19
H
2
C CH
2
H
2
C CH–COOH
NH
HO–HC CH
2
H
2
C CH–COOH
NH
3. Tsiklik aminturşular
Prolin
Oksiprolin
Pro
Opr
Bəzi aminturşularının bioloji xüsusiyyətləri ilə tanış olaq.
Qlutamin turşusu bəzi əsəb xəstəliklərinin, mədə
yaralarının müalicəsində istifadə olunur. Qlutamin turşusunun
mühüm bioloji xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, o
insan
orqanizmində
mövcud
qlutamatdekarboksilaza
fermentinin təsiri ilə karboksilsizləşərək – qamma-aminoyağ
turşusuna (QAYT) çevrilir. QAYT mərkəzi sinir sisteminə
ötürülən impulsların tənzimlənməsində beyində baş verən
tənəffüs və qlukoliz proseslərinə müsbət təsir göstərir. Qamma-
aminoyağ turşusu beyin damarlarındakı aterosklerozun,
yaddaşın itirilməsində, insult olan xəstələrin müalicəsində
dərman preparatı kimi geniş istifadə olunur.
Asparagin turşusu ürək əzələlərinin oksigenlə təmin
olunmasını sürətləndirir. Ürək xəstəliklərinin müalicəsində
istifadə olunan panangin dərman preparatının tərkibində olan
aspartat kalium və aspartat maqnezium asparagin turşusunun
müxtəlif çevrilmələri nəticəsində sintez olunur. Panangin
ürəyin normal fəaliyyətini tənzimləyən dərman preparatıdır.