Əlisalam Bağırov rusiya əDƏBİyyatinin əBƏDİ GÜNƏŞİ – A. S. PuşKİN



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə36/36
tarix15.08.2018
ölçüsü0,6 Mb.
#62840
1   ...   28   29   30   31   32   33   34   35   36

130
məsələ olmuşdur. Və indi siz Danteslə duelə çıxdıqda və 
əlahəzrət bu duel məsələsini eşitdikdə sizdən çox narazı qa-
lacaqdır. 
Puşkin: Cənab Danzas, bütün bunlar artıq arxada qal-
mışdır. Mən intiqam almalıyam. Bilirəm, sonra bundan çar 
xəbər tutacaq. Qoy nə olur olsun, mən yalnız bütün günah-
ları öz üzərimə götürüb heç olmasa səni qorumağa çalışa-
cağam. 
Danzas: Aleksandr Sergeyeviç, sizin son sözləriniz bir 
dost kimi məni sizdən inciməyə vadar edir. Mən sizə bu işdə 
sekundantlıq edəcəyimə söz verirəm. Özü də bu işdə məni 
günahlandırsalar, öz günahlarımı məmnuniyyətlə çəkməyə 
hazıram. Bir halda ki, siz duelə çıxmağa təkid edirsiniz qoy 
belə olsun. 
Puşkin: Demək, belə. Mənə sekundantlıq etməyə razısı-
nız. Elə isə mənim Dantesi duelə çağırışımı da ona çatdırın. 
Qoy o əclaf hər hansı bir təhqirin cavabsız qalmayacağını 
anlasın. 
Danzas: Elə bu gün mən çağırışı Dantesə çatdıracağam. 
Dantes boyun qaçırmasa, demək, siz artıq sabah təkbətək 
döyüş meydanında olacaqsınız. 
Dördüncü şəkil
(Dantesin mənzili. O fikirlidir. Puşkinin ona 
yazdığı məktub əlindədir).
Dantes (öz-özünə): Puşkin mənim rəqibim olsa da, gö-
rünür o, çox ağıllı adamdır. Cəsarətinə də sözüm yoxdur. 
Mənim cəsarətim çatmadı, ona görə də həcviyyəni ona im-
zasız göndərdim. Amma o, həcviyyənin mənim tərəfindən 


131
yazıldığını düzgün hiss etmişdir, həm də çox cəsarətlə belə 
məni duellə hədələyir. Çox pis vəziyyətdə qalmışam. Əgər 
bütün  bunların  əvvəldən  bel,  nəticələnəcəyini  bilsəydim, 
heç  vaxt  belə  etməzdim.  Nə  edim  mən,  onun  məktubuna 
cavab verimmi? Yoxsa, hələ susum. Bəlkə elə onun məni 
duellə hədələməyi bir anlıq qəzəbinin nəticəsidir. Sonra bu 
qəzəb soyuduqdan sonra o özünün bu axmaq fikrindən əl 
çəkəcəkdir. Ax...  o  zaman  necə  də  rahat  olardım.  Əslinə 
qalsa,  elə  məndə  də  günah  çoxdur.  Adama  deyərlər  ay 
axmaq,  nə  üçün  ərli  bir  qadına  eşq  elan  edirsən  ki,  axır-
da  da  belə  çıxılmaz  vəziyyətə  düşürsən.  Bəlkə  biri  elə 
Puşkindən  intiqam  almaq  istəyir.  Sən  niyə  onun  bunun 
sözü ilə hərəkət edirsən? Nə isə... Ürəyim partlayır. Bey-
nim  çalxalanır.  Bu  dəqiqə  özümü  təkbətək  döyüşdə  hiss 
edirəm.  Qınayan  olmasaydı,  imkanım  olsaydı  bu  dəqiqə 
düz  Hollandiyaya  qayıdardım.  Bu  rus  xalqı  qədər  sadə, 
lakin mətanətli bir xalqla heç vaxt rastlaşmamışam. Hələ 
üstəlik Natali tərəfindən də rədd cavabı aldım. Aman Allah, 
indi mən artıq kübar cəmiyyətin qarşısında tamam gözdən 
düşəcəyəm. Əgər bu məsələdən artıq bir neçə nəfər xəbər 
tutmuşsa, bütün ballarda və teatrlarda, ümumiyyətlə, kübar 
cəmiyyətin zövq və əyləncə mənbəyi olan yerlərində söhbət 
bu dəqiqə mənim necə istehza ilə rədd olunmağımdan ge-
dir. Belə olan təqdirdə mən nə ballarda, nə də ki teatrlarda 
özümü bir centlimen kimi apara bilməyəcəyəm. İnanın ki, 
belə yerlərdə döyülmüş it kimi quyruğumu qısıb xəcalətlə 
hərəkət  etməliyəm.  Bu  Puşkin  mənə  nə  yaman  sarsıdı-
cı  zərbə  vurdu.  Sizi  inandırıram  ki  artıq  mən  ölümdən 
qorxmağa  başlayıram.  Doğurdan  da  dueldən  sağ  çıxmaq 
təsadüfün işidir. Çox zaman duel tərəflərdən birinin ölümü 
ilə nəticələnir. Aman Allah, birdən bu ölüm mənim qarşı-


132
ma çıxmış olar. Nə etməli? Yaxşısı budur ki, hələlik susum. 
Puşkin özü mənə kimdənsə duelə çağırış göndərənə qədər 
susum. Bəlkə heç o, belə hərəkət etməmiş. Sonradan öz fik-
rini dəyişdi. Bir də ki, ölümlə nəticələnə bilən bir hadisə bü-
tün həyat əyləncələrini mənim əlimdən ala bilər. Yaşamaqsa 
gözəldir. Bu nədir, ilahi? İndi bu məktubdan sonra yaşamaq 
mənə necə də gözəl görünür. İsti otellərdə xumarlanmaq, 
məst  olmuş  dodaqlardan  öpmək,  tünd  şərablardan  beyni 
dumanlandırmaq, ov etmək, səyahətə çıxmaq, ax... bunlar 
necə də gözəldir. Qədrini bilmək lazımdır belə əyləncələrin, 
yoxsa çıx duelə öz ölmək ehtimalını milyonlarla adamın ya-
şadığı bir ərazidə ikidə bir vəziyyətinə qədər endir. Hələlik 
susmalıyam. Bu əyləncə mənbələrindən əl çəkmək mənim 
üçün heç də asan deyildir. Üstündür bəlkə də hər cür addan 
bu zövq və əyləncələr. Nə vicdan saflığı, nə cəsarətsizlik, 
boş sözlərdir bütün bunlar, cəmiyyətimiz öz yaşayış tərzini 
bacarıqla qura bilən insanlar üçündür. Axı nə üçün də mən 
belə insanlardan biri olmayım? Bilə-bilə özümü aparıb han-
sısa sərsəmin nişangahına çevirim. Yox, artıq hiss edirəm 
ki, mən yaşamağı sevirəm, çox sevirəm, həddindən çox... 
(Bu vaxt qulluqçu ona bir nəfərin gəldiyini xəbər verir. 
Dantes gələni içəri dəvət edir. Bu Danzas idi. )
Danzas: Cənab Dantes, mən sizi bir məsələdən ötrü na-
rahat edəcəyəm. Mən Puşkinin sekundantı Danzasam. 
Dantes  (rəngi  avazımış  halda):  Buyurun,  mən  sizi 
dinləməyə hazıram. 
Danzas:  Məni  bura  A.S.Puşkin  göndərmişdir.  O  sizi 
duelə çağırmaq üçün mənim vasitəmdən istifadə etmişdir. 


133
(O, əlindəki kağızı Dantesə verir və bir qədər susduqdan 
sonra). Əminəm ki, siz öz cavabınızı duel vaxtına qədər öz 
sekundantınızla cənab A.S.Puşkinə çatdıracaqsınız. 
Dantes: Bu, artıq mənim öz işimdir. Siz heç də bu barədə 
narahat olmaya bilərsiniz. 
Danzas:  Elə  isə  başqa  bir  sözünüz  yoxsa,  mən  gedə 
bilərəm? 
Dantes: Gedə bilərsiniz, mən bir qədər fikirləşməliyəm. 
(Danzas gedir. Dantes öz-özünə)
Demək belə, məsələ bütün aydınlığı ilə üzə çıxdı. Artıq 
mən Puşkin tərəfindən duelə çağırıldığıma əmin ola bilərəm. 
Əmin ola bilərəm ki, sabah təkbətək döyüş meydanı məni 
gözləyir.  Ax  Puşkin,  Puşkin,  səni  vəhşi  kimi  didərdim. 
Yaxşı, indi bəs mən nə edim, artıq Puşkin tərəfindən duelə 
çağırılmışam. İndi qarşımda iki yol var, ya Puşkindən üzr 
istəmək, bütün olub keçənlər üçün məni bağışlamasını xa-
hiş etmək, bütün kübar cəmiyyət qarşısında biabır olmaq, 
ya da ki, ölümlə üzbəüz dayanmaq. Yaşayışımı taleyin ixti-
yarına buraxmaq. Puşkinlə təkbətək döyüşmək. Artıq mən 
bu iki yoldan yalnız birini seçməliyəm. Amansız taleyin sərt 
oyunu  ilə  razılaşmaqdan  başqa  çıxış  yolum  qalmamışdır. 
Əks təqdirdə, üçüncü çıxış yolun olarsa, bu da tapançanı 
başına dirəyib tətiyi çəkməkdən ibarətdir. Bu isə qarşıdakı 
iki yolun hər ikisindən pisdir və demək olar ki, tamamilə 
şərəfsiz  ölümdür.  Təbiidir  ki,  qarşımda  ölümə  qarşı  bir 
qədər  ümidli  iki  yol  olduğu  halda,  mən  üçüncü  yolu  heç 
vaxt seçmərəm. Əslinə qalsa, dueldən hər hansı vasitə ilə 
yayınmağı  da  şəxsiyyətimə  sığışdıra  bilmirəm.  Elə  ona 
görə  də  Puşkinlə  təkbətək  döyüş  yolu  seçirəm.  Çünki  bu 


134
yolda tam yüz faizlik kübar cəmiyyətdə mövqeyini saxla-
maq,  əlli  faizlik  isə  həyatda  yaşamaq  ümidim  vardır. Ar-
tıq bu mənim qəti fikrimdir. İndi ki, bu qərara qəti gəldim, 
bundan sonra qalır özümə sekundant təyin etmək məsələsi. 
Yaxşı belə olan təqdirdə mən özümə kimi sekundant təyin 
edə bilərəm? (Sonra ucadan öz-özünə). Tamam yadımdan 
çıxmışdı,  Fransız  səfirliyindəki  dostum  D`Arşak  mənə 
məmnuniyyətlə sekundantlıq edər. Bu işdə onun köməyinə 
möhtacam. 
(O, D`Arşakı çağırtdırır. Bir azdan D`Arşak gəlir). 
Dantes: Dostum, Puşkin məni duelə çağırmışdır. Mən 
onun duelə çağırışını qəbul edirəm. Sizi bura dəvət etməkdə 
məqsədim  isə  bu  işdə  mənə  sekundant  olub-olmayacağın 
barədə fikrini öyrənməkdir. Mən çox istərdim ki, Puşkinlə 
təkbətək döyüşdə siz mənə sekundantlıq edəsiniz. Əgər siz 
buna razısınızsa, mən bəri başdan sizə öz minnətdarlığımı 
bildirirəm. 
D`Arşak:  Doğrudur,  duel  məsələsi  son  zamanlar  bir 
qədər  diqqət  mərkəzində  durur  və  dolaşıq  məsələdir.  La-
kin mən bir dost kimi sizə sekundantlıq etməyə razılığımı 
bildirirəm. Qoy bu təkbətək döyüşdə Allah sənə yar olsun. 
Dantes:  Çox  sağ  olun,  cənab  D`Arşak,  mən  sizin  bu 
duel də  mənə  sekundantlıq  etməyinizə  əmin  idim.  Əmin 
idim ki, siz bu işdə mənim ən yaxın köməkçim olacaqsınız. 
(Bu zaman Hekkeren hövlanak içəri daxil olur) 
Hekkeren: Dantes bu nə məsələdir? Puşkinin səni duelə 
çağırması düzdürmü?
Dantes:  Bəli,  düzdür,  bir  az  bundan  əvvəl  o,  Danzas 
vasi təsilə öz duelə çağırışını mənə göndərmişdi. 
Hekkeren. Nə etmək fikrindəsən? Vuruşacaqsanmı?


135
Dantes. Bu barədə çox fikirləşmişəm. Son nəticədə vuruş-
maq qərarına gəldim. Bundan başqa bir yol seçə bilmədim. 
Hekkeren.  Nə  etmək  olar,  görünür,  taleyin  buyruğu 
beləymiş? Puşkin təhqirə dözə bilmir. Sən də kübar cəmiy-
yətin qarşısında alçalmaq, gözdən düşmək istə məzsən, ona 
görə də əgər nadir bir təsadüf olmasa, sizin ikinizdən birinin 
həyat  yolu  duel  meydanında  qurtarmalıdır.  Əks  təqdirdə, 
həyat öz ziddiyyətlərini bir-biri ilə barışdırmış olardı ki, bu 
da mümkün deyildir. 
Dantes. D`Arşakı da elə o məsələdən ötrü çağırtdırmı-
şam. Mənə bu döyüşdə sekundantlıq etmək təklifimi qəbul et-
mişdir. Artıq hər iki tərəf üçün dueldə iştirak et mək məsələsi 
tam aydınlaşmışdır. Bircə mənim D`Arşak vasitəsiylə öz ça-
ğırışımı  Puşkinə  çatdırmaq  məsələsi  qalır  ki,  sabah  rəqiblər 
təkbətək döyüş meydanında üz-üzə dayansınlar. 
D`Arşak.  Cənab  Dantes,  mən  sizin  istəyinizdən  asılı 
olaraq çağırışı hər an Puşkinə çatdırmağa hazıram. Duel nə 
qədər risk sevən döyüş olsa da, onun iştirakçıları da bir o 
qədər risk etməyi bacaranlar olmalıdır. 
Dantes. Elə isə dostum siz çağırışı Puşkinə çatdırmağa 
gedə bilərsiniz (D`Arşak gedir). 
Hekkeren. Demək, belə. Bizim bu gizli oyunumuz sa-
bah açıq döyüş meydanında üzə çıxır. İndi hər şey bizim ba-
carığımızdan asılıdır. Unutmamalıyıq ki, bu inqilabi əhval-
ruhiyyəli şairi çar Nikolay özü belə xoşlamır. Mən əminəm 
ki, əgər səadət sənin tərəfində olacaqsa, əlahəzrət üzdə bu 
işə heyfsilənəcəksə də, ürəkdən sənin bu qələbən üçün şad 
olacaqdır. Çünki Rusiyanı inqilab bürüməkdədir. Bu alovun 
güclənməsində isə Puşkin olduqca böyük rol oynayır. Bu 
inqilabçı şairin məhv edilməsi bir növ əlahəzrətin taxt-tacı-
nın mühafizə edilməsi deməkdir. 


136
BEŞİNCİ PƏRDƏ
Birinci şəkil
(Duel  1937-ci  ilin  27  yanvarında  axşamüstü  saat  5 
radələrində baş verdi. Duel üçün seçilmiş yer Peterburqun 
kənarında Komendant bağının arxasında yerləşən kiçik bir 
pöhrəlik idi. 
Rəqiblər bir-birlərindən 25 (iyirmi beş) addım, səddən 
isə bir addım aralıda dayandılar. Sədlər arasındakı məsafə 
on addım idi. Tapança ilə silahlanmış rəqiblər işarə verilən 
kimi bir-binə tərəf gəlməyə başladılar. Puşkin iti addımlarla 
səddə çatdı və tapançanı qaldırıb rəqibini nişan aldı. Lakin 
Dantes onu qabaqladı, səddə çatmamış atəş açdı. Puşkin 
üzü üstə qarın içinə yıxıldı. Dantes işin bitdiyini zənn edib 
onu tutmağa atıldıqda, Puşkin onun üstünə qışqırdı). 
Puşkin: Yerinizə qayıdın, indi mən atmalıyam. 
  (Onu qaldırdılar. Tapançası əlindən qarın içərisinə düş-
düyü üçün Danzas ona başqa bir tapança verdi. O, uzun 
müddət nişan aldı və tətiyi çəkdi. Güllə Dantesin qolunun 
yumşaq ətini dəlib keçir və mundirinin qarşısında dayanır, 
mundirinin düyməsi onu xilas edir. Dantes döşündən xəsarət 
alır, azacıq səntirləyir və yıxılır. Onda Puşkin tapançasını 
yuxarı ataraq qışqırır). 


137
Puşkin: Afərin!  Bravo!  (Sonra  Dantesin  ayağa  qalxıb 
getdiyini görəndə, o öz-özünə deyir). 
Puşkin:  Hə,  deməli,  bizim  təkbətək  döyüşümüz  hələ 
bitməyib. 
Axşam saat 6-da Danzas və Puşkini gətirən kareta knyaz 
Volkonskinin Moykadakı binasına yan aldı Puşkin burada 
yaşayırdı. Küçə qapısına çatanda Puşkin Danzasa dedi: – 
Qabağa keç, adamları çağır, məni karetadan çıxarsınlar. Bir 
də ki, Andrit yaramın ağır olduğunu desə mənə de. Bir də 
əgər Nataliya evdədirsə, ona de ki, yaram təhlükəli deyil. 
Adamlar qaçıb gəldilər. Puşkini karetadan çıxardılar. Ko-
merdiner onu qucağına aldı. 
Puşkin: Məni aparmaq sənin üçün kədərlidir?
Komerdiner (göz yaşları içində): Bəli, ağa, dedi. 
(Onu  kabinetinə  gətirdilər.  O  dedi  ki,  təmiz  alt  palta-
rı versinlər. O soyundu və divana uzandı. Puşkin artıq öz 
ölüm yatağında idi). 
İkinci şəkil
(Natali xəstənin yanında dayanıb. Həkim və bir sıra 
yaxın adamlar da otaqdadırlar).
Puşkin (Natalinin əlini əlinə alır): Nə baş verirsə versin 
sen heş nədə müqəssir deyilsən, heç nədə (Natali səssizcə 
ağladı və çıxdı). 
Puşkin  (üzünü  həkimə  tutub):  Nikolay  Fyodoroviç, 
siz  mənim  yaram  haqqında  nə  fikirdəsiz?  Açıq  danışa 
bilərsiniz, heç bir cavab məni qorxuda bilməz. Mən mütləq 


138
həqiqəti bilməliyəm ki, vacib işlərə vaxtında əncam çəkim, 
sonra gec olar. 
Andrit: Əgər elədirsə, mən sizə deməyi özümə borc bi-
lirəm  ki,  yaranız  çox  təhlükəlidir  və  sizin  sağalacağınıza 
demək olar ki, heç bir ümid yoxdur. 
Puşkin: Açıq  danışdığınız  üçün  sizə  təşəkkür  edirəm. 
Çox-çox xahiş edirəm ki, arvadıma bu barədə heç bir şey 
söyləməyin. 
Andrit (vidalaşarkən): Cənab Puşkin, mən sizin bu və-
ziy yətiniz  barədə  imperatora  məlumat  verməliyəm,  çünki 
vəzifəm bunu tələb edir. 
Puşkin  (heç  bir  etiraz  əlaməti  göstərmədən):  Sizdən 
xahiş edirəm, mənim adımdan imperatordan xahiş edin ki, 
mənim sekundantımı məhkəməyə çəkməsinlər. 
Andrit (çıxarkən): Deyərəm, cənab Puşkin. 
Puşkin  özünün  birinci  duelindən  sonra  hökmdara  söz 
vermişdi ki, bir daha, heç vəchlə vuruşmaya çıxmayacaq və 
indi ölümcül yaralı vəziyyətdə bağışlanmasını xahiş etmək 
üçün Jukovskini yanına çağırdı. 
Puşkin: Cənab Jukovski, vəziyyətim çox ciddidir. Ona 
görə də sizdən bir xahişim var, əgər mümkünsə, hökmda-
rın yanına gedin və mənim duelə çıxmaq barədə hökmdara 
verdiyim sözə əməl etmədiyimə görə, hökmdarın məni ba-
ğışlamasını rica edin. 
Jukovski: Bu barədə narahat olmayın, mən hökmdarın 
yanına gedib bu barədə ondan xahiş edərəm. 
Pərdə enir və yenə açılır
Yanvarın 27-si gecə. Puşkinin xəstə yatdığı otağa 
Andrit saraydan xoş xəbərlə gəlmişdi.


139
Andrit: Cənab Puşkin hökmdar arvad və uşaqlarınızın 
qayğısına qalacağına boyun oldu. Lakin o sizə özünün bir 
məsləhətini çatdırmağı xahiş etdi. 
Puşkin: O nə məsləhətdir? 
Andrit: Əlahəzrətin məsləhəti budur ki, siz ömrünüzü 
bir xristian kimi başa vurasınız. 
Puşkin (rahat nəfəs aldı): Mən hökmdarın bu məsləhətini 
yerinə yetirərəm. 
Hökmdar Puşkinə həmin məzmunda 
bir məktub da göndərmişdi.
Puşkin zərfi aldı və açıb oxudu. Orada belə yazılmışdı: 
– Əgər tale bizi bir də bu fani dünyada görüşdürməsə, onda 
mənim son və icra edilməli səhvimi və məsləhətimi qəbul 
elə. Bir xaçpərəst kimi can verməlisən. Arvadına və uşaqla-
rına gəlincə isə xatircəm ola bilərsən, onların gələcəyini öz 
öhdəmə götürürəm. 
Üçüncü şəkil
Günorta saat ikini vurur. Jukovski dəhlizə dolmuş 
adamlar üçün son bülleten yazdı. Xəstə son dərəcə ağır 
vəziyyətdədir. Dostları xəstənin başına yığışmışdı. 
Puşkin (gözlərini açıb): Ürəyim elə böyürtkən mürəb-
bəsi istəyir ki. 
(Kimsə mürəbbə dalınca getdi).
Puşkin (səbirsizliklə): Mürəbbə tezmi gələcək?


(Bu vaxt mürəbbə gətirirlər. Nataliya Nikolayevna özü 
xəstəyə bir neçə qaşıq mürəbbə yedirtdi. Şairin çöhrəsi 
sakit idi. Arvadı xəstəni ümid içində tərk etdi).
Puşkin: Mənim başımın altını azca dikəldin (Onun başı-
nın altını düzəltdilər). 
Puşkin (qəfil gözlərini açıb): Bitdi həyat!
Dostlarından biri. Nə bitdi?
Puşkin (çox aydın bir səslə): Həyat. Nəfəsim darıxır, elə 
bil əzirlər... 
(Bu onun son sözləri idi. 1937-ci il, yanvarın 29-u, 
günorta saat iki qırx beş dəqiqəydi...)
Dördüncü şəkil
Hökmdarın sarayı. Əlahəzrətlə Jukovski 
söhbət edirlər.
Jukovski: Əlahəzrətdən, bir dəfə Karamzin üçün olan 
kimi bu dəfə də, Puşkinin xatirinə onun katibi olmağımı xa-
hiş edirəm. 
Əlahəzrət: Qulaq as qardaşım, mən Puşkin üçün bacar-
dığım hər şeyi edəcəyəm. Lakin ona Karamzinə yazdığım 
kimi  yazmayacağam.  Puşkini  biz  xaçpərəst  kimi  ölməyə 
güclə məcbur etdik, Karamzin isə mələk kimi yaşamış və 
mələk kimi də ölmüşdür. 
Pərdə salınır
(Son)

Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə