18
M. Ə. Rəsulzadə və digər azərbaycanlı mühacirlər marĢal
Pilsudskinin bolĢevizmə qarĢı mübarizə planını öz ölkələrinin bu rejimdən azad
edilməsi üçün dəstəkləmiĢlər;
"Prometey" təĢkilatının PolĢada yaradılması və Qafqaz Konfederasiya
Aktının imzalanması həm də azərbaycanlı mühacirlərin fəallığının göstəricisidir;
M. Ə. Rəsulzadənin PolĢada nəĢr edilən kitablarının ilk dəfə olaraq
araĢdırılması çox əhəmiyyətlidir;
M. Ə. Rəsulzadənin və digər mühacirlərin PolĢa haqqındakı
məqalələrinin öyrənilməsinin böyük tarixi əhəmiyyəti vardır;
Azərbaycanlı hərbçilərin - əsgər və zabitlərin PolĢa ordusunda ciddi
təlim keçmələri qarĢılıqlı hərbi əlaqələrin öyrənilməsi baxımından faydalıdır;
M. Ə. Rəsulzadənin "Prometey" klubunun keçirdiyi tədbirlərdəki
çıxıĢları aktuallığını bu gün də saxlamıĢdır;
Azərbaycan mühacirət mətbuatının PolĢa dövrünün
öyrənilməsinə böyük ehtiyac vardır;
M. Ə. Rəsulzadə və digər mühacirlər çətin Ģəraitdə yaĢamalarına
baxmayaraq, Azərbaycanın müstəqilliyi uğrundakı mübarizələrini dayandırmadan
yürütmüĢlər;
Tədqiqatın əsas vəzifələrindən biri də azərbaycanlı mühacirlərin ayrı-
ayrı ölkələrdəki fəaliyyətini araĢdırmaq, Azərbaycan diasporunu formalaĢdırmaq
cəhdlərini öyrənməkdir.
Tədqiq edilən mövzunun ayrı-ayrı istiqamətləri haqqında müxtəlif əsərlər
nəĢr edilmiĢdir. Bununla əlaqədar istər Azərbaycanda, istərsə də PolĢada hər
iki xalqın mədəni-ədəbi əlaqələri ilə bağlı kitablar oxucu kütləsinə
çatdırılmıĢdır. Lakin birbaĢa mövzu ilə bağlı elmi obyektivliyə və geniĢ tədqiqə
əsaslanan tədqiqatlar ortalığa qoyulmamıĢdır. Xüsusən M. Ə. Rəsulzadənin və
digər mühacirlərimizin milli istiqlal mübarizəsi uğrundakı fəaliyyətlərinin
PolĢa dövrü sistemli Ģəkildə öyrənilməmiĢdir.
Problemin mənbə bazasının araĢdırılmasında mövcud mənbələri
aĢağıdakı qruplara bölmək olar: 1) Azərbaycan-PolĢa əlaqələri və ümumilikdə
mövzu ilə bağlı Azərbaycanda nəĢr edilən kitablar; 2) Azərbaycan-PolĢa əlaqələri
ilə bağlı PolĢada nəĢr edilən kitablar; 3) Türkiyədə nəĢr edilən kitablarda
mövzu ilə bağlı problemin qoyuluĢu; 4) Rusiyada nəĢr edilən kitablarda araĢdırılan
mövzu ilə yaxınlıq; 5) M. Ə. Rəsulzadənin və digər mühacirlərin mühacirətdə çap
olunmuĢ kitab və məqalələri; 6) Azərbaycan və digər Qafqaz xalqlarının mühacirət
mətbuatında, eləcə də "Prometey", "Roçnik Tatarstvo"-da nəĢr edilən məqalələr;
7) Azərbaycan Respublikasının Dövlət Arxivindəki sənədlər; 8) PolĢa Respubli-
19
kasında "Yeni Aktlar Arxivi"ndə və "Hərbi Qüvvələr Arxivi"ndəki
sənədlər; 9) Türkiyə Respublikası "Cümhuriyyət Arxivi"ndəki sənədlər;
Azərbaycanda nəşr edilən kitablar
Azərbaycan-PolĢa əlaqələrinin əsaslı tədqiqatına 1930-cu illərdən
baĢlanıldı. Təbii ki, bu əlaqələr siyasi münasibətlərə toxuna bilməzdi və mövcud
sovet rejimi bu araĢdırmaların nəĢrinə imkan verməzdi. Bu, əsasən ədəbi əlaqələrin
formalaĢmasına aid olan tədqiqatlar idi.
TanınmıĢ azərbaycanlı alim Mikayıl Rəfili ilkin olaraq aĢağıdakı
əsərlərində Azərbaycan-PolĢa ədəbi əlaqələrini açıqlayırdı: 1) «Türk qərbçiləri»
(206); 2) "Ġlk Azərbaycan maarifçisi Bakıxanov" (Rus-Azərbaycan ədəbi əlaqələri
tarixindən; (204); 3) "Ġlk Azərbaycan maarifçisi Bakıxanov" (205); 4) «Мирза
Фатали Ахундов»(207).
1975-ci ildə isə tədqiqatçı-alim M. Sadıxovun "XIX əsrdə Azərbaycan-
Rusiya-PolĢa ədəbi əlaqələrinə aid oçerklər" kitabı AzərnəĢrdə çap edildi (213). Bu
tədqiqat iĢində müəllif mövcud əlaqələr sisteminin yalnız XIX əsrin I dövrünə
toxunur.
Azərbaycan-PolĢa ədəbi əlaqələrinin öyrənilməsində ən böyük xidmət
göstərən, dəyərli tədqiqatlar muəllifi Gülər Abdullabəyovadır. Məhz onun
tədqiqatlarında bu əlaqələr bir sistem Ģəklində araĢdırılmıĢdır: 1) "Azərbaycan-
PolĢa ədəbi əlaqələri - 1920-1980" (184); 2) "Dostların dəqiqləĢdirilməsi"
(Azərbaycan-PolĢa ədəbi əlaqələri. 1945-1985); (185); 3) "XIX əsrdə PolĢa
ədəbiyyatında Azərbaycan mövzuları və inspirasiyaları" (186); 4) PolĢa yazıçısının
"GülĢad" povesti (187); 5) Xaqani ġirvani PolĢa resenziyaları və tərcümələrində
(188); 6) PolĢa ədəbiyyatı qədim Azərbaycan mətbuatında (189).
1990-cı ildə isə tədqiqatçı E. Teer "Nizami Gəncəvi PolĢa tədqiqatlarında
və tərcümələrdə" mövzusunda namizədlik dissertasiyasını müdafiə etdi (214).
1985-ci ildə tanınmıĢ PolĢa Ģairi Adam Mitskeviçin "Krım sonetləri"ni
xalq Ģairi Sabir Rüstəmxanlı dilimizə tərcümə edib ayrıca kitab Ģəklində çap etdirdi
(35).
1989-cu ilin fevralın 7-də Bakıda A. Mitskeviçin anadan olmasının 190
illiyinə həsr edilmiĢ elmi konfrans keçirildi. Konfransda Azərbaycan-PolĢa
əlaqələri barədə maraqlı məruzələr dinlənildi (194); (44).
AraĢdırılan mövzu ilə bağlı aĢağıdakı Azərbaycan tədqiqatçılarının
əsərlərində maraqlı məqamlar vardır: ġ. Hüseynov (20); N. Nəsibli (36); N.
Yaqublu (47,48,49,50); A.Balayev (195); M. Əliyev (18); C. Həsənli (21); X.
Ġbrahimli (22); V. Sultanlı (45); B. Nəcəfov (37); X. Məmmədov (33); M. Oruclu
20
(38); A. Tahirli (46); V. Arzumanlı (11,12, 13,14,15,16); V. Quliyev (24,25,
26,27,28, 29,30).
Mövzunun tədqiqində müraciət olunan daha ciddi mənbələrdən biri də
1920-ci ildə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəĢr edilmiĢ "Azərbaycan
Respublikasının təqvim məlumatı" kitabıdır (190).
Ensiklopedik informasiya verən və Cümhuriyyətin bütün sahələrdəki iĢini
əhatə edən bu əsərdə M. Ə. Rəsulzadənin də fəaliyyətinə aid geniĢ məlumatlar
vardır.
Türkiyədə yaĢamıĢ tanınmıĢ mühacirlərdən M. Kəngərlinin, Ə. Qaracanın
da mövzu ilə bağlı dəyərli əsərləri vardır.
Qeyd edək ki, tədqiqatçı alim X. Ġbrahimlinin 1996-cı ildə nəĢr edilən
"Azərbaycan siyasi mühacirəti" kitabı mövzunun dərindən öyrənilməsində ciddi
mənbədir (22).
Professor M. Qasımovun 1998-ci ildə nəĢr edilən "Xarici dövlətlər və
Azərbaycan" kitabında isə 1920-ci ilin Aprel iĢğalından sonra SSRĠ yaradılanadək
olan dövrdə Azərbaycanın daxili, eləcə də beynəlxalq vəziyyətinin ümumi
mənzərəsi verilmiĢdir (23).
Mövzu araĢdırılarkən 1998-ci ildə nəĢr edilmiĢ "Azərbaycan Xalq
Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafık hesabatlar) kitabından da
istifadə edilmiĢdir (17).
2000-ci ildə A. PaĢayevin çap edilən "AçılmamıĢ səhifələr" kitabında da
dəyərli faktlar vardır (39).
2005-ci ildə R. Məmmədov, M. Həsənov və R. Əzizovanın birlikdə nəĢr
etdirdikləri "Azərbaycan nefti və polĢalı mühəndis Pavel Pototski" kitabı
polyakların Azərbaycandakı fəaliyyətlərinin öyrənilməsinə əsaslı köməkdir (34).
Polşada nəşr edilən kitablar
Tədqiqat iĢinin yazılmasında istifadə edilən mənbələrdən biri Qdansk
Universitetinin professoru Andjey Xodubskinin 1986-cı ildə Qdanskda nəĢr edilən
"Polyakların Azərbaycanda XIX əsrdə və XX əsrin əvvəllərində mədəni fəallıqları"
kitabıdır (71). 4 bölmədən, 357 səhifədən ibarət olan bu kitabda maraqlı tarixi
faktlar açıqlanmıĢdır. Kitabın birinci fəslində müəllif Azərbaycan ictimai-siyasi
mühitinin baĢlıca xususiyyətlərini araĢdırır. Ġkinci fəsildə isə polĢalıların
Azərbaycanda məskunlaĢmasına toxunulur və aĢağıdakı səbəblər açıqlanır: 1)
Ticarət əlaqələri. 2) Diplomatik əlaqələr. 3) Siyasi sürgünlər və s.
Dostları ilə paylaş: |