ƏlaqəLƏRİNDƏ M. Ə. RƏSulzadəNİn rolu



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə5/55
tarix20.08.2018
ölçüsü3,3 Mb.
#63691
1   2   3   4   5   6   7   8   9   ...   55

18 
 
 
M.  Ə.  Rəsulzadə  və  digər  azərbaycanlı  mühacirlər  marĢal 
Pilsudskinin  bolĢevizmə  qarĢı  mübarizə  planını  öz  ölkələrinin  bu  rejimdən  azad 
edilməsi üçün dəstəkləmiĢlər; 
 
"Prometey" təĢkilatının PolĢada yaradılması və Qafqaz Konfederasiya 
Aktının imzalanması həm də azərbaycanlı mühacirlərin fəallığının göstəricisidir; 
 
M.  Ə.  Rəsulzadənin  PolĢada  nəĢr  edilən  kitablarının  ilk  dəfə  olaraq 
araĢdırılması çox əhəmiyyətlidir; 
 
M.  Ə.  Rəsulzadənin  və  digər  mühacirlərin  PolĢa  haqqındakı 
məqalələrinin öyrənilməsinin böyük tarixi əhəmiyyəti vardır; 
 
Azərbaycanlı  hərbçilərin  -  əsgər  və  zabitlərin  PolĢa  ordusunda  ciddi 
təlim keçmələri qarĢılıqlı hərbi əlaqələrin öyrənilməsi baxımından faydalıdır; 
 
M.  Ə.  Rəsulzadənin  "Prometey"  klubunun  keçirdiyi  tədbirlərdəki 
çıxıĢları aktuallığını bu gün də saxlamıĢdır; 
 
Azərbaycan        mühacirət      mətbuatının        PolĢa        dövrünün 
öyrənilməsinə böyük ehtiyac vardır; 
 
M.  Ə.  Rəsulzadə  və  digər  mühacirlər  çətin  Ģəraitdə  yaĢamalarına 
baxmayaraq,  Azərbaycanın  müstəqilliyi  uğrundakı  mübarizələrini  dayandırmadan 
yürütmüĢlər; 
 
Tədqiqatın əsas vəzifələrindən biri də azərbaycanlı mühacirlərin ayrı-
ayrı  ölkələrdəki  fəaliyyətini  araĢdırmaq,  Azərbaycan  diasporunu  formalaĢdırmaq 
cəhdlərini öyrənməkdir. 
Tədqiq edilən  mövzunun ayrı-ayrı istiqamətləri haqqında  müxtəlif əsərlər   
nəĢr   edilmiĢdir.   Bununla   əlaqədar   istər Azərbaycanda, istərsə də PolĢada hər 
iki  xalqın  mədəni-ədəbi  əlaqələri    ilə    bağlı    kitablar  oxucu    kütləsinə  
çatdırılmıĢdır.  Lakin  birbaĢa  mövzu  ilə  bağlı  elmi  obyektivliyə  və  geniĢ  tədqiqə 
əsaslanan tədqiqatlar ortalığa qoyulmamıĢdır. Xüsusən  M.  Ə.   Rəsulzadənin  və  
digər  mühacirlərimizin    milli  istiqlal      mübarizəsi      uğrundakı      fəaliyyətlərinin   
PolĢa   dövrü sistemli Ģəkildə öyrənilməmiĢdir.  
 
 
 
 
Problemin      mənbə      bazasının      araĢdırılmasında      mövcud  mənbələri 
aĢağıdakı  qruplara  bölmək  olar:    1)  Azərbaycan-PolĢa  əlaqələri  və  ümumilikdə 
mövzu ilə bağlı Azərbaycanda nəĢr edilən kitablar; 2) Azərbaycan-PolĢa əlaqələri 
ilə bağlı PolĢada   nəĢr   edilən   kitablar;   3)   Türkiyədə   nəĢr   edilən kitablarda 
mövzu ilə bağlı problemin qoyuluĢu; 4) Rusiyada nəĢr edilən kitablarda araĢdırılan 
mövzu ilə yaxınlıq; 5) M. Ə. Rəsulzadənin və digər mühacirlərin mühacirətdə çap 
olunmuĢ kitab və məqalələri; 6) Azərbaycan və digər Qafqaz xalqlarının mühacirət 
mətbuatında, eləcə də "Prometey", "Roçnik Tatarstvo"-da  nəĢr edilən   məqalələr;   
7)   Azərbaycan  Respublikasının  Dövlət  Arxivindəki sənədlər; 8)  PolĢa  Respubli-


19 
 
kasında      "Yeni      Aktlar      Arxivi"ndə      və      "Hərbi      Qüvvələr  Arxivi"ndəki 
sənədlər; 9) Türkiyə Respublikası "Cümhuriyyət Arxivi"ndəki sənədlər; 
 
 Azərbaycanda nəşr edilən kitablar     
 
Azərbaycan-PolĢa  əlaqələrinin  əsaslı  tədqiqatına  1930-cu  illərdən 
baĢlanıldı.  Təbii  ki,  bu  əlaqələr  siyasi  münasibətlərə  toxuna  bilməzdi  və  mövcud 
sovet rejimi bu araĢdırmaların nəĢrinə imkan verməzdi. Bu, əsasən ədəbi əlaqələrin 
formalaĢmasına aid olan tədqiqatlar idi. 
TanınmıĢ  azərbaycanlı  alim  Mikayıl  Rəfili  ilkin  olaraq  aĢağıdakı 
əsərlərində  Azərbaycan-PolĢa  ədəbi  əlaqələrini  açıqlayırdı:  1)  «Türk  qərbçiləri» 
(206); 2) "Ġlk Azərbaycan maarifçisi Bakıxanov" (Rus-Azərbaycan ədəbi əlaqələri 
tarixindən;  (204);  3)  "Ġlk  Azərbaycan  maarifçisi  Bakıxanov"  (205);  4)  «Мирза 
Фатали  Ахундов»(207). 
1975-ci  ildə  isə  tədqiqatçı-alim  M.  Sadıxovun  "XIX  əsrdə  Azərbaycan-
Rusiya-PolĢa ədəbi əlaqələrinə aid oçerklər" kitabı AzərnəĢrdə çap edildi (213). Bu 
tədqiqat  iĢində  müəllif  mövcud  əlaqələr  sisteminin  yalnız  XIX  əsrin  I  dövrünə 
toxunur. 
Azərbaycan-PolĢa  ədəbi  əlaqələrinin  öyrənilməsində  ən  böyük  xidmət 
göstərən,  dəyərli  tədqiqatlar  muəllifi  Gülər  Abdullabəyovadır.  Məhz  onun 
tədqiqatlarında  bu  əlaqələr  bir  sistem  Ģəklində  araĢdırılmıĢdır:  1)  "Azərbaycan-
PolĢa  ədəbi  əlaqələri  -  1920-1980"  (184);  2)  "Dostların  dəqiqləĢdirilməsi" 
(Azərbaycan-PolĢa  ədəbi  əlaqələri.  1945-1985);  (185);  3)  "XIX  əsrdə  PolĢa 
ədəbiyyatında Azərbaycan mövzuları və inspirasiyaları" (186); 4) PolĢa yazıçısının 
"GülĢad"  povesti  (187);  5)  Xaqani  ġirvani  PolĢa  resenziyaları  və  tərcümələrində 
(188); 6) PolĢa ədəbiyyatı qədim Azərbaycan mətbuatında (189). 
1990-cı ildə isə tədqiqatçı E. Teer "Nizami Gəncəvi PolĢa tədqiqatlarında 
və tərcümələrdə" mövzusunda namizədlik dissertasiyasını müdafiə etdi (214). 
1985-ci  ildə  tanınmıĢ  PolĢa  Ģairi  Adam  Mitskeviçin  "Krım  sonetləri"ni 
xalq Ģairi Sabir Rüstəmxanlı dilimizə tərcümə edib ayrıca kitab Ģəklində çap etdirdi 
(35). 
1989-cu  ilin  fevralın  7-də  Bakıda  A.  Mitskeviçin  anadan  olmasının  190 
illiyinə  həsr  edilmiĢ  elmi  konfrans  keçirildi.  Konfransda  Azərbaycan-PolĢa 
əlaqələri barədə maraqlı məruzələr dinlənildi (194); (44). 
AraĢdırılan  mövzu  ilə  bağlı  aĢağıdakı  Azərbaycan  tədqiqatçılarının 
əsərlərində  maraqlı  məqamlar  vardır:  ġ.  Hüseynov  (20);  N.  Nəsibli  (36);  N. 
Yaqublu  (47,48,49,50);  A.Balayev  (195);  M.  Əliyev  (18);  C.  Həsənli  (21);  X. 
Ġbrahimli (22); V. Sultanlı (45); B. Nəcəfov (37); X. Məmmədov (33); M. Oruclu 


20 
 
(38);  A.  Tahirli  (46);  V.  Arzumanlı  (11,12,  13,14,15,16);  V.  Quliyev  (24,25, 
26,27,28, 29,30). 
Mövzunun  tədqiqində  müraciət  olunan  daha  ciddi  mənbələrdən  biri  də 
1920-ci  ildə,  Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə  nəĢr  edilmiĢ  "Azərbaycan 
Respublikasının təqvim məlumatı" kitabıdır (190). 
Ensiklopedik informasiya verən və Cümhuriyyətin bütün sahələrdəki iĢini 
əhatə  edən  bu  əsərdə  M.  Ə.  Rəsulzadənin  də  fəaliyyətinə  aid  geniĢ  məlumatlar 
vardır. 
Türkiyədə yaĢamıĢ tanınmıĢ mühacirlərdən M. Kəngərlinin, Ə. Qaracanın 
da mövzu ilə bağlı dəyərli əsərləri vardır. 
Qeyd  edək  ki,  tədqiqatçı  alim  X.  Ġbrahimlinin  1996-cı  ildə  nəĢr  edilən 
"Azərbaycan  siyasi  mühacirəti"  kitabı  mövzunun  dərindən  öyrənilməsində  ciddi 
mənbədir (22). 
Professor  M.  Qasımovun  1998-ci  ildə  nəĢr  edilən  "Xarici  dövlətlər  və 
Azərbaycan" kitabında isə 1920-ci ilin Aprel iĢğalından sonra SSRĠ yaradılanadək 
olan  dövrdə  Azərbaycanın  daxili,  eləcə  də  beynəlxalq  vəziyyətinin  ümumi 
mənzərəsi verilmiĢdir (23). 
Mövzu  araĢdırılarkən  1998-ci  ildə  nəĢr  edilmiĢ  "Azərbaycan  Xalq 
Cümhuriyyəti  (1918-1920).  Parlament  (stenoqrafık  hesabatlar)  kitabından  da 
istifadə edilmiĢdir (17). 
2000-ci  ildə  A.  PaĢayevin  çap  edilən  "AçılmamıĢ  səhifələr"  kitabında  da 
dəyərli faktlar vardır (39). 
2005-ci  ildə  R.  Məmmədov,  M.  Həsənov  və  R.  Əzizovanın  birlikdə  nəĢr 
etdirdikləri  "Azərbaycan  nefti  və  polĢalı  mühəndis  Pavel  Pototski"  kitabı 
polyakların Azərbaycandakı fəaliyyətlərinin öyrənilməsinə əsaslı köməkdir (34). 
 
 
Polşada nəşr edilən kitablar    
  
 Tədqiqat  iĢinin  yazılmasında istifadə edilən mənbələrdən   biri    Qdansk  
Universitetinin professoru Andjey Xodubskinin 1986-cı ildə Qdanskda nəĢr edilən 
"Polyakların Azərbaycanda XIX əsrdə və XX əsrin əvvəllərində mədəni fəallıqları" 
kitabıdır  (71).  4  bölmədən,  357  səhifədən  ibarət  olan  bu  kitabda  maraqlı  tarixi 
faktlar  açıqlanmıĢdır.  Kitabın  birinci  fəslində  müəllif  Azərbaycan  ictimai-siyasi 
mühitinin  baĢlıca  xususiyyətlərini  araĢdırır.  Ġkinci  fəsildə  isə  polĢalıların 
Azərbaycanda  məskunlaĢmasına  toxunulur  və  aĢağıdakı  səbəblər  açıqlanır:  1) 
Ticarət əlaqələri. 2) Diplomatik əlaqələr. 3) Siyasi sürgünlər və s. 


Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə