Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                    № 3, 2010



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə12/42
tarix14.07.2018
ölçüsü1,51 Mb.
#55508
1   ...   8   9   10   11   12   13   14   15   ...   42

 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
31 
tanınır.  Borçalıda  geniş  yayılmış  "Bəhməni",  "Qürbəti"  -  "Qürbəti  Kərəm", 
"Mansırı" havaları da eyni xətlə Urmiya mühitindən gətirilmədir.  
Urmiya  aşıq  mühitinin  saz-söz  iqlimi  digər  Azərbaycan  mahallarına  yayıl-
maqla yanaşı bu ərazidə, yaxud bu əraziyə yaxın regionda məskun olan yabançı 
etnosların  (kürd,  erməni  və  aysoruların)  arasına  da  nüfuz  edə  bilmişdir.  Ötən 
yüzilliklərdə  Azərbaycan türkcəsində  çalıb-çağıran  çoxsaylı erməni  aşıqlarının 
xeyli  qisminin  Urmiyada  yaşayıb-yaratması  da  bu  səbəbdəndir.  Bunların 
içərisində  XVIII  yüzillikdə  yaşamış  Salmaslı  Qul  Ərtun  öz  ustadnamələri  ilə 
çox məşhurdur.  
Bu  mühit  daxilində  aysorulara  məxsus  sənətkarlar  da  yetişmişdir.  Hazırda 
Urmiya  şəhərində  yaşayan  qocaman  sənətkar  -  Aşıq  Yusif  aysoru  aşıqlarının 
oradakı son nümayəndəsidir. O, aşıq sənətinin dərin bilicilərindən biri sayılır.  
Urmiyanın  cənub  zolağı  boyunda  -  Sulduz  mahalında  "Qarapapaq 
aĢıqları"  adı  ilə  tanınan  el  aşıqlarının  ifaçılığı  ana  axarla  Urmiya  aşıqlığına 
bağlanmış olsa da bir sıra özəlliklərə də malikdir. Sulduz Qarapapaqları Qazax-
Borçalı  mahalındakı  tərəkəmə-qarapapaqlarla  eyni  tayfadırlar.  Sulduzdan 
Qazax-Borçalıya, oradan isə Qars və Ərzuruma, daha sonra isə yenidən Sulduza 
tarixi  tərəkəmə  köçləri  barədə  qaynaqlarda  bilgilər  vardır.  Sulduz  camaatı  ara-
sında  da  bu  barədə  çoxsaylı  söhbətlər  gəzir.  Sulduz  mahalının  böyük  bir 
düzənlik hissəsinin "Buzçəlü" adlanması da heç şübhəsiz ki, Borçalı-Bozçalı ilə 
tarixi bağlılıqdan irəli gəlir.  
Saz, düzələ (ikiyanlı tütəkdir -M.Q.), dümbək üçlüyünə əsaslanan Qarapapaq 
ifaçılığının  oxu  biçimi  zil  kökə  bağlı  el  nəğməçiliyi  tərzindədir.  Qarapapaq 
aşıqlarının  oxu  və  çalğı  biçimi  həmin  çevərədəki  kürd  elatlarına  güclü  təsir 
göstərdiyindən kürd saz-söz sənətçiləri də eynilə onlar kimi çalıb çağırırlar. Bu 
baxımdan  Qarapapaq-Sulduz  aşıqlarının  müəyyən  bir  ifaçılıq  məktəbi  kimi 
səciyyələndirmək  mümkündür.  Onların  ayrıca  bir  aşıq  mühiti  yaratdığını 
söyləmək  üçün  isə  bir qədər  daha  təfərrüatlı  müşahidə  və  tədqiqatlar  aparmaq 
lazımdır.  
Qarapapaq aşıqları  arasından  Aşıq  Mahmudi,  Aşıq  Riza,  Aşıq  Əkbər,  Solət 
Qasımi,  Qulam  Çiyanə  kimi  istedadlı  ifaçılar  çıxmışdır.  İfaçılıqdakı  özəlliyə 
baxmayaraq  Qarapapaq  aşıqlarının  söz  və  musiqi  yükü  Urmiya  aşıqlarının 
repertuarından  demək  olar  ki,  fərqlənmir.  "Sulduzu",  "Sulduz  gözəlləməsi", 
"Yel-yel"  kimi  regional  səciyyəli  havaları  da  vardır.  Hazırda  Qarapapaq  aşıq-
larının  sayı  on  beşə  yaxındır.  Ümumən  çağdaş  Urmiya  mühitindəki  aşıqların 
sayı  isə  yüz  əlliyüz  altmış  arasındadır.  Tarixi  ənənənin  mühafizəkarlıqla 
qorunması baxımından bu mühitin yerinə yetirdiyi missiya əvəzsizdir.  
 
ZƏNCAN AġIQ MÜHĠTĠ 
 
Güneydəki aşıq mühitlərinin ən qaynar nöqtələrindən biri də Zəncan və onun 
çevrəsindəki  Əbhər,  Xürrəmdərə,  Sultaniyə,  Qeydar,  Niydəc  bölgələrində 
qərarlaşmışdır.  Əsas  qüvvələri  Xürrəmdərə  və  Əbhərdə  cəmləşən  Zəncan  aşıq 
mühitinin ifaçılığı saz, balaban və qaval (dəf) üçlüyü üzərində qurulmuşdur.  


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
32 
Zəncan aşıq mühitinin diqqətçəkici özəlliklərindən biri balabançı və qavalçı-
nın  da  mərasimin  uyğun  yerində  aşıqla  bərabər  oxumasıdır.  Bu  mühitdə 
fəaliyyət  göstərən  balabançı  və  qavalçıların  əksəriyyəti  gözəl  səsə  malikdir. 
Onlar dastanların və aşıq şeirlərinin də yaxşı biliciləri kimi tanınırlar. Hətta bəzi 
balabançı  və  qavalçılar  el-camaatın  və  sənət  adamlarının  təhriki  ilə  sonradan 
aşıqlıq eləyirlər.  
İfaçılıq biçimi və repertuar yükü buradakı aşıqlığın təkkə kökəninə söykən-
diyini göstərir. Mühitdəki çağdaş aşıqların sayı dəfçi və balabançılarla birlikdə 
iki  yüz  əllidən  çoxdur.  Təkcə  Xürrədərənin  Əmilər  kəndində  otuzdan  yuxarı 
aşıq yaşayır
6

Zəncan  aşıqlığının  təşəkkülündə  barələrində  dastan  qoşulmuş  Aşıq  Şirin  və 
Aşıq  Yusif  Camal  adlı  orta  çağ  aşıqlarının  mühüm  xidməti  olmuşdur.  Zəncan 
mühitinin  əsas  aşıq  ocaqlarından  sayılan  Xürəmdərədən  çıxmış  Aşıq  Şirin 
haqqındakı "Şirin və Birçək xanım" dastanı orta çağ dastançılığına məxsus olan 
klassik  standartlara  tam  cavab  verir.  "Yusif  Camal"  dastanı  da  öz  poetik 
mükəmməlliyi  ilə  seçilir.  Aşıq  Şirin  və  Yusif  Camal  ənənəsinin  davamçıları 
olaraq Zəncan və onun çevrəsində Aşıq Nəcəfəli, Aşıq Xanmurad, Aşıq Lütfəli, 
Aşıq  İbrahim  Şahsevən,  Aşıq  Fətullah  Rizayi,  Aşıq  Teyyub,  Aşıq  Qalamrza 
Davudi  və  başqa  onlarla  görkəmli  sənətkar  el  arasında  böyük  şöhrət  qazan-
mışdır. Bu gün həmin ənənəni Gülabəli Davudi, Teyyub Süleyman, Aşıq Əkbər 
Zəncani,  Aşıq  Əmrullah, Aşıq  İltifat, Mirzağa  Süleymani,  Rəsul  Əsədi,  Pərviz 
Süleymani kimi saz-söz ustaları ləyaqətlə davam etdirməkdədirlər.  
Zəncan aşıqlarının repertuarında qırxa yaxın dastan vardır. Repertuardakı  ən 
işlək  dastanlar  aşağıdakılardır:  "Zəncanlı  Qurbani",  "Xəstə  Qasım",  "Əsli-
Kərəm", "Abbas-Gülgəz", "Şirin və Birçək xanım", "Qərib-Şahsənəm", "Tahir-
Zöhrə"  və  s.  Bu  mühitdə  "Koroğlu"nun  doqquz  qoluna  rast  gəlinir.  Repertu-
ardakı əlliyə yaxın saz havasının az qala yarısı regional səciyyəlidir: "Ağabəyi", 
"Fərzayi", "Farəngoğlu", "Kəllahi", "Xalxal şikəstəsi", "Vəlicani" və s.  
Zəncan aşıq mühiti Azərbaycan aşıq sənətinin klassik söz və musiqi repertu-
arını mühafizə etməklə yanaşı yerli-regional xüsusiyyətləri əks etdirən özəllik-
lərə  güclü  meyl  etməsi  ilə  seçilir.  Yaradıcı  keyfiyyətin  güclü  olması  səbəbin-
dəndir  ki,  "Qurbani"  dastanının  ənənəvi  süjeti  bu  mühitə  məxsus  sənətkarlar 
tərəfindən  köklü  şəkildə  dəyişdirilmiş  və  nəticədə  dastanın  yeni  bir  versiyası  - 
"Zəncanlı  Qurban"  ortaya  çıxmışdır
7
.  "Xəstə  Qasım"  dastanının  Zəncan 
                                                 
6
 
Zəncan,  Savə,  Xorasan  və  Qaşqay  aşıq  mühitləri  barədə  bilgiləri  güney 
Azərbaycandan olan folklorçu Mənuçar Əzizdən, Doktor Cavad Heyətdən, Aşıq Dehqan 
və Aşıq Yaqub Binislidən almışıq. Son illərdə Əli Kafkasiyalı və İlqar İmamverdiyevin 
sözü  gedən  mühitlərlə  bağlı  hazırladıqları  tədqiqatların  nəticələrindən,  eləcə  də  əldə 
etdiyimiz audio və videolentlərdən faydalanılmışdır. 
 
7
 M.H.Təhmasib. Azərbaycan xalq dastanları (orta əsrlər), s. 355 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə