Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                    № 3, 2010



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə15/42
tarix14.07.2018
ölçüsü1,51 Mb.
#55508
1   ...   11   12   13   14   15   16   17   18   ...   42

 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
38 
HEY 
 
Hicran yürüĢ etdi, qəm aldı canım,  
Ağlar gözüm, qanlı yaĢlar tökər hey.  
Dərdü-möhnət bürüyübdü hər yanım,  
QoĢub dildə qəm kotanı əkər hey.  
 
Kim mənim tək tənə sözlər götürdü?  
Zəhmət çəkib, çox cəfasın itirdi?  
Dərd artdı sinəmdə, həddin ötürdü,  
Hesabınan dağı-daĢı çəkər hey.  
 
Əzəl gündən mehman oldum yad elə,  
Dərdim Qafa döndü, göz yaĢım selə.  
Novrəs Ġman, iĢin düĢdü müĢkülə, 
Cavan qəddin yar fəraqı bükər hey.  
 
ĠNCĠMƏZMĠ 
 
Ġstəyirəm, ərzi-halım danıĢım,  
Bu qürbətdə məndən el inciməzmi?!  
Bir kəsim yox, nə də dostum, tanıĢım, 
Tənə sözdən əhli-dil inciməzmi?!  
 
Dünya malı çox Ģirindi insana,  
Canım qurban ariflərə, qanana!  
Adətindi sənin, çarxı-zamana,  
Çarx əysə, ağadan qul inciməzmi?!  
 
Ġman, dərdin dəryalara qatılıb,  
Zər mətahın mis yerinə satılıb.  
ġeyda bülbül dar qəfəsə atılıb,  
Onun naləsindən gül inciməzmi?!  
 
KƏSĠLDĠ 
 
Çarx dolandı, üz döndərdi zamana,  
Əvvəl olan düz ilqarı kəsildi.  
Əcəb bəla nazil oldu insana,  
Getdi  əldən, xoĢ qərarı kəsildi.  


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
39 
 
Müslimanam deyən oldu cəfakar, 
Qəza hər nizamın etdi tarümar.  
ġirin ağzı olan oldu zəhrimar,  
YaxĢı günü, xoĢ mədarı kəsildi.  
 
Çox dövran sürənlər axır zay oldu,  
Gədalar da gəldi Ģaha tay oldu.  
Bəylərin, xanların iĢi ah-vay oldu,  
Hər tərəfdən mədədkarı kəsildi.  
 
Getdi bu dünyadan nə gözəl canlar,  
Pozuldu bağçalar, Ģux gülüstanlar.  
Qaldı əl qoynunda neçə bağbanlar,  
Qurudu ağaclar, barı kəsildi.  
 
Kəsildi aramım, səbrü-taqətim,  
Dağıldı baĢımdan huĢ, dəyanətim.  
Novrəstə Ġmanam, eyĢü iĢrətim,  
Getdi, heyif, ömrüm yarı kəsildi.  
 
 
QALDI 
 
Qərib bağban idim, çox çəkdim cəfa,  
DərilməmiĢ güli-bostanım qaldı.  
Gəlmədi bimürvət fələk insafa,  
Dərdli, qəmli günüm, dövranım qaldı.  
 
Qəza rəfiq oldu, mənilən gəzdi,  
Ümidim, əlacım hər yandan üzdü.  
Fələk ö əliynən rövnəqim pozdu, 
Qəm mətalı dolu meydanım qaldı.  
 
Bəxti kəm olmuĢam mən əvvəl baĢdan,  
Can qəmdən ayrılmaz, didəm qan-yaĢdan.  
Qurtarmadım bircə oddan, ataĢdan,  
Xəstəyəm, dərd üçün dərmanım qaldı.  
 
 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
40 
 
QAZAĞA 
 
Səyyah idim, dolanırdım dünyanı,  
Mürği-ruhum etdi cövlan Qazağa.  
Axtarırdım, bulum yaxĢı, yamanı, 
Neçə gündə gəldim pünhan Qazağa.  
 
ƏyləĢdim məxvidə, mən oldum xamuĢ,  
Azca gediĢata yetirirdim huĢ.  
Baxın, a yoldaĢlar, olun fəramuĢ,  
Gör necə yaraĢır dastan Qazağa.  
 
ġagirdlərin səsi, qızlar dəstəsi,  
Bir-biriynən eylər müəllimlər bəhsi.  
Uzaqdan baxanın gəlir həvəsi,  
Görməyənlər qalıb heyran Qazağa.  
 
...Götürüb nazimlər desin kalamı,  
Gözəl elm oxumuĢ, anlamıĢ hamı.  
Bir iĢrətli gündür Mayın bayramı,  
Çağrılıb aĢıqlar mehman Qazağa.  
 
Çəməngahlı məclis – nə gözəl iĢrət!  
Baxanın qəlbində qalmaz küdurət.  
Alınsın nəzərə, çəkməsin həsrət,  
Gəlibdi bu Novrəs Ġman Qazağa.  
 
MƏNƏM 
 
Tifil ikən sənsən yar olan cana,  
Çox çəkən yad eldə zəlalət mənəm.  
Binadan sevməyən fani dünyanı,  
Axtaran həmiĢə ədalət mənəm.  
 
Bivəfa dünyada olmadım bidar,  
Özüm öz iĢimi bilmədim aĢkar.  
Bir Ģərməndə, üzüqara, günahkar,  
Haqqın dərgahında xəcalət mənəm.  
 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
41 
Novrəstə Ġmanam, dərdi bihesab, 
Ağlar gözüm, tökər qətrə-qətrə ab.  
Hər an vürdümdədi əziz bir kitab,  
Edən haqq yoluna itaət mənəm.  
 
MƏNƏM, MƏN 
 
Tərk edən vətəni, əl üzən eldən,  
Qürbət eldə bir avara mənəm, mən.  
Taleyi kür gələn ruzi-əzəldən,  
Sinəsi səd həzar para mənəm, mən. 
 
Nə müddətdi, yad ölkələr qulamı,  
Oxuyan dilində əziz kalamı.  
Göndəribsən neçə dəfə salamı, 
Yeni gələn bu diyara mənəm, mən.  
 
Tifil ikən bir mövlaya qul olan,  
Həsrət çəkib, dərdü-qəmnən bol olan,  
Ovçu kimi dağlar üstə yol olan,  
Axır, həsrət qalan yara mənəm, mən. 
 
Hələta dilimin bir əzbəridi,  
Məni dolandıran haqq əsəridi.  
Mövlam bu dünyanın tək sərvəridi,  
Bel bağlayan o sərdara mənəm, mən.  
 
O Ģiri-davərin, nami-heydərin,  
Zəminin sütünü, ərĢə ləngərin. 
Dil açıb söyləyən vəsfi-dəftərin,  
Novrəs Ġman aĢikara mənəm, mən.   
   
 
ĠSTƏR 
 
Zimistan fəslində qəm alan canım,  
Dolanıb gəlməyə yeni yaz istər.  
Ürəkdə mətləbin kəm alan canım,  
Etməyə könlünü sərəfraz istər.  
 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə