Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                    № 3, 2010



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə41/42
tarix14.07.2018
ölçüsü1,51 Mb.
#55508
1   ...   34   35   36   37   38   39   40   41   42

 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
107 
 
 
 
 
Ġlhamə QƏSƏBOVA   
AMĠ-nin Qazax  
filialının baĢ müəllimi  
 
 
 
PAġA SALAHLI 
 
 
 
Paşa  Yunis  oğlu  Salahlı  (Paşa  Paşayev)  1925-ci  ildə  Qazax  mahalının 
Daşsalahlı  kəndində  anadan  olub.  Onun  atası  Yunis  kişi  Qərbi  Azərbaycanın 
Arzni  kəndindən,  anası  Zəhra  xanım  Dərəçiçək  bölgəsindəki  Zər  kəndindən 
olublar  və  1918-ci  ildə  ermənilərin  soydaşlarımıza  qarşı  vəhşiliklərdən  qur-
tarmaq üçün  Qazax mahalının Daşsalahlı kəndində məskunlaşıblar.  
Paşa Salahlı hələ uşaq yaşlarından öz istedadına və bacarığına görə seçilib. 
Elə  bu  səbəbdən  də  hələ  orta  məktəbdə  oxuyarkən  (1941)  Qazaxda  yerləşən 
―Narxoz uçot‖ şöbəsinin nəzdində müfəttiş vəzifəsinə təyin olunub. O, 1944-cü 
ildə  Azərbaycan  Dövlət  Universitetinin  hüquq  fakültəsinə  daxil  olub,  1949-cu 
ildə  institutu bitirərək  Neftçala  rayonunda  prokuror  köməkçisi  vəzifəsinə  təyin 
edilib. 1954-cü ildə Kəlbəcər rayon prokuroru, 1958-ci ildə Ucar-Zərdab rayon-
lararası  prokuroru,  1963-1968-ci  illərdə  Zaqatala-Qax-Balakən  rayonlararası 
prokuroru, daha sonra isə Bərdə rayon prokuroru vəzifəsində çalışıb. Sonra isə 
təqaüdə çıxana qədər Gəncə, Ağdaş və Tovuz rayonlarında prokuror köməkçisi 
kimi  fəaliyyət  göstərib,  1980-ci  ildən  2003-cü  ilə  qədər  Qazax  rayon  Hüquq 
məsləhətxanasında vəkil işləyib.  
Paşa Salahlı bədii yaradıcılıqla da məşğul olub və öz dəst-xətti ilə seçilərək 
mükəmməl  bir  yaradıcılıq  yolu  keçib.  Azərbaycanın  xalq  şairi,  Aşıqlar 
Birliyinin sədri Zəlimxan Yaqub Paşa Salahlının ―Salahlı, sözünü qanana söylə‖ 
kitabının  ön  sözündə  şair  haqqında  belə  deyir:  ―Paşa  Salahlı  ilə  şəxsən  tanış 
olmamışdan əvvəl onun şeirləri ilə tanış idim. Borçalı aşıqları onun qoşmalarını, 
gəraylılarını  məclislərdə  çox  oxuyardılar.  Xüsusən,  Aşıq  Hüseyn  Saraçlı  Paşa 
Salahlının ―Nə ləzzəti‖ gəraylısını ―Bağdad dübeytisi‖ havasına o qədər gözəl 
oxuyurdu ki, dərhal eşidənlərin yaddaşının sərvətinə çevrilirdi‖.  
1942-ci  ildə  orta  məktəbdə  oxuyarkən  məclislərin  birində  görkəmli  şair 
Səməd  Vurğuna  onun  ―Daşsalahlı  yaddaşlara‖,  ―Qızxanımın  hünəri‖  şeirlərini 
əzbər söyləyib. Hətta özünün ―Durnalar‖ şeirini də söyləyərək ilk xeyir-duasını 
bu ölməz  şairdən alıb. Sonralar isə Aşıq Şəmşir, Məzahir Daşqın, Aşıq Əkbər, 
Hüseyn  Arif,  Tofiq  Bayram,  Əli  Qurbanov,  Məmməd  Aslan,  Mikayıl  Azaflı, 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
108 
M.Eltəkin,  M.Ş.Məchul  və  Zəlimxan  Yaqubla 
sənət  dostu  olub,  sənətlə  bağlı  düşüncələrini  bu 
sənətkarlarla bölüşüb.  
 
 
Onun  yaradıcılığına  diqqət  yetirdikdə  aydın 
görürük  ki,  olduqca  vətənpərvər,  torpağına, 
xalqına  bağlı  bir  şairdir,  şeirlərinin  ana  xəttini  
milli  adət-ənənəyə  sədaqət,  Azərbaycanın  zəngin 
təbiətinə  vurğunluq  və  onun  təsviri  təşkil  edir. 
Hələ  rus  imperiyasının  dünyada  at  oynatdığı  bir 
zamanda - 1971-ci ildə Paşa Salahlı özünün ―Mən 
kiməm‖,  1975-ci  ildə  ―Türkəm‖,  1978-ci  ildə 
―Azərbaycan
69
‖,  1987-ci  ildə  ―Gülü  solmasın‖, 
―Qarabağ‖ və s. kimi şeirlərini yazır.  
 
Şair:  
Ġstəyirəm bir söz açım, bilsin aləm mən kiməm,  
Bu dünyada dövran sürən çoxdur insan, mən kiməm.  
BağlamıĢam taleyimi bircə ümid kölgəsinə,  
 
Dilim məndən düĢüb kənar, sözsüz dəhan, mən kiməm.  
 
- deyərək, elə özü də özünə ―Türkəm‖ şeiri ilə belə cavab verir:  
 
Babam Dədə Qorqud, nəvəm Koroğlu,  
Sinəsi qalxanlı, qolu yay-oxlu.  
Ġldırım nəfəsli, barıt qoxulu,  
Məndədir igidlik, məndədir görkəm, 
Budur əslim-köküm, milləti Türkəm.  
 
O, türk oğlu olduğu üçün fəxr etdiyini açıq-aydın göstərib. Hətta:  
 
 
Cəllad! Mənə baxma barmaqarası,  
Sağalmayıb ürəyimin yarası.  
Olsa da dərdimin səndə çarəsi
BaĢ əymərəm ölsəm də mən dünyada,  
Türk oğluyam, fəxr edirəm bu ada!  
 
- deyərək, bir daha mübarizliyini göstərmiş olur.  
  Paşa Salahlı saza olan sevgisini isə şeirlərinin birində belə bəyan edir: 
 
 
                                                 
69
 ―Salahlı sözünü qanana söylə‖. Bakı 2006, ―Nurlan‖ nəşriyyatı.  


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
109 
Ana laylasına vurğunam mən də,  
Ancaq körpəlikdən saz zəliliyəm.  
 
Saz-sözə zəlillik daim onu aşıqlarla dostluq etməyə sövq edir.  
   Paşa  Salahlı  1954-cü  ildə  Kəlbəcər  rayonunda  prokuror  Aşıq  Şəmşirlə 
tanış  olub,  onunla  dostluq  edib.  Aşıq  Şəmşir  bir  neçə  dəfə  öz  xətti  ilə  Paşa 
Salahlıya həsr etdiyi şeirlərini ona təqdim edib və həmin əlyazmalar bu gün də 
şairin şəxsi arxivində saxlanılır.  
1955-ci  ilin  iyul  ayında  xalqımızın  böyük  şairi  S.Vurğun  Kəlbəcərə  - 
İstisuya gələndə Paşa Salahlı raykomun birinci katibi  Səfər Verdiyevlə İstisuya 
Səməd  Vurğunla  görüşə  gedib.  Bu  mehriban  görüşdə  onlar  25.07.1955-ci  il 
tarixində  Turşsuya  getməyə  razılaşırlar.  Təbii  ki,  Səməd  Vurğun  belə  bir 
məclisdə ustad aşıqların da iştirakını vacib bilir və həmin məclisdə Aşıq Şəmşir 
də  iştirak  edir.  Elə  oradaca  Səməd  Vurğun  Paşa  Salahlıdan  bir  kağız  istəyir. 
Paşa  ona  cibində  qeydiyyat  olan  əl  boyda  iki  parça  kağız  verir.  Böyük  şair 
həmin kağıza yazır: 
  
AĢıq ġəmĢir, Dəlidağdan keçəndə
Ağır ellər binələrə köçəndə,  
Ceyran bulağından qızlar içəndə, 
Saz tutub, söz qoĢub yada sal məni.  
 
 
Dörd bənddən ibarət bu şeiri yazıb Aşıq Şəmşirə verir. 1955-ci ildən sonra 
düz  qırx  ildən  artıq  Paşa  Salahlı  həmin  kağzı  parçalrını  əziz  bir  xatirə  kimi 
saxlayıb  və  sonra  Şəmistan  Nəzirli  ondan  xahiş  edərək  alıb  S.Vurğunun  ev 
muzeyinə verib. Bu barədə  1995-ci ildə ―Zəka‖ jurnalında böyük bir məqalə də 
dərc etdirib.  
Paşa  Salahlı  aşıq  məclislərində  mütəmadi  olaraq  iştirak  edib.  Onun 
dostlarının çoxu söz sərrafı olub. Bu sərraflardan biri də bu gün də dillər əzbəri 
olan,  həm  aşıqlığı  ilə,  həm  də  şairliyi  ilə  tədqiqat  obyektinə  çevrilən  Məzahir 
Daşqındır. Hər iki söz sərrafını bir araya sazın və sözün sehri, qüdrəti gətirib, 
uzun  müddət  dostluq  ediblər.  Məzahir  Daşqın  1961-ci  ildə  şair  dostu  Paşa 
Salahlını Göygölə qonaq dəvət edir və bu dəvəti şeirlə bəzəmək üçün aşağıdakı 
şeiri yazıb göndərir:  
 
Bu məktubu alan tək,  
Biz tərəfə bir baĢ çək.  
Çiçəyi çağırır çiçək,  
Naz eyləyir gül-gülə
Göy-gölə gəl, Göy-gölə. 
  
O  zaman  Ucar  rayonunda  prokuror  vəzifəsində  çalışan  Paşa  Salahlı  bu 
təklifi qəbul edir və Məzahir Daşqına belə cavab yazır:  
  


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə