Ədəbiyyat, sənət və fikir dərgisi



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə39/42
tarix14.07.2018
ölçüsü1,51 Mb.
#55508
1   ...   34   35   36   37   38   39   40   41   42

 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
100 
ÇĠNGĠZ BĠRĠYA 
Aşıq Çingiz Hüseyn oğlu Biriya 
1960-cı  ildə  Qaradağ  mahalının  Ələzin 
kəndində  anadan  olub.  Aşıqlıq  sənətini 
atasından  və  qardaşlarından  öyrənən 
Çingiz Biriya 14 yaşından aşıqlıq sənəti 
ilə  məşğul  olmağa  başlayıb.  Qaradağın 
ustad aşıqlarından olan aşıq  Rəsul  Qur-
bani,  Həsən  Qəffari,  Hüseyn  Əsədidən 
faydalanıb.  Bir  neçə  dastan  bilir.  Də-
fələrlə  beynəlxalq  festivallarda  çıxış 
edib,  Türkiyəyə,  Almaniyaya,  Kanadaya  dəvət  alıb.  Hal-hazırda  Təbriz 
şəhərində yaşayır. 30-a yaxın şagird yetirib.  
 
 
OYNADAR 
 
Hər yetənə dost söyləmə,  
Oğul, səni tez oynadar.  
Ġki dostu vuruĢdurar, 
 
Aralıqda söz oynadar.  
   
Nanu-nəmək bilməz dünyada,  
Zəhmətini verər bada.  
Bir gün səni salar oda
Ürəyində köz oynadar.  
 
Yaltaq olub sənlə gəzər,  
Haqq sözünə yalan bəzər. 
AĢıq Çingiz Ģeir yazar,  
Sinəsində saz oynadar.  
 
 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
101 
 
AġIQ ARĠF HƏMĠDĠ  
 
 
 
Aşıq Arif Həsən oğlu Həmidi 1974-
cü  ildə  Güney  Azərbaycanın  Qaradağ 
mahalının  Xudafərin  bölgəsində  Mah-
mudkağı  kəndində  anadan  olub.  Uşaq-
lıqdan  bu  sənətə  çox  marağı  olan  aşıq 
Arif Həmidi aşıqlıq sənətini böyük qar-
daşı  Aşıq  Əhməd  Həmididən  öyrənib. 
Hal-hazırda  Aşıq  Əhməd  Həmidinin 
qrupunda fəaliyyət göstərir.  
 
 
 
 
YOXDU 
 
Dağlar, sənin ağlın çaĢıb,  
Bağlarında barın yoxdu.  
Yazı səndə qar görərdim,  
Çiləhlərdə qarın yoxdu.  
 
Sürüsüzdü ətəklərin,  
Yoxsa küsüb o dillərin.  
Yaram vardı dərin-dərin,  
Məlhəm qoyan yarın yoxdu.  
 
Çalmasaydı çoban tütək,  
Salmasaydı arı pətək,  
Ancaq inan, Arif tək,  
Dəmir kimi möhkəm yoxdu.  
 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
102 
DAVUD ABBASOĞLU 
 
Aşıq  Davud  Abbasoğlu  1979-cu  ildə  Əhərin 
yaxınlığında  olan  Hacıoğlu  kəndində  anadan 
olub.  Uşaqlıqdan  saza-sözə  meyli  olduğundan 
aşıqlıq sənətinə üz tutub. Aşıq Vəli Əbdilini özü-
nə  ustad  seçib  və  ondan  dərs  alıb.  Hal-hazırda 
Əhər şəhərində aşıqlıq sənəti ilə məşğul olur.  
 
BAX 
 
Aç gözünü, qafil olma,  
Ayıl, bu dünyaya bax.  
Dünya kimi bir gözəldə  
Qaməti rənaya bax.   
 
Ġblisin dininə  
Çox da tabe olma sən,  
Cəhənnəmdən ayaq götür, 
Cənnəti məvaya bax.  
 
Cəhd eləyib hər bir sözdə  
Olmaginən cəhalət.  
Yaradandan əl üzmə sən, 
Tez taparsan Ģəfaət.   
 
Öz nəfsini eyləginən,  
Düz yollara hidayət.  
Tut orucun, qıl namazın, 
Aləmi mənaya bax.  
 
AĢıq Davud, qəm eyləmə, 
Sözün yetər isbata.  
Mərd əlindən xəta çıxmaz, 
Namərdə olmaz əta.  
 
Ġki uzun qolun 
 Qurban verdi abu fərata,  
On yeddi mənsəb sahibi
Sağəri səhbaya bax.  


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
103 
 
 
Zərəngiz MANSUROVA 
 
 
 
ABBAS TUFARQANLININ  
MƏHƏBBƏT LĠRĠKASI 
 
 
 
 
 
bbas Tufarqanlı Azərbaycan aşıq  ədəbiyyatının zərgər dəqiqliyinə 
malik olan, nicatını haqdan alan, qüdrətli sənətkarlarındandır.  
O,  öz  zəmanəsində  haqq  aşığı  kimi  tanınmışdır.  O,  öz 
ustadnamələri,  nəsihətləri,  təbiət  və  insan  gözəlliklərini  vəsf  edən  gözəllə-
mələrilə  aşıq  şeirini  daha  da  gözəlləşdirmiş,  incə  ruhlu  qoşmalarında  zərif 
duyğularını,  təmiz  eşqini  tərənnüm  etmişdir.  Bütün  qoşmaları  onun  qəlbinin 
gözəlliyini, zövqünün və ruhunun gözəlliyini əks etdirir, oxucuya dərin kamallı, 
geniş düşüncəli bir sənətkarın ilhamından xəbər verir.  
Abbas  Tufarqanlının  ―çoxcəhətli  və  zəngin  poeziyası  əsasən  məhəbbət 
lirikası,  təbiət  təsviri,  tərbiyəvi-didaktik  və  ictimai-siyasi  xarakterli  şeirlərdən 
ibarətdir‖  (Vaqif  Vəliyev.  ―Azərbaycan  şifahi  xalq  ədəbiyyatı‖,  ADU 
nəşriyyatı, Bakı, 1970 ).  
Aşığın əsərlərində məhəbbət mövzusu əsas mövzudur. 
Şairlik  və  aşıqlığın  məhəbbətdən  yarandığını,  aşiqlik  hissindən 
doğulduğunu  biz  Abbas  Tufarqanlının  qoşmalarında  aydın  görürük.  Bu 
cəhətdən ―Nə gözəl imiş‖ rədifli qoşmasına nəzər yetirək:  
 
Bu gün bir nazənin gəldi güzara
Gülgəz simaları nə gözəl imiĢ. 
Qanovuz köynəyi, atlas koftası, 
YaĢıl basmaları nə gözəl imiĢ. 
 
Söylədiyim sözlər layiqdir dosta,  
Dostu görməyəndə qalıram yasda.  
Saatı xoĢ vaxtda yaradan usta,  
Çəkibdir xalları, nə gözəl imiĢ. 
 
Qurbanam cananın qələm qaĢına,  
Abbası salıbdır eĢq ataĢına.  
NiĢana alıbdır bağrım baĢını,  
Sancıbdır milləri, nə gözəl imiĢ.  



Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə