Əlisalam Bağırov rusiya əDƏBİyyatinin əBƏDİ GÜNƏŞİ – A. S. PuşKİN



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə28/36
tarix15.08.2018
ölçüsü0,6 Mb.
#62840
1   ...   24   25   26   27   28   29   30   31   ...   36

101
Yekaterina  Qonçarovaya  izdivac  təklif  etməyim  isə  öz 
qələbəmizi təmin etmək və dueldən yaxa qurtarmaq üçün 
yalnız bir oyundur. 
N.N.Puşkina: Cənab Dantes, ürək və qəlb büllur kimi 
bir şeydir. Onlar sınanda birləşdirməyi çətin, ləkə düşəndə 
isə təmizlənməsi qeyri-mümkündür. Artıq sizə mənim ürə-
yimdə  yer  yoxdur.  Orada  yavaş-yavaş  bünövrəsini  qoy-
mağa çalışdığınız xaniman siz Yekaterinaya izdivac təklif 
edəndən sonra tamamilə dağılmışdır. Siz bu izdivacı təklif 
etməklə  nəinki  mənə  olan  məhəbbətinizin  düzgünlüyünü, 
səmimiliyini şübhə altına aldınız, o cümlədən eşq elan etdi-
yiniz bir qadını – məni, şəxsən təhqir etdiniz, heysiyyətimi 
tapdaladınız,  qadınlıq  qürurumu,  mənliyimi  alçaltdınız. 
Bütün bunlar kənardan baxanlar üçün belə deyildir, düzünə 
qalsa heç belə də olmamalıdır, lakin bu mənə bir qadın kimi 
təsir etməyə bilməzdi. Mən bütün bunların müqabilində bir 
şeydə özümü xoşbəxt sayıram ki, nə yaxşı öz məhəbbətimi 
sənə qurban verməmişəm. Bax o zaman mən cəmiyyət və 
kütlə qarşısında alçaldılmış, təhqir edilmiş olardım. Bu isə 
mənə ölümdən də betər bir hal olardı. Öz etdiyi hərəkətlərin 
yanlış  olduğunu  başa  düşən,  kütlə  qarşısında  isə  bu  yan-
lış hərəkətləri üçün amansızcasına aldadılan, alçaldılan və 
təhqir edilən bir şəxsin həyatda yaşamasından ölməsi daha 
yaxşıdır. Bax o zaman mən də belə bir vəziyyətdə olardım. 
İndi isə özüm-özümü ona görə danlamalıyam ki, nəyə görə 
sizin elan etdiyiniz bu məhəbbətin qarşısında tərəddüd edir, 
üçün birdəfəlik yox, demirdim? 
Natali  (öz-özünə):  Bir  gör  mən  nə  böyük  səhvə  yol 
vermişəm. Aman Allah... İllərdən bəri qazandığım, inamı, 
səmimiyyəti,  sədaqəti,  qəlbimdə  yaşatdığım  məhəbbəti, 
analıq qürurumu, övlad qayğısını hamısını bircə anda yalan 
bir vəd ilə itirəcəyəmmiş. Mükafatım isə cəmiyyət qarşı-


102
sında  təhqir  edilməyim  və  alçalmağım  olacaqmış. Alçaq-
lığın dərəcəsinə bir bax, rəzil bir əclaf öz müvəqqəti zövq 
və əyləncələri üçün bütöv bir ailənin dağılmasına göz yu-
murmuş. Hələ mən onun qoca iblis atasının yağlı vədlərini, 
ikiüzlü söhbətlərini demirəm (Xaç çəkir). İsa məni hifz et! 
Nə yaxşı ki, bütün bunları bir qədər qabaq anlaya bildim. 
Yoxsa mənlik və şəxsiyyətimlə birlikdə, bütün həyatım da 
məhv olardı. Bax, o zaman mən elə acınacaqlı bir vəziy-
yətə  düşərdim  ki,  çirkab  içərisində  çapalayan  yoxsul  bir 
dilənçinin özümdən xoşbəxt saydığım həyatına qibtə edər-
dim. Özü öz əli ilə səadətinə ləkə gətirən, onu ayaqlar al-
tına atan bir insan üçün bundan da böyük xoşbəxtlik arzu-
lamaq  nanəciblik,  alçaqlıq  olardı.  Çox  şükür  sənə, Allah, 
nə yaxşı ki, məni belə bir vəziyyətə düşməkdən qorudun. 
Bu gündən artıq mən öz qəbahətimi başa düşdüm və necə 
böyük  bir  səhvə  yol  verdiyimi  anladım. Anladım  ki,  bü-
tün bu tərəddüd keçirdiyim anlarda mən öz həyatımı puç 
edirəmmiş. Anladım  ki,  qadın  üçün  namuslu  həyatın  an-
caq  bir  yolu  vardır  o  da  öz  təmizliyini  və  saflığını  qoru-
maqdan ibarətdir. Anladım ki, həyatda əsil bir insan kimi 
yaşamaq, heç də asan deyilmiş... Anladım ki, ...mən Puşkini 
sevmişəm, sevirəm... sevəcəyəm də... Qoy kim nə deyir de-
sin, mən öz xoşbəxtliyimi yalnız bu sevgidə görürəm. 
Dantes:  Xanım  Natali,  axı  sən  niyə  belə  fikirlər  dün-
yasına  qərq  olmusan. Axı  nə  üçün  mənim  məhəbbətimin 
səmimiliyinə şübhə ilə yanaşırsan?. Yalvarıram sənə, Na-
tali (diz çökərək), qarşında diz çökürəm, mənim sənə qarşı 
olan məhəbbətimə biganə qalma. Qurtar məni bu intizarın 
əlindən. qıyma mənim həyatımın zəhərlənməyinə. Mən heç 
də sənin qəlbini ələ alandan sonra aldatmaq, təhqir etmək, 
mənliyini alçaltmaq fikrində olmamışam. Mənə rəhm edin... 


103
Mən sizin əbədi qulunuz olaram, mən sizə sədaqətli bir ər 
olaram, Natali. Sizin daşqəlbliliyiniz məni dəhşətə gətirir. 
Mənim həyatım, yaşamağım sizdən asılı olduğu bir halda 
siz heç gözünüzün ucu ilə də olsun mənə baxmırsınız. La-
kin elə zənn etməyin ki, mən bununla səndən əlimi üzürəm. 
Sizin bu etinasızlığınız mənim sizə qarşı olan məhəbbətimi 
daha da şiddətləndirir. Özün bir düşün, həyatım qədər sev-
diyin bir kəsin dilindən məndən üz döndərəcəyini eşitmək 
gör nə qədər dözülməz və əzablıdır. Mənə rəhm edin, sevin 
məni, Natali, sevin... 
N.N.Puşkina:  Cənab  Dantes  eşidin,  mənim  ərim  və 
uşaqlarım vardır. Mən onlara əbədi olaraq sadiq qalacağam. 
Sizə gəldikdə isə özünüzü əbəs yerə süni bir rol aparmağa 
məcbur etməyin. Bütün bunların sizə heç bir faydası olma-
yacaqdır. Qalxın, daha bəsdir, yetər. 
Dantes  (öz-özünə):  Aman  Allah...  Deyəsən,  mənim 
bü tün  arzu  və  istəklərim  puç  olub  ürəyimdə  qalacaqdır. 
Demək, doğurdan da axırda deyəsən gülünc vəziyyətə qa-
lacam. Natali məndən uzaqlaşır, Yekaterina Qonçarova ilə 
isə  evlənmək  məcburiyyətindəyəm.  Sən  taleyin  amansız 
oyunlarına bir bax. İndi mən nə edim? Natalidən birdəfəlik 
əlimi üzümmü, yoxsa öz bəxtimi bir də sınaqdan keçirim. 
Yox...  Mən  ondan  qəti  fikrini  soruşacağam,  onu  xaricə 
getməklə şirnikləndirəcəyəm. Mən bu asanlıqla əyləncə və 
zövq mənbəyinə çevrilə bilən qadından əl çəkmərəm. Qoy 
o məni alçaq və həyasız adlandırsın, lakin mən onun qəti 
fikrini öyrənməliyəm (Sonra üzünü Nataliyə tutub). Xanım 
Natali, indi ki, siz mənim məhəbbətimin səmimiliyinə 
Yekaterina Qonçarovaya izdivac təklif etdiyimə görə inan-
mırsınız, bax elə bu saat mənimlə birləşməyinə razılıq ver, 
səni də götürüm gedək xaricə. Hə... razısanmı, xanım Nata-


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə