Ədəbiyyat, sənət və fikir dərgisi



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə42/42
tarix14.07.2018
ölçüsü1,51 Mb.
#55508
1   ...   34   35   36   37   38   39   40   41   42

 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
110 
 
Dilican dərəsində bir Göygöl də var,  
Ətrafında bülbül də var, gül də var.  
Orda hər nə varsa, bax bu eldə var, 
Damcılıya bulağa gəl, bulağa.  
 
Paşa Salahlının yaradıcılığında belə deyişmələri çoxdur.   
Paşa Salahlı poeziyası öz imkanları daxilində günün tələblərinə cavab verir, 
öz  aktuallığını  qoruyub  saxlaya  bilir.  Onun  şeirlərinin  əsas  təsvir  obyekti 
sevgidir: 
  
Salahlı, həmiĢə vətəni səslə,  
O səni sağaldar düĢəndə xəstə.  
Qılınc da dayandı baĢımın üstə, 
Mən Vətən satmadım candan ötəri.  
 
  
Paşa Salahlı qoşma, gəraylı, divani, qəzəl janrında yazıb-yaradıb. Onun şeir 
dili  olduqca  sadə  və  yaddaqalandır.  Təbiət  vurğunu  olan  şairi  Kəlbəcər 
rayonunda işləməsi daha da təbə gətirib. Dövlət məmuru olduğuna baxmayaraq, 
şeirlərində  yalnız  obyektivliyin,  dürüstlüyün  tərəfdarı  olub  ki,  bu  da  bizə  onu 
yaxından  tanımaqda  bir  açardır.  Onun  bir  çox  şeirlərində  açıq-aydın  tənqidi 
fikirlərinə  də rast  gəlirik,  bu  da  ondan  xəbər  verir  ki, o,  sadə  xalqın içərisində 
yaşayan  olub,  insanlardan  özünü  heç  də  seçməyib.  O,  həmişə  haqlı  olanın, 
kasıbların dostu olub.  
Paşa Salahlının şeir külliyyatı çox zəngindir. Nə qədər kitab şəklində nəşr 
edilsə,  haqqında  məqalələr  yazılsa  da,  yenə  də  geniş  tədqiqata  ehtiyacı  var. 
Buna  baxmayaraq  onun  şeirləri  kifayət  qədər  eldə-obada,  aşıqların  dilində 
əzbərdi.  Şairin  ilk  şeirləri  1960-cı  ildə  Respublika  Yaradıcılıq  Evi  tərəfindən 
nəşr edilən ―Aşıqlar‖ kitabında, 1976-ci ildə ―Səhər şəfəqləri‖ kitabında, ―Aşıq 
Pəri‖  məclisinin  ―El  şairləri‖  kitabında  və  bir  sıra  qəzet,  jurnal,  almanaxlarda 
nəşr  olunub.  1990-cı  ildə  ―Göyəzən  çiçəkləri‖,  2006-cı  ildə  ölümündən  sonra 
isə ―Salahlı, sözünü qanana söylə‖ kitabları nəşr edilib.  
Paşa  Salahlı  2003-cü  il  dekabrın  19-da  dünyasını  dəyişib,  Daşsalahlı 
kəndində dəfn olunub.  
 
 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
111 
  
 
YENĠ NƏġRLƏR 
 
 
Səməndər MƏMMƏDOV  
Azərbaycan Yazıçılar Birliyinin üzvü,  
«Qızıl Qələm», «Vətən» fəxri media və  
«Araz» ali ədəbi mükafatları laureatı  
 
EHTĠRAM BORCU 
 
 
 
Xalq  şairi  Zəlimxan  Yaqubun  rəhbərlik  etdiyi  layihə  əsasında  Musa 
Nəbioğlunun  hazırladığı,  yenicə  nəşr  olunmuş  “Ozan-aşıq  dünyası” 
kitabı haqqa qovuşmuş aşıqlarımıza əsl qədirşünaslıq nümunəsidir.  
Z.Yaqub sədr seçiləndən sonra Azərbaycan Aşıqlar Birliyinin fəaliy-
yətində  irəliyə  doğru  böyük  bir  sıçrayış  müşahidə  olunmaqdadır.  Bu  da 
onunla  bağlıdır  ki,  bizim  ayrı-ayrı  bölgələrdə  unudulan,  yaddan  çıxan 
aşıqlarımızın hamısının fəaliyyətinə işıq tutuldu, həyat və yaradıcılıqları 
ilə  bağlı  məlumat  toplanmağa  başlandı,  aşıqların  yaradıcılıq  gecələri, 
Aşıq  Şəmşirin,  Azaflı  Mikayılın,  aşıq  sənətinin  digər  böyük  isimlərinin 
yubileyləri  təşkil  olundu.  Sevinirəm  ki,  həmin  tədbirlərin  bir  çoxunda 
iştirak etmək mənə də nəsib olmuşdur.      
Təbii ki, aşıq sənətinə və bu sənətin nümayəndələrinə olan diqqət və 
qayğıdan  danışanda  ilk  növbədə  Azərbaycan  prezidenti  İlham  Əliyevin 
və  Heydər  Əliyev  Fondunun  prezidenti,  hörmətli  millət  vəkili, 
YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycan Mədəniyyə-
tinin Dostları Fondunun rəhbəri Mehriban xanım Əliyevanın adları öncə 
qeyd  olunmalıdır.  Azərbaycan  mədəniyyətinin  böyük  qayğıkeşləri  olan 
bu iki şəxsin diqqətcil münasibəti sayəsində bu gün aşıq sənətinə cəmiy-
yətin marağı və dəstəyi artıb.  
Aşıqların 2008-ci ildə keçirilən V qurultayından sonra müşahidə olu-
nan yaxşı tendensiyalardan biri də odur ki, ayrı-ayrı aşıqlarımızla bağlı, 
onların  həyat  və  yaradıcılıq  yolundan  bəhs  edən  kitablar  nəşr  olundu, 
həmin  kitabların  təqdimatı  keçirildi.  Bu  nəşrlər  sırasında  hələlik  sonun-
cusu,  dəyərinə  görə  isə  önüncü  yerə  keçəni  az  əvvəl  işıq  üzü  görmüş 
―Ozan-aşıq  dünyası‖  kitabıdır.  ―Nurlan‖  nəşriyyatında  çap  olunmuş  bu 
kitabda  əsasən  XIX-XX  əsrlərdə  yaşayıb  fəaliyyət  göstərmiş,  bu  gün 
haqq  dünyasında  olan  və  bir  çoxları  geniş  ictimaiyyətə  bəlli  olmayan 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
112 
aşıqlar  haqqında  məlumat  və  onların  fotoşəkilləri  verilir.    Kitab  əsasən 
S.Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivindəki materiallar əsasında 
hazırlanmışdır. Kitabda həmçinin XX əsrin  əvvəllərindən  bəri müxtəlif 
tədbirlərdə  və  aşıqların  qurultaylarında  çəkilmiş  nadir  fotoşəkillər  də  öz 
əksini tapmışdır. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-
Hökumət  Təşkilatlarına  Dövlət  Dəstəyi  Şurasının  maliyyə  yardımı  ilə 
nəşr  edilən  bu  kitabın  layihə  rəhbəri  və  baş  məsləhətçisi  xalq  şairi 
Zəlimxan  Yaqub,  müəllifi  isə    Azərbaycan  Aşıqlar  Birliyinin  katibi, 
―Ozan dünyası‖ jurnalının baş redaktoru Musa Nəbioğludur. Redaktorlar 
filologiya  elmləri  doktoru,  professor  Məhərrəm  Qasımlı  və  filologiya 
elmləri namizədi Elxan Məmmədlidir.  
 
Zəlimxan  Yaqub  "Borcu-
muzdur  bu  ehtiram"  deyibən 
kitaba  yazdığı  ön  sözdə  daşı-
dıqları  məqsədi  belə  açıqlayıb: 
"Məqsəd  ondan  ibarətdir  ki, 
ozan-aşıq  sənətində  fəaliyyəti, 
xidməti olmuş insanların imkan 
daxilində  heç  biri  yaddan  çıx-
masın,  heç  kəs  unudulmasın. 
Bu  şəkil  və  məlumatlarla  ya-
xından  tanış  olduqca  istər-istə-
məz  insanın  içindən  bir  yanğı 
hissi  gəlib  keçir.  Bir  görün  nə 
qədər  böyük  sənətkarlar,  böyük  şəxsiyyətlər,  sinəsi  sözlə  dolu,  xəzinəli 
insanları  itirmişik.  Hər  aşığın  sinəsində  nə  qədər  nağıllar  -  dastanlar, 
bayatılar, oxşamalar qara torpağa pay olub, yazıya alınmayıb, lentə köçü-
rülməyib. Bu kitabda yazıdan daha çox şəkillər danışır. Çəkildiyi andan 
tarixə  dönən,  bizə  çox  həqiqətləri,  çox  mətləbləri  aşkar  edən  şəkillər!.. 
Baxın, xatırlayın, sevin, qiymətləndirin, dəyər verin bu şəkillərə. Bu şə-
killər  sazımızın  və  sözümüzün,  ruhumuzun  və  qəlbimizin,  duyğuları-
mızın və düşüncələrimizin şəkilləridir. Biz onlara baxdıqca  yenidən kö-
kümüzə, yaddaşımıza qayıdacağıq. Bu qayıdış geriyə getmək deyil, keç-
mişə  hörmət  və  ehtiram,  gələcəyə,  bu  sənətin  gələcəyinə  inam 
deməkdir!"  
M.Nəbioğlunun  kitabda  yer  alan  "Müəllif  sözü"ndə  ilk  əvvəl  Xalq 
şairi  Zəlimxan  Yaqubun  AAB-nin  sədri  seçilməsiylə  bu  sənətin  inki-
şafında bir növ yeni mərhələnin başlanğıcının qoyulduğu, aşıq sənətinin 
xalqımızın milli-mənəvi sərvəti kimi dünya mədəniyyəti inciləri sırasında 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
113 
özünün  layiqli  yerini  tutmasında  Heydər  Əliyev  Fondunun  prezidenti, 
YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, mədəniyyə-
timizin hamisi Mehriban xanım Əliyevanın xidmətləri vurğulanır, mədə-
niyyətimizin  və  incəsənətimizin  inkişafına  göstərilən    qayğı  və  diqqətin 
sənət adamları ilə yanaşı, bu sahənin araşdırıcıları üçün də yeni imkanlar 
açdığı  qeyd  olunur.  Müəllif  bu  kitabın  yalnız  dünyasını  dəyişmiş  aşıq-
larla bağlı ilk təşəbbüs olduğunu, heç şübhəsiz, bu sıradan adları kitaba 
düşməyənlərin də olduğunu  yazır, bu istiqamətdə axtarışların davam  et-
dirildiyini  bildirir  və  növbəti  nəşrin  daha  çox  aşığın  haqqında  mə-
lumatları əks etdirməsi üçün oxuculardan informasiya dəstəyi istəyir.  
"Ozan-aşıq dünyası" kitabına başqa adla "Aşıqlar ensiklopediyası" da 
demək  olar.  Çünki  bu,  sadəcə  olaraq  bioqrafik  məlumatlar,  şəkillər  top-
lusu  deyildir.  Müşahidəli  oxucu  diqqət  yetirib  aşıqlar  haqqında  onların 
təkcə  eyni  sənətin  sahibi  olmasından  əlavə,  başqa  ümumi  cəhətlərini  də 
tapa bilər. Məsələn, kitabdan məlum olur ki, aşıqların heç də hamısı Al-
lahın  onlara  bəxş  etdiyi  ömür  payını  başacan  yaşaya  bilməyib,  onların 
bəziləri düşmənlərimiz tərəfindən qətlə yetirilmişlər. Xalqın başına gələn 
müsibət və faciələr bu zümrədən də yan ötməmiş, daha doğrusu, aşıqlar 
azadlıq,  torpaqlarımızın  bütövlüyü  uğrunda  mücahidlərimizin  ön  sırala-
rında  yer  aldıqlarından  yağı  düşmənin  daim  nişangahında  olmuşlar. 
Misallar çoxdur: Şəkili Molla Cuma 1920-ci ilin may ayında rus ordusu 
Şəkinin  kəndlərinə  hücum  edərkən  öldürülüb;  Nəcəf  Daşkəndli  5  fevral 
1919-cu ildə erməni generalı Selikovun başçılığı ilə "Küllü təpə" deyilən 
yerdə belinə odlu samovarı bağlanaraq və beş oğlu ilə birgə vəhşicəsinə 
öldürülüb;  Şirvanlı  Aşıq  Mirzə  Bilal  1937-ci  ildə  ―xalq  düşməni‖  adı 
altında güllələnib; Aşıq İdris Aşıq Şirin oğlu Məhərrəmovun 1944-cü ildə 
cəbhədə  itkin  düşməsi  barədə  "qara  kağız"  gəlib,  Quşçu  İbrahim  II 
Dünya  müharibəsindən  geri  dönməyib;  Xəstə  Bayraməli  1952-ci  ildə 
məkrli erməni siyasətinin qurbanı olub, onun ölümü ilə kifayətlənməyən 
ermənilər bütün külliyyatını da ələ keçirib məhv ediblər; ―Aqil‖ təxəllüsü 
ilə tanınan Niftalı Qafarov 1943-cü ildə Ukrayna cəbhəsində döyüşlərdə 
həlak  olub;  Ərdəbildə  doğulub  Borçalıda  yaşayıb-yaratmış  Məşədi 
Hüseyn 1952-ci ildə sürgündə vəfat edib və s.  
Əlbəttə ki, aşıqlar haqqında yazılmış kitabları ayrı-ayrılıqda nəzərdən 
keçirdikdə belə ümumiləşdirmələri aparmaq, təhlil etmək çətin olur.  
Diqqəti  çəkən  bir  məqam  da  odur  ki,  kitab  aşıqlar  sülalələrini  aşkar 
etmək imkanı da yaradır. Nəzər yetirdikcə məlum olur ki, sənət sahəsində 
bilgilərini  öz  övladlarına  ötürən  aşıqlarımız  da  az  olmayıb.  Məsələn, 
öyrənirik ki, Ağdamlı aşıq Abbasqulu aşıq Valehin nəvəsidir; Gədəbəyli 
Aşıq  Əsgərin  ocağı  sənətkarlar  ocağı  olub,  qardaşı  Qulu,  oğlanları 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
114 
Hidayət və Firudin, qızı Ulduz xanım onun yolunu davam etdiriblər; Aşıq 
Bəşir  isə  1867-ci  ildə  Göyçədə  məşhur  ustad  aşıq  Ələsgərin  ailəsində 
dünyaya  gəlib;  Aşıq  Alı  Dərəçiçəkli  öz  oğlu  Şəmilin  və  bacısı  oğulları 
Məmmədin və Sadıq Sultanovun ustadı olub; Ustad Aşıq Ələsgərin kiçik 
oğlu Aşıq Talıb da gözəl hafizəyə, gözəl təbə malik olub; XX əsr Azər-
baycan aşıq sənətinin ən qüdrətli sənətkarlarından olan Dədə Şəmşirin də 
ilk müəllimi məhz atası Aşıq Qurban olub; Göyçəli Aşıq İdris Məhərrə-
mov atası Aşıq Şirinin; Şəmkirli Aşıq Çoban atası Aşıq Hüseynin yolunu 
davam etdiriblər. Belə sülalələr dövrümüzdə də vardır.  
Aşıqlar  arasında  çox  prinsipial  insanlar  da  olub.  Kitabdan  öyrənirik 
ki,  Aşıq  Ələsgərin  şəyirdi  Aşıq  Hüseyn  Səməd  Vurğun  vəfat  edəndən 
sonra əlinə saz almayıb; Aşıq Mirzə Bayramov sənətə olan həvəsi ucba-
tından molla məktəbindən qaçıb; mollalar şamaxılı Aşıq Feyzi Mirzəye-
vin  gəncliyində  sazını  sındırsalar  da,  yolundan  döndərə  bilməyiblər; 
tovuzlu  Aşıq  Ələkbər  Əsgərov  isə  hər  iki  gözdən  şikəst  olmasına  bax-
mayaraq,  güclü  hafizəsi  sayəsində  dastanlarımızı  əzbər  bilir,  bədahətən 
şeirlər söyləyirmiş.  
Kitabda  haqq  dünyasına  qovuşmuş  qadın  aşıqlarımız  barədə  də  mə-
lumatlar yer alıb. Onlardan Göyçə mahalının Daşkənd kəndindən Savad 
Nəsibovanın;  Şərurun  Parça  kəndindən  olan  Nabat  Paşa  qızı  Cavado-
vanın; Borçalıdan Başkeçidin Hamamlı kəndindən Sona Qara qızı Əliye-
vanın; Tovuzun ilk qadın aşıqlarından olan Sayat xanımın; Aşıq Mikayıl 
Azaflının qızı Dilarə Azaflının və başqalarının həyat və yaradıcılıqlarına 
işıq tutulmuşdur.  
Kitabda həmçinin Şeyda Əziz, Həsən Pərvanə, aşıqların zəri olan şair 
Nəbi  Miskin  Faxralı  və  digərləri  kimi  öz  dövrlərinin  ən  istedadlı, 
qabiliyyətli şair aşıqları haqqında da məlumat yer alıb. 
M.Nəbioğlu kitabı hazırlayarkən S.Mümtaz adına Azərbaycan Dövlət 
Ədəbiyyat  və  İncəsənət  Arxivinin  materiallarından  əlavə  çox  dəyərli 
ədəbiyyatdan da yaralanmışdır. İstifadə olunmuş ədəbiyyat sırasında Zə-
limxan  Yaqubun  "Hüseyn  Saraçlı  dastanı",  Qara  Namazovun  "Aşıqlar" 
kitabı,  Məhərrəm  Qasımlının  "Ozan-aşıq  sənəti",  İlhamə  Qəsəbovanın 
"XX  əsr  Qazax  aşıqları  və  el  şairləri",  Araz  Yaquboğlunun  "Daşkənd 
aşıqları və şairləri", Tərlan Göyçəlinin "Göyçə aşıq məktəbi", Seyfəddin 
Qəniyevin  "Şirvan  aşıqları",  Məhərrəm  Hüseynlinin  "Tovuz  aşıqları"  və 
başqa etibarlı mənbə kimi xidmət edən əsərlər vardır.  
Böyük zəhmət hesabına ərsəyə gələn bu kitab Azərbaycan aşıq sənə-
tinin  dərin  köklərə,  qeyri-adi  məziyyətlərə  malik  olan,  dünya  musiqi-
sində,  ümumiyyətlə  incəsənətdə  misilsiz  bir  təzahür  olduğunu  yenidən 
təsdiqləyir.  Aşıq  sənətinin  insani,  fəlsəfi,  emosional,  akustik  köklərinin 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
115 
açılması, onun ümumbəşəri sərvət olduğunun elmi surətdə sübuta yetiril-
məsi  və  bunların  layiqli  səviyyədə  dünyaya  çatdırılması  Azərbaycanın 
aktual milli işidir, aşıq havalarının insanın emosional durumuna, davranış 
tərzinə,  insani  səciyyəsinə  təsiri  də  gələcəyin  xüsusi  tədqiqat  sahəsini 
təşkil etməlidir.  
Məlum olduğu kimi, gənc nəslin mənəvi-estetik tərbiyəsinə Azərbay-
canda  həmişə  mühüm  dövlət  əhəmiyyəti  olan  bir  iş  kimi  baxılmış,  bu 
sahədə  qarşıya  təxirəsalınmaz  vəzifələr  qoyulmuşdur.  Təsadüfi  deyildir 
ki,  müstəqillik  yolunda  inamla  irəliləyən  Azərbaycan  Respublikasının 
Konstitusiyasında,  Təhsil  Qanununda,  Ümummilli  liderimiz  Heydər 
Əliyevin, möhtərəm Prezidentimiz İlham Əliyevin məruzə və çıxışlarında 
böyüməkdə  olan  nəslin  mənəvi  zənginliyinin,  estetik  mədəniyyətinin 
yüksəldilməsi  məsələlərinə,  bu  istiqamətdə  xalqımızın  zəngin  ənənə-
lərindən,  milli  dəyərlərindən  maksimum  səmərə  ilə  istifadə  olunmasına 
xüsusi diqqət yetirilmişdir. Bu yüksək mənəvi dəyərlər baxımından aşıq 
sənəti  mühüm  əhəmiyyət  kəsb  edir.  Ömrü  xalqın  ömrü  kimi  əbədi  olan 
aşıq  havaları  xalqımızın mənəviyyat  aləmində  geniş  yer tutmuş,  fəlsəfi-
estetik  mahiyyətinə  görə  diqqəti  cəlb  edərək,  müxtəlif  nəsillərdən  olan 
insanların,  o  cümlədən  gənc  nəslin  bədii-estetik  inkişafında  böyük  rol 
oynamışdır.  Bu  nöqteyi-nəzərdən,  xalqımızın  çox  dəyərli  mənəvi-sərvət 
çeşməsi olan aşıq sənətinə Ümumtəhsil məktəblərində musiqi fənlərinin 
tədrisində  geniş  yer  ayrılması  məqsədəuyğundur  və  bu  məsələdə  haq-
qında  danışdığımız  "Ozan-aşıq  dünyası  (haqqa  qovuşmuş  aşıqlarımız)" 
kitabından bəhrələnmək, onun daim yenilənməsi məqsədə müvafiq olan, 
daha çoxtirajlı nəşrlərindən istifadə etmək olar.  
AĢıq  sənətinə, saza-sözə biganə olmayan bir adam kimi  bu kita-
bın layihə rəhbəri, xalq Ģairi Zəlimxan Yaquba, müəllifi Musa Nəbi-
oğluna və toplunun  ərsəyə gəlməsində yardımçı  olan bütün Ģəxslərə 
minnətdarlığımı  bildirirəm.  Onların  gördükləri  iĢ  əsl  qədirĢünaslıq 
nümunəsi kimi dəyərləndirilməlidir.
  
 
 
 
 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
116 
MÜNDƏRĠCAT 
 
Ə.Qarayev. Aşıq sənəti yeni inkişaf mərhələsində.  ...................... 3 
I Beynəlxalq Aşıq festivalı  ............................................................. 6 
―Ozan-aşıq sənətinin təbliği fəaliyyətimizin  
prioritet istiqamətlərindən biridir.  .................................................. 21 
M.Qasımlı. Güney aşıq mühitləri  .................................................. 24 
Növrəs Ġman. Şeirlər.  .................................................................... 37 
E.Çobanlı. Sazın ədaləti, Ədalətin sazı  ......................................... 43 
Z.Yaqub. Onun yaşadığı ömür  ...................................................... 44 
X.Məhərrəmovun xatirə gecəsi keçirilib  ........................................ 49 
Xalqın ruhu, xalqın mənəviyyatı bu sənətdə ifadə olunur  .............. 50 
AĢıq Oruc Əhmədov. Şeirlər  ........................................................ 55 
V.Hacılar. Ozan-aşıq mədəniyyətinin formalaşması  
və inkişafı mərhələləri  .................................................................... 56 
S.Qəniyev. Şirvanlı Aşıq Hacalının könül dünyası.  ...................... 65 
Ġsmayıl Vəliyev. Aşıq sənəti: Qaynaqlar və ənənələr. ....................  71 
Zəki Ġslam. Şeirlər.  ........................................................................ 81 
Ġ.Cavad. Oğuz yurdunun sənət dünyası. .........................................  86 
L.Həsənov. Ənənəvi aşıq musiqisinin janr xüsusuyyətləri  ............ 90 
Cənubdan səslər .............................................................................. 100 
Z.Mansurova. A.Tufarqanlının məhəbbət lirikası  ........................ 105 
Ġ.Qəsəbova. Paşa Salahlı.  .............................................................. 109 
S.Məmmədov. Ehtiram borcu. ....................................................... 114 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
117 
 
 
Няшриййатын директору: профессор Н.Б.Мяммядли 
 
 
 
 
Korrektor: ElĢad ÇOBANLI 
 
Йыьылмаьа верилмиш 3.12.2010 
Чапа имзаланмыш 24.12.2010  
Шярти чап вяряги 7,5. Сифариш № 382. 
Каьыз форматы 70х100 1/16. Тираj 500     
 
Jurnal  «Нурлан» няшриййат-полиграфийа мцяссисясиндя  
щазыр диапозитивлярдян чап олунмушдур.  
E-mail: nurlan1959@yahoo.com 
Тел: 497-16-32; 050-311-41-89 
Цнван: Бакы, İчяришящяр, 3-ъц Магомайев дюнэяси 8/4. 
  

Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə