Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                    № 3, 2010



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə36/42
tarix14.07.2018
ölçüsü1,51 Mb.
#55508
1   ...   32   33   34   35   36   37   38   39   ...   42

 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
94 
bununla da tarix qarşısında aşığın hər cür bayağı hərəkətlərinə folklor mahiyyəti 
donu geydirdiyi üçün borclu qalar. 
Təbii ki, təksazla özünü müşayiət ənənəsinin müəyyən çətinlikləri və məs-
uliyyəti  var.  Əslində  bu ənənəyə  o  qədər  də  xoş  olmayan  ictimai  münasibətlər 
də  elə  bu  çətinliklərlə  bağlıdır.  Əlbəttə  ki,  hamının  bir  qayda  olaraq  zəngin 
tərkibli ansambllara və sazəndə dəstələrinə, bir sözlə səsli musiqilərə adət etdiyi 
bir  dövrdə  təksazın  müşayiəti  ilə  ifa  edilən  musiqi  nümunələrinə  maraq 
yaradılması çox çətindir. Lakin bununla belə daha çox diqqət  çəkən  bir fakt da 
var.  Axı  aşıq  sənəti  tarixində  bu  ənənənin  unikal  üstünlüklərini,  dəyər  və 
şirinliyini insanlara çatdıra bilən, bir növ onu sübut edən sənətkarlar olmuşlar. 
Axı aşıq  Əmrah Gülməmmədov, aşıq Sadıq Sultanov, aşıq Kamandar Əfəndi-
yev  başda  olmaqla,  bir  çox  Borçalı  aşıqları  məhz  belə  sənətkarlardandırlar. 
Hamısının da lent yazıları bu gün nəinki Azərbaycanda, hətta  bütöv türk dünya-
sında əl-əl gəzir. Yeri gəlmişkən çox maraqlıdır ki, saz-balaban müştərəkliyinin 
təşəkkül  tapdığı  Gəncəbasar,  Göyçə  və  digər  bölgələrdə  də  aşıq  musiqisi  ifa-
çılıgı XX əsrin əvvəllərinə qədər məhz bu ənənəyə əsaslanmışdır. Yəni təksazla 
özünü  müşayiət  ənənəsinə.  Məsələn, Tovuz  aşıq  bölgəsinə  balaban  yalnız XX 
əsrin  ortalarına  yaxın aşıq  Yusif  Yusifov  tərəfindən  gətirilmişdir  (bu  məlumat 
aşıq,  şair-publisist  Məhərrəm  Hüseynlinin  qeydlərindən  götürülmüşdür).  Yəni 
bu  dövrlərə  qədər  Tovuz  aşıqları,  o  cümlədən  aşıq  musiqisi  ifaçılığının  ən 
yüksək zirvələrində dayanan sənətkarlardan olan aşıq Mirzə Bayramov özü də 
nəinki adi toylarda, el şənlikərində, həmçinin o dövrlər zəngin bir musiqi mühiti 
olan  Tiflisin  sırf  professional  musiqiçilərlə  əhatə  olunmuş  ən  mötəbər  sınaqlı 
sənət  meydanlarında  da  yalnız  təksazın  müşayiəti  ilə  oxumuşlar.  Yəni  Qərb 
bölgəsində saz-balaban müştərəkliyinin elə də bir uzun tarixi yoxdur. Balabanın 
aşıq sənətinə ayaq açması səbəbləri haqqında müxtəlif fikirləri var. Lakin mən 
bu haqda heç bir rəy bildirmək istəmirəm. Çünki  mən balabanın aşıq sənətinə 
qatılmasını  onun  nəzərdə  tutulan  bütün  xeyirli  cəhətlərindən  çox-çox  öncə  bu 
sənətə vurulan bir zərbə hesab edirəm. Özü də çox böyük bir zərbə. Baxmaya-
raq ki, balabanın bir türk övladı kimi mənim də ruhuma çox yaxın olan zəngin 
boyalı həzin və kövrək bir səsi var. Nə fayda ki, bu üstünlüklərin ənənəvi   aşıq 
musiqisi ifaçılığı üçün heç bir lüzumu və əhəmiyyəti yoxdur.   
 Əslində  biz  bu  gun  ixtiyari  musiqi  numunələrini  həddindən  artıq  yuksək 
səsli və bir növ major xarakterdə görmək istəyirik. O cumlədən də milli musiqi-
mizin tərkib hissəsi olan aşıq musiqisinin. Əslində bu, düzgün deyil. Ümumiy-
yətlə, Şərq musiqisi silsiləsində milli musiqimizdə zil və səsli hissələr havacatın 
cox az bir hissəsini təşkil edir. Hətta muğam dəstgahlarımızın özündə belə. Yəni 
muğam dəstgahlarımızın zil hissəsi bəm hissələrə nisbətən cox qısa ve konkret 
olur.  Bütün    bədii  və  ümumi  melodik  fikir  də  məhz  musiqinin  bəm  və  geniş 
hissəsində  izhar  edilir.  Eləcə  də  ayrı-ayrı  mahnılarda,    həmçinin  də  aşıq 
musiqisində. Aşıq mahnılarının zil hissələri əsasən enən sekvensiyalı, baslangıc 
tona qayıdan dəyisən melodik hissələrdən ibarətdir. Bir cox recitativ xarakterli 
qəhrəmanlıq  mahnıları  nəzərə  alınmazsa  asıq  mahnıları  əsasən  adi  melodik 
havalardan,  qısa  mahnılardan  ibarətdir.  Həmcinin  bu  gun  də  bu  istiqamətdə 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
95 
inkisaf edir. Yəni mahnı janri istiqamətində.  Sadəcə  olaraq bu mahnılar ozlə-
rinə  məxus  spesifik  janr  xususiyyətlərinə  və  orijinal  ifa  üslubuna  malikdirlər. 
Onları elə bu qayda və normada da ifa etmək lazımdır . 
Aşıq  musiqisi  əslində  məclis  musiqisidir.  Bir  növ  mugamlarımız  kimi.  O, 
stadion auditoriyasi üçün nəzərdə tutulmamışdır. Aşıq havalarının çoxu yalnız 
həzin ahəngə malikdir. Ona gorə də aşıq havalarındakı qışqırtılar yersizdir. Biz 
aşıq  mahnılarını  bəzən  qışqırmaq,  bəzən  oynamaq,  və  bəzən  də  digər  bayağı 
hərəkətlərlə şişirtmək, böyütmək və bir qədər də müasirləşdirmək istəyə bilərik. 
Təəssuflər ki, bunlar hamısı əbəs cəhdlər olar, hec bir fayda verməz. Biz istəsək 
də  aşıq  musiqisini  şou  proqrama  cevirə  bilmərik.  Uzaqbaşı  özümüz  dünüb 
təlxək olarıq. Daha dogrusu özümüz şoulaşarıq.   
    O  cumlədən  ənənəvi  aşıq  musiqisi  duet  formadan  zəngin  tərkibdə 
nəzərdə tutulmur. Özu də ya qarşılıqlı oxumaq, ya da deyişmə məqsədi ilə. Aşıq 
musiqisində  xoral  ifadan  isə  söhbət  belə  gedə  bilməz.  Bunlar  hamısı  ənənəvi 
aşıq  musiqisinin  bizim  iradəmizdən  asılı  olmayaraq  tarix  boyu    formalaşmış 
monolit qanunlarıdır. Bundan əlavə günün hər bir anında aşıq musiqisinə qulaq 
asmağın özü məqbul və inandırıcı deyil. Daha dəqiq desək, bu, mümkün deyil. 
Bu, sadəcə olaraq bizim saza olan çox səmimi münasibətimizdir. Bəzən isə adi 
danışıqda  olan  aldadıcı  bir  keyfiyyətdir.  Ümumiyyətlə,  insanın  bütün  ruhi 
vəziyyəti üçün yararlı və həmişə ehtiyac duyulan bir musiqi nümunəsi, musiqi 
janri  yoxdur.  O  cumlədən  aşıq  musiqisinin  də  öz  estetik  hüdudları  qavrama 
çəkisi  və  dinləmə  miqdarı  var.  İstər  aşıq,  istər  digər  musiqi  nümunələrini 
dəyişməklə,  sintezləşdirməklə,  bir  növ  yeniləşdirməklə  onu  hər  bir  an  üçün 
xosagəlimli və yararlı etmək mümkün deyil. Bəyəm Avropa xalqları  Motsartın, 
Şubertin, Ştrausun əsərlərini gunbəgun dəyişirlər? Simfonik musiqi əsəri onlar 
üçün yalnız toxunulmaz və müqəddəs bir sərvətdir. 
Biz  də  aşıq  musiqisinə  məhz  bu  cür  yanaşmalıyıq.  Yeri  gəlmişkən  bir 
həqiqəti də nəzərə çatdırmaq istərdim. Aşıq mahnılarının əksəriyyəti öz ənənəvi 
formalarına  və  məzmunlarına  görə    melanxolik    xarakterdədirlər.  Yəni  onlar 
bəzən insanda xoş ovqat yaratmırlar. Əksinə qüssə, kədər hissi oyadırlar. Çünki 
onların  əksəriyyəti  orta  dovrlərin  zülm  və  məşəqqətini  özündə  əks  etdirir. 
Məsələn, bütün ―Kərəmi‖ havaları, o cümlədən ―Mansırı‖, ―Hicranı‖, ―Sultanı‖ 
və s. havalar. Bir sözlə, düzgün oxunan hər bir aşıq mahnısı insanda qəm, kədər 
hissi  oyadır.  Ümumiyyətlə,  yanlış  da  sayılsa,  bir  fikri  söyləməyi  özumə  borc 
bilirəm. ―Şən asıq mahnısı yoxdur. Əgər aşıq mahnısı şən və oynaqdırsa, deməli 
o təhrif olunub,  ya da heç aşıq mahnısı deyil. 
Hətta  reçitativ  xarakterli  mahnılar  da  səsli  aşıqlar  tərəfindən  əlavələr  edil-
məklə  xeyli  dərəcədə  dəyişdirilmişdir.  Daha  dogrusu,  diqqət  cəkmək  naminə 
lazımsız hayqırtılar, qışqırtılarla süni olaraq zənginləşdirilmişdir. 
Bir sözlə, ənənəvi aşıq musiqisinə bir növ simfonik bir əsər məsuliyyəti ilə 
yanaşmaq gərəkdir. Bunun üçün isə aşıq musiqisi ilk novbədə sırf professional 
qaydada,  simfonik  əsər  qədər  ciddi  bir tərzdə ifa  olunmalıdır.  Özü  də  təksazın 
müşayiəti  ilə.  Çünki  təksazla  özünü  muşayiət  ənənəvi  aşıqlığın  ən  baslıca  və 
vacib şərtidir. 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə