101
Yekaterina Qonçarovaya izdivac təklif etməyim isə öz
qələbəmizi təmin etmək və dueldən yaxa qurtarmaq üçün
yalnız bir oyundur.
N.N.Puşkina: Cənab Dantes, ürək və qəlb büllur kimi
bir şeydir. Onlar sınanda birləşdirməyi çətin, ləkə düşəndə
isə təmizlənməsi qeyri-mümkündür. Artıq sizə mənim ürə-
yimdə yer yoxdur. Orada yavaş-yavaş bünövrəsini qoy-
mağa çalışdığınız xaniman siz Yekaterinaya izdivac təklif
edəndən sonra tamamilə dağılmışdır. Siz bu izdivacı təklif
etməklə nəinki mənə olan məhəbbətinizin düzgünlüyünü,
səmimiliyini şübhə altına aldınız, o cümlədən eşq elan etdi-
yiniz bir qadını – məni, şəxsən təhqir etdiniz, heysiyyətimi
tapdaladınız, qadınlıq qürurumu, mənliyimi alçaltdınız.
Bütün bunlar kənardan baxanlar üçün belə deyildir, düzünə
qalsa heç belə də olmamalıdır, lakin bu mənə bir qadın kimi
təsir etməyə bilməzdi. Mən bütün bunların müqabilində bir
şeydə özümü xoşbəxt sayıram ki, nə yaxşı öz məhəbbətimi
sənə qurban verməmişəm. Bax o zaman mən cəmiyyət və
kütlə qarşısında alçaldılmış, təhqir edilmiş olardım. Bu isə
mənə ölümdən də betər bir hal olardı. Öz etdiyi hərəkətlərin
yanlış olduğunu başa düşən, kütlə qarşısında isə bu yan-
lış hərəkətləri üçün amansızcasına aldadılan, alçaldılan və
təhqir edilən bir şəxsin həyatda yaşamasından ölməsi daha
yaxşıdır. Bax o zaman mən də belə bir vəziyyətdə olardım.
İndi isə özüm-özümü ona görə danlamalıyam ki, nəyə görə
sizin elan etdiyiniz bu məhəbbətin qarşısında tərəddüd edir,
nə
üçün birdəfəlik yox, demirdim?
Natali (öz-özünə): Bir gör mən nə böyük səhvə yol
vermişəm. Aman Allah... İllərdən bəri qazandığım, inamı,
səmimiyyəti, sədaqəti, qəlbimdə yaşatdığım məhəbbəti,
analıq qürurumu, övlad qayğısını hamısını bircə anda yalan
bir vəd ilə itirəcəyəmmiş. Mükafatım isə cəmiyyət qarşı-
103
Mən sizin əbədi qulunuz olaram, mən sizə sədaqətli bir ər
olaram, Natali. Sizin daşqəlbliliyiniz məni dəhşətə gətirir.
Mənim həyatım, yaşamağım sizdən asılı olduğu bir halda
siz heç gözünüzün ucu ilə də olsun mənə baxmırsınız. La-
kin elə zənn etməyin ki, mən bununla səndən əlimi üzürəm.
Sizin bu etinasızlığınız mənim sizə qarşı olan məhəbbətimi
daha da şiddətləndirir. Özün bir düşün, həyatım qədər sev-
diyin bir kəsin dilindən məndən üz döndərəcəyini eşitmək
gör nə qədər dözülməz və əzablıdır. Mənə rəhm edin, sevin
məni, Natali, sevin...
N.N.Puşkina: Cənab Dantes eşidin, mənim ərim və
uşaqlarım vardır. Mən onlara əbədi olaraq sadiq qalacağam.
Sizə gəldikdə isə özünüzü əbəs yerə süni bir rol aparmağa
məcbur etməyin. Bütün bunların sizə heç bir faydası olma-
yacaqdır. Qalxın,
daha bəsdir, yetər.
Dantes (öz-özünə): Aman Allah... Deyəsən, mənim
bü tün arzu və istəklərim puç olub ürəyimdə qalacaqdır.
Demək, doğurdan da axırda deyəsən gülünc vəziyyətə qa-
lacam. Natali məndən uzaqlaşır, Yekaterina Qonçarova ilə
isə evlənmək məcburiyyətindəyəm. Sən taleyin amansız
oyunlarına bir bax. İndi mən nə edim? Natalidən birdəfəlik
əlimi üzümmü, yoxsa öz bəxtimi bir də sınaqdan keçirim.
Yox... Mən ondan qəti fikrini soruşacağam, onu xaricə
getməklə şirnikləndirəcəyəm. Mən bu asanlıqla əyləncə və
zövq mənbəyinə çevrilə bilən qadından əl çəkmərəm. Qoy
o məni alçaq və həyasız adlandırsın, lakin mən onun qəti
fikrini öyrənməliyəm (Sonra üzünü Nataliyə tutub). Xanım
Natali, indi ki, siz mənim məhəbbətimin səmimiliyinə
Yekaterina Qonçarovaya izdivac təklif etdiyimə görə inan-
mırsınız, bax elə bu saat mənimlə birləşməyinə razılıq ver,
səni də götürüm gedək xaricə. Hə... razısanmı, xanım Nata-