Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                    № 3, 2010



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə37/42
tarix14.07.2018
ölçüsü1,51 Mb.
#55508
1   ...   34   35   36   37   38   39   40   41   42

 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
96 
Dahi bəstəkarımız Ü.Hacıbəyov bir cox aşıq havalarını, o cumlədən də ―Si-
kəstələri‖  qarışıq  bəhrli  adlandırırdı.  Dogurdan  da  şikəstələrdə  instrumental 
partiya ritmik, vokal partiya isə tam sərbəst vəznə əsaslanır. Böyük alim  M.İs-
mayılov isə bu münasibəti polifoniya elementi adlandırır. Özu də bir qədər zid-
diyyətli,  yəni  kontrast  palifoniya.  O  cumlədən  gorkəmli  alim  Ə.Eldarova  bu 
həqiqətləri  təsdiq  etməklə  aşıq  musiqisinin  zəngin  bir  musiqi  janrı  oldugunu 
sübut edir. Lakin burada bir məsələ də var ki, aşıq musiqisinin qarışıq bəhrliliyi 
təkcə  vokal  və  instrumental  partiyaların  münasibətlərində  deyil,  həm  də  bəzən 
onların  özlərində  hissə-hissə  mövcud  olurlar.  Məsələn:  adi  halda  bəzən  bütöv 
şəkildə ritmik bir hava kimi yanaşdıgımız ―Yanıq Kərəmi‘‘ havasına nəzər sa-
laq. Bu havada bütün instrumental hissə və oxunan bəndlər tam ritmikdir. Lakin 
bəndlərarası  vokal  intermediyalar,  bayatılar,  cığayedəklər  tam  sərbəst  vəzndə, 
daha dəqiq desək, rubato tempində ifa olunurlar. Eləcə də bu məqamlara uyğun 
harmoniya  yaradan  instrumental  kompozisiyalar.  Bu  da  aşıq  musiqisinin  ənə-
nəvi  janr  xüsusiyyətlərinin  bariz  əlamətlərindən  biridir.  Yeri  gəlmişkən,  digər 
havalar  kimi,    ―Yanıq  Kərəmi‖  havası  da  sırf  ənənəvi  formada  yalnız  Borçalı 
aşıqları  tərəfindən  çalınır  və  oxunur.  Bu  bolgədə  sazın  harmonik  müşayiət 
funksiyasının digər hec bir musiqi aləti ilə əvəz edilməsinə cəhd edilməmişdir. 
O  cumlədən  də  balabanla.  Əslində  buna  hec  ehtiyac  da  olmamışdır.  Təksazla 
özünü düzgün müşayiətin nəticəsi olaraq tarix boyu hec bir musiqi aləti Borçalı 
aşıq sənətinə ayaq aça bilməmişdir. Bu bölgədə aşıq musiqisi ifaçılığı yalnız öz 
sırf ənənəvi formasında yaşayaraq inkişaf etmişdir.  
Bir  neçə  kəlmə  də aşıq  şeirnin  melodikası haqqında. Bildiyimiz  kimi,  aşıq 
şeiri heca vəzninə əsaslanır. Yəni qəzəliyyata nisbətən bir qədər sadə quruluşa 
malikdir. Oxuculardan üzr istəyirəm, elə ona görədir ki, hər şeir yazan məhz bu 
sahədə  meydan  sulayır,  şeir  yazır,    daha  dogrusu,  şeiri  hörmətdən  salır.  Bildi-
yimiz  kimi,  çox  zaman    xanəndələr  yeni  qəzəl oxumaqda  çətinlik  çəkirlər.  Bir 
növ  cürət  etmirlər.  Dogurdan  da,  bu,  məsuliyyətli  işdir.  Çunki  hər  qəzəlin  öz 
mənası  və  öz  ruhu  var.  Lakin  aşıq  musiqisində  hecaların  sayı  və  bir  qədər  də 
mənası uyğun gələn hər bir şeir istənilən aşıq havası üstündə oxunur. Heç kim 
şeirin digər keyfiyyətlərinə fikir vermir. Şeiriyyatın özünün ideya-tematik, bədii 
və  melodik  məzmunu  heç  kimi  maraqlandırmır.  Qəzəl  janrında  bu  şirinlik  və 
musiqi  ruhu  əruzla  bağlanır.  Təbii  ki,  bu,  həqiqətən  də  belədir.  Yəni  hər  bir 
qəzəlin varlığında oxunmamış bir musiqi var. Sual olunur: Bəs gorəsən ən sadə 
dildə yazılmış: 
                                 Beli incə, qəddi uca, üzü gül, 
                                 Məlahəti sən cananda görmuĢəm. 
                                 Nə Gulustan-irəm, nə ġahpəridə, 
                                 Nə mələkdə, nə insanda görmüĢəm. 
                                   
                                 Az bilirsən camalıyın qədrini,  
                                 Görsə mat eyləyər ayın bədrini. 
                                 Necə deyim o zulfuyun ətrini
                                 Nə sünbüldə, nə reyhanda görmüĢəm. 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
97 
                                  
                                 Dilqəm öpsə ləbin tez gələr cana,  
                                 Hüsnünün Ģamına mənəm pərvana. 
                                 Görsələr alimlər olar divana, 
                                 O xalı ki zənaxtanda görmüĢəm. 
 
-  şeirində  məgər  qəzəldəki  qədər  musiqi  yoxdurmu?  Bəyəm  bu  şeirin  quruca 
mətni ―Segah‖ üstə çağlayan başdan-başa ―Dilqəmi‖ havasının melodik motivi-
ni özündə ehtiva etmirmi? Bunun üçün onun sadəcə bir intonasiya ilə deyilməsi 
kifayət deyilmi? Hələ mən onun ənənəvi formada aşıq Əmrah Gulməmmədov, 
aşıq  Kamandar  Əfəndiyev    kimi  sənətkarlar  tərəfindən  oxunmasını  demirəm. 
Sadəcə olaraq faciə ondadir ki, bugünkü gənclər bu sənətkarların yolunu getmək 
istəmirlər,  bəzən  də  gedə  bilmirlər.  Deməli  musiqili  söz  var.  Sadəcə  olaraq  bu 
sözu musiqili tərzdə oxuyan yoxdur.  
 Özünüz  təssəvvür  edin:  Televiziya  verlislərinin  birində  mən  özüm  Qazax 
rayonundan olan  cavan bir aşığın ―Əmrah və Səlmi‖ dastanında Əmrahın ―Ana, 
gör aglayan kimdir?‖ rədifli şeirini ―Orta saritel‖ üstündə oxuduğunun şahidi ol-
dum. Yəni major, şən, nikbin, gumrah əhval-ruhiyyə yaradan ―Mahur‖ mugamı 
üstündə.  Bir  özünüz  düşünün:  Burada  hansı  fikir  bitkinliyindən,  tematik, 
harmonik uzlaşmadan sohbət gedə bilər bu qədər uyğunsuzluğun qarşısında? 
Bəzən aşıqlar mahnıları gah zil, gah oynaq, gah təkrarlanan və ya digər əla-
mətlərlə,  yaxud  da  digər  alətlərin  köməyi  ilə  oxuyaraq  ona  bu  yolla  müəyyən 
məna  çalarları  gətirmək  istəyirlər.  Amma  hec  kim  nəzərə  almır  ki,  aşıq  musi-
qisinin  öz  spesifikasi  var.  Burada  nə  muğamın,  nə  rəqsin,  nə  də  digər  bayağı 
hərəkətlərin əhəmiyyəti  və  effekti  ola bilməz.  Əslində  aşıq  mahnıları  çox  sadə 
quruluşa malikdir.  Cəmi bir oktavadan artıq diapazona malik deyillər. Onların 
ifalarındakı  ən  böyük  çətinliklər  də  elə  bununla  baglıdır.  Çunki  bu  cur  ifalar 
üçün sənətkardan qeyri-adi texniki ustalıq və ən yüksək improvizasiya bacarığı 
tələb  olunur.  Yəni  aşıq  mahnılarının  gözəlliyi  də  elə onun  sadəliyi  və  orijinal-
lığındadır,  təbii  ki,  əgər  aşıq  onu  bu  sadəliyə  uyğun  dəyərli  improvizasiya 
qənaətləri ilə oxuya bilirsə. Açığını deyim ki, ilk baxışda nə qədər sadə görünsə 
də, bu, çox çətin olan bir məsələdir. Məsələn: Təksazın musayiəti ilə bir qədər 
bəsit  olan  ―Gəraylı‖  havalarını  oxuyub  yüksək  melodik  fon  yaratmaq  və 
dinləyicinin zövqünü oxşamaq hər sənətkarın işi deyil. Bunun üçün sənətkarda 
çox yüksək improvizasiya qabiliyyəti olmalıdır.  
Ənənəvi aşıq musiqisi ifaçılığının ən böyük çətinliklərindən biri də məhz budur. 
Bəzi sazbəndlər və aşıqlar, daha doğrusu, dırnaqarası novatorlar saza 25-26 
pərdə  qoşurlar.  Axı  aşıq  mahnıları  arasında  26  pərdəyə  ehtiyacı  olan  musiqi 
nümunəsi yoxdur. Olsa-olsa o bəm ifaların təkrarıdır. Özü də lazımsız təkrarı. 
Yəni  eyni  musiqi  epizodlarının  müxtəlif  tonallıqda  təkrarı.  Bəzən  sazda 
diapazonu bir oktavadan kənara çıxan ‗Xaric Segah‘ muğamı calırlar. Xüsusilə 
də  ‗Yanıq  Kərəmi‘  və  ―Dilqəmi‘‘  havalarının  önündə.  Bir  mutəxəssis  kimi 
deyirəm: Bunların heç birini muğamat saymaq olmaz. Bunlar sadəcə olaraq bir 
qədər  muğamata  oxşayan  həvəskar  ifalardır.  Ümumiyyətlə  sazda  professional 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə