34
Hafiz Rüstəm
yasi tədbir olan EKO görüşləri Bakıda – “Gülüstan” sara-
yında keçirilirdi. Mən də oraya tərcüməçi kimi dəvət olun-
muşdum. Region ölkələrin siyasi liderləri öz tərcüməçiləri ilə
gəlmişdi və çoxlarının məruzələri bu tərcüməçilər tərəfindən
əvvəlcədən yazılı şəkildə hazırlanmışdı. Tərcüməçiyə məruzə-
çinin ardınca hazır mətni yalnız oxumaq qalırdı. Tərcümələr
xüsusi kabinalarda eyni vaxtda bir neçə dildə aparılırdı; kimi
ingiliscədən ruscaya, kimi ruscadan azəricəyə, kimi isə azə-
ri dilindən farscaya və ya türk dilinə tərcümə edirdi. Görüş
qurtarar-qurtarmaz, məndən Heydər Əliyev Fonduna gedib
orada yüksək qonaqları gözləməyimi və onların orada oldu-
ğu müddətdə ölkə prezidentimizin yanında olmağımı xahiş et-
dilər. Fondda şifahi söhbətlərin ingilis dilində aparılacağına
baxmayaraq, orada iştirak edəcək Əfqanıstan və İran prezi-
dentlərinin hər ehtimala qarşı farsca da danışa biləcəkləri
və ya sual verəcəkləri nəzərə alınmışdı. Məni xüsusi maşınla
oraya arardılar. Bir neçə dəqiqədən sonra böyük bir jurna-
listlər və mühafizə dəstəsinin müşayiəti ilə xarici ölkə başçı-
ları və Azərbaycan prezidenti İlhamƏliyev cənabları oraya
gəldilər. Hamısı çox şən və gümrah görünürdü. Onları yuxarı
mərtəbəyə qalxmaq üçün liftə dəvət etdilər. Yeddi nəfərlik bir
qrupla mən də liftə minməli oldum. Ölkəmizin rəhbərindən
əlavə o liftdə Türkiyə Respublikasının baş naziri Rəcəb Təy-
yub Ərdoğan, İİR-nin prezidenti Əhmədi Nejad, Əfqanıstan
prezidenti Əhməd Kərzay, Pakistanın baş naziri və iki Orta
Asiya respublikasının rəhbərləri də var idi. Öz aralarında çox
səmimi münasibət nümayiş etdirən bu şəxslər ingiliscə kiçik
frazalarla danışır, mənə tərəf baxmırdılar. Mən isə onlara
tərəf baxır və farsca səslənəcək hər hansı bir sözü eşitmək
və tərcümə etməklə tərcüməçi kimi vəzifəmi yerinə yetirmək
istəyirdim. Lakin bu yüksək şəxslərin incə zarafatları da ha-
35
Şərqşünas-əlyazmaşünas Əkrəm Bağırov
mısının başa düşdüyü ingilis dilində idi. Liftlə qalxdığımız o
bir neçə saniyə mənim üçün həmən zirvə görüşünün ən zirvəsi
idi – mən yeddi ölkə başçısı ilə bir liftdə yuxarı qalxırdım. Bu,
hər tərcüməçiyə nəsib olmayan nadir bir hal idi. Mən o halı
yaşadım və heç vaxt yaddan çıxarmayacağam”.
Ə.Bağırovun sinxron tərcüməçiliyinin bu zirvə halların-
dan fərqli olan, elmi-ədəbi fəaliyyətində tərcümə yaradıcılığı
xüsusi yer tutur.
“Məşhur dilçilərdən Reformatskiyə görə, tərcümə işi
eyni vaxtda dilçiliyin, dil haqqında təlimlərin ayrı-ayrı, fərqli
yönlərindən bəhrələndiyi üçün onun özü haqqında məxsusi
elmi sistem hazırlanması mümkün deyil.
Müəyyən nəzəriyyələrdən, bəlli qaydalardan, fərqli me-
todlardan, çeşidli üsullardan illər boyu danışılıb-yazıldığı
halda, Reformatskinin dediyi kimi, yenə də tərcümə işinin
rəsmən elm adlandırılmaması bəlkə də hansısa ali iradənin
təzahürü,ilahi bir ədalətin təntənəsidir.
Çünki hər nə qədər elmi metodlar hazırlanıb, nəzəri mo-
dellər – denotativ, transformativ, semantik – müəy yənləş-
dirilsə də, çevirmə prosesinə kimsə morfoloji, sintaktik, sti-
listik, semantik əməliyyatlar üzrə, bir başqası isə, formal
əlamətlərə görə, yəni yerdəyişmə, əlavəetmə, əvəzləmə kimi
təsnifat versə də, adekvatlıq, ekvivalentlik zərurəti şüara çev-
rilsə də, iş prosesində – «meydana girəndə» bunlar hamısı
«aradan çıxır».
Fitri imkanlar, məqsədyönlü zəhmət, lüğətlər, bir də təc-
rübəyə bağlı peşəkarlıq qalır tərcüməçiyə! Tərcümə-fitri ilə
təcrübinin övladıdır, bu ikisi - arada qartımış nəzəriyyələr
olmadan da - birləşə bilər. Ancaq fitri keyfiyyətlər öz ilkinliyi
ilə bu işin əsası, mayası olduğundan, tərcüməyə onlarsız gi-
rişməyin sonu sonsuzluq, qısırlıq olar. Fitri imkanlarsız, kə-
36
Hafiz Rüstəm
ko-pəltək dillə, yalın-yumşaq əllə tərcüməçilik həvəsi, məhsul
dalınca birbaşa təcrübə sahəsinə cummaq meyli - eynilə «hər
dərədə bir at öldürməklə baytar olmaq» sevdası kimi - qa-
ravəlli bir niyyətdən xəbər verir (Seyfəddin Hüseynli “Rüs-
vayçı tərcümələr haqqında”).
Yuxarıdakı sitatdan göründüyü kimi nə qədər analiz olun-
sa da, ədəbi-bədii tərcümə fitri ilə təcrübinin sintezidir.
Ə.Bağırov R.Təbrizidən başladığı və uğurla yerinə ye-
tirdiyi filoloji tərcümələrini, yəni sətri tərcümə işlərini digər
ədəbiyyat qaynaqlarında – təzkirələrdə də davam etdirmiş-
dir. Məsələn, yuxarıda bəhs etdiyim təzkirələrdə əsərlərindən
nümunələr verilmiş müəlliflərin şəxsi həyat və fəaliyyətləri
haqqında farsca məlumatları, yaxud bəzən də fars dilindən
poetik nümunələri, izahları və s. doğma dilimizə tərcümə et-
mişdir. Bu tip əsərlərdə Ə.Bağırov bədii tərcüməçidən çox
əsasən filoloji tərcüməçi kimi özünü ifadə etmişdir. O, əla-
hiddə olaraq bir bədii (Ziyaəddin Nəxşəbi “Tutinamə”.
B.:”Azərbaycan” nəşriyyatı, 1991), bir publisistik əsərin
(Adilxan Ziyadxanov “Qələmin uçuşu” – “Azərbaycan”.
B.”Azərbaycan” nəşriyyatı, 1993) şəriksiz tərcüməçisidir.
Xatırladım ki, Ə.Bağırov yazılı Şərq abidəsi olan Z.Nəxşə-
binin “Tutinamə”sinin orta əsrlər üçün səciyyəvi - həm səc-
lə - qafiyəli nəsrlə yazılan əsas mətninin, həm də qitələr və
beytlərdən ibarət nəzm parçalarının bədii tərcümələrini hər
halda normal bir səviyyədə yerinə yetirmişdir. O, hətta imkan
düşdükcə səc formasını doğma dilimizdə də saxlamağa ça-
lışmışdır. Hindistanda yazıldığından bu kitaba istər-istəməz,
yerli dillərdə işlənən söz və ifadələr də daxil edilmişdir. Xoş-
bəxtlikdən bu əsərin əlyazmasını köçürən katib həmin xarici
söz və ifadələrin mənasını da sətirüstü qeydlərində vermiş və
Ə.Bağırovu əlavə axtarış əziyyətlərindən sığortalamışdır. Bu
Dostları ilə paylaş: |