Əlisalam Bağırov rusiya əDƏBİyyatinin əBƏDİ GÜNƏŞİ – A. S. PuşKİN



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə32/36
tarix15.08.2018
ölçüsü0,6 Mb.
#62840
1   ...   28   29   30   31   32   33   34   35   36

114
həyatın sərt rəftarı ilə razılaşmaq lazım gəlir. Halbuki sizin 
üçün həqiqət kimi görünən bir hadisə adi bir yanlışlıqdan 
ibarətdir.  Daha  dərindən  düşünüb  bu  yanlışlığın  haradan 
baş verdiyini meydana çıxarmaq sizin üçün heç də çətin de-
yildir. Öz həyatına ləkə gətirməkdənsə, düşünüb baş vermiş 
yanlışlığı tapmaq daha əlverişlidir. Bir də ki, orta əsrlərdən 
qalma  bu  duel  məsələsini  birdəfəlik  öz  fikrinizdən  çıxar-
malısınız, özü də əsaslı bir səbəb olmadığı halda. Siz mənə 
bir daha duel barədə, heç kəsə çağırış göndərməyəcəyiniz 
haqda söz verməlisiniz. Söz verməlisiniz ki, siz bir daha heç 
bir kəslə duelə çıxmayacaqsınız. Bu mənim tərəfimdən sizə 
qarşı edilən həm xahiş, həm də əmrdir, cənab A.S.Puşkin. 
A.S.Puşkin:  Əlahəzrətin  əmrinə  tabe  olmaq  onun  tə-
bəələ rinin  borcudur  (öz-özünə).  N.N.Puşkinadan  da  bu 
məsələ barədə bir də soruşaram, yenə də üzünü Nikolaya 
tutub). Mən əlahəzrətə söz verirəm bir də heç kəsə duelə 
çıxmaq barədə söz verməyəcəm. Müdrik bir kəs kimi mənə 
çox gözəl bir məsləhət verdiniz (öz-özünə). Riyakar. Mən 
öz  namusumu  necə  lazımdır  qorumağı  bacararam.  Natali 
ilə bir daha söhbət edəcəyəm, əgər arada mənim namusu-
ma ləkə gətirə biləcək bir hadisə varsa, Danteslə biz yalnız 
dueldə təkbətək görüşməliyik. 
Nikolay  (öz-özünə):  Birtəhər  bu  duel  məsələsini  kö-
nüllü  surətdə  ləğv  edə  bilsəydim,  öz  siyasətimdə  daha 
bir  addım  irəli  getmiş  olar  və  taxt-tacım  üçün  yaranan 
təhlükələrdən birini azaltmış olardım. Mənim dövlət apa-
ratımın  möhkəmlənməsi  üçün  sənin  kimi  bir  ziyalıdansa, 
nə üçün yaşadığını bilməyən avam bir mujik daha yaxşıdır. 


115
İkinci şəkil
A.S.Puşkinin mənzili. Otaq sadə bəzənmişdir. Kitab 
rəflərində və stolun üstündə xeyli kitab nəzərə çarpır.
A.S.Puşkin (o düşüncəli halda özü-özünə): Ax... həyat, 
həyat...  qəribə  həyat...  sirli  həyat...  Yaşayırıq  öz  gələcək 
aqibətimizi bilmədən, bəzən sabahımıza inanmadan. Bizə 
verilmiş  ömür  payını,  hisslərimizi  nizamlaya-nizamlaya 
başa vurmağa tələsirik. Heç özümüz də bilmədən nəyə görə, 
nə üçün, həyatdan bezdiyimiz üçünmü? Yoxsa, həyatı sev-
diyimiz üçünmü, ancaq hər halda tələsirik. Həyatımız boyu 
dolu olan sevinclə, kədərlə üzləşə-üzləşə, həyatla mübarizə 
aparırıq.  Bəlkə  də  həyatın  belə  bir  qanunauyğunluğu  ol-
masaydı yaşamağımız da mənasızlaşardı. Nə isə ümidsiz-
lik  içərisində  ümidin,  ümid  içərisində  ümidsizliyin  daimi 
kölgə kimi bizi izlədiyini hiss edirik. Bəzən, bu keşməkeşli 
həyatda yaşamaq qədər şirin, bəzənsə yaşamaq ölmək qədər 
acı  olur.  Bu  isə  sənin  mənəviyyatında,  daxili  aləmində 
hisslərinin böhran vəziyyətində baş verir. İndi mən də belə 
bir vəziyyətdəyəm. Yaşamaq istəyirəm, həyatın şirinliyini 
bir daha duymaq üçün, ölmək istəyirəm bu şirinliyin acılaşa 
biləcəyini duymamaq üçün (öz-özünə gülümsünərək). Axı, 
bu həyat haqqında düşüncələrlə nə üçün, özüm-özümü alda-
dıram. Məni düşündürən məsələ yalnız Nataliyə qarşı olan 
məhəbbətim  çərçivəsindən  hələlik  kənara  çıxa  bilməyir. 
Görəsən,  Natali  məni  daha  sevmirmi?  O,  doğurdanmı, 
mənim pak sevgimə qarşı xəyanət edər? İnana bilmərəm, 
buna  heç  vaxt  inana  bilmərəm.  Ürəkdə  iz  salmış  inamı, 
məhəbbəti  ayaqlar  altına  atmaq  insanlıqdırmı?!  İnsan  nə 
qədər öz əvvəlki hisslərinə qarşı dönük çıxsa da, yenə də 


116
o hissləri əzmək, məhv etmək üçün öz vicdanında nəyi isə 
saxtalaşdırmalı, nəyinsə bir vaxt peşmançılığını çəkəcəyini 
hiss etməlidir. Natali bu barədə düşünməmişdirmi?
(Bu vaxt N.N.Puşkina içəri daxil olur)
Natali:  Əzizim  Saşa,  bir  qədər  dalğın  və  gərgin 
görünürsən. Bəlkə yuyunasan. Nə üçün istirahət etmirsən? 
Dincəlmək lazımdır. Səhəri daha sən və gümrah keçirmək 
üçün  hökmən  dincəlmək  lazımdır.  İnsan  yalnız  o  zaman 
öz hissləri üzərində hökmranlıq edə bilər ki, öz daxilində 
qüvvə və cəsarət tapa bilsin. Bununsa, yeganə yolu yalnız 
öz  daxili  hisslərini  iradənə  tabe  etməkdən  ibarətdir.  Əks 
təqdirdə, mənəviyyatca daha çox köməyə möhtac qalarsan. 
Bütün bunlara son qoymaq üçün sənə dincəlmək lazımdır. 
(O yaxınlaşıb Saşanın dodaqlarından xəfif bir ehtirasla öpür 
və onu ağ, təmiz yataq dəsti ilə nizamlanmış yataq otağın-
dakı çarpayıya tərəf çəkir. Puşkin itaətkarlıqla onun ardınca 
gedir). 
Natali:  İndi  isə  uzan  və  rahatlan  (onun  soyunmasına 
kömək edir). 
Puşkin: Ax Natalican, o qədər yorğun, o qədər halsızam 
ki, doğurdan da xoş bir qılığa ehtiyacım var (Natalinin ba-
şını tumarlayır). Mən inanıram ki, sən məni sevirsən, sən məni 
başa düşürsən... (o bu sözləri deyə-deyə yuxuya gedir). 
N.Nikolayevna Puşkina A.S.Puşkinin yatağında 
əyləşib fikrə gedir.
N.N.Puşkina.  (öz-özünə):  Aman  Allah,  son  zamanlar 
Saşanın  simasında  necə  də  ciddi  dəyişikliklər  əmələ  gə -


117
lib. O solğunlaşıb, dalğınlaşıb, elə bil ki, artıq onun göz-
ləri  qarşısında  həyat  öz  şirinliyini  itirmək  üzrədir.  Niyə, 
nə  üçün?  Bütün  bu  dəyişikliklər  mənim  ona  qarşı  olan 
münasibətlərimin  qeyri-normal  xarakter  daşımasındandır-
mı? Bu işdə günahkar mənəmmi? (Bir az gözlərini Puşki-
nin üzünə dikib nə isə düşünür və deyir). Görünür, o mənim 
düşüncəsizlik  edib  nəyəsə  uyduğum  hərəkətlərin  əzabını 
çəkir. Hər bir namuslu kişi üçün bu, təbii bir haldır. Çox 
sevdiyin  adamın  düşüncəsiz  hərəkətlərinə qarşı  ən  böyük 
əzabın bəzən heç özün də hiss etmədən daxili əzablarınla 
tamamlanır.  İndi  görünür,  Saşa  da  belə  bir  vəziyyətdədir. 
Axı onun məni öz həyati qədər sevdiyinə əminəm. Düzü 
son  zamanlar  mən  də  əmin  olmuşam  ki,  şair  qəlbli,  incə 
təbəssümlü,  Saşasız  mənim  də  yaşayışım  mümkün  deyil-
dir. Həyatın fırtınalı burulğanına düşdüm və çox xoşbəxtəm 
ki, bu fəlakətdən Saşanın saf məhəbbəti ilə qurtara bildim. 
Əks təqdirdə, taleyimin həyatın amansız və acı həqiqətləri 
ilə  rastlaşmasından  başqa  ayrı  bir  əlacım  olmazdı.  Mən 
Saşaya xəyanət etməmişəm, lakin öz hisslərimin cilovunu 
Saşaya xəyanət edə biləcəyim bir mərhələyə qədər burax-
mışdım. Bəzən insan öz daxili hisslərinin üzərində hökm-
darlıq  edə  bilməsə  də,  bu  hisslər  də  hansı  bir  instinktin 
nəticəsindəsə bir qədər də daha artıq mərhələyə keçməyə 
cəsarət  etmir.  Danteslə  söhbətimiz  zamanı  mən  də  belə 
bir  vəziyyətə  qədər  alçalmış  və  bu  düşüncəylə  də  Saşa-
nın  şəxsiyyətini  təhqir  etmişdim.  İndi  sakit  və  aydın  bir 
düşüncəylə bir zamanlar sanki dumanlı bir pərdə arxasında 
etdiyim bu şüursuz hərəkətlərimin ömrüm boyu çəkəcəyim 
daxili əzablarımın iztirabı bu hərəkətlərim üçün ən böyük 
cəzamdır. Öz günahlılığını hiss edən bir insan üçün onun 
çəkdiyi vicdan əzabları ən böyük bir səadətdir. Bu səadət 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə