Ədəbiyyat, sənət və fikir dərgisi



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə16/42
tarix14.07.2018
ölçüsü1,51 Mb.
#55508
1   ...   12   13   14   15   16   17   18   19   ...   42

 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
42 
Səfərim xatalı, gülĢənim barsız,  
ĠĢləmir mətahım, olub bazarsız.  
Gövhəri-sərrafım dolanır karsız,  
Açmağa balü pər bir Ģahbaz istər.  
 
Gah zaman oluram pəriĢanxəyal,  
Üruc edir ruhum bir laçın misal.  
Çıxa bir kənara, götürə cəngal,  
Gətirə əldə bir sərvnaz istər.  
 
Nəfsiz ticarətçi olsa, qəm çəkər,  
Arsız bu dünyanın dərdin kəm çəkər.  
Ġman cümlə qayğı, sübhü Ģəm çəkər,  
Kim versə cavabım, tezcə yaz istər.  
 
KAĞIZ 
 
Göyçə mahalına bir salam yetir,  
Eylə mən əvəzdən ərzi-hal, kağız!  
DanıĢ, soruĢ, xeyli qəm yüngül götür,  
Dostların halına xəbər al kağız.  
 
Əvvəl  pir atama bir salam eylə,  
Gedərgi yollarım sübhü Ģam eylə.  
Qələm götür, sözün yaz, tamam eylə,  
Keçən günlərimi yada sal, kağız!  
 
Yatıram gecələr, kəsilibdi xab,  
Dövrün əzabına gətirmirəm tab.  
Yazdığım məktuba almıram cavab, 
Nə qədər yazıram dalbadal, kağız!  
 
Əyib cavan qəddim çarxın sitəmi,  
Gah mənə üz verir könlümün qəmi. 
Gah olur, açıllam qızılgül kimi,  
Gah olur, çəkirəm qilü-qal, kağız!  
 
Kəmtale yarandım mən əzəl baĢdan,  
Can dərddən ayrılmır, könül ataĢdan.  
Elimdən, günümdən, qohum-qardaĢdan,  
Yetir bu Ġmana bir əhval, kağız!  


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
43 

SAZIN  ƏDALƏTĠ, ƏDALƏTĠN SAZI”
 
 
 
2010-cu  il  dekabrın  7-də  Azər-
baycan  Dövlət  Filarmoniyasında 
Mədəniyyət  və  Turizm  Nazirliyinin 
və  Aşıqlar  Birliyinin  birgə  təşkil 
etdiyi ―Sazın Ədaləti, Ədalətin sazı‖ 
adlı  tədbir  keçirilib.  Tədbir  ustad 
aşıq,  Əməkdar  incəsənət  xadimi 
Ədalət  Nəsibovun  yaradıcılığına 
həsr olunub.  
Tədbirdə çıxış edən Azərbaycan 
Aşıqlar  Birliyinin  sədri,  Xalq  şairi 
Zəlimxan  Yaqub  bildirib  ki,  bu 
tədbirin keçirilməsində əsas məqsəd 
Aşıq  Ədalətin  könlünü  şad  etmək, 
həm  də bu  sənətin  ustadlarını  xatır-
latmaqdır.  22  il  əvvəl  Dövlət  Filar-
moniyasında Aşıq Ədalətin 50 illik yubileyinin qeyd olunduğunu xatırladan 
Zəlimxan  Yaqubun  sözlərinə  görə,  tanınmış  ustad  sazın  milli  çərçivələrini 
qıraraq  bu  sənəti  müxtəlif  ölkələrdə  təbliğ  edib:  ―Qarabağ  şikəstəsi‖ 
deyiləndə  Xan  Şuşinski,  ―Sona  bülbüllər‖  deyiləndə  Qədir  Rüstəmov  yada 
düşdüyü kimi, ―saz‖ dedikdə Aşıq Ədalət, ―Aşıq Ədalət‖ dedikdə saz yada 
düşür. Aşıq sənəti tarixində elə bir aşıq olmayıb ki, Ədalət qədər ona şeirlər 
həsr olunsun. Aşıq Ədalət sazı nə qədər gözəl çalırsa, şeiri də o qədər gözəl 
oxuyur, mən Ədaləti ―sazın şahı‖ adlandırıram‖. 
Çıxışından  sonra  Zəlimxan  Yaqub  ilk  olaraq,  Aşıq  Ədaləti  və  onun 
yetirmələrini səhnəyə dəvət edib.  
Tədbirdə  ―Yeddi  oğul  istərəm‖  filmində  ―Yanıq  Kərəm‖in  sədaları 
altında Cəlalın ölümü səhnəsi nümayiş etdirilib.  
Tədbirdə  çıxış  edən  millət  vəkili  Qənirə  PaĢayeva,  filologiya  elmləri 
doktoru,  professor  Məhərrəm  Qasımlı,  şairlər  Barat  Vüsal  və  Ġlyas 
Tapdıq Ədalət Nəsibovun ustad aşıq kimi sənətkarlığından söhbət açmışlar, 
şair-rəssam Məmməd Dəmirçioğlu isə ustadın portetini ona hədiyyə edib.  
 Daha  sonra  aşıqlardan  Fəzail  Misginli,  Ədalət  Dəlidağlı,  Azər  Xan-
laroğlu, Ramin Qarayev, Avdı Musayev, Tərmeyxan Qurbanlı, Ġmaməli 
Budaqov,  Cahangir  Quliyev,  Vüqar  Mahmudoğlu,  Bəhmən  Göyçəli, 
Ġlham  Astanbəyli,  Mehdi  Məsimov,  ġaiq  Ġncəli,  Fariz  Təmirli  və 
digərləri çıxış edib. 
 
ElĢad ÇOBANLI 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
44 
 Zəlimxan YAQUB 
Xalq Ģairi 
 
ONUN 
YAġADIĞI ÖMÜR 
 
İkimiz  də  eyni  ildə,  eyni  ayda  dünyaya 
gəlmişik.  1950-ci  ildə.  XX  yüzilliyin  tən 
ortasında.  O,  yanvarın  5-də  Tovuz  maha-
lının  Alımərdanlı  kənində,  mən  yanvarın 
21-də  Borçalı  mahalının  Bonis-Kəpənkçi 
kəndində.  Allah  ona  da  sazı  buta  vermişdi, 
mənə  də.  Xasiyyətimizdə,  xarakterimizdə, 
təbiətimizdə oxşar cəhətlər çox idi.  
Mən  ona  ömrüm  boyu  vəfalı  oldum. 
Ancaq o, mənə qarşı vəfasızlıq elədi. Məndən çox tez və vaxtsız ayrıldı. 
25 il dostluq elədiyim bir əvəzsiz dostu, saz dahisini 50 yaşında əllərimlə 
torpağa  tapşırdım.  Dünyanın  bəlkə  də  nadir  insanı  idi  ki,  dərmansız, 
həkimsiz, heç kəsə əziyyət vermədən saz sinəsində öz ömrünə layla çala-
çala mələk kimi uçub bu dünyadan getmişdi.  
İndi  öz-özümə  fikirləşirəm.  25  illik  bir  dostluğu,  qardaşlığı,  mənəvi 
qohumluğu, ruh bağlılığını, ünsiyyəti, əlaqəni, gördüyümüz, keçirdiyimiz 
məclisləri, eşitdiyimiz söhbətləri, dastanları, şeirləri, atmacaları, zarafat-
ları,  acılı-şirinli  günlərimizi  bir  xatirəyə,  bir  məqaləyə  sığışdırmaq 
mümkündürmü?  
Yox! 
Yox! 
Yox!!! 
Mümkün  deyil.  Çünki  onun  yaşadığı  ömür  ustadların,  ozanların,  el 
ağsaqqallarının,  el  şairlərinin  ömrü  idi.  Onun  yaşadığı  ömür  sazın, 
məclislərin, bir-birindən ləngərli havaların, havacatların ömrü idi.  
Yüz  sazın  içindən  bir  xalından  tanıyırdım  onun  çaldığı  havaları. 
Kiməsə təqdimat verməyə, başa salmağa, xatırlatmağa, ―Bu, aşıq Xanla-
rın  havasıdır‖,  –  deməyə  ehtiyac  yox  idi.  Onun  vurduğu  xallar  deyirdi: 
―Mən aşıq Xanların barmaqlarından süzülmüşəm, mən onun xallarıyam, 
mən onun endərməsi, döndərməsi, eydirməsiyəm‖.  
Aşıq Əmrah və Aşıq Ədalət kimi saz tanrılarından sonra o yüksəkliyə 
ucalmaq,  özünəməxsus  yol  seçmək,  seçilmək,  əzizlənmək,  xalq  sevgisi, 
el  məhəbbəti  qazanmaq  hər  oğlun  yox,  ər  oğlun  işidir.  Bu  misilsiz  işi 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə