Əlisalam Bağırov rusiya əDƏBİyyatinin əBƏDİ GÜNƏŞİ – A. S. PuşKİN



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə35/36
tarix15.08.2018
ölçüsü0,6 Mb.
#62840
1   ...   28   29   30   31   32   33   34   35   36

126
Qəflətən vurulan zərbəni ən çoxu zərbə istiqamətiylə təyin 
etmək  məqsədəuyğundur.  Ona  görə  də  mən  bu  məktubu 
özümə aid olan bir həcviyyə kimi deyil səbirlə, qəzəbsiz, 
kənar bir oxucu kimi diqqətlə oxuyub müəyyən bir nəticə 
çıxarmalıyam.  Belə  olan  zaman  çox  ehtimal  ki,  izə  düşə 
bilərəm. Unutmamalıyam ki, qəzəb və ağılsız coşqunluq-
la  sərf  olunan  güc  heç  də  həmişə  müvəffəqiyyət  qazana 
bilməz (O, məktubu bir daha öz qəzəbini boğa-boğa oxu-
du  və  bir  qədər  düşündükdən  sonra).  Demək  belə,  zərbə 
mövqeyi məlum oldu. ”Mənim ürəyimə tuşlanan, ilk odlu 
zərbəsi sərrast olmayan, lakin ikinci zərbəsinin dəqiq ola-
cağına inanan və bundan sonra məni namussuz kimi öldü-
rücü bir adla təhqir etməyə çalışan şəxs yalnız Dantes ola 
bilər. Natalinin rədd cavabı verməsi onun birinci zərbəsinin 
sərrast  olmamasının  işarəsidir. Yox...  mən  buna  artıq  heç 
vaxt dözə bilmərəm. O vicdansız Danteslə hökmən dueldə 
qarşılaşmalıyam.  Bu  mənim  bir  ər  kimi  borcum,  təhqirə 
qarşı ən ciddi qəzəbimdir. 
(Sonra o, məktub yazmağa başlayır). Hər hansı bir kə-
sin  haqsızlığa  qarşı  heç  olmazsa  müəyyən  qədər  etiraz 
etməyə  cəsarəti  yoxsa,  o,  kimlərisə  mübarizəyə  səsləyə 
bilməz. Özü də qeyd etmək lazımdır ki, cəsarətsizlik heç də 
qorxaqlıq demək deyildir. Hətta nisbi götürdükdə qorxaq-
lıq cəsarətsizlikdən bir qədər üstün mövqeyə malikdir. Mi-
sal üçün həyata gəlmiş hər bir canlı əvvəl axır həyatı tərk 
etməlidir.  Müəyyən  bir  şeydən,  məsələn  təbii  fəlakətdən 
qorxursan ona görə ki, ölümünü bir qədər də yaxınlaşdır-
maq istəmirsən. Cəsarətsiz olarsan o zaman ki, əvvəl axır 
öləcəyini bilə-bilə müəyyən bir səni təhqir edən şeyə qarşı 
öz etirazını bildirməyib ən uzağı haçansa öləcəyini hazır-
kı vaxt qədər tamamlamırsan və əcəl səni haqlayana qədər 


127
alçaqlıqla  yaşayırsan.  Demək,  qorxu  anı  ancaq  heyvan-
lar və təbiət hadisələri baş verirsə, cəsarətsizlik ancaq öz 
təhqiramizliyi  ilə  insanlar  qarşısında  ola  bilər.  Məhz  bu 
təhqiramizlik və ona dözməyin cəsarətsizliyi insanı qorxu-
dan aşağı pilləyə endirir, Ona görə də indi məndə özümü 
kiminsə qarşısında nə qorxaq, nə də xüsusilə cəsarətsiz he-
sab etmək istəmirəm. Bunun üçün də mən Dantesi duelə ça-
ğırmağı vicdanım qarşısında ürəyimin tələbatından doğan 
təbii bir hal hesab edirəm. İstəmirəm ki, amansız tale bir 
vaxt məni haçansa etdiyim cəsarətsizliyim ucundan gülünc 
vəziyyətdə də ölümə məhkum etsin. Dünyada hər şeydən 
qiymətli insanın  öz  daxili saflığıdır.  İnsan  daxilən  safdır-
sa,  demək  o,  heç  bir  zaman  kimsələrə  qarşı  pis  niyyətli 
olmamış və heç kəsin qarşısında cəsarətsizlik damğası ilə 
dam ğalanmamışdır. (Açıq imza ilə Puşkin Dantesə belə bir 
məktub göndərdi və öz-özünə dedi:) – Qoy o alçaq görsün 
ki, mənə zərbə vuracaq hərəkət etmək üçün siçovul kimi 
gizli-gizli  torpağın  altında  eşələnmək  hələ  azdır,  buna 
onun cəsarəti çatmaz. Əks təqdirdə, o əclaf öz məktubunu 
açıq imza ilə yazardı. Ulduza hürən köpəklər kötəkləndiyi 
kimi, qoy o cəsarətsiz duel çağırışını bildikdən sonra, duelə 
qədər ölüm təhlükəsi altında indiyə qədər etdiyi hərəkətlər 
üçün acı bir həqiqət dərsi alsın. Qoy başa düşsün ki, insan 
hisslərini təhqir etmək necə böyük cəza ilə qarşılaşa bilər. 
Qoy başa düşsün ki, rəzalətə, cinayətə, nifrətə qarşı həmişə 
müqavimət göstərə biləcək həqiqət adlı bir dayaq nöqtəsi 
var. 
(Sonra Puşkin bir qədər xəyala dalır. O öz-özünə)
Duel qayda-qanunlarına görə mən özümə sekundant təyin 
etməliyəm. Görəsən, bu işi mən kimə həvalə edim. Dost-


128
larım çoxdur. Mən isə onlardan yalnız birini seçməliyəm. 
Duel məsələsi çox ciddi məsələdir. Burada necə deyərlər, 
ölüm  lap  qaşla  göz  arasındadır.  Hər  halda  öz  sadiq  dost-
larımdan biri yanımda olsa, mən özümü daha sərbəst hiss 
edərəm. Bu sərbəstliyi isə mən dostum Danzas daha çox hiss 
edərəm. Qoy, Danzas mənim bu təkbətək döyüşdə canlı şa-
hidim olsun. Aman Allah, insan nə qədər yırtıcı və qaniçən 
məxluqdur. Duel baş tutarsa Danteslə mən bir-birimizi vəhşi 
kimi didməyə hazır olacağıq. Bu təkbətək döyüşüsə haqla 
haqsızlıq arasında gedən mübarizə adlandırmaq olar. Bax 
elə dünyanın qəribəliyi də bundadır. Bu tərəflərdən birinin 
qalib gəlməsi üçün nişana tuşlanan sərrast atılan bir güllə 
kifayətdir.  Bu  zaman,  qələbənin  kimin  tərəfində  olacağı 
taleyin  ixtiyarındadır.  Ona  görə  də  zaman  keçdikcə  haqlı 
və haqsız olacaqdır və onların mübarizəsi də bu tərəflərdən 
gah birinin, gah da digərinin üstünlüyü ilə keçəcəkdir. 
(Bütün bu fikirlər aləmindən ayrılan Puşkin 
Danzasın dalınca adam göndərdi, Aradan bir müddət 
keçir, Danzas gəlir).
Danzas: Salam, Aleksandr. 
A.S.Puşkin: Salam. Buyurun əyləşin (onlar masanın ar-
xasında əyləşirlər). 
Danzas: Aleksandr Sergeyeviç, bu gün nə yaman fikir-
li görünürsən. Nə olub, xəstə deyilsənmi? Yoxsa ciddi bir 
əhvalat baş verib. 
Puşkin: Xəstə deyiləm, Danzas, lakin bir məsələ mənə 
daxilən  rahatlıq  vermir.  Ona  görə  də  bir  dost  kimi  sənə 
müraciət etməyi özümə borc bildim. 


129
Danzas (bir qədər həyəcanla): Buyurun Aleksandr, mən 
sizi  dinləməyə  hazıram.  Unutmayın  ki,  bacara  biləcəyim 
yardımı sizdən əsirgəmərəm. 
Puşkin: Çox sağ olun, Danzas, mən buna əminəm. Ta-
le yimə  çox  minnətdaram  ki,  sizin  kimi  bir  şəxslə  yaxın 
təmasdayam. Bir dost kimi sənə ürəyimi açıram. Bu yaxın-
larda mənə imzasız bir həcviyyə gəlmişdir. Sizi çağırtdır-
maqda məqsədim isə bu təkbətək döyüşdə mənə sekundant-
lıq etməyinizdir. 
Danzas: Cənab Aleksandr Sergeyeviç, bir halda ki, siz 
həcviyyənin  imzasız  yazıldığını  qeyd  edirsiniz,  belə  olan 
təqdirdə siz həcviyyə sahibinin kim olduğunu hardan bilir-
siniz və kiminlə təkbətək döyüşə çıxmağa hazırlaşırsınız. 
Puşkin: Danzas, mən həcviyyəni çox diqqətlə oxudum 
və belə bir əsaslı qənaətə gəldim ki, bu cəsarət edib adını 
yazmayan həcviyyə sahibi ancaq Dantes ola bilər. Bundan 
sonra  ona  bir  məktub  da  göndərib  duel  barədə  işarə  vur-
dum. O isə susur. Əgər bu işdə o, günahkar olmasaydı çox 
ehtimal ki, susmazdı. Bir də ki, hər kəs öz bostanına hara-
dan daş atıldığını yaxşı bilir. Mən Danteslə duelə çıxmağa 
hazırlaşıram. Bu döyüşdə mənə sekundant olmağa razılıq 
verirsənmi, Danzas?
Danzas (bir qədər düşünüb): Aleksand Sergeyeviç, sizin 
bu sualınıza cavab verməzdən əvvəl bir məsələni sizə xatır-
latmaq istərdim. Səhv etmirəmsə, siz bir dəfə çar Nikolaya 
bir daha duelə çıxmayacağınız barədə söz vermişdiniz. Bu 
sizin yaddaşınızdan silinməyib ki?
Puşkin: Bəli, belə bir əhvalat olub, mən bunu xatırlayı-
ram. Siz bununla məni qorxutmaqmı istəyirsiniz? 
Danzas: Dostum, mən sizi heç də qorxutmaq fikrində 
deyiləm. Lakin mən sizə xatırlatmaq istəyirəm ki, belə bir 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə