Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                    № 3, 2010



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə17/42
tarix14.07.2018
ölçüsü1,51 Mb.
#55508
1   ...   13   14   15   16   17   18   19   20   ...   42

 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
45 
Xanlar bacardı, özü də yaxşı bacardı. O, bir sənətkar kimi çox tez şöhrət 
qazandı.  Bu  şöhrət  qısa  bir  vaxta  bütün  saz  vurğunlarının  əzizinə, 
istəklisinə  çevirdi  onu.  Sadə  idi,  təvazökar  idi,  köhnə  kişilər  kimi  ağır 
oturub batman gələn idi. Şöhrətini kiminsə gözünə soxub qürrələnməzdi. 
―Mən  belə  çaldım,  mən  belə  oxudum‖  yekəxanalığından  çox  uzaq  idi. 
Hamı  onu  sevirdi.  Açıq  ürəyinə,  səxavətinə,  qonaqpərvərliyinə,  səxa-
vətinə görə Allah onu şirin yaratmışdı.  
Ömrünün  ən  təravətli  vaxtında  mən  onu  ilk  dəfə  Borçalı  mahalının 
Keşəli  kəndində,  o  mahalın  şair  oğlu  Osman  Əhmədoğlunun  toy  məc-
lisində  böyük  sənətkarımız  Azaflı  Mikayılla  birlikdə  görmüşəm.  Elə  ilk 
görüşdən, ilk tanışlıqdan Tanrı bizi dosta, qardaşa çevirdi. Bu bağlılıq bu 
gün  də  övladlarımız  arasında  davam  edir.  Ata  kimi  Zəlimxan-Xanlar 
dostluğunu oğul kimi Bəhlul-Azər davam elətdirir. Mən onun havalarıyla 
nəfəs  alır,  o,  mənim  şeirlərimlə  yaşayırdı.  Haqqa  şükürlər  olsun  ki,    bu 
gün  az  da  olsa  mənim  şeirlərim  onun  ifasında  videolentin  yaddaşında 
qalır.  
Mən  onu  ilk  dəfə  görəndə  qaraqaş,  qaragöz,  qarasaç,  qarayağızın 
göyçəyi,  qara  sudan  qaymaq  tutan  bir  şirinliyə,  cismani  və  mənəvi  gö-
zəlliyə sahib idi. Tale belə gətirdi ki, mən onun toy məclisinin ağsaqqalı 
oldum. Tovuz aşıqlarının iştirakı ilə keçən toy məclisi Xanların toyundan 
daha çox, elin saz-söz məclisinə bənzəyirdi. Kimlər  yox idi o məclisdə. 
Aşıq  İmran,  aşıq  Əkbər,  aşıq  Ələsgər,  Mikayıl  Azaflı,  Seyid  Rza,  aşıq 
Əli,  aşıq  Aydın.  Kimlərin  adını  xatırlaya  bilmədimsə  onlardan  üzr 
istəyirəm.  Bu  məclis  Alımərdanlı  kəndinin  yox,  bütün  Tovuz  mahalının 
məclisi  idi.  Bu,  belə  də  olmalı  idi,  çünki  sazın-sözün  beşiyi  olan  Oğuz 
yurdunda, Tovuz mahalında Aşıq Xanların toyu belə keçməli idi.  
1977-ci  ildə  Borçalıda  –  Bolnis-Kəpənəkçidə,  mənim  toyumda  Mi-
kayıl  Azaflı,  Həsən  Mülkülü  və  Aşıq  Xanlar  da  iştirak  edirdi.  Aşıq 
Əmrah Gülməmmədovun və Aşıq Hüseyn Saraçlının ağsaqqallıq elədiyi 
bir məclisdə  meydan almaq, sevgi  qazanmaq  çətin məsələ  idi. Burda da 
Aşıq  Xanların  böyük  istedadı  dada  çatdı.  Aradan  33  il  keçməsinə 
baxmayaraq, bu günün özündə də Aşıq Xanların o məclisdə yaratdığı saz 
möcüzəsini,  saz  tufanını  Kəpənəkçi  camaatı  minnətdarlıq  duyğuları  ilə 
xatırlayıram.  Elə  bil  o  gecə  Allah  yığıb-yığışdırıb  nəki  qüdrət  var 
hamısını  Aşıq  Xanlara  ərməğan  eləmişdi.  Qara  Xanlar  qara  başını  qara 
sazın üstünə endirib insanları mat qoymuşdu, məclisi sehrləmiş, könülləri 
ovsunlamışdı.  
 
 
 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
46 
 
 
 
Deməsin dəlidi huĢsuz görəndə,  
Yersiz qınamasın baxanlar məni.  
Qalarmı baĢımda ağlım, kamalım,  
Azdımı yandırıb yaxanlar məni.  
 
AĢiqin istəyi, gözəlin nazı,  
Gətirər hər ömrə baharı, yazı.  
Bilər nə deməkdi aĢığın sazı,  
Duyar selə dönüb axanlar məni.  
 
Ruhlar cərgəsində çəkər sanımı,  
El deyər itirdim Zəlimxanımı.  
Xalları, gülləri alıb canımı,  
Ya saz öldürəcək, ya Xanlar məni.   
 
Unudulmaz dostumun, əziz qardaşımın şərəfinə yazılan bu qoşma ona 
olan dərya sevgimin bir damlasıdır.  
Mən onu dövlət tədbirlərində də, toy-nişan mərasimlərində də, səhnə-
lərdə də həmişə alqış selinə düşən, gül-çiçək yağışında itən görmüşəm.  
Heç yadımdan çıxmaz 1994-cü ildə İstanbulda Azərbaycan ədəbiyya-
tı  və  incəsənəti  günləri  keçirilirdi.  Türkiyənin  indiki  baş  naziri  Rəcəb 
Taib  Ərdoğan  onda  İstanbulun  bələdiyyə  başqanı  idi.  İstanbulun  ən  bö-
yük salonlarının birində mədəniyyət günlərinin açılış mərasimi keçirilirdi.  
Azərbaycandan gedən nümayəndə heyətinin tərkibində Anar, Fərhad 
Bədəlbəyli,  Fərhad  Xəlilov,  Zifayət  Abbasov,  Rasim  Balayev,  Ramiz 
Əzizbəyli,  Ramiz  Rövşən,  Aşıq  Xanlar,  bu  sətirlərin  müəllifi  və  başqa 
nümayəndələr iştirak edirdi.  


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
47 
O gün o səhnədə çoxları çıxış elədi. Hərəsinin öz yeri, öz gözəlliyi. 
Ancaq Aşıq Xanların çaldığı ―Ruhani‖ havası Ərdoğan da başda olmaqla 
3  min  nəfərlik  salonu  alqış  tufanı  ilə  ayağa  qaldırdı.  Azərbaycanın 
müstəqillik dövrünün ilk çağlarında Türkiyəyə təzə-təzə ayaq açdığı  bir 
vaxta  bu  mənzərə  təkcə  Aşıq  Xanların  deyil,  Azərbaycan  ozan-aşıq 
sənətinin böyük bayramı, böyük qələbəsi idi.  
Qış fəsliydi. Bilgədə müalicə olunurdum. Bir gün axşam üstü Xanlar 
öz telli sazını da götürüb bir neçə ürək dostu ilə mənim yanıma gəlmişdi. 
Dedi: – ―Ay Zəlimxan, yaxşı eləyib gəlmişəm bura. Son zamanlar ürəyim 
sözümə baxmır, o ki, sən burdasan, mən də gələcəm müalicə olunmağa. 
Bəzi  işlərim  var,  onları  yoluna  qoyum,  mütləq  gələcəm‖.  Rəhmətlik 
özüylə bağlı bu sözü çox işlədərdi: ―Mən oxumuram ki, ciyərimlə əlləşir, 
ürəyimə zülüm verirəm‖.  
Özünəməxsus  bir  təmkin  və  səbrlə  yavaş-yavaş  sazı  köynəkdən 
çıxarıb kökləməyə başladı. O, sazı kökləyə-kökləyə həm də içini, ruhunu 
kökləyirdi.  Özünü,  sözünü,  sazını  tam  nizama  salanda  başını  qaldırdı 
mənə sarı:  
- ―Qardaş, ölüm-itim dünyasıdı, dünyanın işini nə bilmək olar? Deyi-
rəm  iki  qardaş  sazımızı  qoşalaşdıraq,  vaxta  körpü  salaq,  harda  ağlımız 
kəsər orda da dayanar, karvanı əyləyərik‖. 
Zəlimxan ola, Xanlar ola, sazlar qoşalaşa, indi gəl doy bu tamaşadan. 
Bütün sanatoriya bizim səsimizin işığına yığılmışdı. ―Şahsevəni‖, ―Qəh-
rəmanı‖,  ―Baş  Sarıtel‖,  ―Ovşarı‖,  ―Dilqəmi‖,  ―Süsənbəri‖  havaları  qoşa 
səsdə,  qoşa  nəfəsdə  dinləyiciləri  göyün  yeddi  qatına  qaldırdı.  Məclisi 
başa  çatdırıb  söhbətə  son  verəndə,  birdən  Xanlar  yuxudan  ayılan  kimi 
əllərini  dizinə  çırpıb  çox  böyük  təəssüf  hissi  ilə  dedi:  -  ―Ayə,  ay 
Zəlimxan,  bu  nə  dərgah  idi  biz  yaratdıq,  heyf  bunlar  yazılmadı.  Bir  də 
belə çalıb oxumaq bizə qismət olacaqmı, nə bilim‖. Mənim də ürəyimdən 
olan  bu  arzunu  həyata  keçirmək  üçün  söz  verdim  ki,  heç  narahat  olma, 
mən  müalicəmi  qurtarıb  Bakıya  qayıdan  kimi  hökmən  bu  işi  həyata 
keçirərik.  Razılaşdıq,  ayrıldıq.  10  gündən  sonra  mən  Bilgəhdən  evə 
qayıtdım.  Onda  mən  Yeni  Yasamalda  yaşayırdım,  evə  gəlişimdən  3-4 
gün  keçmişdi.  Bir  gün  gördüm  səhər  tezdən  qapı  döyüldü.  Gələn  Xan-
ların  ölüm  xəbərini  gətirmişdi.  O  xəbəri  ki,  yatanda  yuxumuza,  düşü-
nəndə ağlımıza gəlməzdi. Ancaq başımıza gəldi, gördük. Mənim Xanla-
rım ölmüşdü. Elə bil məni ildırım vurdu, ürəyimi tutub divana yıxıldım...  
Aşıq  Xanları  Tovuzdan,  Alımərdanlıdan,  Bahar  bulağından,  Cökəli 
bulaqdan uzaqda – Bakıda, Patamdar qəbiristanlığında torpağa tapşırdıq. 
Bu  yerdə  böyük  şairimiz  Hüseyn  Arifin  çox  sevdiyim  ölməz  misraları 
yadıma düşür:  


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə