Əlisalam Bağırov rusiya əDƏBİyyatinin əBƏDİ GÜNƏŞİ – A. S. PuşKİN



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə33/36
tarix15.08.2018
ölçüsü0,6 Mb.
#62840
1   ...   28   29   30   31   32   33   34   35   36

118
isə bütün günahkarlara nəsib olan bir səadət deyildir. Belə 
bir xoşbəxtliyin mənə nəsib olduğuna əminəm. Xoşbəxtəm 
ki, həyatım qədər sevdiyim Saşaya bəlkə də layiq olmayan 
məhəbbətim cılğın bir ehtirasla əzablar içərisində qovrulur. 
Mənim ucbatımdan Saşanın kədərə və qüssəyə qapılması-
na görə özümü günahkar hesab edirəm. Hiss edirəm ki, bu 
səhv  hərəkətlərim  üçün  əbədilik  vicdan  əzabına  məhkum 
olsam da bu mənim üçün ən kiçik bir cəzadır. Təmiz və pak 
bir qəlbin kimsə tərəfindən aldadılması və təhqir olunma-
sı ən böyük bir cinayətdir. Hal-hazırkı şəraitdə Saşa belə 
bir qəlb sahibi, mən də bu qəlbi aldadan və təhqir edən bir 
cinayətkaram  (o,  hönkürə-hönkürə  Puşkini  çılğıncasına 
öpməyə başlayır və deyir). İlahi, məni bağışla, keç mənim 
günahlarımdan Saşa. Mən günahkaram, mən hər bir cəzaya 
layiqəm. Mən öz məhəbbətimi ləkələmək dərəcəsinə qədər 
çatdıran bir alçağam. 
Puşkin gözlərini açır və öz başı üzərində 
onu çılğınlıqla öpən Natalini görür.
Puşkin: Əzizim Natali, mən səni başa düşürəm. Unut-
ma ki, həyat keşməkeşlərlə dolu olmasaydı, yaşamağın da 
mənası  olmazdı.  Dünyaya  gəlmişik  yaşamaq  üçün,  lakin 
yaşamağın  da  mənasını  qüşüncəsiz  hərəkətlərimizlə  özü-
müz və başqaları üçün mənasızlaşdırmamalıyıq. 
N.N.Puşkina  (Gözləri  yaşarmış  halda):  Əzizim  Saşa, 
mən də sənin vəziyyətini başa düşürəm. Etiraf etməliyəm ki, 
mənim hərəkətlərim ucbatından çox böyük əzablara düçar 
olmusan. Məni bağışla. Mən sənin üçün yaxşı qadın olma-
mışam, Saşa. Əri tərəfindən qiymətləndirilən və əsil müsbət 
keyfiyyətlərə malik olan qadın üçün meyar, ərinin istək və 


119
arzularını bir baxışla başa düşməsi ilə deyil, bu arzuların 
həmin qadın tərəfindən necə həyata keçirilməsindən asılıdır. 
Mən isə sənin üçün yaxşı qadın ola bilmədim, Saşa. Çünki 
əri tərəfdən müsbət qiymətləndirilən xüsusiyyətlərə malik 
müsbət cəhətlər məndə də yox idi. Ona görə də sən məni 
yalnız kədərli bir məhəbbətlə sevə bilərdin, Saşa. İndi isə 
mən belə bir vəziyyətdəyəm. Lakin mənim məhəbbətimlə 
sənin məhəbbətin arasındakı fərq bircə ondan ibarətdir ki, 
mən özümü təhqir oluna biləcək vəziyyətə qədər alçaltdı-
ğım  üçün  sənin  saf  qəlbini  özümə  rəva  bilmirəm  və  səni 
yalnız  kədərli,  lakin  çılğın  bir  məhəbbətlə  sevirəm  (O, 
yenidən hönkürür sonra özünü ələ alır). Ancaq Saşa onu bil 
ki, mən bu vaxta qədər sənin namusunu ləkələməmişəm və 
bu gündən də ömrümün sonuna qədər sənə sədaqətli ola-
cam. 
A.S.Puşkin.  Mən  sənə  həmişə  inanmışam,  Natalican. 
Mənə qarşı biganə olsan da, mənə qarşı etinasızlıq göstərsən 
də. İnanmışam ki, sənin qəlbin pak və təmizdir. İnanmışam 
ki, mənim Natalim mənə qarşı xəyanət etməz. Natalican, 
qadın  həmişə  öz  qadınlıq  şərəfini,  qadınlıq  qürurunu  uca 
tutmalıdır. O öz hərəkətləri üçün elə cavabdeh olmalıdır ki, 
bu hiss və şərəfə heç vaxt ləkə düşməsin. Ən yaxşı qadın 
öz qadınlıq hissi və şərəfinə ləkə düşə biləcəyindən qorx-
malıdır.  Əks  təqdirdə,  o  qadın  həyatın  rövnəqlərinə  uyub 
çirkaba yuvarlanmalıdır. Mən inanıram ki, sən öz qadınlıq 
hissini və şərəfini həmişə uca tutacaqsan. Çalışacaqsan ki, 
bir dəfə az qala itirə biləcəyin səadətini daha möhkəm və 
etibarlı qoruyasan. Natali, həyati, insanları, təbiəti sevmək 
lazımdır,  lakin  elə  etmək  lazımdır  ki,  bu  sevgi  çərçivəsi 
sənin  şəxsiyyətini  və  ləyaqətini  alçaldacaq  bir  səviyyəyə 
qədər olan bir dairəni əhatə etməsin. İndi isə mən səni ba-


120
ğışlayıram. Sənin yanlış hərəkətlərin gəncliyin şuxluq, eh-
tiraslılıq və  sənin  sadəlövhlüyünün  bir  növ  birləşməyinin 
ümumi  nəticəsidir.  Bu  nəticə  isə  bir  daha  təkrar  olunma-
malıdır.  Mənim  qısqanclığım  bunun  üçün  ən  böyük  cəza 
hazırlaya bilər. 
N.N.Puşkina. İnan mənə, əzizim Saşa. Mən harada olsam 
da, hisslərim məni öz ağuşuna alıb haraya aparsa da, yenə də 
mənim üçün ən əziz adam sən olmusan. Sən olmusan mənə 
həyatı sevdirən də, həyata bağlayan da. Sən olmusan, məni 
ağladan  da,  güldürən  də.  Ürəyimin  ən  dərin  guşələrində 
həmişə sənin özünə məxsus yerin olmuşdur, Saşa. Mənim 
şirnili, acılı günlərim səninlə bağlıdır, yalnız səninlə. Mən 
isə əvvəllər bunu o qədər də qiymətləndirməmişdim, onu bir 
hal kimi sanmışdım. Elə buna görə də tale mənə amansızca-
sına acı-acı gülümsədi və əsil həqiqətin sərt hikmət dərsini 
verdi. Artıq mən bu hikmət təlimini bir daha unutmayacağı-
ma əminəm. Əminəm ki, Saşasız yaşamaq mənim üçün nə 
qədər çətin və acınacaqlı olardı. Taleyin ən şirin qismətini 
belə bəzən insan vaxtında və düzgün qiymətləndirməyi ba-
carmır. Nə etmək olar, bəlkə də hadisələrin qanunauyğun 
inkişafı həmin insan üçün bu cür şərait yaradır.
Hadisələrin qanunauyğunluğu çərçivəsindən kənara çıx-
maq  mümkün  deyildir.  Əks  təqdirdə,  səbəbin  nəticəsi  və 
nəticənin  də  səbəbi  olmazdı  ki,  bu  da  bütün  kainatda  ni-
zamsızlığa-xaosa səbəb olardı. Nə isə... əzizim, Saşa, bü-
tün olub keçənlər üçün günahkaram. İndi isə ürəyimi na-
rahat edən bir şeyi sənə bildirmək istəyirəm. İstəyirəm ki, 
bütün gizli sirlərimi sənə bildirməklə öz qadınlıq borcuma 
xələl  gətirməyim  və  ürəyimin  yüngülləşməsi,  vicdanımın 
təmizliyi üçün şərait yaradım. Əzizim Saşa, məni bağışla 
ki, bu sirri sənə vaxtında bildirməmişəm. Lakin gec də olsa, 


121
sən bunu bilməlisən, Saşa. Bu hadisə o Hollandiyanın bizdə 
olan səfiri Hekkerenlə mənim aramda olmuşdur. O, məni 
ciddi-cəhdlə dilə tutub sənə xəyanət etməyə çağırırdı. Onun 
bəzən  ballarda  mənimlə  gizli  pıçıldaşmaları  da  inan  ki, 
yalnız bu barədə idi. O, məni öz əhdimdən dönməyə, sənə 
xəyanət etməyə, səni atmağa və Danteslə xaricə getməyə 
təhrik  edirdi  (sonra  o,  əlləri  ilə  üzünü  tutub  hönkürür  və 
ağlaya-ağlaya).  Mən  sadəlövh,  az  qala  onun  bu  sözlərinə 
inanacaqdım. Az  qala,  öz  həyatımı  əbədilik  puça  çıxarıb 
ləyaqətimi və mənliyimi təhqir olunmuş, alçaldılmış halda 
ayaqlar altına atacaqdım. Aman Allah, bu olardımı, insan-
lara  inanmağımın  son  mükafatı  bu  olardımı,  sadəlövh  və 
təmiz bir qəlbin son aqibəti. Heyf, çox heyflər ki, bütün can-
lılara məxsus olan təmiz və saf hisslərdən bəzən bir vasitə 
kimi istifadə edərək, həmin hiss sahiblərinin qəddarlıqla və 
amansızlıqla təhqir olunub, alçaldılması üçün isə şərait ya-
radırlar. Bu isə bəlkə də, insanlar tərəfindən həyata keçirilən 
ən ağır cinayətdir və bu cinayətin səbəbkarları isə təbiidir 
ki, ən ağır cəzaya layiq olmalıdırlar. 
A.S.Puşkin (öz-özünə): Dünyada nə xəbis insanlar olur-
muş ilahi. Ax Hekkeren... Hekkeren. Sənin nəyinə lazımdır 
mənim həyatımın pozulması. Ərli bir qadını öz yolundan 
döndərməyə cəhd etmək nadanlıq deyildirmi? Axı Natali-
nin ərli olduğunu sən bilirsən, Hekkeren? Axı sən bilirsən 
ki,  Nataliya  mənim  həyat  yoldaşımdır.  İnsanın  bu  qədər 
cirkinliklərə və eybəcərliklərə əl atması insan övladları üçün 
alçaqlıq deyildirmi? Sənsə bunu insan övladlari üçün rəva 
görürsən,  Hekkeren.  İnsanda  olan  sədaqətə,  məhəbbətə, 
dəyanətə qarşı olan bu qoyuluşu nə adlandırmaq olar, söylə 
nə? Nifrətlə damğalanmağa layiq olan bir qəlbi öz sinəndə 
necə  gəzdirirsən,  bu  səni  təəssüfləndirmirmi?Axı  bu  heç 


Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə