Ədəbiyyat, sənət və fikir dərgisi


OZAN  DÜNYASI                                                                    № 3, 2010



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə7/42
tarix14.07.2018
ölçüsü1,51 Mb.
#55508
1   2   3   4   5   6   7   8   9   10   ...   42

 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
18 
 
BARAT VÜSAL  
Şair 
 
 
 
Mən bu festivalda  sazın qüdrətini bir 
daha  gördüm.  Saz sanki  bütün  adamların 
qanını  dəyişdi,  təzələdi,  türklük  eşqi  ilə 
doldurdu. Var olsun sazımız.   
Azərbaycanda I Beynəlxalq Aşıq Fes-
tivalının  keçirilməsi  həqiqi  mənada  öl-
kəmizin  tarixində  çox  böyük  bir  hadisə-
dir.  Yəni  bu,  əslində  həm  aşıq  sənətinin 
yenidən  dirçəlməsinə  xidmət  edəcək, 
həm  də  ustad  sənətkarlarımızın  ruhu  şad 
olacaq.  
I  Beynəlxalq  Aşıq  Festivalı  bütövlükdə  aşıq  sənətinə  dövlətçilik  sə-
viyyəsində diqqətin ən gözəl bariz nümunəsidir. Çingiz xan öz sərkərdə-
lərindən  birinə  demişdi  ki,  axırıncı  türk  olan  yerə  qədər  gedərsiniz.  Qı-
lıncla onlar axırıncı türk olan yerə qədər gedə bilmədi, amma saz axırıncı 
türk olan yerə qədər gedib və bu gün dünyanın harasında türk varsa, onun 
sinəsində  saz  var  və  o  saz  bütün  türk  dünyasını  birləşdirir.  Saz  türkün 
simvoluna çevrilib. Birlik simvoludur saz. Mənə elə gəlir ki, saz türkün 
talismanıdır.  Yəni  ruhumuzun  həm  qoruyucusudur,  həm  daşıyıcısıdır, 
həm dünənidir, həm bu günü, həm də sabahı.  
Festival  çərçivəsində  Qazaxda  tədbir  keçirilməsi  də  təsadüfi  deyil. 
Qazax  rayonu  tarixən  Azərbaycanın  mədəniyyət  beşiklərindən  biridir. 
Şairlər  vətəni  adlanır.  Belə  bir  yerdə,  Qazax  Azərbaycanın  folklor  pay-
taxtı elan edildiyi dövrdə - 2010-cu ildə saz festivalının keçirilməsi həm 
dövlət  tərəfindən,  həm  Mədəniyyət  Nazirliyi  tərəfindən  sənətimizə, 
sənətkarlara  göstərilən  qayğının  yeni  bir  mərhələsidir.  Hesab  edirik  ki, 
bu,  başlanğıcdır  və  bu  festivallar  gələcəkdə  davam  etdiriləcək.  Əslində 
saz türkün bütün  dünyada təkcə birlik simvolu  olaraq qalmayacaq, həm 
də bütün bəşəriyyətin ruhunun təzələnməsində öz xidmətlərini hər yerdə 
göstərəcək.   
 
 
 
 
 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
19 
 
Ġxtiyar SEYĠDOV, 
Naxçıvan AĢıqlar Birliyinin sədri  
 
 
 Bu  tədbirdə  iştirakımız  həqiqətən  də  ürəyi-
mizcə oldu. Bu, bizim böyük festivalımızdır. İna-
nırıq  ki,  gələcəkdə  belə  tədbirlər  Azərbaycanın 
digər  rayonlarında,  eləcə  də  Naxçıvan  Muxtar 
Respublikasında  da  olacaq.  Hörmətli  şairimiz 
Zəlimxan  Yaqub  da  bu  barədə  bizə  açıqlama 
verdi ki,  gələcəkdə belə  bir tədbir Naxçıvan Muxtar Respublikasında da 
keçiriləcək.  
Son  zamanlar  aşıq  sənətinin  bu  qədər  inkişaf  etməsi,  irəli  getməsi 
dövlətimizin qayğısı sayəsində baş verib. Son vaxtlar mədəniyyətimizin 
başqa sahələri ilə yanaşı aşıq sənəti də  dirçəliş yolundadır və mən inanır-
am  ki,  xalqımızın,  ümumiyyətlə  bütün  Türk  xalqlarının  bu  ölməz  sənəti 
gələcəkdə  daha  da  irəli  gedərək  dünya  mədəniyyət  inciləri  sırasında  la-
yiqli  yerini  tutacaq.      Arzu  edirəm  ki,  gələcəkdə  bundan  da  artıq,  daha 
yüksək səviyyəli görüşlərimiz olsun.  
 
 
 
  
 
 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
20 
VAQĠF ALIYEV  
Kürdəmir rayon Mədəniyyət və Turizm 
Ģöbəsinin müdiri  
 
Bu festivalı son illərdə Azərbaycanda mə-
dəni dəyərlərə verilən böyük qiymətin nəticəsi 
hesab edirəm. Bütün bu qazanılan nailiyyətlər 
Heydər  Əliyev  ideyalarının  təntənəsi,  İlham 
Əliyev  siyasətinin  davamıdır.  Mədəniyyətə 
göstərilən  qayğı,  mədəniyyət  sahəsində  aparı-
lan  siyasət  Azərbaycanın  dünyada  aparıcı  bir 
dövlət  olduğunu  bir  daha  sübut  edir.  Tək 
sosial-siyasi inkişafla  yox, həm də mədəni is-
lahatlarla,  mədəni  dəyərlərlə  biz  dünyaya  çıxırıq.  Və  bu  cür  tədbirlərin 
Azərbaycanda  keçirilməsi,  mən  hesab  edirəm  ki,  Azərbaycanı  dünya 
miqyaslı ölkələrin sırasına çıxarır. Azərbaycan bu gün öz sazı ilə, sözü ilə 
də dünyada tanınır. Bu gün Azərbaycanın həyatında baş verən bütün ye-
niliklər əslində Azərbaycanın azad, müstəqil həyatının təntənəsidir. Azər-
baycanda  aparılan  mədəni  siyasətin  başında  bu  gün  Mədəniyyət  və 
Turizm  Nazirliyi  dayanır.  Mədəniyyət  və  Turizm  naziri  cənab  Əbülfəs 
Qarayevin  regionlarda,  bölgələrdə  mədəniyyətə  göstərdiyi  qayğını  xü-
susilə  qeyd  etmək  istəyirəm.  İlham  Əliyevin  apardığı  bütün  siyasətin 
davamı  olaraq  regionlarda  da  bu  siyasət  davam  etdirilir.  O  ki  qaldı  bu 
festivala,  bu  festival  dünya  aşıqlarının  məzmun  şəklində  birləşməsi  idi. 
Bu, dünya aşıqlarının Azərbaycanı bir daha tanıtmasıdır, türk dünyasının 
mədəniyyətinin  təntənəsidir.  Bu  festival  türk  dünyasını  birləşdirdi.  Bu 
gün biz sazın və sözün sehrindəyik. Mən çox məmnunam ki, bu festivalın 
iştirakçıları  həm  də  Kürdəmirdə  oldular.  Kürdəmir  böyük  aşıq  Şakirin, 
aşıq  Əhmədin,  böyük  ustad  balabançı  Həsrət  Hüseynovun    vətənidir. 
Hesab edirəm ki, onların ruhları bu gün festival iştirakçılar ilədir. Bu gün 
Kürdəmir torpağında onları qarşılamağımıza görə, onları dinləməyimizə 
görə çox şadıq.  
 
Festivaldan hesabatı hazırladı: 
 ElĢad ÇOBANLI 
 
 
 
 
 


 OZAN  DÜNYASI                                                                    № 3, 2010 
 
21 
OZAN-AġIQ SƏNƏTĠNĠN TƏBLĠĞĠ FƏALĠYYƏTĠMĠ-
ZĠN PRĠORĠTET ĠSTĠQAMƏTLƏRĠNDƏN BĠRĠDĠR 
 
 
 
Fikrət  Babayev:  «  I  Beynəlxalq  Aşıq  Fes-
tivalı mədəni həyatımızda çox böyük bir hadisə 
oldu.»  
 
  
 
Festivalın  əhəmiyyətini  necə  qiymətləndirmək  olar,  bu  tədbir  aşıq 
sənətinin  təbliğinə  hansı  töhfələri  verəcək?  Bu  və  digər,  suallarımızı 
Mədəniyyət  və  Turizm  Nazirliyi  Mədəniyyət  siyasəti  şöbəsinin  müdiri 
Fikrət Babayev cavablandırdı:  
-  I  Beynəlxalq  Aşıq  Festivalı  Azərbaycan  aşıq  sənətinin,  eyni  za-
manda  müəyyən  ənənələrimiz  ortaq  olan  digər  türkdilli  ölkələrin  aşıq 
sənətinin  inkişafına  təkan  vermək  məqsədi  güdürdü.  Növbəti  festivalın 
daha geniş  coğrafiyanı əhatə etməsinə çalışacağıq. Fikrimcə, bu festival 
bütün dünyada ozan-aşıq sənətinin inkişafına bir təkan oldu. Aşıq sənəti 
Azərbaycan  xalqının  mədəni  sərvətidir,  millətimizin  canına,  qanına 
hopmuş bir sənətdir.  
Azərbaycanda ozan-aşıq  sənətinə  böyük diqqət  ayrılıb.  Çünki  bu sə-
nətin  daha  da  yüksəlməsində,  inkişafında  birbaşa  dövlət  özü  maraqlıdır. 
Elə  bu  marağın  və  diqqətin  nəticəsidir  ki,  bu  gün  YUNESKO-nun 
«Bəşəriyyətin  qeyri-maddi  mədəni  irsinin  reprezentativ  siyahısı»nda 
Azərbaycan aşıq  sənətinin  də adı  var. Bu isə onu göstərir ki,  aşıq  sənəti 
təkcə Azərbaycana deyil, eyni zamanda bəşəriyyətə məxsusdur.  
- AĢıq sənətinin hazırkı durumu qaneedicidirmi? 
Festivalın  daha  bir  əhəmiyyəti  ondan  ibarət  oldu  ki,  Azərbaycanda 
aşıq  sənəti  sahəsində  mövcud  olan  bəzi  nöqsanları  üzə  çıxardı.  Festival 
çərçivəsində rayonlarda keçirilən konsertlər zamanı məlum oldu ki, yer-
lərdə aşıqlara yaradılan şərait qeyri-qənaətbəxşdir. Bir çox nöqsanlar var 
ki,  onların  aradan  qaldırılması  yönündə  müəyyən  tədbirlərin  görülməsi 
vacibdir. Yerli icra strukturları hər bölgənin vahid aşıq geyim formasının 
olmasına, onlara məşq etmək üçün məkanların ayrılmasına xüsusi diqqət 
yetirməlidirlər. Gənclər arasında özünəməxsus  yer tutması üçün aşıq sə-
nətinə həm cəmiyyət, həm tamaşaçılar, həm də aşıqların özləri tərəfindən 
hörmət  artırılmalıdır.  Mən  şübhə  etmirəm  ki,  festivaldan  sonra  həm 
Mədəniyyət  və  Turizm  Nazirliyi,  həm  yerli  icra  hakimiyyəti  orqanları 


Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə