Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                    № 3, 2010



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə18/42
tarix14.07.2018
ölçüsü1,51 Mb.
#55508
1   ...   14   15   16   17   18   19   20   21   ...   42

 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
48 
 
 
Qorxardım ağlamaqdan,  
Ürəkdən qəh-qəh çəkib  
Gülənlər olmasaydı.  
Mən qorxardım ölümdən, 
Məndən sonra dünyaya  
Gələnlər olmasaydı.  
 
Bu gün mənim üçün ən böyük təsəlli odur ki, Xanların ocağı sönmə-
di. Onun bağrının parası, gözünün nuru, böyük istedad sahibi Azər Xan-
laroğlu onun yolunu, sənətini bir kişi qeyrəti ilə, çox ləyaqətlə davam et-
dirir. Hər dəfə Azərə qulaq asanda gözümün yaşını saxlayammıram. Xan-
lar  gəlir  duru  gözlərimin  qabağında.  Boyu-buxunu  da,  çalğısı-havacatı 
da, ləngəri-təmkini də Aşıq Xanlardı ki, Aşıq Xanlardı. Ata üçün, sənət-
kar üçün bundan böyük nə xoşbəxtlik ola bilər.  
Aşıq Xanlar sözün əsl mənasında xoşbəxt taleli sənətkardı. Ona görə 
ki, ata öz sənətkar və insan ömrünü övlad ömründə, Azər ömründə yaşa-
yır. Xanlar bir də ona görə xoşbəxtdir ki, bu gün o tayda, Cənubi Azər-
baycanda,  Təbrizdə  nəki  saz-söz  vurğunu  var  onların  hamısı  Xanların 
xatirəsini çox əziz tutur, onun havaları ilə nəfəs alırlar.  
Xanlar  bir  də  ona  görə  xoşbəxtdir  ki,  onun  Zəlimxan  Yaqub  kimi 
könül dostu, ruh qardaşı var. Bütün bunlar sərvətdir. Xalqın, elin-obanın 
milli və tükənməyən sərvəti.  
Xanların ömrü sazın ömrü, ―Baş sarıtel‖ havasının ömrüdür. Saz ya-
şadıqca  Aşıq  Xanlar  yaşayacaq,  öz  sehrkar  sənəti  ilə  milyonları  da  ya-
şadacaq. Azər kimi bir övladın sənin sənət yurdunda ocaq kimi yanması 
münasibətilə  sənin  ruhunu  təbrik  edir,  məzarın  qarşısında  baş  əyib 
deyirəm: 
  
 
Neçə dost ayrılıb, neçə yar gedib,  
Gələn bu dünyaya təzə-tər gəlir.  
Sazın meydanından bir Xanlar gedib 
Sazın meydanına bir Azər gəlir.  
 
Krım, Yalta, 
15. VI. 2010  
 
 
 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
49 
AġIQ XANLAR MƏHƏRRƏMOVUN 
XATĠRƏ GECƏSĠ KEÇĠRĠLĠB 
 
 2010-cu  il  noyabrın  23-də  Azərbaycan  Dövlət  Filarmoniyasında  
ozan-aşıq  sənətinin  görkəmli  nümayəndəsi  aşıq  Xanlar  Məhərrəmovun 
60 illik yubileyinə və yenicə işıq üzü görmüş "Ya saz öldürəcək, ya Xan-
lar  məni"  adlı  xatirələr  kitabının  təqdimatına  həsr  olunmuş  ədəbi-bədii 
gecə keçirilib. 
Tədbiri Azərbaycanın Xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri 
Zəlimxan  Yaqub  açaraq  qeyd  edib  ki,  aşıq  Xanlar  öz  yaradıcılığı  ilə 
bütün aşıqlar arasında seçilib. 
―48  illik  həyatında  aşıq 
Xanlar  aşıq  yaradıcılığına 
özünəməxsus  ağırlıq  gəti-
rib‖,  -  deyən  Z.Yaqub  ha-
zırda  aşıq  Xanların  sənətini 
onun  oğlu  aşıq  Azərin    ya-
şatdığını qeyd edib. 
―Tanrı aşıq Xanlara özü-
nəməxsus 
xarizma 
bəxş 
etmişdi  və  bunun  sayəsində 
aşıq  yaradıcılığının  bütün 
pərəstişkaraları  onu  sevirlər‖,  -    gecədə  çıxış  edən  millət  vəkili  Qənirə 
PaĢayeva belə deyib. 
O,  qeyd  edib  ki,  aşıq  Xanlar  ifa  edərkən  sanki  öz  sazı  ilə  səs-səsə 
verərək danışırdı. 
―Aşıq Xanların öz imzasını qoyduğu saz havaları mövcuddur və indi 
çoxları  bu  mahnıları  başqalarının  ifasında  eşidərkən  istər-istəməz  dahi 
aşığı xatırlayırlar‖, - Paşayeva bildirib. 
Qeyd  edək  ki,  ozan-aşıq  sənətinə  ötən  yüzilin  70-ci  illərində  gəlmiş 
Aşıq  Xanlar  Məhərrəmov  ecazkar  solo-saz  ifaları  və  özünəməxsus 
təkrarolunmaz oxu tərzilə yadda qalıb.   
 ―Ya  saz  öldürəcək,  ya  Xanlar  məni‖  adlı  nəfis  tərtibatla  nəşr  olun-
muş  kitabda  sənətkarın  sənət  dostlarının  xatirələri,  tanınmış  ziyalıların 
maraq doğuran  yazıları ilə  yanaşı  şairlərin aşığa  həsr etdikləri şeirlər də 
yer alıb. 
Gecədə  tanınmış  xanəndələr  və  sənətkarın  sənət  dostları,  aşıqlar, 
şairlər, ziyalılar çıxış ediblər. 
 
“Ozan dünyası”


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
50 
 
 
 
 
SAZIN DOSTU, SÖZÜN DOSTU 
  
“XALQIN RUHU, XALQIN MƏNƏVĠYYATI 
BU SƏNƏTDƏ ĠFADƏ OLUNUR” 
 
Müsahibimiz dilçi alim, professor Ġsmayıl Məmmədovdur 
 
 
  Ġsmayıl  müəllim,  bildiyiniz  kimi, 
jurnalımızın “Ustad oğlu Ģəyird olmaz” adlı 
rubrikası  var.  Və  biz  hər  nömrəmizdə 
tanınmıĢ  ustad  aĢıqlardan  birinin  övla-
dından  müsahibə  götürür,  onların  sənətlə 
bağlı fikirlərini oxucularımıza çatdırırıq. Siz 
aĢıq  olmasanız  da,  sənətkar  ocağında 
böyümüĢ,  vaxtilə  görkəmli  aĢıqlarla  ünsiy-
yətdə  olmusunuz.  Ona  görə  də  həm  alim, 
həm də aĢıq oğlu kimi bu sənətlə bağlı  sizin 
mülahizələriniz  bilmək  yaxĢı  olardı.  Gəlin 
söhbətimizə  ozan-aĢıq  sənətinin  beĢiyi  olan 
Göyçədən baĢlayaq. 
 Göyçə aşıq mühiti Miskin Abdal, Ağ 
Aşıq,  Aşıq  Alı,  Aşıq  Duraxan,  şair  Məmmədhüseyn,  Aşıq  Ələsgərin  atası 
Alməmməd,  Aşıq  Ələsgər,  Aşıq  Vəli,  Aşıq  Musa,  Aşıq  Nəcəf,  Aşıq  Qurban, 
Aşıq Talıb, Zodlu Abdulla, Aşıq Alışan, Aşıq Ağayar, Aşıq Əsəd, Növrəs İman, 
Aşıq Aydın, Aşıq İslam, Aşıq Müseyib, Aşıq Qasım və b. ünlü sənətkarlar, aşıq-
şairlər  yetirmişdir.  Diqqətəlayiq  haldır  ki,  «Göyçə  aşıqları  və  el  şairləri» 
kitabının  I  cildində  XVIII  əsrdən  ta  bugünədək  Göyçənin  30  kəndinin  hər 
birindən  çıxmış  171  aşığın  adı  çəkilir.  Yuxarıda  göstərilən  siyahını  biz  bəlkə 
səhifə-səhifə  də  artıra  bilərik.  Bu  el  sənətkarları  yalnız  Göyçə  aşıq  məktəbinin 
deyil, bütövlükdə Azərbaycan aşıq sənətinin azman nümayəndələridir. 
 Sizin  atanız AĢıq  Oruc  da  öz  dövründə  xalq  tərəfindən  çox  sevilmiĢ, 
ustad sənətkarlardan olmuĢdur.  Onun ziyalı, alim övladı kimi, bu haqda   nə 
deyə bilərsiniz? 
 Aşıq Oruc Basarkeçərin Yarpızlı kəndindən olan Aşıq Vəlinin oğludur. 
O,  1920-ci  il  martın  20-də  Göyçə  mahalının  Yarpızlı  kəndində  doğulmuşdur. 
Onu  da  deyim  ki,  təkcə  Yarpızlı  kəndindən  13  aşıq  çıxıb:  Aşıq  Vəli  Əhməd 
oğlu, Aşıq Oruc, Aşıq Əhməd, Aşıq İslam, Aşıq Əlyar, Aşıq Qasım, Aşıq Ey-
yub,  Aşıq  Şahsuvar,  Aşıq  İsrayıl,  Aşıq  Ağa,  Aşıq  Müğüm,  Aşıq  İman,  Aşıq 
Bəhlul, Aşıq Nadir. Bu tam siyahını qocaman folklorşünas, yaşı 85-i haqlamış 
İslam  Ələsgər  müəyyənləşdirib.  Bir  cəhəti  də  qeyd  etməyi  lazım  bilirəm  ki, 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə