriz  və  Qarabağa  dəvət  olunurlar. 
Bu  səbəbdən  də  hələlik  Tehran  və  Kərəcin  ayrıca  aşıq  mühiti  sayılması  doğru 
deyildir.  
Həm Tehranda, həm də Kərəcdə aşıqların toplaşdıqları çayçı-qəhvələr vardır. 
Bu  çayçı-qəhvələrdə  say  çoxluğunu  Təbriz-Qaradağ  aşıqları  təşkil  etsələr  də 
Urmiya,  Zəncan  aşıqları  da  müəyyən  yer  tuturlar.  Tehran  və  Kərəcdən  savayı 
Urmiya, Zəncan aşıq mühitlərində fəaliyyət göstərən Təbriz-Qaradağ aşıqları da 
orada mənsub olduqları mühitin ifaçılıq ənənəsini yaşadırlar. 
 
 
URMĠYA AġIQ MÜHĠTĠ 
 
 
Söz  repertuarı  Təbriz-Qarabağ  mühitindən  o  qədər  seçilməsə  də  ifaçılıq 
prinsipləri, auditoriya-dinləyici çevrəsi ilə münasibətləri, fəaliyyət formaları və 
musiqi  yükü  baxımından  bir  sıra  qabarıq  özəlliklərə  malik  olan  Urmiya  aşıq 
mühiti güneyin əsas aşıq ocaqları sırasında yer alır. Xoy, Maku, Səlmas, Sulduz 
və  Urmiyanın  özünü  əhatə  edən  bu  mühit  Azərbaycan  aşıq  sənəti  ilə  Anadolu 
aşıq sənəti arasında bir keçid - körpü rolu oynayır. Urmiya mühiti təkkə kökənli 
aşıqlarla aşıqlaşmış ozanların qovuşuğa malik olduğu sənət çevrəsidir.  
Mühitin  çağdaş  ifaçılıq  biçimlərində  qovuşuğun  bu  nisbəti  orijinal  mədəni-
tarixi keyfiyyət kimi aşkar şəkildə görünməkdədir. Belə ki, Urmiya aşıqlarının 
hərəkətli-rəqsli  ifaçılıqla  yanaşı  bardaş  quraraq  çalıb  oxumaq  vərdişinə  sahib 
olması  sözü  gedən  qovuşuğun  əyaniliyidir.  Təksaz  ifaçılığa  əsaslanan  bu 
mühitin  çalğı  biçimi  Anadolu  aşıqlarının  (xüsusən  də  Qars,  Amasiya-Çıldar, 
Sivas,  Ərzurum  və  İqdır  çevrəsinin)  çalğı  biçimiylə  xeyli  dərəcədə  səsləşir. 
Bununla belə, qeyd etmək lazımdır ki, Urmiya mühitinə məxsus saz havalarının 
ahəngində  Anadolu  saz  havalarına  bənzər  melodik  axarın  duyulması  kənardan 
gələn  təsirdən  daha  çox,  içəridə-mühit  daxilində  baş  verən,  yəni  Urmiya 
aşıqlığını  meydana  çıxaran  iki  axarın-təkkə  kökənli  aşıqlıqla  aşıqlaşmış 
ozanlığın qovuşmasıyla bağlı bir məsələdir.  
Urmiya  aşıqlarının  səs  tipində  çağdaş  türkmən  baxşılarının  oxu  tərzinə  - 
boğaz  qaynatmalarına  yaxınlıq,  daha  dəqiq  desək,  oxşarlıq  müşahidə  edilir  ki, 
bu da mühitdə əski ifaçılığın - ozan ifaçılıq ənənəsinin xeyli dərəcədə qorunub 
saxlanıldığını göstərir.  
Urmiya aşıqları sazı bir ibadət vasitəsi olaraq da dəyərləndirməkdədirlər. Bu 
cəhət  həm  də  təkkə  kökəninə-sufi-dərviş  sisteminə  digər  mühitlərə  nisbətən 
daha mühafizəkarlıqla yanaşmağın əlamətidir. Yaxın zamanlara - XX yüzilliyin 
ortalarına  qədər  Urmiya  aşıqları  toy-düyün  məclislərindən  əlavə  saz  götürüb 
xanəgaha-təkkə  ocağına  gedər  və  orada  ilahilər  oxuyarmışlar
3
.  Maraqlıdır  ki, 
indinin  özündə  də  bir  qisim  ələvi-dərvişlər  Urmiyada  məclis  quraraq  tənbur 
çalır, həzrət Əli şəninə mahnılar oxuyur və rəqs edirlər.  
                                                 
3
 Bu bilgini Urmiya Universitetinin müəllimi Camal Ayrumlu bizə vermişdir.    


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə