Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                    № 3, 2010



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə11/42
tarix14.07.2018
ölçüsü1,51 Mb.
#55508
1   ...   7   8   9   10   11   12   13   14   ...   42

 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
29 
Zəngin söz və musiqi repertuarına malik olan Urmiya aşıq mühitində dastan 
ifaçılığına  ayrıca  diqqət  yetirilir.  Bəzən  bir  neçə  gün  çəkən  toylar  və  dastan 
gecələri indi də Urmiyanın bir çox yerlərində, xüsusən də aşıqsevər kəndlərində 
ənənə olaraq davam etməkdədir.  
Mühitin söz repertuarındakı dastanların sayı 40-45 arasındadır. Ən yüksək re-
pertuar göstəricisi Aşıq Dehqana məxsusdur (qırx beş dastan, yetmişə yaxın söz 
havası və min beş yüzdən yuxarı aşıq şeiri). Klassik dastanlarla yanaşı burada 
"Kəmtər", "Qulam-Heydər", "Əhməd-İbrahim", "Kəlbi" kimi regional səciyyəli 
dastanlar da söylənilir. Əsas "Koroğlu" ocaqlarından sayılan Urmiyada dastanın 
on qolu vardır.  
14 pərdəli, 7 simli sazların üstünlük təşkil etdiyi Urmiya mühitində bəstəçili-
yə güclü meyl göstərildiyindən burada çox sayda yerli saz havası müşahidə edi-
lir: "Hicranı", "Hələbi", "Şəkəryazı", "Qürbəti", "Xoy Əmrahısı", "Ovçu gəray-
lısı", Taciri", "Rəvzəgəraylı", "Səmayi", "Siyastabulu", "Möhtərəmi", "Urmani 
divanisi", "Şərqi", "Urmiya gözəlləməsi" və s. bu kimi havalar zəngin melodik 
tərkibə  malik  sənət  örnəkləridir.  Bu  havaların  əksəriyyəti  zil  kökə  bağlıdır  və 
temperamentli - coşğun oxu tərzi tələb edir. Ümumiyyətlə, Urmiya aşıqlan digər 
mühitlərə məxsus aşıqların ifaçılığından daha çox yüksək səsli iti oxu biçimi ilə 
seçilir.  Bu  səbəbdən  də  onların  ifaçılığında  yardımçı  melopoetik  mətnlər  ol-
duqca seyrəkdir.  
Urmiyada  təkkə  ənənəsinin  davamı  kimi  aşıqların  toy-düyündən  əlavə  qəh-
vəyə - çayçıya yığışaraq məclis qurmaları, qəhvə - çayçıya toplaşanların qarşı-
sında  çalıb-oxumaları  bir  ənənə  olaraq  indi  də  yaşamaqdadır.  Mərasimə  baş-
layan aşıqlar növbə ilə çalıb-oxuyur və get-gedə məclisi qızışdırırlar. Müəyyən 
mərhələdən sonra çayçıya toplaşanlar da aşıqlara qoşulub sıra ilə oxumağa baş-
layırlar
4
. Ekstaz-coşğunluq  əhvalında olan məclis saatlarla davam edir. Burada 
təkkədə  keçirilən  "səma"  məclislərinin  əlamətləri  aşkar  görüntülərlə  nəzərə 
çarpır:  məclisdəkilər  məclis-mərasim  axarının  təsir  və  təşviqiylə  ona  qoşulur, 
ekstaz  halına  gəlir,  oxuyur.  Bundan  başqa  oxu  mətnlərində  təriqət  məzmunlu 
örnəklər də kifayət qədər yer alır ki, bu da qəhvə-çayçıda təkkə ənənəsinin da-
vam etdirildiyini, daha doğrusu, onun geniş kütlə arasına çıxarıldığını göstərir.  
Urmiya  şəhərində  "Aşıqlar  qəhvəsi"  adı  altında  üç  çayçı  fəaliyyət  göstərir. 
Xoy,  Səlmas  və  Miyandab  şəhərlərində  də  aşıqların  cəmləşdiyi  çayçı-qəhvələr 
vardır.  Buraya  gələn  saz-söz  sevənlər  çay  içə-içə  və  ya  sulu  qəlyan  (nargilə) 
çəkə-çəkə  aşıqları  dinləyər  və  zövqlərinin  oxşanmasına  cavab  olaraq  aşığa 
nəmər verərlər.  
Saza və sözə ciddi tələbkarlıqla yanaşılan Urmiya mühitində Dollu Mustafa, 
Balovlu  Miskin,  Dollu  Məhəmməd,  Aşıq  Fərhad,  Aşıq  Rüstəm,  Rəvzəçaylı, 
Aşıq Əbdürrəhim, Aşıq Lütfəli, Aşıq Əli Qırmızıbaş, Aşıq Aslan Xoylu, Aşıq 
Dərviş,  Aşıq  Dehqan  kimi  qüdrətli  sənətkarlar  yetişmişdir.  Bunların  içərisində 
                                                 
4
 Qeyd  etmək  yerinə  düşər  ki,  bu  ənənəyə  Borçalı  aşıq  mühitində  də  rast  gəlinir. 
Görünür, sözü gedən məclis ənənəsi Borçalıya Urmiya aşıqlığından (Dollu Abuzər xətti 
ilə) adlanmışdır. 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
30 
Dollu Mustafa (XVIII-XIX yüzillik) və Balovlu Miskin (XIX yüzillik) yaradıcı 
sənətkarlardır.  Hər  iki  aşığın  kamil  poetik  örnəklərdən  ibarət  zəngin  bədii  irsi 
çağdaş  Urmiya  aşıqlarının  repertuarında  qorunub  saxlanılır.  Mühitin  çağdaş 
ustadı Aşıq Dehqanın sənət şəcərəsi Azərbaycan aşıqlığında aparıcı axarlardan 
birini yaratmış Dollu Mustafaya bağlanır:  
 
Aşıq Dehqan (XX yüzillik) 
                     ↑ 
Aşıq Fərhad (XIX-XX yüzillik) 
                     ↑ 
Aşıq Cavad (XIX yüzillik) 
                     ↑ 
Dollu Məhəmməd (XVIII-XIX yüzillik) 
                     ↑ 
Dollu Mustafa (XVIII-XIX yüzillik) 
                     ↑ 
............................................................?
5
 
 
Böyük sənət tənəsinə və zəngin ifaçılıq təcrübəsinə malik olan Urmiya aşıq-
lığının  çağdaş  qaynar  həyatında  Aşıq  Dehqan,  Aşıq  Manaf,  Aşıq  Cavanmərd, 
Aşıq Məhbub, Aşıq Əli Qarağaci, Aşıq Bulud, Aşıq Zülfəli, Aşıq İsmiəli, Aşıq 
Nədim, Aşıq Qəmbər və başqa istedadlı saz-söz ustaları mühüm rol oynayırlar. 
Bu aşıqların bir qismi Aşıq Dərviş, bir qismi isə Aşıq Dehqan ifaçılıq məktəbinə 
mənsubdurlar. Hazırda Dehqan aşıq məktəbinin ardıcılları daha çoxdur. 
Mahalın Balov, Dol Dizəsi, Aşnabad, İqdır, Əngənə kəndləri əsas "aşıq ocaq-
ları" sayılır. Bu kəndlərin yaxınlığında "İmamzadə", "Qəribhəsən", "Xəlifə Mə-
həmməd", "Əli Pəncəsi" kimi sınaqlı pir-ziyarətgahların mövcudluğu orta yüz-
illiklərdə həmin nöqtələrdə güclü sufi-dərviş ocaqlarının fəaliyyət göstərməsi ilə 
bağlıdır ki, daha sonra orada aşıq məskənlərinin yaranması da bu tarixi prosesin 
qanunauyğun nəticəsidir.  
Yuxarıda  adları  çəkilən  kəndlər  arasından  "Dol  Dizəsi"  kəndini  ayrıca 
vurğulamaq  lazım  gəlir.  Aşıq  sənətinin  yaranışından  üzü  bu  yana  ta  indiyə 
qədər bu kənddə iki yüzdən yuxarı aşığın yaşayıb fəaliyyət göstərdiyi söylənilir. 
Azərbaycan  aşıqlığında  qüdrətli  ustadlar  kimi  xatırlanan  Dollu  Mustafa,  Dollu 
Məhəmməd, Dollu Abuzər bu ocağın yetirmələridir. Dollu Mustafaya şagirdlik 
edən  Dollu  Abuzərin  sonralar  Borçalı  aşıq  mühitində  aparıcı  ifaçılıq 
axarlarından birini yaratması da bu baxımdan təsadüfi deyildir. Qafqazın digər 
aşıq mühitlərində müşahidə edilməyən "Dol Hicranı" saz havası da çox güman 
ki,  Dollu  aşıqlara  məxsus  bəstədir  və  Borçalıya  Dollu  Abuzər  tərəfindən 
gətirilmişdir.  Bu  hava  Urmiya  aşıq  mühitində  sadəcə  olaraq  "Hicranı"  adı  ilə 
                                                 
5
 Sənət şəcərəsi barədə  bilgini Aşıq Dehqan özü vermişdir. O, Dollu Mustafadan öncəki 
ustadın adını xatırlaya bilmədi (21 may 1995-ci il, Urmiya) 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə