Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                    № 3, 2010



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə14/42
tarix14.07.2018
ölçüsü1,51 Mb.
#55508
1   ...   10   11   12   13   14   15   16   17   ...   42

 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
35 
sufi şeyxlərinin mühüm rol oynaması yuxarıdakı ürfani-mifoloji qəlibin biçim-
lənməsinə və dastan strukturunda stabil mövqe qazanmasına səbəb olmuşdur.  
Xorasan  aşıq  mühiti  digər  aşıq  mühitlərindən  fərqli  olaraq  sırf  aşıqlıq  ənə-
nəsinə  söykənmir.  Buradakı  saz-söz  sənəti  daha çox  baxışı ifaçılığına  bağlıdır. 
Çağdaş türkmən baxşılarının söz və  musiqi repertuarı ilə Xorasan baxşılarının 
repertuarı  və  ifaçılıq  prinsipləri  demək  olar  ki,  üst-üstə  düşür.  Lakin  Xorasan 
mühiti uzun bir zamandır ki, İran türklərinə məxsus aşıq mühitləri ilə qarşılıqlı 
sənət  əlaqələri  şəraitində  yaşadığından  orada  aşıqlığın  təsiri  kifayət  qədər 
güclüdür.  Xorasan  baxşılarının  repertuarında  Məhdimqulu,  Yunus  Əmrə,  Qa-
racaoğlan şeirlərinin müştərək yer alması, "Əsli-Kərəm", "Aşıq Qərib", "Tahir-
Zöhrə"  kimi  sırf  aşıq  dastanlarına  aktiv  şəkildə  müraciət  edilməsi,  ifaçılıqda 
"Şah  Xətai",  "Təcnis",  "Müxəmməs"  kimi  aşıq  mənşəli  havalara  xüsusi  önəm 
verilməsi bu mühitin də şərti anlamda "aşıq mühiti" adlanmasına imkan açır.  
Xorasan  baxşılarının  musiqi  aləti  ikisimli  dütardır.  Baxşını  kıjakçı  (kaman-
çalan) və dilli düdük (balabanın uzun forması) çalan heyət müşayiət edir. Baxşı 
üçlüyü  bardaş  quraraq  çalıb  oxuyur.  Onlarda  çayçı-qəhvədə  çalıb  oxumaq 
ənənəsi yoxdur.  
Xorasan aşıqlığı aşıq sənətinin Türküstana yeriməsinə güclü mənəvi təkanlar 
vermişdir. Kökü Xorasan ərənlərinə bağlı olan Aşıq Aydın ocağının Türküstan-
da  qərar  tutaraq  möhkəmlənməsi,  türkmən  baxşılarının  onu  özlərinə  pir-ustad 
hesab eləmələri bu mənəvi təkanların qanunauyğun nəticəsidir. Türküstanla sıx 
sənət əlaqələri yaratdıqlarından türkmən və Xarəzm baxşılarının ifaçılığına aşıq 
melopoetik ünsürləri daxil olduğu kimi Xorasan ifaçılarının oxu və çalğı tərzinə 
də  türkmən  baxşılarının  təsiri  adlamışdır.  Görünür,  elə  bu  səbəb-dəndir  ki, 
Xorasan və çevrəsindəki bəzi kəsimlərində "aşıq" və "baxşı" ad-titulları yanaşı 
işlənir və çox asanlıqla biri digərinin əvəzedicisinə çevrilə bilir. Bu, bir başqa 
tərəfdən də Xorasan aşıq mühitinin Azərbaycan aşıq sənəti ilə türkmən baxşı sə-
nəti arasında keçid-körpü rolu oynadığını səciyyələndirir.  
Ozan-aşıq-baxşı  üçlüyünün  sintezi  kimi  biçimlənən  Xorasan  mühitinin 
çağdaş  həyatını  Qulamhüseyn  Cəfəri,  Qurban  Süleymani,  Qaffargəldi  Nəjad, 
Məhəmməd  Hüseyni,  Kılıc  Ənbəri,  Məmmədhüseyn  Yeganeh,  Cüməqulu 
Qurbani və başqaları ləyaqətlə təmsil edirlər. Bir sıra baxşılar, həm türkcə, həm 
kürdcə, həm də fars və ya əfqanca oxumağı bacarırlar. Bu, bölgədəki etnik tər-
kibin mozaikliyinin ifadəsi olaraq ortaya çıxmışdır.  
Aşıqlığın  mənəvi-ürfani  statusunun  hazırlanmasında  mühüm  rol  oynayan 
Xorasan  mühiti  sənət  statusuna  keçiddən  sonra  ilkin  mərhələdəki  səviyyədə 
güclü  mövqeyə  sahib  ola  bilməmişdir.  Bunun  başlıca  səbəbi  orta  çağların 
sonlarına doğru Xorasanda türk iqliminin səngiməyə başlaması və Xorasandakı 
təkkə  ocaqlarının  (Xüsusən  də  Hacı  Bəktaş  Vəliyə  bağlı  olan  ―Bəktaşi 
ocağı‖nın) hərəkət edərək Qafqaz və Anadoluya yerləşməsidir
10

 
 
                                                 
10
 V. İ. Basilov. Kult svyatıx v islame, s. 63-64 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
36 
QAġQAY AġIQ MÜHĠTĠ 
 
Güney  mühitləri  arasında  aşıqlığın  təkkə  kökənindən  daha  çox  aşıqlaşmış 
ozanlar  qanadına  bağlı  olan  bir  mühit  mövcuddur:  Qaşqay  aşıq  mühiti.  Bu 
mühitdə aşıqlar, adətən, bir yerdə dayanaraq (çox zaman bardaş qurub oturaraq) 
çalıb  oxuyarlar.  Aşığın  musiqi  aləti  setardır.  Keçmiş  aşıqlar  "çaqur"  çalarmış. 
Aşığı  ney  və  dümbəkçalan  müşayiət  edir.  Bir  sıra  müasir  ifaçılar  skripka  və 
violadan  da  istifadə  edirlər.  Qaşqay  setarları  fars  setarlarından  fərqlidir.  Zil 
köklərdədir,  mizrabla  çalmır.  Onların  repertuarında  fəlsəfi-ürfani  səciyyə 
daşıyan söz və musiqi yükü cüzi yer tutur. Bu mühitdə xalq mahnıları tərzində 
olan  oynaq  el  nəğməçiliyi  repertuarın  aparıcı  axarını  təşkil  edir.  İndi  də  atlı 
həyat tərzi keçirən Qaşqay tayfalarının məskunlaşdığı irimiqyaslı Qaşqay-Şiraz 
(burada dörd milyona yaxın qaşqay türkü məskundur) regionunda aşıq sənətinin 
saz bəstəsi üzərində el nəğməçiliyi olması etnik-mənəvi yaşam biçimindən irəli 
gələn  təbii-tarixi  qanunauyğunluqdur.  Qaşqay  aşıqlarının  ifaçılıq  baxımından 
Xorasan aşıqlarına və türkmən baxşılarına bənzərliyi çoxdur.  
Qaşqay  aşıqlarının  repertuarında  "Koroğlu"  dastanı  və  "Koroğlu"  havaları 
xüsusi yer tutur. Tərəkəmə-elat həyatı keçirən, cəsurluğu, bahadırlığı ilə məşhur 
olan qaşqayların ruhunda koroğluluğun olması oradakı aşıqlığa da təbii şəkildə 
sirayət etmişdir.  
Savə aşıqlığının ərsəyə gətirdiyi "Telimxan və Şahsənəm" məhəbbət dastanı 
başda  olmaqla  "Əsli-Kərəm",  "Qərib-Sənəm",  "Tahir-Zöhrə",  "Şah  İsmayıl-
Gülzar"  dastanları  da  qaşqay  aşıq  repertuarının  əsas  yüküdür.  Qaşqay  aşıqlığı 
Davud  Nəkisə  ailə  ocağından  olan  neçə-neçə  ustad  aşıqla  şöhrətlənmişdir. 
Onlardan  əlavə  Məmmədhüseyn  Kəyani,  Həbib  Görkinpur,  Məhəmməd 
Bəhməni,  Allahqulu  Görkinpur,  Qulaməli  Görginpur,  Mustafa  Görginpur  və 
başqa saz-söz ustaları sözü gedən mühitdə sənət ənənəsini yaşatmaqdadır.  
 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
37 
 
NÖVRƏS ĠMAN 
 
 
Növrəs  İman  1903-cü  ildə  Göyçə  ma-
halının  Ağkilsə  kəndində anadan  olub.  Aşıq 
Ələsgərin  qardaşı  Məşədi  Salehin  oğlu, 
Ələsgər  ocağının  ən  istedadlı  nümayəndələ-
rindən  biri  idi.  Göyçə  mahalının  Hüseynqu-
luağalı  kəndində  molla  məktəbində  oxuyan 
Növrəs İman Sovet hakimiyyəti qurulduqdan 
sonra  bir  müddət  Kəlbəcər  rayonunun 
Seyidlər  kəndində  kənd  sovetinin  katibi  və-
zifəsində  çalışıb,  eyni  zamanda  aşıq  şeirinin 
bütün  formalarında  yazıb-yaradıb.  Möhkəm 
yaddaşa, coşqun təbə və bədahətən şeir demək qabiliyyətinə malik olan el şairi 
haqqında  məlumatlara  XX  əsrin  20-30-cu  illərindəki  dövri  mətbuatda  rast 
gəlmək mümkündür.  
Növrəs  İman  1932-ci  ildə  itgin  düşmüşdür.  Bəzi  məlumatlara  görə  o, 
Cənubi  Azərbaycana  keçmiş  və  təxminən  ötən  əsrin  70-ci  illərinin  sonlarında 
burada vəfat etmişdir.  
 
HAYIF 
 
Dilimin əzbəri, könlüm imdadı,  
Yad olan dilimdən Quranım hayıf!  
Fələyin dolanan gəc ruzigarı, 
Pozubdu iĢrətli dövranım, hayıf!  
 
Əvvəl, zikrim idi mövlanın adı,  
Axır, bu dünyanın zülmü qoymadı.  
Sübhi-Ģəm çəkərəm ahü-fəryadı,  
Kəsilən ümidim, gümanım hayıf!  
 
Çox cəfalar çəkdim, axır puç oldu,  
Hicrandan ürəyim gül kimi soldu.  
Novrəs Ġman dərdü-qəmə tuĢ oldu,  
ġad olmadı könlü-viranım, hayıf!  
 
 
 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə