Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                    № 3, 2010



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə19/42
tarix14.07.2018
ölçüsü1,51 Mb.
#55508
1   ...   15   16   17   18   19   20   21   22   ...   42

 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
51 
Orucun  atası  Aşıq  Vəli  XIX  yüzilin  II  yarısı  və  XX  əsrin  birinci  qərinəsində 
Göyçə aşıq mühitində və Azərbaycanın başqa bölgələrində yaxşı tanınan el sə-
nətkarlarından biridir. Onun çox zil və təmiz, qəlbəyatımlı səsi, rəğbət doğuran 
havacatı, saqraq zəngulələri, sinəsi dastan və rəvayətlərlə dolu olmuşdur. Aşıq 
Vəli Azərbaycanın  əksər bölgələrində, mahallarında keçirdiyi toylarda, məclis-
lərdə  oxuduğu  aşıq  mahnıları,  söylədiyi  dastanlarla  el-obanın    xalqın  dərin 
hörmətini  qazanmışdır.  Təsadüfi  deyil  ki,  (maraqlı  faktdır)  xalq  yazıçısı 
mərhum  İlyas  Əfəndiyevin  «Geriyə  baxma,  qoca»  romanında  göstərdiyi  kimi, 
Qarabağ  mahalında  ən  hörmətli,  adlı-sanlı  şəxsiyyətlər  Aşıq  Vəlini  Göyçə 
mahalından öz dəstəsi ilə toylar, ağır yığnaqlar yola salmağa dəvət edərlərmiş. 
Bəli, Aşıq Oruc belə bir ustadın varisidir. 
 
  AĢıq  Orucun  sənətə  necə 
gəlməsi barədə nə bilirsiniz? 
  Atam  körpəlikdən  atası  Aşıq 
Vəlinin  sazının  sədaları  altında  böyü-
müşdü.  Nahaq  deməyiblər  ki,  ustad 
oğlu şəyird olmaz. Aşıq Vəli dünyadan 
vaxtsız  gedib.  Onun  vəfatından  sonra 
(onda  Orucun  8-9  yaşı  olardı)  aşıq 
sənətinə  Orucun  marağı  daha  da 
artmağa  başlayıb,  atasının  sazını  toz 
basmağa  qoymayıb.  Dövrünə  görə,  o 
zamanın  uşaqlarının  çoxu  kimi,  Oruc 
mükəmməl  təhsil  ala  bilməyib.  Cəmi-
cümlətanı 4 il məktəbdə oxuyub. Amma 
ulu  tanrının  ona  bəxş  etdiyi  fövqəladə 
istedadı,  kəskin  hafizəsi,  dərin  yaddaşı 
sayəsində  xalqın  yaddaşında  qorunan 
zəngin  folklor  nümunələrinə    dastan 
və  nağıllara  dərindən  yiyələnib.  Bunun  üçün  ilk  növbədə  sinədəftər  Güllü 
nənəsinə, özünün bayatı, nağıl-dastan dünyası ilə çoxlarına örnək olan Qəndab 
anasına  minnətdarlıq  edərdi.  Səyi,  sevgisi,  inadı  və  zəhmətsevərliyi  ilə  saza-
sözə elə aludə olub ki, bir də görüblər ki, Oruc saz çalıb-oxuyur, peşəkar aşıqlar 
kimi. 
 AĢıq Orucun ustadı kim olub? 
 Dədəm öz söhbətlərində deyərdi ki, onun ustadı Aşıq Ələsgərin şəyirdi, 
Çaxırlı  kəndindən  olan  Aşıq  Alışanın  oğlu  Aşıq  İbrahim  olub.  Oruc  ona  3  il 
şəyirdlik  edib.  O  dövrdə  məşhur  Göyçə  aşıqlarından  Qaraqoyunlulu  Aşıq 
Əsədin, Aşıq Mehdinin, Bala Məzrəli Aşıq Hüseynin, Aşıq İslamın, Cilli Aşıq 
Müseyibin apardığı toy məclislərini dinləməyə çox həvəs göstərib, bu minvalla 
Göyçə  aşıq  dünyasında  püxtələşməyə  başlayıb,  gözəl  havacat  və  şirin,  xoş 
avaza, qaynar təbə malik sənət sahibi kimi yetişib. 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
52 
  Oruc  sənətini,  Oruc  Ģəxsiyyətini  elə-obaya,  xalqa  sevdirən  nə  idi, 
hansı sirli-sehirli qüvvə idi bu? 
 Əsl həqiqət bu idi ki, Aşıq Orucun oxumasında onun özünəməxsus bir 
şirinlik  vardı.  Yalnız  kamil,  ustad  aşıqlarda  müşahidə  edilə  bilən  bir  yol,  ifa 
tərzi vardı onda. O, istənilən havanı oxuyarkən, deyərdin ki bu havanı sanki ye-
nicə yaradırdı, onun ifasında yeni səslənirdi. O, xüsusən «Mixəyi» havasını son 
dərəcə  şirin,  xüsusi  bir  ahəngdarlıqla  oxuyardı.  Bəlkə  də  onun  müasirlərindən 
bu aşıq havasını onun qədər təsirli, həssas, şirin oxuyanı tapılmazdı. Bütövlükdə 
Aşıq  Oruc  ifasında  bütün  havalar  şirin  ləhcə  ilə,  şövqlə,  mərdanəliklə  catdırı-
lardı: «Misri», «Təcnis», «Məmmədhüseyni» (başqa adı «Heydarı»dır), «İrəvan 
çuxuru»,  «Qəhrəmanı»,  «Güllü  qafiyə»,  «El  havası»...  Bu  havaları  dinlədikcə 
adam  özünü  unudar,  sazın  sehrinə,  tilsiminə  düşərdi.  Aşıq  Oruc  həm  də 
«Koroğlu»  aşığı  idi.  Bunu  onunla  bir  dövrdə  yaşamış  aşıqların,  sazsevərlərin 
hamısı söyləyərdi... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ġəkildə  sağdan (oturanlar): yolbasan Hüseyn,  Hüseyn Cavan,  Ġslam Yusifov, 
Məzahir  DaĢqın.  Ayaqüstə  duranlar:  sağdan  1-ci  Oruc  Əhmədov,  3-cü  Ġsfəndiyar 
Rüstəmov. 
 
  Göyçə  və  Qərbi  Azərbaycanın  baĢqa  mahallarından  Azərbaycan 
türklərinin  1948 1953-cü  illər  deportasiyasından  sonra  AĢıq  Oruc  hansı 
hissləri yaĢamıĢdı? 
  Əlbəttə,  Vətəndən,  boya-başa  çatdığı  doğma  yurddan  ayrılmaq  dözül-
məz  dərddir.  Bu,  dədəmin  ovqatından,  davranışından  hər  zaman  bilinərdi. 
Amma  xeyirxah,  qədirbilən  Gədəbəy  camaatı  aşığı  və  ailəmizi  çox  səmimi, 
məhəbbətlə  qəbul  etdi  və  Zəhmət  kəndində  məskunlaşdıq.  Aşıq  Oruc  1950-ci 
illərdə  Gədəbəy  rayonunda  aşıqlar  dəstəsi  yaratdı.  Burada  şair  Vəli,  Aşıq 
Məhəmmədəli,  Aşıq  İsfəndiyar  (hazırda  Prezident  təqaüdçüsüdür,  ustaddır, 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
53 
Gədəbəy  aşıqlarına  ağsaqqallıq  edir),  Aşıq  Sayad,  Aşıq  Sədaqət,  Aşıq  Yusif, 
Aşıq  Şahsuvar,  Aşıq  Nurəddin,  Zahid  Aslanoğlu,  AĢıq  Dəmir  və  b.  həvəslə 
iştirak edirdilər. Aşıq sənəti Gədəbəy bölgəsində daha da canlandı. 
 Bəs AĢıq Orucun radio və televiziya veriliĢlərində çıxıĢları nə vaxtdan 
baĢlandı? 
  1950-ci  illərin  ortalarından.  O  dövrdə  Dövlət  Radio-Televiziya 
Verilişləri  Komitəsinin  sədri  görkəmli  şair,  dövlət  xadimi  Teymur  Əliyev 
(Teymur  Elçin)  idi.  O,  Gədəbəy  rayonundan  Ali  Sovetin  deputatı  seçilmişdi. 
Rayona  gəlişlərində  həmişə  (o  zaman  raykomun  I  katibi    Dövlət  mükafatı 
laureatı  Süleyman  Hüseynov  idi)  ali,  hörmətli  qonaqlar  gələndə  Aşıq  Orucu 
dəstəsi  ilə  mədəniyyət  evinə  çağırardılar  və  konsertlər  verilərdi.  Bu  zaman  
Teymur Əliyev Aşıq Orucun sənətinə dərindən bələd oldu və ona Dövlət radio 
və televiziyasına gəlməyi tövsiyə etdi. Həmin dövrdən də aşığın radioda 11 lent 
yazısı yazıldı və televiziya verilişlərində də çıxışı başlandı. 
 Atanız Azərbaycan AĢıqlarının III qurultayının nümayəndəsi olub və 
Mədəniyyət  nazirliyində  Dövlətkonsertin  üzvü,  Dövlət  Filarmoniyasının  da 
solisti kimi konsertlər verib. Bunu necə xatırlayırsınız? 
- Mən onda ali məktəb tələbəsi idim, birinci ursda oxuyurdum. O zaman 
Azərbaycan  aşıq  sənətinin  sayseçmə  ustadlarını  görmək,  tanımaq  mənə  nəsib 
oldu.  Borsunlu  Məzahir  Daşqın,  Aşıq  İslam,  Aşıq  Teymur,  Aşıq  Nabat,  Aşıq 
İmran,  Aşıq  Əkbər,  Hüseyn  Saraclı  kimi  saz-söz  sənətinin  nəhəngləri  bizim 
evimizdə qonağımız olub.  
  Atanızın  Azərbaycan  aĢıqları  arasında  olan  mövqeyinin,  çəkisinin, 
hörmətinin böyüklüyünü nə zaman dərindən duydunuz? 
  1962-ci  ilin  payızı  olardı.  Aşıqları  Bakıya  çağırmışdılar.  O,  zamanlar 
bu,  ildə  2  dəfə  (bəzən  də  tez-tez)  olardı.  Azərbaycan  aşıqları  hərbiçilərin 
«Qırmızı Şərq» qonaq evində yerləşdirilmişdi. Mərhum gənc tələbə dostum Əli 
Əliyevlə  mən  dədəmgilin  yanına  getmişdik.  Hər  bölgədən  adlı-sanlı  aşıqlar 
vardı,  100-dən  artıq  olardı.  Kimisi  sazını  kökləyir,  kimisi  hansı  havanı  isə 
astadan dilləndirirdi. Saz ustadı Ədalət Nəsibov sənətin zirvəsində idi. Bir gənc 
Aşıq  Ədalətə  yaxınlaşıb  hansı  havanınsa  (adını  xatırlamıram    48  il  bundan 
əvvəlin sözüdü) güllərini vurmasını xahiş etdi. Ədalət atama sarı dönərək dedi: 
  Oruc  əmi,  bu  havanı  bir  ustad  kimi,  ağsaqqal  kimi,  sən  çalsan  yaxşı  olardı. 
Mən onda atamın aşıqlar arasındakı hörmətinin uca tutulmasının  şahidi oldum. 
Atanızla bağlı daha çox yadınızda qalan hadisəni necə xatırlayırsız? 
- 1969-cu ildə ailə həyatı qurdum, dekabr ayı idi. Atamın hörmətinə görə 
3  gün  davam  edən  toyda  Azərbaycanın  hər  yerindən  19  adlı-sanlı  sənətkar 
iştirak edirdi. Kəndimizin tarixində belə toy olmamışdı. Bu gün də ondan danı-
şırlar.  
Bir  şeyi  də  xatırlamaq  istəyirəm.  1974-cü  il  idi,  təngnəfəsliyə,  astmaya 
tutulsa  da,  yaxın  qohumumuz,  o  zaman  Daşkəsən  rayon  qəzetinin  redaktoru 
olan Cəlal Hüseynovun toyunu keçirdi, özü də cavan vaxtlarında oxuduğu kimi. 
Onun lent yazısını qoruyub saxlayıram. Ondan sonra xatırlamıram. 
 Atanızın ömrünün sonlarını necə xatırlayırsınız? 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə