Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                    № 3, 2010



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə38/42
tarix14.07.2018
ölçüsü1,51 Mb.
#55508
1   ...   34   35   36   37   38   39   40   41   42

 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
98 
muğam  calınması  mümkün  deyil.  Sazın  quruluşundakı  bir  çox  texniki  fərqlər 
buna  yol  vermir.  Aşıq  sənətini  tədqiq  edən  bəzi  mütəxəssislər  isə  adətən 
musiqini  bilmədiklərindən  bu  məsələyə  toxunub  hec  bir  şərh  verə  bilmirlər. 
Yeri  gəlmiskən,  bəzən  ―Yanıq  Kərəmi‖  havası  çox  genis  diapazonda  uzun 
muddət,  sürəkli    şəkildə  çalınır.  Bunlar  hamısı  havacata  süni  olaraq  artırılmış 
texniki  və  mənasız  yarımmelodik  cumlələrdir.  Hər  bir  iti  barmaq  imkanı  olan 
kəs havacata məhz bu cür əlavələr edə bilər. Bütün bunların hamısı ondan irəli 
gəlir  ki,  bugünkü  aşıq  sadə,  orijinal  ənənəvi  havalarla  dinləyicini  qane  edə 
bilmir. Süni pafoslara və kollajlara əl atırlar.  
Özünüz təssəvür edin:   
                                        
                                    Canım ana, gözüm ana,  
                                    Ana, mən Qəribəm, Qərib. 
 
 
- beyti ilə aşıq Kamandar Əfəndiyev böyük bir dastanı yekunlaşdırır. Özü də tək bir 
saz və cəmi iki ton diapazona malik sadə bir mahnı ilə. Elə bir mahnı ilə ki, axırda da 
emosional-obrazlı, zəngin mənalı bir musiqi nümunəsi kimi dillər əzbərinə çevrilir. 
Bu gün bu sənətə məhz bu istiqamətdən, yəni sırf elmi aspektdən yanaşmaq 
gərəkdir.  Yalnız  bu  halda  ənənəvi  sənətdən  danışa  bilərik.  Bütün  sənətsevər 
insanlar ənənəvi aşıq sənətinin qorunub saxlanmasına və onun inkişafina calış-
malıdır. Hər cür bayağı ifalar, yabançı ünsürlər, o cümlədən digər bütün alətlər 
aşıq sənətindən uzaqlaşdırılmalıdır. Sazdan basqa hec bir musiqi aləti  aşıq sə-
nətində ənənəvi ifa tərzini qoruya və yaşada bilməz. Sadəcə olaraq gənclərimizə 
bu  sənətin  sirləri  oyrədilməlidir.  Əminəm  ki,  bu  yolda  aşıq  Ə.Gulməmmədov, 
aşıq  S.Sulatnov  və  aşıq  K.Əfəndiyev  kimi  sənətkarların  sənət  irsi  bütün 
gənclərə bir məktəb kimi örnək olacaqdır. 
Bir  çox  alimlər  bir  vaxtlar  sazın  da  digər  musiqi  alətləri  kimi  tədris  olun-
madığını  və  ona  gorə  də  aşıq  sənətinin  inkisaf  etmədiyini  bir  fakt  kimi  gos-
tərirlər.  Əvvəla  onu  bilmək  lazımdır  ki,  ―Saz  sənəti‖  adında  bir  sənət  növu 
yoxdur,  aşıq  sənəti  var.  Digər  tərəfdən,    bir  vaxtlar  aşıq  sənəti  həqiqətən  də 
inkisaf etdirilmirdi. Daha dogrusu, buna imkan yaradılmırdı. Amma bu gün aşıq 
sənətinə  dovlətimiz  tərəfindən  hər  cür  qayğı  gostərilir.  Bu  gün  aşıq  sənətinin 
inkisafi üçün ölkəmizdə ən münbit bir şərait var. Amma bu o demək deyil ki, bu 
qayğının hesabına hərə bir zirzəmidə özünə bir ‗Saz məktəbi‘ açsın, sagirdlərə 
də oz bildiklərini oyrətsin. Nəticədə isə iki aşıq bir-birinə oxşamasın.  
   Ona  gorə  də  bir  mutəxəssis  olaraq  bütün  sənətsevər  insanlara  üz  tutaraq 
deyirəm:  Bu  gun  respublika  miqyasında  aşıq  sənəti  yalnız  ənənəvi  normalarla 
vahid  proqram  əsasında  tədris  olunmalıdır.  Eyni  ilə  muğamlarımızda  oldugu 
kimi. İlk növbədə isə bir həqiqəti hamı bilməli və qəbul etməlidir. Hər bir gənc 
aşıq  ilk növbədə təksazda çalaraq ənənəvi formada özünü müşayiət etməli və 
oxumağı  bacarmalıdır.  Təbii  ki,  heç  bir  digər  musiqi  alətinin  mudaxiləsi 
olmadan.  Əminəm  ki,  sevimli  şairimiz  Zəlimxan  Yaqubun  AAB-yə  sədrliyi 
dovründə bütün bu problemlər oz həllini tapacaq. Biz isə bir mutəxəssis olaraq 
ona əlimizdən gələn köməkliyi gostərəcəyik. 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
99 
 
   
CƏNUBDAN SƏSLƏR
  
AġIQ ƏLƏSGƏR MƏRƏNDĠ 
 
Aşıq  Ələsgər  Rəhman 
oğlu  Mərəndi  1940-cı  ildə 
Mərənd  şəhərində  anadan 
olub. Uşaqlıqdan aşıq sənə-
tinə  meyl  göstərdiyindən 
aşıq  M.Mərəndi,  aşıq  Qulu 
Türkədari, aşıq Qəşəm Gü-
neylidən  dərs  alıb  və  aşıq-
lıq  sənətinə  başlayıb.  Bir 
sıra  aşıq  festivallarında  və 
tədbirlərində  iştirak  edib. 
Hal-hazırda Təbriz şəhərin-
də yaşayır və aşıqlıq sənəti ilə məşğul olur.  
 
 
MÜƏLLĠMDĠR 
 
Mərifətdən həqiqətə  
Yollar açan müəllimdir.  
Elmi-ədəb bağbanıdır, 
Bağlar əkən müəllimdir.  
 
Arzuları, diləkləri,  
Güllər açan müəllimdir.  
Dəvət edir səadətə,  
Haqqı seçən müəllimdir.  
Dörd kitabda hər zəbana,  
Dillər açan müəllimdir.  
Dəryaları üzüb keçən,  
Dağlar yarıb qəlbin sökən,  
Bina salıb qala tikən
Qaranlığa çıraq çəkən, 
Gecə-gündüz zəhmət çəkən,  
Müəllimdir, müəllimdir.   
 
 
HƏKĠM 
 
Fələkdən çəkilib sinəmə dağlar,  
Sərasər incidir yaralar, həkim.  
GülĢənim xar tutub, bülbül qan ağlar, 
Tapılmır dərdimə çarələr, həkim.  
 
 
Çəkilmir dağların qəmli dumanı,  
Bağlanıb yolları, yoxdur karvanı,  
 
 
Tamam iqballara yazsa əlvanı,  
Yazılıb bəxtimə qaralar, həkim.  
 
Ələsgər müĢtaqdır yar sorağında,  
Məcnun cəfa çəkdi Leyli dağında,  
Yusif kimi qaldım qəm dustağında,  
Eylərsən dərdimə çarələr, həkim.  
 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə