23
Göstərilən dipeptidlərin sərbəst qalan karboksil və amin
qruplarının hesabına başqa aminturşularla birləşib, tri-tetra və
s. peptid əmələ gəlir. Məsələn:
CH
3
CH
3
H
2
N–CH–CO–NH–CH
2
–COOH+HNH–CH–
alanilqlisin alanin
CH
3
–COOH H
2
N–CH–CO–NH–CH
2
–
-2H
2
O
Alanilqlisil
CH
3
–CO–NH–CH–COOH
alanin (tripeptid)
Bu reaksiyanı davam etdirməklə müxtəlif sayda peptidlər
almaq olar. Bu prosesi daha yaxşı aydınlaşdırmaq üçün üç
aminturşunu (alanin, qlisin, və valin) A, B və V hərfləri ilə
işarə edək. Bu zaman aydın olur ki, üç aminturşudan 6-ədəd
tripeptid alınır.
1. A-B-V-qlisil-alanil-valin.
2. A-V-B-qlisil-valil-alanin.
3. B-A-V-alanil-qlisil-valin.
4. B-V-A-alanil-valil-qlisin.
5. V-A-B-valil-qlisil-alanin.
6. V-B-A-valil-alanil-qlisin.
Aydın olur ki, 4-aminturşu qalığından 24, müxtəlif
tetrapeptid; 5-aminturşu qalığından 120 pentapeptid alınır.
Beləliklə, aminturşu qalıqlarından çox böyük sayda peptid
izomerləri alınır. Hal-hazırda çoxlu sayda polipeptidlər sintez
24
olunmuşdur. Canlı orqanizmdə zülallardan başqa peptidlərə də
rast gəlinir. Onlar maddələr mübadiləsi prosesində iştirak edir.
Bitki mənşəli qida məhsullarında ən geniş öyrənilmiş
peptid qlütationdur. O, hüceyrədə geniş yayılmış tripeptiddir.
Taxılın tərkibində daha çox olur. Onun əmələ gəlməsində
qlisin, sistein və qlütamin turşuları iştirak edir. Hal-hazırda
müəyyən olunmuşdur ki, zülal molekulları polipeptid
zəncirlərindən təşkil olunmuşdur. Zülal molekullarının əmələ
gəlməsində təkcə peptid tipli rabitələr yox, başqa rabitə növləri
də iştirak edir.Zülal molekullarında disulfid rabitəsi də
mövcuddur. Bu rabitənin köməyi ilə polipeptidlər bir-biri ilə
birləşib zülal molekullarını əmələ gətirir.
Disulfid rabitələri polipeptid zəncirlərində olan sistein
qalıqlarındakı-SH qrupları, hidrogenlərini itirməklə, bir-biri ilə
birləşməsi nəticəsində əmələ gəlir.
-H
2
SH+SH –S–S–
Đki molekul sistein birləşərək, sistin qalığına çevrilməsi
nəticəsində müxtəlif və ya eyni polipeptidin ayrı-ayrı
hissəcikləri arasında rabitə yaranır.
Zülal molekullarında peptid və disulfid rabitələrindən
başqa çoxlu miqdarda hidrogen rabitələri də vardır. Hidrogen
rabitələri müxtəlif polipeptid zəncirlərini və ya eyni bir
zəncirin ayrı-ayrı hissələrini bir-biri ilə birləşdirir.
1.1.3. Zülalların quruluşu haqqında məlumat
Tədqiqatların nəticəsinə görə zülalların birinci, ikinci,
üçüncü və dördüncü quruluşu müəyyən edilmişdir.
Zülal molekullarında aminturşu qalıqlarının yerləşmə
ardıcıllığına zülalların birinci quruluşu deyilir. Aminturşu
qalıqlarının
birləşmə
ardıcıllığının
müxtəlifliyi
zülal
molekullarının dəyişməsinə səbəb olur. Aminturşular arasında
25
olan peptid və disulfid rabitələri zülalların birinci quruluşuna
aiddir.
Müasir analiz üsullarının (rentgenostruktur, elektron
mikroskopiyası, nüvə-maqnit rezonansı və s.) köməyi ilə
müəyyən olunmuşdur ki, zülal molekullarını təşkil edən
polipeptid zəncirlər düzxətt boyunca yox, əksinə spiralvarı
formadadır. Zülal molekullarının belə fəza konfiqurasiyası
zülalların
ikinci
quruluşu
adlanır.
Bu
quruluşun
aydınlaşdırılmasında Polinq və Korinin rolu böyük olmuşdur.
Müəyyən olunmuşdur ki, ikinci quruluşun əmələ gəlməsində
hidrogen rabitələri də iştirak edir. Hidrogen rabitələrinin
yerləşməsinə görə, zülalların ikincili quruluşunun α və β
formaları müəyyən edilmişdir.
α-strukturlu polipeptid zəncirləri molekuldaxili hidrogen
rabitələri hesabına əmələ gəlir. Belə hidrogen rabitələri
polipeptid zəncirinə spiral forması verir.
α-spiralın polipeptid zəncirləri β-spirallarla nisbətən
davamlı olur. β-strukturlu polipeptid zəncirlərinin əmələ
gəlməsində hidrogen rabitələri əsasən müxtəlif molekullar
arasında yerləşir. Müəyyən olunmuşdur ki, tərkibində çoxlu
alanin və qlisin qalıqları olan zülallar asanlıqla-struktur əmələ
gətirirlər. Zülal molekullarında polipeptid zəncirlərinin
təxminən 70%-i-spiral formasında olur. Zülalların üçüncü
quruluşu polipeptidlərin fəzadakı vəziyyətini və spiralın
formasını göstərir. Zülal molekullarının xarici forması əsasən
yumşaqşəkilli olur. Üçüncü quruluş pozulduqda zülallar bioloji
aktivliyini
itirir.Zülalların
dördüncü
quruluşu
müxtəlif
polipeptid zəncirlərinin bir zülal molekul şəklində birləşməsinə
deyilir. Daha doğrusu zülal molekullarını əmələ gətirən
polipeptidlərin bir-biri ilə birləşməsindən sonra ümumi
molekulun fəzadakı quruluşunu göstərir.
Hazırda dördüncü quruluşa malik olan çoxlu sayda
zülallar məlumdur. Belə zülallar qida sənayesində və tibbdə
geniş istifadə olunur. Bunlara misal olaraq pepsini, tripsini,