Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                    № 3, 2010



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə13/42
tarix14.07.2018
ölçüsü1,51 Mb.
#55508
1   ...   9   10   11   12   13   14   15   16   ...   42

 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
33 
aşıqlarıınn  repertuarında  yer  alan  variantı  da  indiyə  qədər  bilinən  süjetdən, 
habelə poetik mətnlərdən (Xəstə Qasımın şeirlərindən) xeyli fərqlidir
8
.  
Zəncan  aşıq  mühitində  də  aşıqları  çayçı-qəhvədə  dinləmək  ənənəsi  yaşan-
maqdadır. Zəncan, Əbhər, Xürrəmdərə və Qeydarda çoxsaylı "Aşıqlar qəhvəsi" 
fəaliyyət  göstərir.  Təkcə  Zəncan  şəhərində  altı  aşıq  çayxanası  vardır.  Bu 
çayçıların əksəriyyəti aşıqların özlərinə məxsusdur. 
 
 
SAVƏ AġIQ MÜHĠTĠ 
 
İranın  Savə-Həmədan-Qum  bölgəsini  çevrələyən  Savə  aşıq  mühiti  başda 
xalac  tayfası  olmaqla  (yerli  əhali  buranın  böyük  bir  qisminə  "Xələcistan" 
deyirlər) əsasən tərəkəmə-türkmanların məskun olduqları geniş bir coğrafiyada 
qərarlaşmışdır. Tərəkəmə həyatının əlaməti olaraq bu mühitə məxsus aşıqlarda 
çayçı-qəhvələrdə  çalıb-oxumaq  ənənəsi  yoxdur.  Aşıqlar  əsasən  toy-düyün, 
şadlıq  yığnaqlarında,  rəsmi  toplantılarda,  mədəni-kütləvi  tədbirlərdə  çalıb-
çağırırlar.  
Aşığın musiqi aləti bu mühitdə "çökür" (çoqur) adıyla tanınır. Doqquz simli, 
doqquz  aşıqlı,  doqquz  qabırğalı  bu  musiqi  aləti  Təbriz-Qaradağ,  Zəncan  saz-
larının  demək  olar  ki,  eynidir.  Pərdə  düzümündə  .fərqlilik  vardır.  Çökür  orta 
çağlarda türkman ellərində saza verilmiş adların fonetik variantlarından biridir. 
"Çokur",  "çoqur",  "çukur",  "çaqur",  "çağır"  və  başqa  səslənmə  variantları  da 
vardır. 
Savə-Qum aşıqları, adətən, üçlük halındakı ifaçılığa üstünlük verirlər. Aşıq-
çökürçü, balabançı və qavalçı. "Qaval"a "dairə", qavalçıya isə "dairəçi" deyirlər. 
Saz  və  balaban  müştərəkliyinə  əsaslanan  ikili  ifaçılığa  da  meyl  göstərirlər. 
Təksaz ifaçılıq çox az nəzərə çarpır. Zəncan aşıq mühitində olduğu kimi burada 
da  ifa  prosesində  qavalçı-dairəçi  və  ya  balabançının  aşığa  qoşularaq  oxuması 
ənənəsi geniş yayılmışdır. Tarixən ustad-şagird ənənə xətti ilə öyrədilən aşıqlıq 
hazırda  daha  çox  "Çökür  sinifləri"  deyilən  xüsusi  saz  məktəblərində  tədris 
olunur. Aşıq Hüseynəli Hüseyninin təşkil etdiyi "Çökür evi" bu baxımdan çox iş 
görür.  Bu  mərkəzdə  ildə  iyirmiyə  yaxın  çöküçü-aşıq  hazırlanır.  Dədə-baba 
üsulu ilə ustad yanında öyrənənlər də vardır.  
Savə-Qum  aşıq  mühitində  "Koroğlu"  dastanının  on  qolu  da  daxil  olmaqla 
qırxa  yaxın dastana  rast  gəlinir.  Bunlardan  "Telimxan",  "Əsəd  Nizam",  "Xun-
dablı Məhcur", "Xan Əsgər", "Qərəgli Məmməd", "Bəhram xan", "Qurban xan" 
kimi  sırf  yerli  mühitin  məhsulu  olan  örnəkləri  ayrıca  qeyd  etmək  lazımdır. 
Güclü  improvizə  və  bəstəçi  keyfiyyətlərə  malik  olan  bu  aşıq  mühitindəki  saz 
                                                 
8
 Bu  bilgini  bizə  Xəstə  Qasım  irsinin  toplayıcısı-Güney  Azərbaycanında  yaşayan 
folklorçu  Hüseyn  Siyami  1994-cü  ilin  yazında  Bakıda  vermişdir.  O,  "Xəstə  Qasım  " 
dastanının  Zəncan  variantını  toplayıb  digər  variantlarla  birlikdə  (beş  variant  əldə 
etmişdir) nəşrə hazırlamışdır. 
 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
34 
havalan da öz orijinallığı ilə seçilir: "Savəgülü", "Həmədan gəraylısı", "Həmə-
dan  dübeytisi", "Zərgəri", "Rudbarı",  "Türkmani",  "Mehtərxani"  və  s.  Bu  mü-
hitə  məxsus  ifaçılıq  ənənəsində  "Kələkilər"  ("Yorğun  Kələki",  "Kəllə  Kələki", 
"Kosalar  Kələki",  "Köç  Kələki",  "Qon  Kələki"  və  "Dəvəzəngi  Kələki"), 
"Leylanalar" ("Bir ayaq", "İki ayaq", "Üç ayaq", "Dörd ayaq", "Beş ayaq" və s.) 
adlanan  özünəməxsus  silsilə  havalar  da  regional-məhəlli  səciyyənin  əsas 
göstəricilərindəndir
9

XVIII  yüzilliyin görkəmli el sənətkarı Telimxan da bu mühitin münbit saz-
söz zəmini üzərində yetişmişdir. Telmixanın şeirləri və adına bağlı olan dastan 
bu  mühitin  sənət  baxımından  kimlik  pasportudur.  Təsadüfi  deyildir  ki,  Qum-
Savə  aşıqlarının  məclislərində  böyük  əksəriyyətlə  məhz  Telimxanın  sözləri 
oxunur. Telimxanın şeirləri poetik tutumu və fəlsəfi-ürfani dərinliyi ilə diqqəti 
çəkir.  İslami  dəyərlərin  və  sufi-dərviş  sisteminin  mükəmməl  bilicisi  olan  bu 
böyük söz ustasının  nəhəng poetik irsi (təqribən iyirmi  min misradır) mərhum 
folklorçu Əli Kəmali tərəfindən toplanılsa da hələlik çap edilməmişdir.  
Savə-Qum  aşıq  mühitində  tarixən  fəaliyyət  göstərən  Məhəmmədəli  Sofular, 
Məhəmmədhəsən Səngəkli, Yusif Verqanlı, Aşıq Əzizxan,  Sidqəli Rizayi kimi 
görkəmli  saz-söz  ustalarının  sənət  yolunu  hazırda  Əhməd  Rəhməti,  Heydər 
Mahmudi,  Hüseynəli  Hüseyni,  Balaxan  Bayat,  Qiyas  Cabbari,  Əli  Ramazani, 
Taki Muhid, Məhəmmədi Bağıri, Məhəmmədi Əfşar, Səfər Danəki və başqaları 
uğurla  davam  etdirilər.  Balabançı,  qavalçı,  neyçi  və  zurnaçılar  (savəlilər 
zurnaya  "saz"  deyirlər)  da  daxil  olmaqla  Savə-Qum  aşıq  mühitində  üç  yüzdən 
yuxarı  çağdaş  sənətkar  fəaliyyət  göstərir.  Bunların  böyük  əksəriyyəti  gənc  və 
orta  yaşlardadırlar.  Savə-Qum  çevrəsindən  əlavə  Məşhəd,  Kərəc  və  Tehran 
şəhərlərinə  də  toy-düyün  məclislərinə  dəvət  olunurlar.  Toylara  dəstə  halında 
(aşıq üçlüyündən əlavə zərnaçı və dəfçi ilə) gedirlər. Ritmik havalara keçilərkən 
zurnaçı və dəfçini ön plana çıxarırlar. 
Savə-Qum aşıqlarının Zəncan mühiti ilə sıx sənət əlaqələri mövcuddur. 
 
 
XORASAN AġIQ MÜHĠTĠ 
 
Qədim  türk  mədəniyyətinin  əsas  beşiklərindən  olan  Xorasan  mahalında  da 
zəngin keçmişə malik aşıq mühiti mövcuddur. Orta Asiya ilə İran və Əfqanıstan 
türklüyü arasında əsas körpü - bağ rolunu oynayan. Xorasan mahalı tarixən öz 
sufi şeyxləri, təkkə ocaqları ilə ad çıxartmış bir bölgə olduğundan orada bəlkə 
də  bütün  regionlardan  daha  öncə  təkkə  kökənli  aşıqlığın  intişar  tapması  üçün 
münbit  zəmin  yaranmışdır.  Orta  çağ  məhəbbət  dastanlarında  haqq  aşıqlarının 
yuxuda  ikən "Xorasan  ərənləri"ndən  dərs almaları,  yaxud  da Xorasan  ərənləri-
nin  əlindən  badə  alıb  içmələri  heç  də  təsadüfən  xüsusi  şəkildə  vurğulanmır. 
Aşıqlığın  mənəvi-ürfani  statusunun  hazırlanmasında  Xorasan  ocağına  məxsus 
                                                 
9
 A. Kafkasiyalı. İran türkləri aşık muhitləri, Ərzurum, 2006, s. 208-209  


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə